FRANKO

экон. сущ. франко (условие продажи, по которому в цену товара включаются расходы по его погрузке, транспортировке, иногда и страхованию); franko etmək франкировать (оплатить вперед перевозку и доставку почтовых отправлений, грузов в целях страховки); franko edilmək франкироваться, быть франкированным
FRANKLIQ
FRANSIZ
OBASTAN VİKİ
Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Franko Barezi
Franko Barezi (it. Franco Baresi; 8 may 1960, Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır. Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş). == Karyera == === Klub === Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir. 1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir.
Franko Bazalya
Franko Bazalya (it. Franco Basaglia; 11 mart 1924, Venesiya – 29 avqust 1980[…], Venesiya) — italyan psixiatr, nevroloq, psixiatriya professoru , zehni sağlamlıq sisteminin islahatçısı, 180 Qanunun inkişaf etdiricisi, Demokratik Psixiatriya hərəkatının lideri. Zehni xəstələrə qarşı insani münasibətə və onların məcburi təcrid olunmasından imtina etməyə əsaslanan zehni sağlamlıq xidməti konsepsiyasını irəli sürən Bazalya, davamlı olaraq İtaliyada psixiatriyanın destitusionalizasiyasına yönəlmiş və sistemin tamamilə ləğvi ilə başa çatan dövlət ruhi xəstəxanalarının islahatlar həyata keçirdi. Bir sıra müəlliflər Bazalyanı XX əsrin ən təsirli İtalyan psixiatrı hesab edirlər. Bəzi əsərlərində o, müasir psixi sağlamlıq konsepsiyasının qurucusu da adlandırıldı . Bəzi müəlliflər Bazalya və Demokratik Psixiatriyanın fəaliyyətlərini antipsikiyatri ilə əlaqələndirirlər, baxmayaraq ki, özü də digər tədqiqatçılar kimi belə bir identifikasiyaya qəti şəkildə qarşı idi. Franko Bazalya Mükafatı , Franka və Bazalya Vəqfi İtaliyada təsis edilmişdir. == Həyatı == === Erkən illəri === Franko Bazalya 11 mart 1924-cü ildə Venesiyada varlı bir ailədə anadan olub. İki bacısı var idi - biri ondan kiçik və digəri daha böyük . Koluççi və Vittorio, Bazalyanın Venesiyanın mənzərəli San Polo bölgəsində keçirdiyi uşaqlıq və gənclik günlərini buludsuz, demək olar ki, hər hansı bir problemlə qarşılaşmayan kimi təsvir edirlər.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Franko Modilyani
Franko Modilyani (ing. Franco Modigliani) (18 iyun 1918 - 25 sentyabr 2003) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlığına keçmiş iqtisadçı. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Franko Modilyani İtaliyanın Roma şəhərində anadan olub. Sapienza Universitetindən məzun olaraq iqtisadiyyat diplomu almışdı. 1939-cu ildə faşizm əleyhdarı düşüncələri və yəhudi əsilli olduğuna görə İtaliyadan ABŞ-yə köçmüşdü. 1942-1944-cü illərdə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində və Berd Kollecində iqtisadiyyat və statistika dərsləri keçmişdi. 1944-cü ildə Nyu Yorkda yerləşən Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə (ing. New School for Social Research) Ceykob Marşakın elmi rəhbərliyi ilə doktorluq dərəcəsinə yüksəlmişdi. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul etmişdi.
Franko Trappoli
Franko Trappoli (it. Franco Trappoli; 5 noyabr 1947, Orvieto, İtaliya) — İtaliyalı siyasətçi, İtaliya Sosialist Partiyasının üzvü. == Həyatı == 1947-ci ildə Orvietoda anadan olmuşdur. O, iqtisadiyyat və sosial elmlər sahəsində təhsil almışdır. 1980-1983-cü illərdə Fano bələdiyyəsinin başçısı olub. 1983–1987-ci və 1992–1994-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. Franko Trappoli İtaliya Deputatlar Palatasına üzv seçilmiş ilk buddist kimi tarixə düşdü.
Franko Zeffirelli
Franko Zeffirelli (it. Franco Zeffirelli, əsl adı Canfranko Korsi, it. Gianfranco Corsi; 12 fevral 1923, Florensiya) — İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb. == Həyatı == Canfranko Korsi Zeffirelli 1923-cü ildə Florensiyada anadan olmuşdur. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir. İkinci dünya müharibəsi zamanı o, partizan olmuşdur. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
İvan Franko
İvan Yakovleviç Franko (ukr. Іван Якович Франко; 27 avqust 1856[…], Naqueviçi[d] – 28 may 1916[…], Lvov, Sisleytaniya, Avstriya-Macarıstan) — yazıçı, şair, alim, publisist, Qalisiya və Lodomeriya krallığında (Avstriya-Macarıstan imperiyası) inqilabi sosialist hərəkatının lideri. Əsərlərin əhəmiyyətli bir hissəsi ukrayna, polyak, alman və rus dillərində yazılıb. 1915-ci ildə o, Nobel mükafatına namizəd göstərilib. Lakin vaxtından əvvəl ölümü onun namizədliyinin nəzərdən keçirilməsinə mane oldu. İvan Franko Avstriyada fəaliyyət göstərən “Rusiya-Ukrayna Radikal Partiyası” (sonralar “Ukrayna Radikal Partiyası” – URP) və Ukrayna Milli Demokratik Partiyasının yaradılmasının təşəbbüskarlarından biri olub. Frankonun şərəfinə Stanislav şəhərinin adı dəyişdirilərək İvano-Frankovsk, Lvov vilayətində isə Yanov kəndinin adı dəyişdirilərək İvano-Frankovsk adlandırılıb. İvan Franko varlı kəndli dəmirçi ailəsində anadan olub. Anası Mariya Kulçitskaya, kasıb Rusin zadəgan Kulçitski ailəsindən idi. O, ərindən 33 yaş kiçik idi.
Olqa Franko
Olqa Franko (ukr. Ольга Федорівна Білевич, 24 iyul 1896 və ya 1896, Vırov[d], Lvov vilayəti – 27 mart 1987 və ya 1987, Lvov) — Ukraynalı aşpaz, kulinariya kitablarının müəllifi. SSRİ dövründə Olqa Frankonun yemək kitabları "burjua" ədəbiyyatı kateqoriyasına aid olduğu üçün nəşr olunmurdu. Olqa Franko 24 iyul 1896-cı ildə anadan olmuşdur. O, iki il Vyanada Ali Kənd Təsərrüfatı Məktəbində kulinariya sahəsi üzrə təhsil almışdır. Olqa Franko 1929-cu ildə Kolomyada nəşr olunan Praktik Mətbəx (ukr. практична кухня) kitabını, qalisian reseptlərinə yönəlmiş bir kitab yazır. Burada təxminən 20% Ukrayna reseptləri öz əksini tapırdı. Bu kitabın Ukrayna mətbəxi haqqında ilk resept kitablarından biri olduğu deyilirdi. Kitab 1991-ci ildə Praktiki Mətbəx adı ilə yenidən nəşr olunur və 2019-cu ildə Marianna Duşarın ön sözü ilə yenidən çapa verilir.
María del Karmen Martínez-Bordiú y Franko
== Tərcümeyi halı == Bu ad İspaniyanın adqoyma ənənələrinə uyğun olaraq istifadə olunur: ilk və ya ata soyadı Martínez-Bordiú, ikinci, yəni ana soyadı isə Franko-dur. Maríadel Karmen Martínez-Bordiú y Franko (26 Fevral, 1951-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur) İspaniyanın əsilzadəsi və ictimai xadimi hesab olunur. İspaniyanın qanunvericiliyinə uyğun olaraq, o, 2006-cı ildən etibarən qardaşından əvvəl varis kimi, anasının hersoq titulunu əldə edir və hakimiyyətini övladlarına təhvil vermək və ya ötürmək hüququna malik olur . == Doğum tarixi və gənclik illəri == O, Madrid şəhərinin El Pardo Kral sarayında anadan olmuşdur və Villaverdenin10-cu Markizi olan Kristóbal Martínez Bordiú, və Frankonun 1-ci Hersoginyası, İspaniya qrandı olan Karmen Franko Polo-nun qızıdır. Onun ana tərəfdən babası İspaniya diktatoru, İspaniya Dövlətinin Başçısı Francisko Franko, nənəsi İspaniyanın 1-ci Xanımı və Qrandı Karmen Polo y Martínez-Valdés olmuşdur. Ata tərəfdən babası José María Martínez y Ortega (1890–1970), nənəsi Argillonun 7-ci Qrafinyası María de la O Bordiú y Bascarán (1896–1980) olmuşdur. İspaniya Kral Ailəsinin qədim El Pardo sarayında anadan olan Karmen General Frankonun ilk nəvəsi olmuşdur. 1940-cı ildə İspaniya Vətəndaş Müharibəsi başa çatdıqdan və General Franko İspaniya Dövlətinin Başçısı seçildikdən sonra, saray onların ailə iqamətgahına çevrilmişdir. Ondan əlavə: María de Aránzazu, Fransisko (Francis), María del Mar (Merry), José Kristóbal (Cristóbal), María de Aránzazu (Arantxa) və Jaime Felipe (Jaime) adlı 6 bacı və qardaşının olmasına baxmayaraq, o, ailənin ən sevimli nəvəsi hesab olunurdu. == Birinci evliliyi == Karmen 8 Mart, 1972-ci ildə, 21 yaşı olarkən Madrid şəhərində, El Pardo Sarayının Kilsəsində, Seqoviya Hersoqu, İspaniyalı İnfante Jaime-nin oğlu və İspaniyanın XIII Kralı Alfonsonun nəvəsi olan Anju və Kadis Hersoqu Alfonso ilə ailə qurmuşdur.
Ceyms Franko
Ceyms Edvard Franko (19 aprel 1978[…], Palo-Alto[d], Kaliforniya) — amerikalı aktyor və rejissor. Sem Reyminin rejissorluğu ilə çəkilmiş "Hörümçək-adam" film trilogiyasında canlandırdığı Harri Ozborn personajı ilə məşhurlaşıb. O, "The Disaster Artist" filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Ceyms Franko 19 aprel 1978-ci ildə Kaliforniyanın Palo-Alto bölgəsində dünyaya gəlmişdir. Atası isveç və portuqal mənşəli, anası isə Rusiya yəhudisidir. O, Palo-Altoda Tom və Devid adlı iki qardaşı ilə birlikdə böyümüşdür. 1996-cı ildə Palo-Alto liseyindən məzun olduqdan sonra o, Kaliforniya Dövlət İncəsənət Yay Məktəbinə daxil olmuşdur. 1999-cu ildə da kino və televiziya dünyasına ilk addımını "Freaks and Geeks" serialıyla atmışdır. == Karyerası == Televizya serialından sonra, Franko, bir romantik komediyada, "Whatever It Takes"də rol aldı. Bunun ardından isə Mark Rydell'ın rejissorludğu ilə çəkilən "Ceyms Dean" adlı tv filmin də Ceyms Deanin həqiqətən çox yaxşı bir şəkildə oynamış və mükafatlar almışdır.
1989 Frankofoniya Oyunları
1989 Frankofoniya Oyunları (fr. Iers Jeux de la Francophonie) — 1989-cu ilin 8–22 iyul tarixləri arasında Mərakeşin Kasablanka və Rabat şəhərlərində keçirilmiş ilk Frankofoniya Oyunları. Bu oyunlarda 39 ölkədən 1700 atlet iştirak etmişdir.
1994 Frankofoniya Oyunları
1994 Frankofoniya Oyunları (fr. IIes Jeux de la Francophonie) — 1994-cü ilin 5–13 iyul tarixləri arasında Fransanın Paris şəhərində keçirilmiş ikinci Frankofoniya Oyunları. Bu oyunlarda 45 ölkədən 2700 atlet iştirak etmişdir.
2005 Frankofoniya Oyunları
2005 Frankofoniya Oyunları (fr. Ves Jeux de la Francophonie) — 2005-ci ilin 7–17 dekabr tarixləri arasında Nigerin Niamey şəhərində keçirilmiş beşinci Frankofoniya Oyunları. Bu oyunlarda 44 ölkədən 2500 atlet iştirak etmişdir.
2009 Frankofoniya Oyunları
2009 Frankofoniya Oyunları (fr. VIèmes Jeux de la Francophonie) — 2009-cu ilin 27 sentyabr – 6 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş altıncı Frankofoniya Oyunları. Bu oyunlarda 40 ölkədən 2500 atlet iştirak etmişdir.
Frankofoniya Oyunları
Frankofoniya Oyunları — Beynəlxalq Frankofoniya Təşkilatının keçirdiyi idman yarışı. Yarışa yalnız fransızca danışan ölkələrin idmançıları qatılırlar. Onlar əsasən Fransanın keçmiş koloniyalarındandırlar. == Tarixi == Frankofoniya Oyunları 1989-cu ildən keçirilir.
Frankokratiya
Frankokratiya — orta əsr Balkanlar və Anadolu tarixində, 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsindən sonra siyasi və iqtisadi gücün müxtəlif Qərbi Avropa mənşəli sülalələrin və hökmdarların əlində olduğu dövr. Pərakəndə və kiçik olmalarına baxmayaraq, frankokrat hakimiyyətlər dövrə görə təkmilləşmiş hərbi və iqtisadi keyfiyyətlər nümayiş edirdilər, lakin mədəni, dil və dini səbəblərdən yerli əhalinin əsas hissəsinin dəstəyindən məhrum olduqlarından bir müddət sonra Osmanlı imperiyası tərəfindən fəth edilmişdilər. Bu dövrü "Türkokratiya" adlandırırdılar. == Tarix == XII əsrin ikinci yarısında Bizans imperiyasının zəifləməsi Şərqi Aralıq dənizində Qərbi Avropa dövlətlərinin təsirinin güclənməsinə zəmin yaratmışdır. Bu dövrdə əsasən fransızlardan ibarət səlibçi cəngavər-feodal ordusu, eyni zamanda Venesiya, Genuya və Piza kimi donanmaya malik İtaliya respublikaları Bizans imperiyasını süquta uğratmışdır. Birinci səlib yürüşünün təcrübəsi onu göstərirdi ki, aqressiv müsəlman dövlətləri ilə əhatə olunmuş səlibçi dövlətlərini saxlamaq Avropa xristianları üçün çətin idi. Səlibçilərin hədəfi tezliklə daha yaxın olan Bizans imperiyası tərkibindəki Egey adalarına və Balkan yarımadasına yönəlmişdir. Bu ərazilər böyük sahil ticarəti və hərbi postlar şəbəkəsinə malik idi. Səlibçi işğalının rəsmi səbəbi katolik və pravoslav xristianlar arasındakı fərqləri "həll etmək" cəhdi idi. Bizans imperiyası türklərin Anadoluya daxil olması və Balkan yarımadasında yaşayan slavyanların azadlıqçı hərəkatlarının şiddətlənməsi nəticəsində tədricən vahid imperiya xarakterini itirməyə başlamışdı.
Frankonvil (Val-d'Uaz)
Frankonvil (fr. Franconville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Frankonvil. Əhalisi — 32.988 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimal-qərbində, Serji belediyyənin 14 km cənub-şərqində yerləşir.
Frankonvil (Val-d’Uaz)
Frankonvil (fr. Franconville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Frankonvil. Əhalisi — 32.988 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimal-qərbində, Serji belediyyənin 14 km cənub-şərqində yerləşir.
Mərkəzi Frankoniya
Mərkəzi Frankoniya (alm. Mittelfranken‎; bav. Middlfrankn) Almaniyada Bavariya Federal vilayətinin tərkibində inzibati dairə, Tarixi Frankoniya əyalətinin üç hissəsindən biri Mərkəzi Frankoniya rayonlara (alm. Kreise‎) və sərbəst şəhərlərə ((alm. Kreisfreie Städte‎)) bölünür.
Qaliç (İvano-Frankovsk vilayəti)
Qaliç (ukr. Га́лич, Halıç) — Ukraynanın İvano-Frankovsk vilayətində şəhər. Qaliç icmasının inzibati mərkəzi. Dnestrin hər iki sahilində, sağ qolu olan Lukva çayının mənsəbində yerləşir. Rus torpaqlarının ən qədim şəhərlərindən biri olan Qaliç XII–XIV əsrlərdə Qaliç, sonra isə Qaliç-Volın knyazlıqlarının paytaxtı olmuşdur. Гайдай Л. Історія України в особах, термінах, назвах і поняттях. — Луцьк: Вежа, 2000. (ukr.) Довідник з історії України. / За ред. І. Підкови та Р. Шуста.
İvano-Frankovsk Vilayəti İncəsənət Muzeyi
İvano-Frankovsk Vilayəti İncəsənət Muzeyi (ukr. Івано-Франківський обласний художній музей) — Qalisiya sakral sənətinin ən yaxşı kolleksiyalarından biri də daxil olmaqla, qiymətli sənət əsərləri kolleksiyası olan İvano-Frankivsk şəhərindəki sənət muzeyi. Bölgədə yeganə bədii profilli muzeyin fəaliyyəti Karpat bölgəsi rəssamlarının yaradıcılığının peşəkarlıqla öyrənilməsinə, qədim incəsənət nümunələrinin axtarışına, onların elmi tədqiqinə və saxlanmasına yönəlib. İvano-Frankovsk Vilayətı İncəsənət Muzeyi keçmiş məbədin binasında, dövlət əhəmiyyətli tarix-memarlıq abidəsi olan Müqəddəs Məryəm Kollegiya Kilsəsində yerləşir. Muzey İvano-Frankovsk şəhərinin mərkəzində, Şeptitski meydanında yerləşir. istirahət günü (bazar ertəsi) istisna olmaqla, hər gün saat 10:00-dan 17:00-dək ziyarətçilər üçün açıqdır. Muzeyin direktoru Deyneka Mixail Yaroslaviçdir. İvano-Frankovskdəki İncəsənət Muzeyi 1980-ci ildə 17-ci əsrin keçmiş dini binasının Potocki ailəsinin dəfn yeri olan Müqəddəs Məryəm Kollegiya Kilsəsi binasında açılır. İvano-Frankovsk İncəsənət Muzeyinin ilk ekspozisiyasında 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid sənət əsərləri nümayiş etdirilirdi. Eyni zamanda muzeyin iki filialı açılır.
Frankofoniya (təşkilat)
Frankofoniya (fr. l’Organisation internationale de la Francophonie (OIF) — fransızdilli ölkələrin beynəlxalq təşkilatı (OIF). 54 üzvü, dövlətləri və hökumətləri təmsil edən təşkilatın 7 assosiativ üzvü, həmçinin 27 müşahidəçi üzvü var . OIF 4 əsas məqsədə uyğun olaraq 88 dövlət və hökumətə öz siyasətlərini inkişaf etdirmək və ya möhkəmləndirmək, beynəlxalq siyasətləri və çoxtərəfli əməkdaşlıq fəaliyyətlərini həyata keçirməkdə dəstək verir: Fransız dilini təbliğ etmək, çoxdilliliyi və mədəni müxtəlifliyi dəstəkləmək. Sülhün, demokratiyanın və insan haqlarının təşviqi. Təhsil, təlim, ali təhsil və tədqiqatları dəstəkləyin. Davamlı inkişafın xeyrinə iqtisadi əməkdaşlığın inkişafı. OIF-in bütün fəaliyyətlərində gənclərə və qadınlara, eləcə də rəqəmsal texnologiyalara xüsusi diqqət yetirilir. OIF Frankofoniya Parlament Assambleyası (APF) və 4 operatorla: Agence Universitaires de la Francophonie (AUF), beynəlxalq frankofon yayımçısı TV5Monde, Frankofoniya Bələdiyyə Başçılarının Beynəlxalq Assosiasiyası (AIMF) və İsgəndəriyyə Universiteti ilə birlikdə frankofoniya sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirir . Təşkilata qoşulmaq üçün əsas meyar konkret ştatın əhalisinin fransız dilini bilmə dərəcəsi deyil (baxmayaraq ki, bu, arzuolunandır), Fransa ilə onilliklər və hətta əsrlər boyu inkişaf etmiş mədəni əlaqələrin olmasıdır.
İvano-Frankovsk ratuşası
İvano-Frankovsk ratuşası (ukr. Івано-Франківська ратуша) — Rınok meydanında İvano-Frankovsk mərkəzində bina. Ukraynada art deko elementləri ilə konstruktivist üslubda tikilmiş bir neçə bələdiyyə binalarından biri. Qalitskaya küçəsi ratuşa binasına aparır. Hazırda burada İvano-Frankovsk Diyarşünaslıq Muzeyi yerləşir. 1662-ci ildə Stanislaviv (indiki İvano-Frankovsk) şəhərinin banisi Anjey Potoçki şəhərdə bələdiyyə binası tikmək qərarına gəldi. 1666-cı ildə bu məqsədlə müvəqqəti taxta bina tikildi. 1672-ci ildə ağac və daşdan yenidən tikilmişdir. Son İntibah üslubunda olan bina daş əsaslı doqquz mərtəbəli dairəvi taxta qüllə idi. 1672-ci ilin yanvarında Stanislavovu ziyarət edən alman səyyahı Ulrix fon Verdum özünün “Gündəliyində” bu şəhər meriyasının təsvirini qoyub.
Fran Kristo Frankopan
Fran Kristo Frankopan (mac. Frangepán Ferenc Kristóf; 4 mart 1643 – 30 aprel 1671, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — xorvat əsilli xorvat barokko şairi, zadəgan və siyasətçisi. Uğursuz Zrinski-Frankopan sui-qəsdində iştirakı ilə yadda qalan Frankopan Kristo xorvat markesası, Frankopan zadəgan ailəsinin üzvü. == Bioqrafiyası == === Erkən həyatı və yaradıcılığı === Xorvatiyanın Bosilyevo şəhərində doğulmuş Fran Kristo Frankopanın özünəməxsus dəsti-xətti var idi. Atası Vuk Kristo Frankopan öümündən sonra Zaqrebdə təhsil almağa gedən Fran burada Yezuitlər Akademiyasına daxil olub. O, təhsilini İtaliyada davam etdirməzdən əvvəl Gornı Grad-Medveşak şəhərin indiki Habdelik küçəsində yaşayıb. Orada 1656-cı ildə 13 yaşında latın dilində ilk poetik əsəri olan Elegiyanı nəşr etdirib. O, müxtəlif poetik təsirlərə məruz qalmış şair olub. Onun "Zamanı aldatmaq üçün bağ" (“Gartlic za čas kratiti”) adlı əsəri həbsxanada olduğu illərinin xatirələrindən bəhs edir. Frankopan şeirlərini əsasən xorvat dilinin kaykavian-ikavian ləhcəsində yazmışdır (Srića daje kaj misal ne zgaje şeirində göründüyü kimi).
İvan Franko adına Lvov Milli Universiteti
İvan Franko adına Lvov Milli Universiteti (ukr. Львівський національний університет імені Івана Франка) — Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Əvvəlcə universitet Yan Kazimirin adını daşıyırdı və Polşaya, sonra Avstriya-Macarıstana məxsus idi və artıq 1939-cu ildən isə Ukraynanın universiteti oldu. 1661-ci ilin 20 yanvarı Lvov Universitetinin yaranma tarixi hesab edilir. Bu gündə kral Yan ІІ Kazimir fərmanı dərc etdi, hansına ki uyğun olaraq, 1608-ci ildə yaradılmış yezuit kollegiyasına akademiya və "universitet titulu" statusu verilmişdir. Akademiyanın və universitetin hüquqlarının formal təsdiqi 1758-1759-cu illərdə baş vermişdir. Lvov universitetinin Universitet küçəsində yerləşən əsas korpusunun indiki binası 1877-1881-ci illərdə memar Yu. Qoxberqerin rəhbərliyi altında tikilmişdir. Əvvəlcə binada Qalitsiyanın və Lodomeriyanın Ölkə seymi yerləşirdi. Əsas korpusun fasadı sütunlu böyük portiklə və lociya ilə bəzənmişdir.

Digər lüğətlərdə