GEC (qeyri-münasib vaxt) [Könül] evdən çıxanda tapşırdı ki, ondan nigaran qalmasınlar. Gec qayıdacaq (X.Hasilova); BİVAXT Mərdan şəhərə bivaxt döndü (Mir Cəlal); ƏRƏZƏN (dial.) Bu il pambıq ərəzən əkilib (ADDL); VAXTSIZ Qaraş., axşam evə vaxtsız qayıdırdı (Ə.Vəliyev).