GEOMORFOLOJİ GENETİK SIRA

inkişaf prosesində qanunauyğun surətdə bir-birini əvəz edən, relyef formaları sırası. Misal: dar dərədən başlamış maili yamaclı geniş dərəyə qədər inkişaf etmiş-dərə. G. g. s. karst deşiyindən başlamış karst çökəklikləri və sahələrinə qədər inkişaf etmiş-karst çökəklikləri. ряд генетический геоморфологичеcкий genetic and geomorphological rows
GEOMORFOLOJİ FORMASİYA
GEOMORFOLOJİ XƏRİTƏLƏŞDİRMƏ
OBASTAN VİKİ
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Geomorfoloji Skil
Geomorfoloji amillər
Geomorfoloji anomaliya
Geomorfoloji mərhələ
Geomorfoloji rayonlaşdırma
Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir. Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar. Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur.
Geomorfoloji səviyyələr
Genetik alqoritmlər
Genetik Alqoritmlər — kompüter elmlərinin təbiət elmlərindən öyrəndiyi və öz problemlərini həll etmək üçün istifadə etdiyi üsuld. Genetik alqoritmlərin fundamental qanunları ilk dəfə Miçiqan Universitetində John Holland tərəfindən ortaya atılmışdır. Genetik alqoritmlər aşağıdakı kompanentlərdən ibarətdir: Baxılan problemin həlli. Xromosomların ilkin populyasiyası Əvvəlki populyasiyalardan istifadə etməklə yeni həll yollarının generasiyası üçün operatorların toplanması Həllin uyğunluğunu yoxlayan (fitness) hədəf funksiyası. Bu alqoritmdə genetikada istifadə edilən 3 əsas əməliyyat istifadə olunur. Çarpazlama (Crossover) Mutasiya (Genetik alqoritm) (Mutation) Uğurlu gen seçimi (Selection) Yuxarıdakı ilk iki əməliyyat əslində bir genin dəyişməsində rol oynayan iki təməl əməliyyatdır. Bu iki təməl əməliyyatla (çarprazlama və mutasiya) dəyişən genlər arasından seçim edilməsi (selection) isə genetik alqoritmlərdə istifadə edilən və müvəffəqiyyət əldə etməyi təmin edən üsuldur. Seçmə əməliyyatı üçün turnir seçkisi (tournament selection) və ya təsadüfi dəyəri ehtiva edən rulet seçkisi (roulette wheel selection) üsulları istifadə edilə bilər.
Genetik epidemiologiya
Genetik epidemiologiya — Genetik epidemiologiya, ailələrdə və populyasiyalarda sağlamlıq və xəstəliyin təyin edilməsində genetik faktorların rolunu və bu kimi genetik faktorların ətraf mühit faktorları ilə qarşılıqlı əlaqəsini öyrənir. Genetik epidemiologiya genetikanın böyük qruplarda necə işlədiyinə dair statistik və kəmiyyət təhlili aparmağa çalışır. Genetik epidemiologiya termininin istifadəsi 1980 -ci illərin ortalarında yeni bir elmi sahə olaraq ortaya çıxdı. Rəsmi dildə desək, genetik epidemiologiya, sahənin qabaqcıllarından olan Nevton Morton tərəfindən qohum qruplarında xəstəliyin etiologiyasi, yayılması və idarə edilməsi və populyasiyalarda xəstəliyin irsi səbəbləri ilə məşğul olan bir elm olaraq təyin edilmişdir. Həm molekulyar epidemiologiya, həm də statistik genetika ilə yaxından əlaqəlidir, lakin bu üst -üstə düşən sahələrin hər birinin fərqli vurğuları, cəmiyyətləri və jurnalları var . Sahənin bir tərifi, genetik epidemiologiyanı hər hansı bir genetik əsası anlamaq üçün xüsusiyyətlərin ailəvi paylanmasının təhlili ilə məşğul olan elmi bir intizam olaraq təyin edən davranış genetikası ilə yaxından əlaqədardır. Genetik və ətraf mühit faktorları və insanlarda müxtəlif xəstəliklər və xüsusiyyətlər meydana gətirmək üçün necə qarşılıqlı əlaqədə olduqları tərif qəbul edir: "Genetik epidemiologiya, qohum qruplarında xəstəliyin və populyasiyalarda xəstəliyin irsi səbəblərinin etiologiyası, yayılması və nəzarətinin öyrənilməsidir." Eramızdan əvvəl IV əsrdə Hippokrat "Havalarda, Sularda və Yerlərdə" adlı yazısında davranış və ətraf mühit kimi faktorların xəstəliklərdə rol oynaya biləcəyini irəli sürmüşdü. Epidemiologiya, 1662 -ci ildə ölüm nisbətlərində rol oynadığını düşündüyü müxtəlif faktorları cədvəlləşdirərək statistik bir yanaşma istifadə edərək Londonda ölümü ölçməyə çalışan John Qrauntun işi ilə daha sistemli bir mərhələyə qədəm qoydu . John Snov epidemiologiyanın atası hesab olunur və xəstəliyin səbəbini, xüsusən də 1854 -cü ildə Londonda vəba epidemiyalarını aşkar etmək və hədəf almaq üçün statistikadan istifadə edən ilk adamdır. Xolera hadisələrini araşdırdı və çirklənmiş su quyuları olduğu vəba xəstəliyinin ən çox ehtimal olunan səbəbini müəyyən edən bir xəritəyə qoydu .
Genetik kod
Genetik kod DNT və ya RNT molekullarındaki informasiyanın yəni triplet ardıcıllığının amin turşu ardıcıllılğına yəni zülal istehsalına keçirilməsi proseslərində istifadə olunan qaydalar məcmusudur. Genetik kodun vacib xüsusiyyətlərindən biri onun kolinearlığıdır, yəni nuklein turşuları kodlarının ardıcılıqları ilə polipeptid zəncirində aminturşularının ardıcıllıqlarının müvafiq olması. DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Lakin bu zəncirin həlqələri eyni deyil – 4 cürdür. Daha doğrusu bu polimer 4 cür nukleotidin birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir. Zülal molekulları DNT-dən RNT vasitəsilə göndərilən informasiya əsasında qurulur.
Genetik mühəndisliyi
Genetik mühəndisliyi — genetik maddənin qurulşunda və funksiyasında, həmçinin onların əldə edilməsində və hüceyrələrə, yaxud nuklein turşuları molekullarına köçürülmə üsullarını bilməklə onların üzərində müxtəlif manipulyasiyalar aparmaq. Genetik mühəndisliyinin əsasında ayrı ayrı nukleotid ardıcıllıqlarına parçaladıqdan sonra DNT-nin bakteriya plazmidləri və faqların genomu vasitəsilə prokariot və eukariot hüceyrələrə köçürülməsi durur. Nəticədə əmələ gəlmiş belə hüceyrələr – hibridlər yad gen fraqmentlərinə malik olmaqla köçürülmüş genin ekspressiyasını təmin edir. Gen mühəndisliyi son məqsədlərindən biri müəyyən genin kodlaşdırıldığı məhsulun və ya əlameətin resipient orqanizmdə təmin edilməsindən ibarətdir. Bunun üçün əvvəlcə həmin məhsulu, yaxud əlaməti kodlaşdıran gen seçilir. Göstərilən DNT molekuluna müəyyen orqanizmdən almaq, yaxud onu kimyəvi və ya fermentativ yolla sintez etmək mümkündür. Son dövrdə genetikanın uğurlariından biri də genetik klonun, yəni genetic surətlərin yaradılmasıdır. Genetik klon ilk dəfə keçen əsrin sonlarında Şotland alimləri Yan Velhmut və Ken Kembpell tərəfindən yaradılmısdır. Onlar yetkin qoyunun somatik huceyrəsinin nüvəsini digər qoyun nüvəsiz yumurtahüceyrəsinə köçürməklə somaktik hüceyrə nüvəsinə malik ziqota əldə etmişlər. Bu yolla alınmış ziqotanın üçüncü qoyunun balalığında inkişafını təmin etməklə onlar ilk dəfə olaraq onunla tam indentik genotipə malik olan Dolli adlı qoyun bütün dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir.
Genetik psixologiya
Genetik psixologiya — Psixologiyanın xüsusi sahələrindən biri. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.
Genetik silahlar
Genetikanın nailiyyətlərinin hərb sferasına tətbiqindən ibarət vasitələr toplumudur. Son dövrlərə qədər bu sahədə ən perspektivli xətt kimi genetik seleksiya prinsipi aktual idi. İnsanın genetik kodunun (genomun) deşifrəsi, insan embrionlarının klonlaşdırılmasının, canlıların transgen dublikatının yaradıla bilməsinin mümkünlüyü və s. kimi kəşflərlə bu sahədəki bütün digər axtarışlar da, arxa plana keçdi və dərhal da kəşfin hərb sferasında tətbiq yerləri araşdırılmağa başlandı. Ümumi olaraq, bu kəşfin hal-hazırda hərbi sahələrdə tətbiqinin, əsasən aşağıdakı istiqamətləri xüsusi diqqət mərkəzindədir: Rəqib əhali və əsgərlərinin beyninə yad lozunqları, baxışları, ideologiyaları onların genetik kodunun transformasiyası vasitəsilə yeritmək; Fiziki güc, dözümlülük, regenerasiya və çeviklik parametrlərinə görə adi insanı qat-qat üstələyən süni insanlar (biorobotlar, androidlər, kiberlər, transgen mutantlar və s.) və ya digər tip canlılar yaradıb orduları onlardan təşkil etmək, yaxud hansısa formadasa hərbi məqsədlər üçün onlardan istifadə etmək; Təhlükəli profillər (məs., yanğınsöndürmə, minaaxtarma, kamikadzelik və s.) üzrə istifadə etmək üçün infantil (dərrakəsiz) mutantlar (zombilər, manqurtlar...) yetişdirmək; Beyninin adi insanlar üçün passiv olan qatları oyandırılmış bu cür mutantlar yaratmaqla, bir sıra sub- və ekstra- sensor effektlər əldə etmək, o cümlədən: telepatiya, telekinez, teleportasiya və s. kimi qabiliyyətlər. Bunlardansa, müvafiq əməliyyatların (məs., kəşfiyyatın və ya təxribatın) effektini artırmaq məqsədilə istifadə etmək və analoji funksiyaya xidmət edən bir sıra bahalı cihazlara (məs., radarlara, gizli qulaqasma qurğularına...) və ya əməliyyatlara qənaət etmək; Xüsusi profillər üzrə istifadə etmək üçün intellektlərinin fərqli sferası hiperinkişaf etdirilmiş mutantlar yetişdirmək; 4 və 5-ci bəndlərdə izah edilən tipli hiperhissiyyatlı və (ya) hiperintellektli mutantları fərqli formada komplektləşdirərək, fərqli proqram rejimində düşünə bilən «biokompüterlər» şəbəkəsi yaratmaq ki, kompüterlərin belə həll edə bilmədiyi bir sıra problemləri onların qrup təfəkkürü vasitəsilə həll edə bilmək; Liderləri təhlükəli məqamda onların dublikatları arasında it-bata salmaq; Rəqib liderlərinin dublikatı vasitəsilə rəqib cəbhəsinə yalançı əmrlər, göstərişlər vermək; Rəqib cəbhəsində onların liderinin və ya adi adamların dublikatlarını yaymaqla, onların hamısını çaşbaş salmağa, hamının bir-birindən şübhələnməsinə, son olaraq rəqib cəbhəsinin dezoriyentasiya olunaraq, iflic vəziyyətinə düşməsinə nail olmaq; və s.
Genetik xəstəliklər
Genetik xəstəliklər— genetikanın öyrənilməsi, ilk növbədə, tibbi biliklərin inkişafı üçün lazımdır. Genetik pozuntulara görə 15% uşaq hələ doğulmamış, 3% uşaq doğuş zamanı, 3% uşaq böyük yaşa çatmamış tələf olur, 20% insan nikaha daxil olmur və 10% ailə uşaqsız qalır İnsan orqanizmində xromosomlar və onların genlərində baş verən dəyişiklikləri xəstəliklərin yaranmasına səbəb olur. Genetik qüsurların səbəb olduğu minlərlə xəstəliklər mövcuddur. Lakin onların hamısı hələ də tam öyrənilməmişdir Belə xəstəliklərə həm xromosomlarda, həm də genlərdə baş verən dəyişikliklər nəticəsində yaranan mutasiyalar səbəb ola bilər. Bu mutasiyalar həm autosom, həm də cinsi xromosomlarda baş verə bilir. Əlamətin dominantlığı və resessivliyinin, həmçinin onun autosom və ya cinsiyyət xromosomu ilə ilişikliyinin Xromosom və ya genom mutasiyaları Hormon və fermentlərin sintezinin çatışmazlığı ilə bağlı gen mutasiyalarının Ətraf mühit şəraitindən asılı olaraq genotipin yaranmasının Bu səbəbdən belə xəstəliklərin irsiyyətin autosom-dominant tipli, məsələn, Marfan sindromu, polidaktiliya və autosom-resessiv tipli, məsələn, albinizm, fenilketonuriya kimi növləri mövcuddur. Cinsiyyətlə ilişikli idarə olunan insan xəstəlikləri haqqında əvvəlki mövzuda artıq danışılmışdır. Xromosom mutasiyaları xromosomun strukturunda baş verən dəyişikliklərlə bağlı ola bilər. Məsələn, beşinci xromosomun hissəsinin itkisi zamanı insanda Lejen sindromu və ya "pişik çığırtısı", xromosomun hissəsinin köçürülməsi və ya xromosomun sahəsinin 180 dərəcə çevrilməsi zamanı leykozun müəyyən formaları özünü göstərir. Genom mutasiyalarının kariotipdə xromosomların sayının dəyişməsi ilə bağlılığı məlumdur.
Genetik geokimya
Genetik geokimya – geokimya elminin inkişafda olan sahəsidir. Yer qabığında mənşəyindən asılı olaraq yayılan kimyəvi elementlərin təbii proseslərdəki geokimyəvi xüsusiyyətlərini öyrənir. Mənşəyinə görə kimyəvi elementlər bir neçə qrupa bölünür: filizəmələgətirən – Pb və Co; fasial – Sr və B; formasion – S və Ni; litogen – K; tektono-maqmatik (tektonik – Mn, maqmatik – Pb); çökmə (autigen – Sr, allotigen – Ba); metamorfogen – P və Li elementlərinin tipomorfluğu ilə səciyyələnən genetik qruplar vardır. Daş kömür, yanar şist yataqlarında – N və P, nadir metal yataqlarında – K və Be, polimetal yataqlarında – Br və Pb, dəmir qrupu elementləri və boksit yataqlarında – Mn və V, duz yataqlarında – Mg və K, uran və manqan yataqlarında – Sr və S, qiymətli daş yataqlarında – Li və Be elementləri indikator kimi iştirak edirlər. Ag mikroelementinin tipomorfluğu səciyyəvidir.
Bennettitlər (sıra)
Marşansiya (sıra)
Marşansiya (lat. Marchantiales) — marşansiya (Marchantiidae) yarımsinfinə aid sırası. Bu sırasının nümayəndələrinin tallomu mürəkkəb anatomik quruluşa malikdir. Nümayəndələrinin əksəriyyətinin tallomunun üst qatında assimilyasiyaedici hava qatı, sadə quruluşlu ağızcıqlar, alt tərəfində amfiqastr adlanan pulcuqlar yerləşir. Sadə və dilcikşəkilli rizoidləri olur. Arxeqoni və anteridilər tallomun üst tərəfinin əsasən çuxur hissəsində yerləşir, bəzən qametofitin toxumasına söykənirlər. İnkişaf etmiş növlərdə isə onlar tallomun dirsəyinin üstündəki lövhəciklərin üzərində inkişaf edir. Marşansiya sıranın ən geniş yayılmış fəsiləsi Marşansiyakimilər (Marchantiaceae) fəsiləsidir.
Qaraçöhrə (sıra)
Qaraçöhrə (lat. Taxales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki sırası.
Qatırquyruğu (sıra)
Qatırquyruğu (lat. Equisetales) — qatırquyruğukimilər şöbəsinin qatırquyruğu sinfinə aid bitki sırası.
Riniya (sıra)
Rhynia gwynne-vaughanii (lat. Rhynia gwynne-vaughanii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin riniya cinsinə aid bitki növü.
Salviniya (sıra)
Salviniya (lat. Salviniales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi. Marsileaceae Mirb. in Lam. & Mirb. 1802 Salviniaceae Martinov 1820 "Hydropteridales" Marsileales Bartl. in Mart. 1835 Pilulariales Bercht.
Sıra (hərb)
Sıra - hərbi qulluqçuların piyada və maşınlarla birgə hərəkəti üçün Nizamnamə ilə düzülüşünə deyilir.
Sıra (riyaziyyat)
Sıra (riyaziyyat) — sonsuz ədədlər ardıcıllığının elementlərindən düzəldilmiş cəm. Sıra (riyaziyyat) iki baxımdam öyrənilir: riyazi analizdə; kompleks analizdə; В. А. Зорич. Глава III. Предел. § 1. Предел последовательности, Математический анализ, часть I, М, Наука, 1981, стр.104-114,стр.544, Ю. С. Богданов — «Лекции по математическому анализу» — Часть 2 — Минск — Издательство БГУ им. В. И. Ленина — 1978.
Sıra sayı
Sıra sayları — əşyanın sırasını bildirən, "neçənci?", bəzən də "hansı?" sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı ?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir.
Yungermani (sıra)
Yungermani (lat. Jungermanniidae) — Jungermanniopsida sinfinə aid yarımsinif. Yungermani sırası ən geniş sıra olub, 20 fəsilə, 200 cins və 5000 növü özündə cəmləşdirir. Bu sıraya iki cərgədə düzülmüş yarpağı və qarın hissəsində bir cərgədə düzülmüş amfiqastrı olan, tam sərilən, yarpaqlı gövdəli formalar daxildir. Metzgerilərin yarpaqlı gövdəli formalarının yarpaqlarından fərqli olaraq yungermanilərin hər yarpağı iki hüceyrədən əmələ gəlib və böyümə nöqtəsinin yaxınlığında inkişaf edir. Əksər hallarda yarpaqlar iki çıxıntılıdır. Üst tərəfdəki iri çıxıntı yuxarıdakı hüceyrədən, alt tərəfdəki kiçik çıxıntı aşağıdakı hüceyrədən formalaşır. Bəzən alt çıxıntı inkişaf etmir. Yungermanilər ciyərotu mamırları içərisində ən polimorf qrup olub, geniş ekoloji coğrafi amplitudaya malikdir. Yungermanilər əsasən tropik və subtropik vilayətlərin rütubətli ərazilərində, bir hissəsi soyuq iqlimi olan tundrada, bəzi nümayəndələri isə hətta quru vilayətlərdə inkişaf edir.