hənbəlilik

hənbəlilik
hənbəlilər
həncamə 2021
OBASTAN VİKİ
Hənbəlilik
Hənbəli məzhəbi — İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri. == Yaranması == Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır. Bundan sonra müsəlman alimlərinin əksəriyyəti mötəzilə ehkamlarını qəbul etsələr də, bəziləri bundan imtina etməmişlər. Bu səbəbdən təqiblərlə üzləşənlərdən biri də Əhməd ibn Hənbəl olmuşdur.

Digər lüğətlərdə