Döl ana bətnində olanda onun qidalanması üçün göbək bağı deyilən boru işə yarayır. Doğumda bu bağı kəsirlər, yerdə kiçik bir çuxur qalır ki, ona da göbək deyirlər. Göbək, ilk növbədə, göbələk sözü ilə oxşardır, göbələk isə “köpmək” anlamı ilə bağlıdır, amma göbək çökək olur. Ona görə də məna yaxınlığı özünü göstərmir. Əslində, boru təzə kəsiləndə göbək də göbələk kimi bir qədər domba vəziyyətdə olur. Ad da buna əsasən verilmiş ola bilər. Qurumaq (kepimək) feili mövcud olub (indi təpimək şəklində işlədilir), göbək (köbək) bu kəlmə ilə də bağlı ola bilər, çünki boru kəsildikdən sonra göbəkdə quruma prosesi gedir. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)