Qoz, nar kimi meyvələrin qabığına və onun rənginə gəzəl, gəz deyirik. Fars dilindən gəlsə də, əsli sloven (Yuqoslaviyada xalqdır) sözüdür. Onlar ağac qabığından hazırlanmış səbətə “kozol” deyirlər, sözün əsl mənası “qabıq” deməkdir. Qabığın rənginə də gəzəl (və ya gəz) deyirlər. Gülgəz sözündəki gəz hissəsi də rəng deməkdir. Gülgəz “gül rənginə bənzəyən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)