// Alış-verişdə qiyməti aşağı salma.
// Bağışlama, keçmə (borc, günah haqqında).
◊ Güzəşt etmək (eləmək) – 1) bax güzəştə getmək 1-ci mənada.
2) alış-verişdə qiyməti aşağı salmaq. [Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir;
3) köhn. keçmək, ötmək.
4) bağışlamaq, təqsirindən keçmək. Uşağa güzəşt etmək.
Güzəştə getmək – 1) başqasının xeyrinə bir şeydən əl çəkmək.
2) bax güzəşt etmək 2 və 3-cü mənalarda. Qiymətdə güzəştə getmək.