Göyün yeddinci qatında (film, 2010)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur.
== Film haqqında ==
"Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.