Gemütsverfassung
genannt
OBASTAN VİKİ
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Gen (film, 2006)
Gen qorxu-gərilim janrında olan 2006-ci il istehsalı türk sinema filmi. Filmin ssenaristləri Murad Toxtamışoğlu, Güray Ölgü və Alper Məstçidir. Psixiatr Dəniz təpəlik bölgədə yerləşən ruhi xəstəxanaya təyin olur. İşə başladığı ilk gün intihar edən xəstənin meyitini görür. Hadisəni araşdırmaq üçün xəstəxanaya gələn polislər pis hava şəraitinə görə xəstəxanada qalmalı olurlar. Yollardan başqa telefon xətləri də zədələnmişdir və xarici mühitlə əlaqə kəsilmişdir. Çox keçmədən xəstəxanada çoxsaylı cinayətlər başlayır.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
Cyclolepis genistoides
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar

Cənubi Koreyanın Ailə nazirliyi və Gender bərabərliyi
Gender bərabərliyi və Ailə nazirliyi (koreyaca 여성 가족부) — Cənubi Koreya Respublikasına aid bir qurumdur. 28 fevral 1988-ci ildə "Qadın işləri" adlı komissiya yaradıldı. 29 yanvar 2001-ci ildə nazirlik kimi fəaliyyətə başladı. Baz nazir Jeong Yeongae, birinci müavini isə Kim Kyongseondur. Qadın siyasətinin planlaşdırılması və koordinasiyası, qadın hüquqlarının genişləndirilməsi vasitəsilə qadın statusunun yaxşılaşdırılması; ailə siyasəti və çoxmədəniyyətli ailə siyasətinin qurulması, uzlaşdırılması və dəstəklənməsi; gənclərin rifahının və qorunmasının təşviqi; qadınlara, uşaqlara, gənclərə qarşı zorakılığın qarşısının alınması və qurbanlarının qorunması. Cinsiyyətlə əlaqəli siyasətin planlaşdırılması, əlaqələndirilməsi, təhlili; qadın qaynaqlarının inkişafı və istifadəsi; qadınların cəmiyyətdəki iştirakının genişləndirilməsi; cinsi zorakılığın qarşısının alınması və qurbanlarının qorunması; qadın mülki qrupları ilə beynəlxalq təşkilatların əlaqələndirilməsi; çoxmədəniyyətli ailələrin, qadın immiqrantların dəstəklənməsi. İş və ailənin tarazlığı üçün sosial mühitin yaradılması əsas məqsəddir. Hər çərşənbə günü işçilərin daha tez evə gedib boş vaxtlarını ailələri ilə birgə keçirməsi üçün "Sevimli Ailə" adlı bir kampaniya yaradılmışdır. Bu kampaniya gərgin iş həyatına baxmayaraq ailəni sevmək üçün atılan bir addımdır. Sağlam və çoxmədəniyyətli ailənin qurulması üçün dəstək;Koreya dilində təhsil üçün müxtəlif proqramların hazırlanması;sabit həyat və Koreya cəmiyyətinə uyğunlaşmaq üçün uşağa qayğı;sosial inteqrasiyanın təşkili; çoxmədəniyyətli ailədə ikidilli ailə mühitinin formalaşması; evli immiqrantlar üçün tərcümə xidmətləri;evlilik işinə ciddi nəzarət etməklə beynəlxalq nikahda sağlam mədəniyyətin inkişaf etdirilməsi;beynəlxalq nikahda təcrübəni inkişaf etdirmək üçün təlim və yoxlamaların keçirilməsi;beynəlxalq nikahda təhsilin həyata keçirilməsi; qadın immiqrantlar və çoxmədəniyyətli ailələr üçün sutkanın 24 saatı 13 müxtəlif dildə fəaliyyət göstərən çağrı mərkəzi; bir çox mədəniyyətləri tədris edən peşəkar müəllim kollektivi.
Dictamnus generalis
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Dillərin genetik təsnifatı
Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir. Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur. Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir qola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir. Köklərinə görə təməl dil ailələri bunlardır: German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
Dörd ulduzlu general
Ordu generalı — bir çox ölkələrin quru və hava qüvvələrinin əsas vəzifəsi ordu komandanlığı olan general-polkovnik və marşal arasındakı hərbi rütbədir. NATO kodu OF-9-dur.
Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Naxçıvanski (general-mayor)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
Elxan Həsənov (general)
Elxan Həsənov (1959, İrəvan) — Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini, polis general-mayoru. Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan SSR İrəvan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə SSRİ Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildə Azərbaycan SSR Daxili İşlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Sonralar o, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir. İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı "İgidliyə görə" medalı ilə, 29 iyun 2018-ci il tarixli 263 nğmrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli 363 nömrəli Sərəncamı ilə ona polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Ailəlidir, iki övladı var.
Elçin Quliyev (general)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Elçin Quliyev (general-polkovnik)
Euphorbia geniculata
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Euphorbia heterophylla var. geniculata

Fikrət Məmmədov (general)
Fikrət Məmmədov (9 dekabr 1961, Lənkəran – 15 may 2002, Gədəbəy)— Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri. Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin, institutun II kursunun birinci semestrini bitirən Fikrət Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı taqım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov 1990–1993-cü illərdə Moskvada M. Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub. 1998-ci ilin mayında isə Fikrət Məmmədova general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. Vətənin müdafiəsində göstərdiyi "Qırmızı Ulduz" ordeni və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Fritillaria gentneri
Fritillaria gentneri (lat. Fritillaria gentneri) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Fuad Məmmədov (general-leytenant)
Fuad Məmmədov (31 yanvar 1968, Bakı – 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi.221 nömrəli məktəbdə təhsil alıb. Fuad Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir. 1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib. Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.
Genişləndirmə
Genişləndirmə – kompüterin təməl sistemində genişləndirilməmiş funksiyaları yerinə yetirmək üşün yardımçı (əlavə) qurğular qoşmaq yolu ilə onun imkanlarının artırılması. Genişləndirmə dedikdə, adətən, kompüterin içərisində və ya onun korpusunda nəzərdə tutulmuş (genişləndirmə yuvalarına) əlavə çap lövhələrinin (genişləndirmə lövhələrinin) qoşulması başa düşülür.
Girls Generation
Girls Generation — qızlardan ibarət Cənubi Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 9 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub. SM Entertainment şirkətinə bağlıdır. Qrupun koreyaca adı "So Nyuh Shi Dae" olub qısaca SNSD kimi işlədilir. Bundan başqa "SoShi" də qrupun taxma ləqəblərindən biridir. Qrup Çində "Shao Nü Shi Dai" Yaponiyada isə "Shōjo Jidai" olaraq tanınır. Taeyeon Jessica Seohyun Tiffany Hyoyeon Yuri Sooyoung Yoona Sunny Albomlar 2007: Girls' Generation 2010: Oh! Yenidən buraxılmış albomlar 2008: Baby Baby (Girls' Generation albomunun yenidən buraxılması) 2010: Run Devil Run (Oh' albomunun yenidən buraxılışı) Kiçik albomlar 2009: Gee 2009: Tell Me Your Wish (Genie) 2010: Hoot Xüsusi albomlar 2008: Sweet Memories with Girls' Generation 2008: Heart 2 Heart with Girls' Generation Tək albomlar 2007: The First Single Album (Into The New World adıyla da bilinir) Tək albomlar 2010: Genie 2010: Gee Generation Oh!
Girls` Generation

Hai to Gensou no Grimgar
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 21 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
II Gennadios
II Gennadiy (yun. Γεώργιος Κουρτέσιος Σχολάριος) (d. 1400 – ö. 1473) — 1454 - 1464-cü illərdə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı. Gennadiy Aristotelin fikirlərini müdafiə etmişdir. VII İoann Paleoloq dövründə 1438 - 1439-cu illərdə, Bazel konsulu, XI Konstantin Paleoloqun dövründə isə Konistantinapol Pantokratoru olmuşdur. Osmanlı imperatoru sultan II Mehmedin hakimiyyəti zamanı 1453 - 1456, 1458 və 1462 - 1464-cü illərdə üç dəfə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı seçilmişdir. Eyni zamanda fəlsəfə müəllimi olan Gennadiy 1473-ci ildə vəfat etmişdir.
II Gennadiy

Digər lüğətlərdə