GÖL-GÖL

нареч. вир-вир, уьлен-уьлен (бязи чкаяр кьуру, бязи чкаяр цив ацӀанвай, яд къатканвай гьалда).
GÖL
GÖLLƏNDİRMƏK
OBASTAN VİKİ
Göl
Göl — Yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri İranda yerləşən Urmiya gölüdür. Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Xəzər dənizi şorsulu göllər sırasına daxildir. Ən böyük şirinsulu göl isə Yuxarı göldür.Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. Ən dərin göl Baykal gölüdür.
Kincxar (göl)
Kincxar (Kincxardxand; urduca: کینجھر جھیل‎; ing. Keenjhar Lake), həm də — Каlri (urduca کلری جھیل‎; ing. Kalri Lake) — Pakistanın ən iri gölü. == Haqqında == Kincxar gölü Hind çayının aşağı axarının sağ sahilində, Sind əyalətinin cənubunda Tatta dairəsində, Tatta şəhərindən şimal-şərqdə yerləşir. Su hövzəsinin sahəsi — 134,7 km²-dir. Uzunluğu 24 km, eni isə 6 km-dir. Hind çayı hövzəsinin funksionallaşmasında mühüm ekoloji rola malikdir. Tatta dairəsini və Kəraçi şəhərini təmiz su ilə təmin edir. Kincxar gölü 1930-cu ildə Kincxar və Kalri göllərinin Çilyada damba tikiləndən sonra birləşməsi ilə yaranıb. Göl Tatta şəhərindən 18 km və Kəraçi şəhərindən 122 km aralıda yerləşir.
Kömüratan (göl)
Kömüratan gölü — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən göl. Göl Kömüratan dağının cənubunda yerləşir. Sovetlər dönəmində təsərrüfat məqsədli istifadə olunmuşdur. Bakı-Quba magistral yolundan bir necə yüz metr aralıdadır. Suyu az duzlu olması ilə seçilir. Gölün cənub, cənub-şərqi dayaz, mərkəz və şimal-qərbə doğru isə dərindir. Eni 450 m, uzunluğu isə 650 m təşkil edir. Sahəsi mövsümdən asılı olaraq dəyişir. Əsasən yağıntılarla qidalansa da, gölə cənub istiqamətdən gölməçə və çirkab sularından ibarət az miqdarda mənbə axır. Ətrafı zolaq şəklində yayılmış yulğun kolları ilə örtülmüşdür.
Manaqua (göl)
Manaqua gölü (isp. Lago de Managua) — Nikaraqua ərazisində yerləşən göl. Sahəsi 1,042 km², uzunluğu 65 km, eni isə 25 km-dır. Gölün adı "manague" (eyniadlı qəbilə adı) ilə "agua" ("su") kəlimələrinin birləşməsindən yaranmışdır. Bu adı gölə ispan konkistadorları vermişlər. Manaqua şəhəri Nikaraquanın paytaxtıdır və ölkənin cənub-qərb sahilində yerləşir. == Sel basqınları == Manaqua gölünün səviyyəsi leysan yağışlar yağan zaman əhəmiyyətli dərəcədə yüksəlir. Ən yüksək su səviyyəsi 1933-cü ildəki sel basqını zamanı qeyd edilmişdir 1998-ci ildə baş verən Miç qasırğası zamanı beş gün içində gölün səviyyəsi 3 metr yüksəlmiş və yaxınlıqdakı yaşayış məntəqələri su altında qalmışdır. 2010-cu ilin sentyabr-oktyabr aylarında daha güclü bir sel meydana gəlmişdir. O vaxtdan dəniz səviyyəsindən 42.76 metr yüksəkdən aşağıda, sel basma ehtimalı böyük olan ərazilərdə yaşayış məntəqlərinin salınması qadağan edilmişdir.
Mavi göl
Mavi göl (Gürcüstan)
Mehman göl
Mehman göl — Azərbaycanın Ağcabədi, İmişli və Beyləqan rayonları ərazisində göl. == Xüsusiyyətləri == Göl dəniz səviyyəsindən 7 metr yuxarıda yerləşir. Ümumi sahəsi 1200 ha-dır. Gölün uzunluğu 8 km, eni 4 km, maksimal dərinliyi isə 1,5 m təşkil edir. Göl Kür çayından damba vastəsi ilə ayrılır. Son zamanlar gölün sahəsi kişilmişdir. Göl ətrafının iqlimi quru subtropik, yarımsəhradır. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 22-35 °С, yanvarda isə +2,5 °С təşkil edir. Göl qış ayları donmur.
Meşəli göl
Meşəli gölü (ing. Lake of the Woods) — Şimali Amerikada yerləşən göl. Böyük göllər şəbəkəsindən qərbdə yerləşən göl. ABŞ və Kanada sərhəddində yerləşir. İnzibati cəhətdən isə Kanadanın Manitoba və Ontario vilayətləri, ABŞ-nin isə Minnesota ştatları ərazisində yerləşir. ABŞ ərazisində sahəsinə görə 7-ci göldür. Gölün sahəsi 4350 km² (bunun 3149 km² Kanada ərazisi) təşkil edir. Gölün su səthi 323 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Sahilləri parçalıdır. Sahil xəttinin uzunluğu 105000 km təşkil edir.
Mineral göl
Mineral göl və ya duzlu göl, duz gölü — kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l, Xəzər gölü, Baskuncaq g, Elton g.) göl. == Ümumi məlumat == Mineral göllərin suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. Mineral göllərdən xörək duzu, soda, mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli mineral göllərində əmələ gələn hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir.
Oliqotrof göl
Qalançoj (göl)
Qalançoj (çeç. Галайн-Ӏам — Галайн-Ам; устар. Галай-амъ (Кербеты-амъ), устар. Кербеты-Ам) - Çeçenistan Respublikasının Urus-Martan bölgəsindəki göl. == Coğrafi məlumatlar və mənşəyi == Qalançoj gölü, Çeçenistanın dağlıq hissəsində, Qexi çayı hövzəsinin yuxarı hissəsində yerləşir. Osuxa çay vadisinin sağ yamacında, çay səviyyəsindən 100 metr yüksəklikdə və dəniz səviyyəsindən 1494.1 metr yüksəklikdə yerləşir. Göl, demək olar ki, oval formaya sahibdir. Bünövrəsidə dairəvidir. Gölün mərkəzindəki ən böyük dərinlik 35 metrdir. Su səthinin sahəsi təxminən 12 hektardır.
Qamışlı (göl)
Qamışlı — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı kiçik göldür. Mal-qara suvarmaq üçün istifadə edilir. Adını ətrafındakı qamışlıqdan almışdır.
Qanlı göl
Qanlıgöl (Tərtər) — Tərtər rayonunda göl. Qanlıgöl (Yasamal) — Yasamalda göl. Qismən qurudulmuşdur. Qanlı göl (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl. Qanlıgöl (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun Qaraqoyunlu kəndində göl. Qanlıgöl (Şahbuz) — Şahbuz rayonu ərazisində göl. Qanlıgöl (Şamaxı) — Şamaxı rayonu ərazisində göl. Qanlı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır.
Qara Göl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl. Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
Qırmızı göl
Qırmızı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır. == Haqqında == Ərazisi 7,2 km², suyunun həcmi isə 8,3 mln m³ olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur. Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində kation və anionların konsentrasiyaları (kalsium, maqnezium, xloridlər, sulfatlar) YVQH-dən dəfələrlə coxdur. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.
Sarısu (göl)
Sarısu gölü — Azərbaycan Respublikasının ən böyük gölü olub, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 min m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1–3 m, sahilə yaxın hissələrində 0,1–0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 3–5 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır.
Sevan (göl)
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Tektonik göl
Çökəklikləri tektonik proseslər nəticəsində (qrabendə) əmələ gəlmiş göldür. Məsələn: Baykal, İssık-Kul, Tanqanika, Nyasa və s.
Tiliço (göl)
Tiliço gölü — Nepalda kar mənşəli yüksək dağ gölü. Mərkəzi Himalayda yerləşir. Dəniz səviyyəsindən 4919 metr hündürlükdə yerləşir. Tiliço gölü həm də eyni adlı Tiliço (7134 m) dağının ətəyindədir. == Coğrafiyası == Tiliço gölü Annapurna dağ massivinin şimal-qərb hissəsinə aiddir. Gölün cənub-qərb sahilində, 2000 metr hündürlükdən qar və buzla örtükü Tiliço zirvəsi yerləşir. Tiliço gölü şimal-qərbdən cənub-şərqə doğru dartılmış formadadır. Gölün uzunluğu — 4 km, eni isə təxminən 1 km-dir. Göl əsasən Tiliço zirvəsindən əriyən qarın suyu ilə qidalanır. Göl səthində tez-tez buzlaqdan ayrılmış kiçik asyberqlər görsənir.
Uinnipesoki (göl)
Uinnipesoki (ing. Winnipesaukee) — Nyu-Hempşir ştatın ən böyük gölü, ABŞ. == Ümumi məlumat == Gölün ölçüləri təxminən 34 km və eni 1,6-15 km-dir. Su səthinin sahəsi 180 km², maksimal dərinliyi 64,6 m-dir. Göldə 253 ada var, yarısı 1 km²-dən azdır. Uinnipesokinin dəniz səviyyəsindən hündürlüyü 153 m'dir . Eyni adlı çay göldən qaynaqlanır, göldən axın Leykport anbarı tərəfindən tənzimlənir. == Xüsusiyyətləri == Uinnipesoki Boston və Nyu-York üçün ən məşhur tətil yerlərindən biridir. Bu yerlərin gözəlliyi üçün hindular gölə "Böyük ruhun gülüşü" və "Yüksək yerdəki gözəl su" kimi adlar verdilər. Tanınmış xarici qonaqlar arasında 2007-ci ildə göldə istirahət edən Fransa prezidenti Nikola Sarkozini də qeyd etmək lazımdır. 1872-ci ildə Meredit şəhərində bir gölün sahilində, təməl çuxur qazarkən yerli cazibədar yerlərdən biri olan Meredit daşı adlanan bir əsər tapıldı.
Vəhşi göl
Vəhşi göl (sloven. Divje jezero) — Sloveniyanın qərbindəki İdri-Xribove (Dinar dağları) dağ massivində İdriya icmasında yerləşən kiçik bir karst gölü. Göl İdriya şəhərindən cənubda, dəniz səviyyəsindən 340 m yüksəklikdə yerləşir. 1967-ci ildə təbii bir abidə elan edilmişdir (sloven. narodny spomenik). Qorunma zonasının sahəsi 4.44 hektardır. 1972-ci ildə göl Sloveniyanın təbiətdə ilk muzeyi olur. Göl nəhəng bir karst bulağıdır. Su yeraltı bir mağaradan meylli bir tuneldən axır. Mağarada 1957-ci ildən bəri dalğıc speleloqlar 426 m dəhlizi araşdırmışlar.
Yuxarı göl
Yuxarı göl (ing. Lake Superior) — Şimali Amerikada göl. Böyük göllər sistemində ən böyük və ən dərin göldür. Göllərin dünyada sahəsinə görə sıralamasıda ikinci yeri tutur. Göl həm də yerüstü ərazisinə görə dünyanın ən böyük 1-ci və həcminə görə 3-cü şirinsulu gölüdür. Göl şimaldan Kanadanın sərhədində Ontario əyaləti, qərbdən və cənubdan isə ABŞ-nin Minnesota, Viskonsin və Miçiqan ştatları ilə əhatə olunub. == Hidroqrafiyası == Yuxarı göl bilavasitə Huron gölünə boşalır. Göl ərazisinə görə bölgədəki və dünyadakı ən böyük şirinsulu göl olmaqla yanaşı, su tutumuna görə Sibirdəki Baykal gölü və Şərqi Afrikadakı Tanqanika gölündən sonra 3-cü şirinsulu göldür. Yuxarı göl sahəsinə görə dünyadakı göllər arasında Xəzərdən sonra ikinci yer tutur. Xəzər hal-hazırda təmamilə təcrid olunmuş halıyla şorsulu göllər siyahısına daxil olsa da tarixdən əvvəl dəfələrlə Aralıq dənizi ilə birləşmiş və yenidən Qara dəniz vasitəsilə təcrid olunmuşdur.Yuxarı gölün sahəsi 83,103 km2-dir və bu da təxminən Cənubi Karolina və ya Avstriyanın ölçüsü qədərdir.
Zapovednoye (göl)
Zapovednoye göyü — Vrangel adasında yerləşən göl. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisinə daxildir. <<Vrangel adası>> qoruğu ərazisində yerləşir. Adanın şimalında Pessovaya buxtası yaxınlığında yerləşir. Qərbindən Neizvesnaya çayı axır. Gölə heç bir çay tökülmür və heç başlamır. Cənubdan və şərqdən bataqlıq və kiçik göllərlə ətatələnmişdir.
Çebarkul (göl)
Çebarkul — Rusiya Federasiyasının Çelyabinsk vilayətində göl. == Haqqında == Sahəsi 19,8 km2 . Cənubi Uralın şərq yamacında, 320 m yüksəklikdədir. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Səviyyə tərəddüdü 1,25 m-ədəkdir, ən yüksək səviyyə iyunda olur. Noyabrın birinci yarısından mayadək donmuş olur. Çebarkuldan Koel qaçayı (Ob hövzəsi) başlanır. Sahilləri mənzərəlidir. İstirahət evləri və sanatoriyalar var. Çebarkul şəhəri Çebarkul sahilindədir.
Ölü göl
Göl — Yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri İranda yerləşən Urmiya gölüdür. Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Xəzər dənizi şorsulu göllər sırasına daxildir. Ən böyük şirinsulu göl isə Yuxarı göldür.Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. Ən dərin göl Baykal gölüdür.

Digər lüğətlərdə