gecə kəpənəyi

a streetwalker (prostitute) ночная бабочка / девочка по вызову / путана
gecə-gündüz bilmir
gecə koru
OBASTAN VİKİ
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Kələm kəpənəyi
Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.
Turpəng kəpənəyi
Turpəng kəpənəyi (lat. Pieris rapae) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ağcalar fəsiləsinə aid olan növ Kiçik ölçülü ağ rəngli kəpənəklərdir. Növün arealından asılı olaraq nəsilvermə qabiliyyəti müxtəlifdir. Belə ki, Sankt-Peterburq və Moskva vilayətlərində bu zərərverici 2 nəsil verir. Aşağı Povoljyevdə və Qafqazda bu növ 4-5 nəsil verir. Zaqafqaziya və Qara dəniz sahillərinin subtropik zonasında 5 nəsil verməsi mümkün hüsab olunur. Baykal ətrafında 3 nəsil verir. Turpəng kəpənəyinin aparılan tədqiqatlar nəticəsində pup mərhələsində qışladığı müəyyən olunmuşdur. Quba-Xaçmaz bölgəsində ilk kəpənəklər aprel ayının III ongünlüyündə uçmağa başlayır. Kəpənəklərin kütləvi uçuşu may ayının II yarısında müşahidə edilir.
Yemişan kəpənəyi
Yemişan kəpənəyi (lat. Aporia crataegi) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır. 2 və 3-cü yaş tırtılları sapla bir- birinə bağlanan, yarpaqlardan düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar ağacın kiçik budaqlarından sapla asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qışlayır. Yazın əvvəllərində, qış yuvasından çıxan tırtıllar, ağacların tumurcuqlarının içərisini, sonra isə çiçək, qönçə və yarpaqları ilə qidalanırlar.
Yenilik kəpənəyi
İnnovasiya kəpənəyi, bazarları, tələbatı, məhsul xüsusiyyətlərini və firmanın imkanlarını birləşdirən sistemdə layihə planlarında kiçik görünən təxribatların (narahatlıqlar və ya dəyişikliklərin) layihəni və ya bütün layihələr portfelini geri qaytarıla bilməyəcək qədər aşağı istiqamətləndirə biləcəyini təsvir edən bir metafordır. texnologiya və bazarın təkamülü baxımından yol. Bu metafor tədqiqatçılar Anderson və Joglekar tərəfindən hazırlanmışdır. O, xaos nəzəriyyəsində rast gəlinən daha ümumi "kəpənək effekti"nin xüsusi bir nümunəsi kimi düşünülmüşdür. Yenilik kəpənəyi ona görə yaranır ki, bir çox innovasiya sistemləri daxili gecikmələri ehtiva edən bir neçə qeyri-xətti əks əlaqə dövrələri vasitəsilə bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxlu sayda elementdən ibarətdir və beləliklə, mürəkkəb bir sistem təşkil edir. Narahatlıqlar firma daxilində və ya onun rəqibləri tərəfindən qəbul edilən qərarlardan yarana bilər və ya hökumət qanunvericiliyi və ya ətraf mühitin mühafizəsi qaydaları kimi xarici qüvvələr və ya neftin qiymətində gözlənilməz sıçrayışlar nəticəsində yarana bilər. Yenilik kəpənəyi nəticəsində innovasiya sisteminin necə təkamül etməsi son nəticədə innovativ firmanın uğur və ya uğursuzluğuna səbəb ola bilər. Fizika, biologiya və ya sosiologiya kimi sahələrdə kompleks sistemlərin həm yoldan asılılığa, həm də yaranan davranışa meyilli olduğu məlumdur. İnnovasiya kəpənəyinin davranışını fərqli edən bazar seçimi, həmçinin paylanmış innovasiya parametrləri daxilində fərdi və qrup qərarlarının qəbulunda qərəzlilikdir ki, bu da fövqəladə davranışa təsir edə bilər. Bundan əlavə, biznesin əksər sahələrində menecerlər riski daha yaxşı idarə etmək üçün qeyri-müəyyənliyi azaltmağa çalışırlar.
Çəmən kəpənəyi
Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir.
Alma şüşəqanad kəpənəyi
Alma şüşəqanad kəpənəyi-(lat. Synanthedon myopaeformis)-buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin şüşəqanad kəpənəklər fəsiləsinə aid olan növ Kəpənək qanadları açılan zaman 15–20 mm böyüklükdə olur. ön və dal qanadlar parlaqdır, şüşəni xatırladır. Bədəni tünd mavi rəngdədir. Qarıncığın dördüncü buğumu qırmızıya çalır. Yumurtası ovaldır və uzunluğu 1 mm-ə çatır. Tırtılın bədəni sarımtıl-ağ, yaxud çəhrayı rəngdə olur. uzunluğu 20 mm-ə qədərdir. Pupu sarımtıl qəhvəyi olub, qarıncıq buğumlarının üst tərəfində 2 cərgəli tüklü mahmızlar var. Hər bir dişi kəpənək 200-250 ə qədər yumurta qoyur.
Ağ Amerika kəpənəyi
Ağ Amerika kəpənəyi (lat. Hyphantria cunea) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Zərərvericinin kəpənəyi ağ rəngdədir. Qanadları açıq halda 40-50 mm-dir. Bığcıqları qaradır. Sanki ağ hissəciklərlə tozlanmışdır. Dişi fərdlər erkəklərdən böyük olur. Erkək fərdlərdə bığcıqlar lələkşəkilli, dişilərdə isə sapşəkillidir. Erkək fərdlərin ön ayaqlarının bud və burma hissələri tünd sarıdır. Erkək fərdlərin qanadları üzərində tünd-qəhvəyi rəngdə nöqtələr vardır.
Oxim qızılı kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur. Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır.
Talış məxməri kəpənəyi
Talış məxməri kəpənəyi (lat. Pararge adrastoides) — pararge cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. Talışın ovalıq, dağətəyi və dağları (meşənin yuxarı hissəsinə qədər). Kölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları. Azsaylıdır. Ovalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.
Gecə (albom)
Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Gecə Canavarları
Gecə Canavarları (rus. Ночные Волки) — SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu. 31 may 1989-cu ildə Moskvada yaradılmışdır. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.
Gecə fotoqrafiyası
Gecə fotoqrafiyası — Gecə qaranlığı və sübh arasında açıq havada şəkil çəkmə. Gecə fotoqrafları süni işıqlandırma və uzun əziyyət çəkib, arzuolunmaz şəkil çəkmək üçün kifayət qədər vaxt verirlər. Yüksək sürətli filmlərin, yüksək həssaslıqlı rəqəmsal sensorların, geniş diapazonlu lenslərin və şəhər işıqlarının gücünü artırmaqla, mövcud işıqdan istifadə edərək gecə fotoqrafiyasını daha da mümkün etmək olar. Erkən fotoqrafik vaxtların çox uzun olması, insanların çox erkən vaxtlarda şəkil çəkməsi mənasına uyğun gəlmirdi. Mexanik izləmə qurğusunun inkişafı, teleskoplara qoşulmuş kameraların nəticəsində, göydələn obyektlərinin müvəffəqiyyətli görünüşləri çəkilirdi. Astronomiya fotoqrafiyasında ilk bilinən cəhd 1839-cu ildə Ayın surətini çəkməyə cəhd edənin adını daşıyır olan daquerotip prosesinin ixtiraçısı Lui Dager idi. Uzun müddət ərzində teleskopun rəhbərliyindəki səhvləri izləyən fotoşəkil, qeyri-müəyyən bir ləkə kimi çıxdı. Con Uilyam Dreper, 1 il sonra, 23 mart, 1840-cı ildə, 5-inç istifadə edərək Ayın ilk uğurlu şəklini çəkmişdir. 19-cu əsrin ikinci yarısında küçə işıqlandırmasının artan istifadəsi, dövrün avadanlıqlarının uzun müddətə təsir göstərməsinə baxmayaraq, gecə vaxtı şəkil çəkmək mümkün oldu. Aydınlaşmadakı inkişaf, xüsusən elektrik enerjisindən istifadə edərək inkişaflar, məruz qalma müddətlərinin qısaldılması ilə üst-üstə düşdü.
Gecə göyqurşağı
Gecə göy qurşağı (bəzən Ay göy qurşağı) — ayın düşən işığı sayəsində meydana gələn göy qurşağı. Günəşin təsiri ilə meydana gələn göy qurşağından yalnız parlaqlığının azlığına görə fərqlənir. Günəş göy qurşağında olduğu kimi onunda radiusu (42°) eynidir və hər zaman göyün Ayın yerləşdiyi əks tərəfində olur. Gecə göy qurşağında rəngləri seçmək mümkün deyil. Üstəlik gecə görmə rəng alqısını təmin etmək iqtidarında deyil. Nəticədə adətən ancaq ağ rəngdə görünür. Ancaq çəkiliş zamanı rəngləri görmək olur. Ayın özü ətrafında görünən rəng fonu göy qurşağı sayılmaz. Şüaların suyun düşməsi, bulud və ya dumandakı buz kristallarının difraksiyonlarının fenomenidir. Bunlar gecə göyqurşağı sayılmır.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Gecə kafesi
Gecə kafesi — məşhur holland rəssam Vinsent van Qoqun 1888-ci ildə Arlda çəkdiyi rəsm əsəri. Adı aşağı sağ küncdə, rəssamın imzasının düz altında qeyd olunan Gecə kafesi hal-hazırda Yel Universitetinin İncəsənət Qalereyasında saxlanılır.
Gecə klubu
Gecə klubu — hamının üzünə açıq olan musiqili, içkili musiqi məkanı və əyləncə məkanı, insanların əylənmək məqsədi ilə getdikləri, musiqi sədaları altında rəqs edilən, spirtli içkilər qəbul edilən və ümumiyyətlə gecədən səhərə qədər açıq qalan musiqi məkanlarıdırlar. Gecə klubu adətən rəqs meydançası, lazer işıq şousu və disk jokey (DJ) üçün səhnədən ibarət əyləncə məkanıdır. “Gecə klubu”nun adı zamanla dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə disko və ya diskoteka adlandırılan bu yerlər hal-hazırda gecə klubları və ya sadəcə olaraq klub adlandırılırlar. Gecə klubu işlətmək istəyən, bu sahədə fəaliyyət göstərmək istəyən, tütün məmulatlarının, alkoqollu içkilərin və spirtli içkilərin satışı ilə məşğul olmaq istəyən şəxslər və təşkilatlar müəssisənin yerləşdiyi yerin mərkəzi rəhbərliyindən icazə şəhadətnaməsi almalı və lazımi auditorlar tərəfindən biznesin yoxlanılmasına və bu sahədə fəaliyyət göstərmək üçün icazə alınmasına hüquqi baxımdan əsas verən hüquqi sənədlər əldə etməlidirlər. Bu qanunun tətbiq olunduğu ölkələrdən biri olan Türkiyədə də TAPDK-nın icazəsi olmadan alkoqol və tütün məmulatlarının satıldığı yerlərə fəaliyyət göstərmək hüququ verilmir. İlk gecə klubları 1840-1850-ci illərdə Nyu Yorkda yaradılmışdır. Onlar canlı musiqi, rəqs və vodevil çıxışları ilə milli şöhrətə malik idilər.
Gecə kərtənkələləri
Gecə kərtənkələləri (lat. Xantusiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Gecə kərtənkələsi
Gecə kərtənkələsi (lat. Xantusia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gecə kərtənkələləri fəsiləsinə aid heyvan cinsi.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Gecə meymunları
Gecə meymunları (lat. Aotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Gecə namazı
Gecə namazı - Gecə yarısından sübh azanı arasında qılınan 11 rəkətlik namaz. 1) 4 ədəd 2 rəkətli namaz qılınır (sübh namazı kimi ). Hər birində birinci rəkətdə həmd və ixlas surələri, ikinci rəkətdə isə həmd və kafirun surələri oxunur. 2) 2 rəkət şəf namazı qılınır. Bu namaz da sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd və nas, ikinci rəkətdə isə həmd və fələq surələri oxunur. 3) Vitr namazı.
Gecə yazısı
Gecə yazısı — Qaranlıq mühitdə qarşılıqlı yazılı ünsiyyəti təmin edən relyefli şrift. Gecə yazısı Napoleon Bonapart dövründə xidmət etmiş fransız əsgərlərinin qaranlıq şəraitdə pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilmələri üçün Carls Barbier tərəfindən yaradılmışdır. Gecə yazısının gözdən əlil şəxslər üçün yaradılmış forması isə 1821-ci ildə Luis Brayl tərəfindən tərtib edilmişdir. Həmin yazı forması yaradıcısının adına uyğun olaraq Brayl əlifbası adlandırılmışdır.
Gecə əsnasında
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.