HÜZEYFƏ İBN YƏMƏN

35/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur. Onun əsli Məkkədən olsa da, Mədinədə doğulmuşdur. Onun atası adam öldürdüyünə görə Məkkədən Mədinəyə qaçmışdır. Məhəmməd peyğəmbər olduqdan sonra o, onun yanına gəlmiş və İslamı qəbul etmişdir. Məhəmməd peyğəmbər Mədinəyə hicrət etdikdən sonra isə Hüzeyfə ona yardımçı olmuşdur. Bütün müsəlmanlar kimi o da, müsəlman icmasının möhkəmlənməsi üçün əlindən gələni etmiş, döyüşlərin çoxusunda iştirak etmişdir. Uhud döyüşündə müsəlman döyüşçüləri Hüzeyfənin atasını öldürmüşdürlər. Onlar yanılaraq onun düşmənlərdən biri olduğunu sanmışdılar. Məhəmməd peyğəmbər onun öldürülməsi xəbərini alan kimi Hüzeyfəyə atasına görə diyətin ödənilməsinə göstəriş vermişdir. Ancaq Hüzeyfə bundan imtina etmişdir. Xəlifə Əbu Bəkrin hakimiyyəti dövründə Hüzeyfə dindən çıxmış insanlara (riddət II) qarşı döyüşlərdə iştirak etmişdir. Xəlifə Ömərin hakimiyyəti dövründə isə İraqda, Həmədanda, Reydə iranlılara qarşı vuruşmuşdur. Xəlifə Osmanın hakimiyyəti dövründə Hüzeyfə Azərbaycanda vuruşmuş, burada o, Quranın oxunması məsələsində ixtilafların şahidi olmuş, bu barədə xəlifəyə xəbər vermişdir. Bundan sonra xəlifə Osman Quranın redaktə edilib yayılmasını əmr etmişdir. Hüzeyfə həm də, hədis ravisi kimi tanınmışdır.
HÜSEYN İBN ƏLİ
XALİD İBN VALİD
OBASTAN VİKİ
Hüzeyfə ibn əl-Yəman
Hüzeyfə ibn əl-Yəman (ərəb. حذيفة بن اليمان‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiyası == Hüzeyfə ibn əl-Yəman Mədinədə anadan olmuşdur. O, əslən Məkkəli, atası isə Məkkənin Bəni Abs qəbiləsindən idi. Ata bir nəfəri öldürdüyü üçün Məkkədən Mədinəyə qaçmalı olur. Məhəmmədin peyğəmbərliyi başlayandan bir müddət sonra İslamı qəbul etmək üçün Məkkəyə gəlir. Hüzeyfə Mədinədə böyümüş və Məhəmməd peyğəmbəri görmək üçün xüsusi olaraq Məkkəyə getmişdi, üstəlik onunla görüşmüşdü. Müsəlmanlar Mədinəyə köçdükdən sonra Hüzeyfə Peyğəmbərdən ayrılmır və daim onunla birlikdə olmağa çalışır. Hüzeyfə müsəlman dövlətinin möhkəmləndirilməsində fəal iştirak etmiş, Bədr döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Uhud döyüşündə Hüzeyfənin atası təsadüfən onu düşmən zənn edən müsəlmanların qılıncları ilə öldürüldü.
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Cənubi Yəmən
Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur. Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir.
Yəmən Respublikası
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Yəmən bayrağı
Yəmən bayrağı — Yəmənin dövlət (milli) bayrağı. Cənubi və Şimali Yəmənin birləşməsi gün, 22 may 1990-cı ildə qəbul edilib. Qırmızı, ağ və qara rənglər klassik ərəb rəngləri sayılır və Misir, Suriya və İraqın da dövlət bayraqlarında da vardır. Yəmən vahid dövlət olana qədər o cənubi və şimali Yəmənə bölünmüşdü. Şimali Yəmən 1927-1965-ci illərdə Yəmən Krallığı adlanırdı və soldakı bayrağı var idi. 1965-ci ildə krallıq Yəmən Ərəb Respublikasına çevrildi və ortadakı bayraqdan istifadə etməyə başladı. Cənubi Yəmən əvvəlcə Cənubi Yəmən Federasiyası adlanırdı və sağdakı bayrağa malik idi. Sonradan Yəmən Xalq Demokratik Respublikasına çevrildi və aşağıdakı bayrağa malik oldu.
Yəmən coğrafiyası
Yəmən respublikası Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşir. Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşmiş Yəmən respublikası şimaldan və şimal-şərqdən Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir. Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir. Səth quruluşu. Səth quruluşu çox mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş təbii-coğrafi bölgə aydın seçilir: . Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı; . Cəbəl adlanan dağlıq hissə; .
Yəmən inqilabı
Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çoxdur ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Nümayişlərdə minlərlə adam iştirak edir. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar qışqırır. Qeyd edək ki, yanvarın 26-da Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurub. O, ağır dərəcəli yanıqlar alıb. İntihar cəhdinin səbəbi taksi sürücüsü işləyən F. Sultanın ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsidir. Xatırladaq ki, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırmış, bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı. Daha sonra Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb və bu ölkədə də hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb. Tunis və Misirdə baş verənlərdən həvəslənən yəmənlilər prezident və hökumətin istefasını tələb edir.
Yəmən mətbəxi
Yəmən mətbəxi — bütün ərəb ölkələrinə xas xörəklərlə zəngindir. Yeganə yerli fərq dəniz məhsullarından və ədviyyatlardan çox, düyüdən isə az istifadədir. Milli xörəklərdən ən dadlısı saltadır - toyuq əti mərcimək, yaşıl noxud və ədviyyatlardan ibarətdir və yanında qarnir kimi düyü verilir. Xaradxa və ya arada ədviyyatlı qiymədir, ondan piroqların içliyi kimi də istifadə olunur. Yəmən mətbəxində digər ərəb ölkələrindən fərqli olaraq souslardan az istifadə olunur. Onu bitki yağı, sirkə və bitki qarışıqları əvəz edir. Yemək süfrəsini çay tamamlayır. Çayı nanə və digər otlarla içirlər. Burada qışr da çox populyardır - qəhvə qabığı və ədvalardan ibarətdir. Yəmən mokko qəhvəsinin vətənidir.
Yəmən rabitəsi
Hazırda telekommunikasiya və informasiya texnologiyaları inqilabı bütün dünyanı bürüyüb. Sahənin prioritetli olduğunu nəzərə alaraq hətta zəif inkişaf etmiş ölkələr belə informasiya texnologiyalarına meyl göstərir. Yəmən Ərəb Respublikasında keçirilən iqtisadi islahat ölkəni inflyasiyaya uğrama, daxili borcun aradan qaldırılması istiqamətində işlərin aparılmasına zəmin yaratdı. Lakin elmi-texniki inkişafa olan diqqət zəiflədi. Ölkədə informasiya texnologiyaları sektorunun zəif olması Yəmənin beynəlxalq iqtisadi məkana inteqrasiya olmasına maneə yaradırdı. Sahənin ölkə iqtisadiyyatında mühüm sahə olduğunu nəzərə alaraq İKT-nin inkişaf etdirilməsi istiqamətində Yəmən telekommunikasiya və texnologiya sektorunun təkmilləşdirilməsi məqsədilə siyasət irəli sürməyə başladı. Bu siyasət üzrə ölkədə milli inkişaf, informasiya-texnologiyaları sisteminin həyata keçirilməsi ilə bağlı sahə üzrə mütəxəssislərin ixtisaslaşması və s. kimi addımlar atılmışdır. Ölkənin telekommunikasiya və informasiya texnologiyaları nazirinin sözlərinə əsasən, telekommunikasiya və informasiya texnologiyalarının inkişaf etdirilməsində əsas strateji məqsəd texnoloji avadanlıqlardan istifadə edərək Yəməni istehsalçı dövlətə çevirməkdən ibarətdir. Yəmən elektron hökumət layihəsinin həyata keçirilməsi ilə bağlı plan işləyib hazırladı və bu layihə 2002-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edildi.
Yəmən rialı
Yəmən rialı — Mübadilədə 1990-cı ildə ölkənin birləşməsi anından istifadə edilən Yəmənin pul vahididir. 1 rial 100 filsə bərabərdir, hərçənd belə nominallı heç bir sikkə mübadiləyə buraxılmamışdı. 1990-cı ildə Yəmən Ərəb Respublikasının və Yəmən Xalq Demokratiya Respublikasının birləşməsindən sonra mübadilədə, ölkənin bütün ərazisində Şimali Yəmənin rialı istifadə edilməyə başladı. Cənubi Yəmən dinarı isə valyuta ilə əlaqələndi və 1 rial 26 dinara bərabər oldu. 1993-cü ildə birinci yeni sikkələr buraxılmışdır. 1996-cı ildə dinar mübadilədən çıxarılmışdı və rial ölkənin yeganə valyutası elan edilmişdir. Köhnə pul nişanları yeniləri ilə tədricən əvəz edilmişdi. Hal-hazırda mübadilədə 50, 100, 200, 250, 500 və 1000 riallıq əsginaslardan və 1, 5, 10, 20 riallıq sikkələrdən istifadə olunur.
Yəmən tarixi
Yəmən—sivilizasiyanın qədim beşiklərindən biridir. Yəmən dünyanın qədim dövlətlərindən biridir. Eramızdan əvvəl bu ərazidə Həzrəmövt, Səba, Məin adlanan dövlətlər mövcud olmuşdur. Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi. Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur.
Yəmən yəhudiləri
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
Yəmən şəhərləri
Yəməndə şəhər yaşayış məntəqələri, Səna və Ədəndən əlavə, bütün digər əyalət paytaxtları, həmçinin ən azı 5000 əhalisi olan hər hansı daimi yaşayış məntəqəsidir. 2013-cü ilə qədər Yəməndə 225 şəhər var idi. Onların əksəriyyəti rayon mərkəzləridir, baxmayaraq ki, həm şəhərsiz rayonlar, həm də bir neçə şəhəri olan rayonlar var.
Azərbaycan–Yəmən münasibətləri
Azərbaycan–Yəmən münasibətləri — Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 25-də qurulmuşdur.
Banqladeş–Yəmən münasibətləri
Yəmən—Banqladeş münasibətləri — Yəmən və Banqladeş arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatının, UNESCO-nun üzvüdürlər. 2014-cü ildə Məhəmməd Əshab Uddin Banqladeşin Yəməndəki səfiri təyin edilib. == Tarix == 15 iyun 1971-ci ildə Yəmən Xalq Demokratik Respublikası (Cənubi Yəmən) Banqladeşin müstəqilliyini tanıyır. Yəmən Xalq Demokratik Respublikası Banqladeşi tanıyan ilk ərəb dövləti olur (digər ərəb dövlətləri 1971-ci il müharibəsində Pakistanı dəstəkləyir). Çin Xalq Respublikası Cənubi Yəmən tərəfindən Banqladeşin müstəqilliyinin tanınmasına mənfi reaksiya verir və bu da bu ölkələr arasında münasibətlərin ciddi şəkildə soyumasına səbəb olur. Cənubi Yəmən də Banqladeşin Ümumdünya Səhiyyə Təşkilatına üzv olmaq üçün müraciətini dəstəkləyir. 1973-cü ildə Yəmən Ərəb Respublikası (Şimali Yəmən) Banqladeşlə diplomatik əlaqələr qurur. 1973-cü ildə Banqladeş Prezidenti Mucibur Rəhman Ərəb dövlətlərinin İsrail ilə müharibələrində onlara dəstək verir. Bu da Şimali Yəmənlə diplomatik əlaqələr qurmağın əsas səbəbi olur.
Qətər–Yəmən münasibətləri
Qətər–Yəmən münasibətləri — Qətər Dövləti ilə Yəmən arasındakı mövcud ikitərəfli əlaqələr. 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Yəmən də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Səudiyyə-Yəmən müharibəsi
Səudiyyə-Yəmən müharibəsi — Səudiyyə Ərəbistanı və Yəmən arasında 1934-cü ildə başvermişdir. 1930-cu illərdə Ərəbistan yarımadasının cənubunda vəziyyət imam Yəhyaın ələhinə işləyirdi. Onun Ədəndə yerləşən ingilis koloniyaları ilə münasibətləri normallaşdıra bilməməsi və «nə müharibə, nə sülh» ingilislərin lehinə işləyirdi. Belə ki, sərhəddə daim gərginlik saxlanılırdı. Üstəlik ingilis kolonizatorları imam Yəhya və Əbdül Əziz ibn Səud arasında münasibəti pisləmdirməyə çalışırlar. Bu isə Yəmənin şimal rayonlarında gərginliyi artırdı. Artıq getdikcə Səudiyyə Ərəbistanı və Yəmən arasında münaqişə yaranırdı. Hər iki ölkənin başçısı ilk öncə türklərə qarşı mübarizə apararaq Birinci Dünya müharibəsindən sonra müstəqillik əldə etmişdilər. Hər ikisi ölkələrinin birləşdirilmədi xəttini götürmüşdü. Hər iki dövlət başçısı ingilislərin daimi təzyiqini hiss edirdi.
Yəmən Mütəvəkkili krallığı
Yəmən Mütəvəkkili Krallığı (ərəb. المملكة ‏المتوكلية اليمنية‎) — Müasir Yəmən ərazisində 1918-ci ildən 1962-ci ilə qədər mövcud olmuş dövlət. 1918-ci ildə Osmanlı İmperiyası məğlub oldu. Zeydilər yenidən Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarəti qurdular. 30 oktyabr 1918-ci ildə Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının məğlubiyyətindən sonra İmam Şeyx Yəhya bin Məhəmməd Həmid əd-Din ölkənin müstəqilliyini elan bəyan etdi və üç gün sonra özünü kral elan etdi. Müharibə illərində İngilis qoşunları Yəmənin Kamaran adasını (1915) və Tihamə sahillərini (İngiltərə 1921-ci ildə Asir əmirliyinə vermiş Hudeydə liman şəhərini də) işğal etdi. 1918–28-ci illərdə İngiltərə-Yəmən qarşıdurması yarandı. Yəmən dağları qapadıldı, xarici ticarət əlaqələri kəsildi. Cənub bölgələri İngilis qoşunları ilə Yəmən qəbilələri arasında davamlı qarşıdurmalar teatrına çevrildi. 1918-ci ildə Türklər Taizi yeni müstəqil Yəmən krallığına verdilər.
Yəmən Ərəb Respublikası
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Yəmən əyaləti (Osmanlı)
Yəmən əyaləti (ərəb. إيالة اليمن‎ ; osman. ایالت یمن) — Osmanlı İmperiyasının əyaləti (vilayət). Formal olaraq imperiyanın ayrılmaz hissəsi olsa da, uzaq əyaləti idarə etmək çox çətin idi. 17-ci əsrin əvvəllərində əyalət tamamilə Yəmən Zeydi dövləti tərəfindən ələ keçirildi, ancaq iki əsr sonra Osmanlılar buradakı hakimiyyətlərini bərpa etdilər. Yəmən əyaləti 1849-cu ildə Osmanlının Yəmən ərazilərinin çox hissəsini ələ keçirməsi ilə yenidən təşkil edildi. 1872-ci ildə imperiyada aparılan torpaq islahatından sonra əyalətin böyük hissəsində Yəmən vilayəti yaradıldı. 1516-cı ildə Yəmən Misir məmlükləri tərəfindən ilhaq edilsə də, lakin sonrakı il Məmlük valisi Osmanlılara təslim oldu və sonradan Osmanlı qoşunları ölkəni ələ keçirdilər. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Zeydi imamı Böyük Qasımın başçılığı ilə Osmanlı orduları Zeydi qəbilələri tərəfindən Yəmən ərazisindən tamamilə çıxarıldılar.
İsrail–Yəmən münasibətləri
İsrail–Yəmən münasibətləri — İsrail və Yəmən arasında hazırda rəsmi diplomatik münasibətlər yoxdur və bu ölkələr arasında mövcud qeyri-rəsmi münasibətlər çox gərgindir. İsrail pasportu və ya İsrailə səfəri qeyd edən hər hansı bir sənədlə Yəmənə girmək mümkün deyil. Yəmən özü İsrail qanunları ilə "düşmən dövlət" olaraq təyin olunur. Yəmən Qırmızı dənizin girişində strateji mövqe tutur və Babül-Məndəb boğazı vastəsi ilə İsrailin Hind Okeanına və Uzaq Şərqə girişinə nəzarət edir. Bu da İsrail strateqlərinin nəzərində onun əhəmiyyətini artırır. Yəməndə başqa ölkələrdəki yəhudi icmalarından fərqli olaraq özünəməxsus mədəniyyətə sahib bir yəhudi icması var idi. Yəmənli yəhudilərin əksəriyyəti 20-ci əsrin ortalarında İsrailə mühacirət etmişdir. 1948-ci ilin fevral ayında İmam Yəhya ibn Məhəmməd Həmid əd-Din öldürüldü və onun ardıcılı İmam Əhməd ibn Yəhya hakimiyyətə gəldi. Yeni imam bütün ərəbləri sionist dövlətə qarşı birləşməyə çağırdı. Misirə İsrailə qarşı müharibədə kömək edəcəyini vəd etdi, lakin verdiyi töhfə əhəmiyyətsiz idi.
Yəmən şəhərlərinin siyahısı
Yəməndə şəhər yaşayış məntəqələri, Səna və Ədəndən əlavə, bütün digər əyalət paytaxtları, həmçinin ən azı 5000 əhalisi olan hər hansı daimi yaşayış məntəqəsidir. 2013-cü ilə qədər Yəməndə 225 şəhər var idi. Onların əksəriyyəti rayon mərkəzləridir, baxmayaraq ki, həm şəhərsiz rayonlar, həm də bir neçə şəhəri olan rayonlar var.
İbn
İbn Firnans
Yəmən Xalq Demokratik Respublikası
Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur. Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir.
Yəmən səfəri (1568-1570)
Yəmən səfəri (türk. Yemen Seferi ) — 1567-ci ildə İmam Mütəhhər öndərliyində Yəmən imamlığının Osmanlı imperiyası tabeliyindəki Yəmən vilayətində qaldırdığı üsyanı yatırmaq üçün 1568-1570-ci illər arasında Qoca Sənan Paşa və Özdəmiroğlu Osman Paşa komandanlığındakı ordu ilə Osmanlıların gerçəkləşdirdiyi hərbi əməliyyat. Əməliyyatın sonunda Osmanlılar yenidən Yəməni nəzarəti altına aldı. == Yəmən üsyanı == Mahmud Paşa 1565-ci ildə Yəməndən Misir valisi təyin edildikdən sonra varisi Rıdvan Paşa (1565-1567) onun həddindən artıq vergi yığdığını Divana bildirdi. Mahmud Paşa da, Divanı Yəmənin çox böyük əraziyə malik olduğu üçün iki yerə bölünməsi fikrinə inandırdı və ona qarşı ola biləcək istintaqın qarşısını aldı. Qərara uyğun olaraq qurulan Səna vilayəti Murad Paşaya, Zəbid mərkəzli Yəmən vilayəti Həsən Paşaya verildi, Rıdvan Paşa isə vəzifəsindən azad edildi. Yəməndəki bu inzibati qarışıqlıqdan istifadə edən Zeydi İmam Mütəhhər 1567-ci ildə xalqdan zorla vergi yığıldığını iddia edərək üsyan qaldırdı. İmam Mütəhhər Sənanı mühasirəyə aldıqdan sonra Murad Paşa buraya əlavə qüvvələr göndərsə də, göndərilən qüvvələr pusquya düşərək darmadağın edildi. Bu dəfə birbaşa sənaya getmək istəyən Murad Paşanın qoşunları dağıldı. Taizə çəkilən Murad Paşa, (iyul 1567) əsir götürülərək başı kəsildi.