Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir.
Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır.
Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.