global

adj. 1. (weltweit) cahanşümul; 2. (umfassend) geniş; ətraflı; 3. (allgemein) ümumi
glitzernd
Globalisation
OBASTAN VİKİ
Haber Global
Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi xəbər kanalı. Kanalın Direktorlar Şurasının sədri Elnur Abdullayev, İdarə Heyətinin sədri isə Məmməd Gülməmmədovdur. Global Media Groupa daxildir. 2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı. Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi. Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi. Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi. İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi. Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu.
J2 Global
"J2 Global, Inc." — ABŞ texnologiya holdinqi. Baş qərargahı Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. Şirkət iki bölmə vasitəsilə internet xidmətləri göstərir. "J2 Global" 1995-ci ilin dekabrında "JFax.com" kimi Cey Müller və Cek Rayli tərəfindən təsis edilmişdir. Şirkət 2000-ci ilin avqustunda "J2 Global Communications, Inc." kimi qeydiyyatdan keçmiş və 7 dekabr 2011-ci ildə adını yenidən "J2 Global" olaraq dəyişdirmişdir. 2012-ci ilin sentyabrında "j2 Global" şirkəti "InformationWeek" nəşrinin 500 texnologiya şirkətləri siyahısında yer almışdır. "J2 Global" 2013-cü ildə "Forbes"un "Amerikanın ən yaxşı kiçik şirkətləri" siyahısında 39-cu yerdə qərarlaşmışdır. "J2 Global" şirkəti "CallWave", "Comodo", "EasyLink Services International Corporation", "Open Text", "Packetel, "Protus", "Venali" və "Vitelity" daxil olmaqla bir neçə şirkətə qarşı patent ilə bağlı məhkəmə işi başlatmışdır. Bəzi şirkətlər Şerman aktının 2-ci bölməsinin və Kaliforniyanın biznes və peşələr haqqında məcəlləsinin 16720 və 17200 saylı maddələrində qeyd olunan antiinhisar pozuntularını iddia edən əks iddialar irəli sürmüşdülər. j2global.com — J2 Global rəsmi saytı Internet faxing grows more popular - Wailin Wong MyFax Official Website Inside MyFax Q&A: What Is The Best Online Fax Service?
Kaspi Global
Kaspi Global — 2011-ci ildə yaradılan istehsalçı Azərbaycan şirkəti. Kaspi Global şirkəti 2011-ci ilin mart ayında yaradılıb. Şirkət əsas reklam, televiziya proqramları, film, serial çəkilişləri üzrə ixtisaslaşıb. Qısa müddət ərzində "Son hədd", "Çaqqal nəfəsi", "Aydın" adlı seriallar istehsal edib. Hər üç serialda çalışan yaradıcı heyət, dünyanın müxtəlif ölkərindən dəvət edilmiş peşəkar komandalardan ibarətdir. "Son hədd" serialı Azərbaycan, "Çaqqal nəfəsi" İran, "Aydın" serial isə alman və gürcü kino əməkdaşlarından təşkil edilib. Şirkətdə çəkiliş və istehsal üçün yalnız müasir, yüksək səviyyəli texniki avadanlıqdan istifadə edilir. Çəkilən məhsulların montaj prosesi, qrafika işləri və səs efektləri “Adobe Premiere”, “Avid”, ”Final Cut Pro X”, “3Ds Max”, “Adobe After Effects”, “DaVinci Resolve”, “Pro Tools HD” proqramlarında aparılır. Bundan başqa şirkətin 626 kv/m² və 825kv/m² sahəli studiyalar var. Ayrıca 33 kv/m², 63 kv/m² sahəli pavilyonlar, 6 studiya, 1 xromokey otağı, qrim və kostyum otaqlarıda şirkətin nəzdindədir.
Global Television Network
«Global Television Network» - Qlobal Televiziya Şəbəkəsi (daha çox "Qlobal" və ya bəzən Qlobal TV- də adlandırılır), Kanada ingilisdilli telekanallarından biri. Hazırda Kanadada CTV-dən sonra daha çox izlənilən ikinci televiziya kanalı. Kanal Corus Entertainment şirkəti tərəfindən - Kanadalı biznesmen JR Shaw (ing. James Robert Shaw) və onun ailəsinin media holdinqlərinə məxsusdur. Yayıma 6 yanvar 1974-cü ildə başlamışdı. «İşə yeni cəlb olunmuş polislər» (ing.
Global unikal identifikator
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
IBM Global Financing
IBM Global Financing (və ya qısaca IGF) - IBM-in bir bölümüdür. Hazırda dünyanın ən böyük informasiya texnologiyaları maliyyələşdirmə şirkəti hesab olunur. IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər. Müxtəlif təşkilatların IBM və qeyri-IBM məhsullarına (hardware, software və xidmətlərə) olan tələbatları yüksək olduğu halda onları dərhal ödəyib almağa büdcəsi yol vermədiyi üçün onlara müxtəlif növ maliyyələşdirmə imkanları təklif olunur ki, bu da IBM məhsullarını daha asan şərtlərlə əldə etməyə imkan verir. IBM-in bu cür maliyyələşməni yaratmaqda məqsədi müştəriləri kredit institutlarından borc götürməkdən, eləcə də digər vaxt və xərc tələb edən mərhələlərdən azad etməkdir. Bu məqsədlə şirkət kreditqabiliyyətli təşkilatlara şərait yaradır ki, onlar uzunmüddətli strategiyalarını və xərclərini müəyyənləşdirərək daha az risklə IBM məhsullarına sahib olsunlar. Bu əsasən 3 formada həyata keçirilir: IBM Project Financing™ (IBM layihələ maliyyələşdirilməsi); Lizinq və kredit; Xidmətlərin maliyyələşdirilməsi. Bununla da IBM: Birdəfəlik böyük məbləğli ödəmələr əvəzinə periodik və daha az məbləğli ödəmələr təklif edir; Layihənin gəlirlərinə əsasən ödəmə planlarını müəyyən edir; ROI (return on income – gəlirə töhfə) artımı və ödəmə qabiliyyətli mexanizm yaradır; Sahiblik üçün bütün xərcləri azadldır; Strateji bizneslər üçün nağd ödəmə və kredit xətləri açaraq əməkdaşlığı asanlaşdırır; Layihələr üçün riski azaldır və bəzən hətta sıfra endirir IGF-in aktivləri 36 milyard ABŞ dollarıdır və FORTUNE 100 siyahısında olan şirkətlərin 75 faizindən çoxu IGF-in müştərisidir. IGF-in müştəriləri arasında hətta 10 işçisi olan kiçik təşkilatlar da var.
Global Humanitarian Overview
Global Humanitarian Overview — Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi tərəfindən dərc edilən illik hesabat. Bu, nə qədər insanın qarşılanmamış humanitar ehtiyaclarını və humanitar agentliklərin onları ödəmək üçün ehtiyac duyduğu maliyyəni sənədləşdirir. İllər ərzində illik nəşrlər artan ehtiyacları, qeyri-kafi xərcləmələri və humanitar səhiyyə işçilərinə qarşı zorakılıq nümunələrini müəyyən etmişdir. "Global Humanitarian Overview" Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi tərəfindən dərc olunmuşdur. 2015-ci ildən bəri hər il nəşr olunur və ərəb, ingilis, fransız və ispan dillərində mövcuddur. "Global Humanitarian Overview" münaqişə, iqlim hadisələri, xəstəliklər, qida təhlükəsizliyi və beynəlxalq humanitar hüquqa uyğunluq daxil olmaqla humanitar yardımda qlobal tendensiyaları sənədləşdirir. Hesabat humanitar ehtiyacların nümunələrini, yardım xərclərini və onlar arasındakı fərqi izləyir.
Global Media Group
"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan media-holdinq. Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir 2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi. "Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur. "BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır.
Global Biodiversity Information Facility
Qlobal Biyo Müxtəliflik Məlumat Mexanizmi (GBIF) — biomüxtəliflik haqqında elmi məlumatların veb xidmətlərindən istifadə edərək İnternet vasitəsilə İnternetə çıxarılmasına yönəlmiş beynəlxalq bir təşkilatdır. Məlumatlar dünyanın bir çox qurumu tərəfindən verilir; GBIF-in informasiya arxitekturası bu məlumatları tək bir portal vasitəsilə əlçatan və axtarışa imkan yaradır. GBIF portalı vasitəsilə əldə edilən məlumatlar, ilk növbədə dünya üçün bitki, heyvan, göbələk və mikroblara dair yayım məlumatları və elmi adlardır. GBIF-in vəzifəsi davamlı inkişafa dəstək olmaq üçün dünya miqyasında bioloji müxtəliflik məlumatlarına pulsuz və açıq girişi təmin etməkdir. İştirakçılığın təşviqi və tərəfdaşlar arasında işləməyə vurğu edilən prioritetlər arasında biomüxtəliflik məlumatlarının səfərbər edilməsi, elmi bütövlüyü və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün protokol və standartların hazırlanması, müxtəlif məlumatlar növlərinin ayrı mənbələrdən bir-birinə bağlanmasına imkan yaratmaq üçün bir informatika arxitekturasının qurulması, potensialın artırılması və katalizləşdirilməsidir. təkmilləşdirilmiş qərar qəbuletmə üçün analitik vasitələrin inkişafı. GBIF, genlərdən ekosistemlərə qədər bioloji təşkilatın spektrindən rəqəmsal məlumat mənbələri arasında məlumat əlaqələri yaratmağa və georeferans və CİS vasitələrindən istifadə edərək bunları elm, cəmiyyət və davamlılıq üçün vacib olan məsələlərlə əlaqələndirməyə çalışır. Həyat Kataloqu, Biomüxtəliflik Məlumat Standartları, Həyat Barkodu Konsorsiumu (CBOL), Həyat Ensiklopediyası (EOL) və GEOSS kimi digər beynəlxalq təşkilatlarla ortaq şəkildə işləyir. 2002-2014-cü illərdə GBIF, biomüxtəliflik informatikası sahəsində illik 30.000 Avro dəyərində olan Ebbe Nielsen Mükafatına layiq görülən qlobal bir mükafat verdi. 2018-ci ildən etibarən GBIF Katibliyi iki illik mükafat təqdim edir: GBIF Ebbe Nielsen Challenge və Gənc Tədqiqatçılar Mükafatı.
RQ-4 Global Hawk
Northrop Grumman RQ-4 Global Hawk Amerika istehsalı olan yüksək hündürlükdə uçan (HALE) PUA. Silahsız olub kəşfiyyat/müşahidə məqsədli sensorlar ilə təchiz edilmişdir. Global Hawk (Qlobal Şahin) adı ismi qabiliyyətini ortaya qoymaq məqsədi ilə verilmişdir. Bir qitədən havaya qalxıb, peyklər vasitəsilə digər bir qitədən idarə edilərək bir başqa qitənin üzərində kəşfiyyat apardıqdan sonra əldə edilmiş olan məlumatları yenə də başqa bir qitəyə göndərə bilir. Bu casus təyyarəsi, yüksək hündürlükdə sürətli kəşfiyyat və nəzarət həyata keçirməyi bacarır. Qalxdığı ərazidən 3000 dəniz mili uzaqda yerləşən ərazilərdə vəzifəsini həyata keçirməyi bacarır, ayrıca olaraq hədəf sahəsinin üstündə 24 saat boyunca və 60.000 feet hündürlükdən daha yüksək ərazilərdə qalmağı bacarır. Hal-hazırda bu PUA-lardan 42 ədəd istehsal edilmişdir.
Global System for Mobile Communications
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir. Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir. 2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi.
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (Global Network for the Forecasting of Earthquakes-GNFE)
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE) 2008 ci ildə Beynəlxalq Proqram- Zəlzələlərin proqnozlaşdırılması sahəsində Əməkdaşlıq haqqında razılaşma əsasında (ICEP) , BEA (Beynəlxalq Elmlər Akademiyası) ilə bir sıra ölkələr və beynəlxalq təşkilatların hakimiyyət orqanları, o cümlədən – Tirol hakimiyyəti (İnsbruk, Avstriya), Pakistan (PEA –nın prezidenti, baş nazirin "Elm, texnologiya və planlaşdırma üzrə dövlət komissiyasının" müşaviri, Ishfaq Ahmad imzalayıb, İslamabad), İndoneziya (Zati Aliləri Sultan, İndoneziyanın Xüsusi Yogyakarta Vilayəti Hakimiyyət orqanlarınının qubernatoru Hamengku Buwono X imzalayıb), Azərbaycan (Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası Sədrinin müavini, Beynəlxalq Elmlər Akademiyasının Zəlzələlərin Proqnozu və Öyrənilməsi üzrə Elmi-Tədqiqat institutunun baş direktoru Elçin Xəlilov tərəfindən imzalanıb), "WOSCO" Ümümdünya Elmi Əməkdaşlıq Təşkilatı (Ümümdünya Elmi Əməkdaşlıq Təşkilatının Vitse-Prezidenti, Doktor Allen Simpson imzalayıb.İngiltərə, London), EIC korporasaiyası (İngiltərə, London) tərəfindən imzalanıb. GNFE ilə beynəlxalq əməkdaşlıq razılaşmaları Qazaxıstan (NPK Proqnoz, Fövqəladə Hallar Nazirliyi, Qazaxıstan), Özbəkistan (Özbəkistanın Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu), Elmi-texniki şirkətlər -SETAC (İstanbul, Türkiyə) və FATE (Praqa, Çexiya) imzalanmışdır. Məlum olduğu kimi, zəlzələlərin proqnozlaşdırılması probleminə bəzi alimlərin münasibətləri heçdə birmənalı deyil. Müasir dövrdə dünya elmi cəmiyyətini zəlzələlərin proqnozlaşdırılmasının yeni texnologiyaların inkişafında uzun müddətli "durğunluq" məyus etdi, "skeptiklərə" və "optimistlərə" bölündü. "Skeptiklərin " əsas mövqesi- qısamüddətli zəlzələlərdə qabaqcadan xəbər vermək qeyri-mümkündür, necə ki bu sahədə uzun müddətli tədqiqatlar müvəffəqiyyətlə başa çatmamışdır. "Optimistlərin" mövqesi , qeyri-mümkün "dünən", aydın olan "bu gün", təkamül elmi inkişafının dialektik başa düşməsinə əsaslanır, təbiətin yeni qanunlarının açılması , yeni biliklər və texnologiyaların sayəsində. 2003-cü ildə güclü zəlzələlərdən əvvəl, zəlzələlərdən böyük məsafələrdə uzaqda (1000 km-dən- 10000 km-ə qədər) cazibə sahəsinin üçölçülü dəyişikliyinin əhəmiyyətli dərəcədə yeni fiziki effekti kəşf edilmişdir. Bu effekt əhəmiyyətli dərəcədə yeni fiziki alətin-torsionnoqo üçölçülü qravitasiya dəyişmələrin detektoru əsasında uzanmışdır, hansı ki patent almışdır (Patent PCT:International Patent, PCT, WO 2005/003818 A1, Geneva, 13/01/2005). Göstərilən detektorun əsasında proqnozlaşdırma stansiyası ATROPATENA avtomatik və müstəqil şəkildə cazibə sahəsinin üçölçülü dəyişikliklərini qeydə almaq və ABŞ (La Habra) da yerləşən Mərkəzi Verilənlər Bazasına bu informasiyanı ötürmək imkanı əldə etmişdir. 2007-dən bəri, ATROPATENA-AZ-ın birinci stansiyasının işə düşməsindən sonra, zəlzələlərin qısamüddətli proqnozları müntəzəm olaraq Prezidium BEA-a (Beynəlxalq Elmlər Akademiyası H&E, Avstriya, İnsbruk), Pakistan Elmlər Akademiyasına (İslamabad , Pakistan) və Gadjah Mada Universitetinə (Yoguakarta, İndoneziya) daxil olmağa başladı.
GlobalGAP
GlobalG.A.P. ( ing. Global sözü Qlobal, qısaldılmış G.A.P. isə Good Agriculture Practice sözlərində ibarət olub "Yaxşı Kənd Təsərrüfatı Təcrübəsi" kimi tərcümə olunur) kənd təsərrüfatı üçün özəl, dünya miqyasında tətbiq olunan keyfiyyət təminatı və sertifikatlaşdırma sistemidir və bu sistemi təyin edən və işləyən təşkilatın adıdır. 2007-ci ilə qədər EurepGAP adlandırılmışdır. GLOBALG.A.P istehlakçı tələblərinə cavab verən kənd təsərrüfatı təcrübəsinə əsaslanan təkmilləşdirilmiş təsərrüfat proqramıdır. EurepGAP, 1990-cı illərin sonunda bir sıra Avropa supermarket şəbəkələri və onların əsas təchizatçıları tərəfindən yaradılan təsərrüfat təcrübəsi üçün standartdır. GAP, Kənd Təsərrüfatı Təcrübələrinin qısaldılmış versiyasıdır. Hazırda dünyanın ən geniş tətbiq olunan təsərrüfat sertifikatlaşdırma sxemidir. Əkinçilik məhsulları üçün Avropalı müştərilərin əksəriyyəti, iş aparmaq üçün bir şərt olaraq EurepGAP sertifikatına dair dəlillər tələb edirlər. Standart, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nəşr olunan Təhlükə Təhlili və Kritik Nəzarət Nöqtələri (HACCP) rəhbərliyindən istifadə edərək hazırlanmışdır. Digər təsərrüfat sertifikatlaşdırma sxemlərindən fərqli olaraq, istehsalçıların riayət etmələri üçün qaydaları mövcuddur və hər istehsal vahidi müstəqil üçüncü tərəf auditorlar tərəfindən qiymətləndirilir.

Digər lüğətlərdə