HƏB

i. pill; (böyük) bolus; (balaca) globule; pil(l)ule; ~ üçün qutu pill-box; ~ atmaq 1) to swallow / to take* a pill; 2) (məc.) to swallow the pill; acı ~ bitter pill

HƏBƏŞ
OBASTAN VİKİ
Elman Həbib
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999). == Həyatı == Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var. Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Füzuli Həbibi
Həbbab ibn əl-Əratt
Həbbab ibn əl-Əratt (587, Nəcd – 658, Kufə, ərəb. خبّاب بن الأرت‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Yəhya, Əbu Abdullah, Əbu Məhəmməd və ya Əbu Əbd-Rəbbihi ləqəblərini daşıyırdı. == Bioqrafiya == Bənu Təmim qəbiləsindən olmuşdur. Kiçik yaşlarından əsir düşmüş, Məkkəyə gətirilmişdir. Xuza qəbiləsindən olan Ümmü Ənmarın qulu olmuşdur. Həbbab 15 yaşında İslamı qəbul etmişdir. O, İslamı qəbul edən altıncı şəxs olur. Sahibəsi və digər Məkkəli müşriklər tərəfindən işgəncələrə məruz qalan ilk müsəlmanlardan biri idi. Şüheyb ər-Rumi, Bilal Həbəşi, Əmmar ibn Yasir, Süməyyə binti Həyat kimi o da Məkkəli olmadığı və heç bir Məkkəli ailənin və ya qəbilə himayəsində olmadığı üçün Həbbabın mövqeyini çətinləşdirirdi.
Həbib
Həbib — Azərbaycanlı kişi adı. Həbib Bayramov — Tarzən. Azərbaycanın xalq artisti (1983). Həbib Elqaniyan — Tehran yəhudi Cəmiyyətinin prezidenti Həbib Minaçeviç Minaçev Həbib İsrafilov — Geologiya elmləri doktoru, professor Həbib Şirinov — iqtisad elmləri doktoru, professor. Həbib Qaramani — XV əsr xəlvəti şeyxlərindən biri. Həbib bəy Səlimov — general-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Həbib Rəhimoğlu — Ermənistanın əməkdar jurnalisti. Həbib İsmayılov — Azərbaycan kino rejissoru.
Həbib-bəy Səlimov
Səlimov Həbib bəy Hacı Yusif oğlu (8 fevral 1881, İrəvan – 30 dekabr 1920, Bakı) — general-mayor, AXC ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan general-mayoru. == Həyatı == Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və gimnaziyanı birinciliklə bitirmişdir. == Hərbi fəaliyyəti == === Çar Rusiyası dövrü === 1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1il 2ay xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Həbib bəy 1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb.
Həbib Abdullayev
Həbib Məhəmmədoviç Abdullaev (18 iyul (31), 1912, Fərqanə vilayəti, Aravan kəndi - 20 iyun 1962, Daşkənd) - Sovet Özbəkistan geoloqu, akademik (1947-ci ildən) və Özbəkistan SSR Elmlər Akademiyasının prezidenti (1956-1962). SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). == Həyatı == Həbib Abdullayev 1936-cı ildə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetini bitirib. Daha sonra Moskva Geologiya Kəşfiyyat İnstitutunda və Orta Asiya Politexnik İnstitutunda dərs demişdir. Abdullayevin əsas əsərləri petrologiya və filiz yataqlarına həsr edilmişdir. Yer qabığındakı əsas mineralların əmələ gəlməsi və paylanması qanunlarına dair bir nəzəriyyəsi mövcuddur. 1936-1939-cu illərdə Moskva Dövlət Geolologiya İnstitutunda mühazirələr oxuyur. 1941-ci ildə Sənaye şöbəsinin müdiri işləmişdir. 1942-1948-ci illərdə Xalq Komissarları Sovetinin sədr müavini təyin edilmişdir. 1943-cü ildə Müxbir Üzv seçilmişdir.
Həbib Babayev
Həbib Bayram oğlu Babayev (30 dekabr 1926, Bucaq, Şəki qəzası – 2 iyul 1994, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990). == Həyatı == 1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur.
Həbib Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur. Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur. Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Həbib Cəbiyev
Həbib Pirican oğlu Cəbiyev (sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub. Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt "Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21–27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi"). Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır.
Həbib Elqaniyan
Həbib Elqaniyan, Hacı Həbibulla Elqaniyan kimidə tanınan (9 may 1909 - 9 may 1979)- Tehran yəhudi Cəmiyyətinin prezidenti vəzifəsində çıxış edən və 1970-ci illərdə İran yəhudi icmasının simvolik rəhbəri kimi xidmət edən görkəmli İran yəhudi iş adamı idi O, "Korrupsiya", "İsrail və sionizm ilə əlaqə" və "Allahın düşmənləri ilə dostluq", ittihamı ilə İran İslam İnqilabından sonra İslam inqilabi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib və edam edildi. Həbib Elqaniyan, 1958-ci ildə Tehranda Plasko adlı plastik şirkətin yardmışdır.
Həbib Fərşbaf
== Həyatı == Çağdaş Güney Azərbaycan ədəbiyyatının yaradıcılarından olan Həbib Fərşbaf istedadlı şair, nasir, həm də müəllimdir. 1944-cü ildə Təbrizin ustad Şəhriyarın da doğulduğu məşhur Bağmeşə məhəlləsində dünyaya gələn Həbib Fərşbaf (Fərşbaf – Xalça toxuyan mənasındadır) ibtidai təhsilini “Mümtaz” mədrəsəsində alır,orta təhsilini isə daha sonra yazıldığı “Siqətilislam” dəbiristanında əla qiymətlərlə başa vurur.Fars dilində oxuyub təhsil almaq məcburiyyəti qarşısında qalan Həbibin qəlbində elə məktəb illərindən ana dilinə, Azərbaycan şifahi xalq ədəbiyyatına, folklor qaynaqlarına güclü sevgi oyanır. İlk müəllimləri olmuş Əlipur, Firidun Qərəçorlu onun həyat idealına çevrilir və o, müəllim olmaq qərarına gəlir.”Siqətilislam” dəbiristanında orta təhsilini başa vuran Həbib müəllimlik diplomunu alır və Qaradağ bölgəsinin ucqar kəndlərində pedaqoji fəaliyyətə başlayır. == Fəaliyyəti == Uzun illər müəllim kimi fəaliyyət göstərən Fərşbaf fars dilini tədris etməsinə baxmayaraq tədris keçdiyi körpə uşaqlarda Azərbaycan türkcəsinə sevgi hissi oyadır.Əməkçi ailəsində dünyaya gələn və həyatın çətinliklərinə dözməyə lap uşaq yaşlarından alışan gənc müəllim ucqar kəndlərdə bir sıra ciddi sınaqlara, rejimin yaratdığı çətinliklərə tuş gəlir. Lakin bu çətinliklərə sinə gərir, yolundan dönmür, heç vəchlə sevdiyi peşəsindən əl çəkmir. Qaradağlı uşaqlara, oğlan və qızlara savad verməklə bərabər, bölgənin folklor, ağız ədəbiyyatı nümunələrini toplayır və bu zəngin irsin Təbrizdə çap olunmasına səy göstərir. Həmçinin bütün bunlardan tədris prosesində də istifadə edir, şagirdlərinin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, sağlam ruhda böyüyərək xalqına faydalı bir insan olaraq böyüməsi, əsl vətəndaş kimi formalaşması qayğısına qalır.O, gündüzlər qurduğu siniflərdə dərs deyir, gecələrsə evində savadsız kəndlilərə M.Ə.Sabirin “Hophopnamə”sini, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün,Səməd Behrənginin və b. əsərlərini oxuyur, onların “gözünü açır”.İran İslam İnqilabının qələbəsindən sonra Təbrizdə yaranmış yazıçı-şairlər Cəmiyyəti rəyasət heyətinin üzvü seçilən Həbib Fərşbaf hazırda Təbrizin Dəvəçi və Şengilan məktəblərində pedaqoji fəaliyyətini davam etdirir. Yazarın bu günədək “Qaradağ kəndlərində”, “Dan yeri”, “Uşaq bağçası”, “Bir sevgi – bir ömür” kitabları çap olunmuşdur. Nəzm və nəsr əsərlərinin mövzusunu real həyatdan, gerçəkliklərdən, götürən yazarın yaratdığı obrazlar, qəhrəmanlar da onun müasirləri, gündəlik qarşılaşdığı, təmas qurduğu, tanıdığı insanlar, müəllim işlədiyi uzun illərdə yaşadıqları, şahidi olduğu hadisə və olaylardır.
Həbib Fətəliyev
Həbib Sadıq oğlu Fətəliyev (7 aprel 1942, Göyçay – 20 aprel 1999, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir. 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.
Həbib Həsənov
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan və Ermənistan dövlət-partiya xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir. "Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.
Həbib Məmmədəliyev
Həbib Məmmədəliyev (tam adı: Məmmədəliyev Həbib Mehdi oğlu;v. 14 may 1975) — AMEA-nın müxbir üzvü, kimyaçı alim, texniki elmlər doktoru, professor == Həyatı və təshili == Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir. === Vəfatı === 14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Həbib Nurmaqomedov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib. ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi.
Həbib Nurməhəmmədov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib. ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
Həbib Rzayev
Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm – 12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru. == Həyatı == Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Həbib Rzayev 1961–1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970–1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975–1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır. == Mükafatları == Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası (Bakı–2002) Elmin Nuri. ""Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları". 28.08.2015.
Həbib Rəhimoğlu
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan və Ermənistan dövlət-partiya xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir. "Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.
Həbib Sahir
Həbib Sahir (az.-əski. هبیب ساهیر‎) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb. Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib. == Həyatı == Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb.
Həbib Zərbəliyev
Həbib Zərbəliyev (24 sentyabr 1953, Xurşud, Salyan rayonu) — Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru == Həyatı == Həbib 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. O vaxtlar Xurşud kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. İki il orada oxuduqdan sonra Həbib Salyan şəhər internat məktəbində təhslini davam etdirməli olur. Burada oxuduğu müddətdə müəllimlər ondan həmişə razılıq edir, onun ən yaxşı oxuyan şagird olduğunu deyirdilər. Səkkizinci sinfə qədər burada oxuduqdan sonra 1968-ci ildə Həbib Əli Bayramlı şəhər Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olur. Burada da o, yaxşı oxuması ilə fərqlənir. Bununla yanaşı, Həbib bədii özfəaliyyət dərnəyində də fəaliyyətini davam etdirir, pedaqoji məktəbin ansamblı ilə əlamətdar günlərdə tələbələr qarşısında, eləcə də müxtəlif rayon və şəhərlərin mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edir. 1972-ci ildə Həbib pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirib ibtidai sinif müəllimi ixtisası alır və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin mayına qədər Nərimanov kənd orta məktəbində sinif müəllimi işlədikdən sonra Həbib ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir.
Həbib ağa Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Həyatı == Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi. Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur. O, 1956-cı ildə Bakıda vəfat edib. == Ailəsi == Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin] Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
Həbib bəy Köçərli
Köçərli Həbib bəy Kərim bəy oğlu (1890-?) — rejissor, aktyor, incəsənət xadimi. == Həyatı == Həbib bəy Kərim bəy oğlu 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Tiflis 1-ci gimnaziyaya daxil olub, 1913-cü ildə tamamlamışdı. Almaniyanın Leypsiq şəhərində kommersiya institutunda təhsilini davam etdirmişdi. Həbib bəy Köçərli teatr həvəskarı idi. Həm Tiflis, həm də Şuşa teatrına öz töhfəsini vermişdi. Teatrşünas Abbas Hacıyev onun haqqında yazır: "Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi".
Kaura həbsdən qaçışı
Kaura həbsdən qaçışı (ing. Cowra breakout) – 5 avqust 1944-cü ildə Avstraliyanın Kaura qəsəbəsi yaxınlığındakı həbs düşərgəsində saxlanılan yapon müharibə əsirlərinin həbsdən qaçış cəhdi. Bu, İkinci dünya müharibəsinin ən böyük həbsdən qaçış hadisələrindən biridir. == Hadisə == 1944-cü ilin avqustunda Avstraliyanın Kaura qəsəbəsi yaxınlığında yerləşən 12 saylı həbs düşərgəsinin B bölməsində 1104 yapon müharibə əsiri saxlanılırdı. Həmin düşərgədə yaponlarla yanaşı italyan və koreyalılar da var idi. Yaponlara Cenevre konvensiyasının şərtlərinə uyğun münasibət göstərilsə də, 22-ci garnizon batalyonunun mühafizəçiləri ilə yaponlar arasındakı münasibətlər pis idi. Yaponlar 1944-cü ilin avqustuna qədər həbsdən qaçış planları yox idi. Lakin onlar yapon müharibə əsirlərinin bir hissəsinin Hey həbs düşərgəsinə transfer ediləcəyini öyrənəndə kütləvi qaçışa cəhd etmək qərarına gəlmişdirlər. 5 avqust 1944-cü ildə, səhər saatlarında Avstraliya ordusunun personalı minlərlə yaponun səsinə oyanmışdır. Bağbanlıq ləvazimatları, beysbol çubuqları, baltalar və bıçaqlara silahlanan 1104 yapon düşərgənin hasarlarına hücum etmiş və düşərgədən qaçmışdır.
Landsberq həbsxanası
Landsberq həbsxanası — Almaniyanın Bavariya əyalətinin Landsberg am Lech şəhərində (Münhendən 65 kilometr qərbdə və Auqsburqdan 35 kilometr cənubda) yerləşən qala və həbsxanadır. Bu, həm də Adolf Hitlerin başçılıq etdiyi nasist partiyasının uğursuz Pivəxana qiyamından sonra Adolf Hitler və Rudolf Hessin saxlandığı yerdir.

Значение слова в других словарях