FƏR

Farsca “parlaq”, “yüksək əhval” deməkdir. Fərlifərsiz də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FƏND
FƏRAHİM
OBASTAN VİKİ
Fikrət Məmmədov (Fərrux oğlu)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi. Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu. 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu. 2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Fərab (Ərdəbil)
Fərab (fars. فاراب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (138 ailə).
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-iran (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində fars qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
Fərabi Kino Fondu
Farabi Kino Fondu (fars. بنیاد سینمایی فارابی‎) — İranda qeyri-hökumət, qeyri-kommersiya və ictimai işlər üzrə institutdur. Kino işləri üzrə fəaliyyət göstərir: ölkə daxilində və xaricdə film istehsalı və paylaması, film və kino barədə kitab nəşri, Fəcr Beynəlxalq Film Festivalı və Uşaqlar və Yeniyetmələrin Film Festivalının keçirməsi.
Fəradonbə
Fəradünbə— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,697 nəfər və 2,823 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylar və səlcuqlardan ibarətdir, qaşqay dili və səlcuq türkcəsinə danışırlar və şiə müsəlmandırlar.
Fəradünbə
Fəradünbə— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,697 nəfər və 2,823 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylar və səlcuqlardan ibarətdir, qaşqay dili və səlcuq türkcəsinə danışırlar və şiə müsəlmandırlar.
Fərah
Fərah vilayəti
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fərah vilayəti
Fərah vilayəti (dəri فراه) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Fərah şəhəridir Vilayətin sahəsi 48,471 km² , 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 458,5 min nəfər, inzibati mərkəzi isə Fərah şəhəridir. Əhalisinin təxminən 50%-ni puştunlar, 45%-ni taciklər, qalanlarını isə az saylı şiə həzaralar, aymaqlar, bəluclar və Qızılbaş-Əfşarlar təşkil edir. == Rayonları == Vilayətdəki rayonlarda əhalinin etnik tərkibi: Anar Dara (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 000 nəfərdir) - 100% tacik. Bakwa - 100% puştun. Bala Buluq - 95% puştun, 5% tacik. Farah City - 50% puştun, 50% tacik. Gulistan - 80% puştun, 20% tacik. Khaki Safed - 70% puştun, 30% tacik. Lash wa Juwayn - 99% tacik, 1% puştun. Pur Chaman - 99% tacik, 1% puştun Pusht Rod - 99% tacik, 1% puştun.
Fərahan şəhristanı
Fərahan şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fərməhin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,152 nəfər və 8,900 ailədən ibarət idi.
Fərahim Novruzov
Fəraməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). == Həyatı == Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. == Elmi fəaliyyəti == 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur. F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Əsas elmi nailiyyətləri == F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.
Fəraməz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. == Həyatı == Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.
Fəraməz Əkbərian
Fəraməz Əkbərian-Kalacahi (1949, Təbriz – 12 mart 2019, London) — Azərbaycan əsilli Britaniya nüvə alimi. == Həyatı == İngiltərədə məskunlaşan Azərbaycan diasporunun inkişafında böyük rol oynamışdır. === Şəxsi həyatı === Fəraməz Əkbərian İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. == Həyatı == Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. == Yaradıcılığı == Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur. Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.
Fərap etrapı
Fərap etrapı (türkm. Farap etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Fərap qəsəbəsidir.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat Qalxanı Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Fəraz Kəmalvənd
Fəraz Kəmalvənd (26 dekabr 1976, Xurrəmabad, Luristan, İran) — Təbrizin Traktor Sazi futbol klubunun keçmiş (2008-2011) baş məşqçisi. Fəraz Kəmalvənd İranda peşəkar futbol məşqçilərindən sayılır və İran yüksək futbol liqasında ən gənc baş məşqçidir. Fəraz Kəmalvənd Traktor Sazi futbol klubunu 7 ildən sonra bir daha İran Futbol üstün liqasına qaytarmağa görə, Güney azərbaycanlılar arasında dərin hörmətə sahib olmuşdur.
Fəraşbənd
Fəraşbənd- İranın Fars ostanının şəhərlərindən və Fəraşbənd şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,142 nəfər və 3,762 ailədən ibarət idi.
Fəraşbənd şəhristanı
Fəraşbənd şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəraşbənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,679 nəfər və 8,474 ailədən ibarət idi.

Digər lüğətlərdə