Gərmək feili, gərgin sifəti ilə qohumdur. Gərnəşmək əzələlərin gərilməsi ilə bağlıdır. Sözün əsli gər-in-ə-əş kimi olub, -in şəkilçisi gər feilindən biçin qəlibi üzrə ad düzəldib, -ə şəkilçisi oyun-a, güc-ə (n) qəlibi üzrə feil əmələ gətirib, -əş isə daraş qəlibi üzrə feil əmələ gətirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)