1. Parlaq bozumtul-ağ rəngli, kimyəvi element – nəcib metal (zərgərlik və bəzək şeyləri qayırmaq, pul kəsmək və s. üçün işlədilir).
□ Gümüş suyuna çəkmək – adi metalların üstünə gümüş suyu çəkmək, gümüşü rəngləmək. Qaşıqları gümüş suyuna çəkmək.
Gümüşə tutmaq – üstünü gümüşlə örtmək, gümüşlə bəzəmək. Xəncərin dəstəsini gümüşə tutmaq.
// Sif. mənasında. Gümüşdən qayrılmış. Gümüş çəngəl.
– Yavaşyavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi.
Dəmirqaya üstü zərlə yazılı papirosu gümüş qutudan aldı və oturdu.
2. is. Gümüşdən qayrılmış şeylər; gümüş pul.
Baxdı ki, burada o qədər qızıl, gümüş var, elə bil yeddi padşahın xəzinəsi burdadır. “ ”.
□ Gümüş kağız – ətri çıxmasın deyə çay, siqaret və s.-nin büküldüyü qurşun kağız.
3. sif. bax gümüşü.
Dərələrdən gümüş sular çağlar.
Ay gümüş dalğalarda; Nazlanır gəmi kimi.