HACIBABA

Hacı Baba, Həccə getmiş Baba.
HACIAĞA
HACIBALA
OBASTAN VİKİ
Hacıbaba Abbasov
Hacıbaba Abbasov (tam adı:Hacıbaba Səməndər oğlu Abbasov; 1 iyul 1931, Quba rayonu – 2001) — biologiya elmləri doktoru, professor. == Həyatı == 1 iyul 1931-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində və Quba kənd təsərrüfatı texnikumunda oxuduqdan sonra təhsilini davam etdirərək Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Elmlər Akademiyası zoologiya institutunun ixtiologiya laboratoriyasına aspirant qəbul edilir. 1959-cu ildə o, "Mingəçevir su anbarı əsas vətəgə balıqları körpələrinin biologiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülür. Bundan sonra o, demək olar ki, Respublikanın əsas balıq təsərrüfatı sularının, o cümlədən Naxçıvan MSSR-nın, Azərbaycanın Şimali-qərb hissəsi sularının vətəgə balıqları körpələrini daha geniş surətdə öyrənmişdir. O, 1962-ci ildə Xəzər dənizində neft yataqlarının axtarışı zamanı tətbiq edilən partladıcı maddələrin balıqlara təsirinin öyrənilməsində də iştirak etmişdir. Daha sonralar onu su anbarlarının, Kürətrafı göllərin, Xəzərətrafı liman və körfəzlərin balıqçılıqda mənimsənilməsi məsələləri maraqlandırmışdır. Bunlarla yanaşı o, həm də "İnsan və biosfer" proqramı üzrə növü areal daxilində öyrənən (Respublikada) qrupun rəhbəri olmuşdur. Hacıbaba Abbasov 1965–1969-cu illərdə Mingəçevir təcrübə laboratoriyasının rəhbəri olmuş, 1969–1973-cü illərdə Cənubi Xəzər balıqçılığı idarəsinin rəisi işləmiş, 1973–1982-ci illərdə Zoologiya institutunun ixtiologiya laboratoriyasına rəhbərlik etmişdir.
Hacıbaba Bağırov
Hacıbaba Ağarza oğlu Bağırov (12 iyun 1932, Bakı – 4 oktyabr 2006, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Şöhrət ordeni laureatı (1998), Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru və bədii rəhbəri, "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri. == Həyatı == 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb. 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959–1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub.
Hacıbaba Hüseynov
Hacıbaba Hüseynəli oğlu Hüseynov (15 mart 1919, Bakı – 24 oktyabr 1993, Bakı) — Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olmuşdur. Ruhani ailəsində böyümüşdür. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edir. O, həmin ansamblda üç il fəaliyyət göstərmişdir. 1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demişdir. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olmuşdur. Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub.
Hacıbaba Həsənov
Hacıbaba Əbdüləli oğlu Həsənov — həkim, bəstəkar. == Həyatı == Hacıbaba Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub. 1942–1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkirdi. O, meylini kamançaya salmışdı. Qızı Gülbəniz xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış. Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəltmişdi. O, 1947-ci ildə respublika üzrə keçirilmiş kənd bədii özfəaliyyət olimpiadasında iştirak etmiş, burada onun "Sovet xalqı" kantatası ifa edilmiş, Fəxri Fərmanla təltif olunmuşdu. Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı deyildi.
Hacıbaba Məmmədov
Hacıbaba İsmayıl oğluMəmmədov — Akademik Milli Dram Teatrın direktor müavini, aktyor. == Həyatı == Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olmuşdur. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib. 1989–2000-ci illərdə "YUĞ" Teatrında aktyor, 2000–2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003–2010-cu illərdə "Qanun" MMC-də mətbəə müdiri, 2010–2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur. Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
Hacıbaba Zeynalov
Hacıbaba Məmməd oğlu Zeynalov — general-mayor, 402-ci atıcı diviziyanın komandiri (1945), 1957–1960-cı illərdə Bakı ali ümumqoşun komandanlıq məktəbinin rəisi. == Həyatı == 1906-cı ildə Gəncədə yoxsul ailədə dünyaya gəlmiş və orta təhsilini də burada almışdır. O, hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gələrək gənc komandirlər məktəbinə qəbul olunur. Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov 77-ci Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına bölük komandiri təyin edilir. Az bir vaxtda o komandirlik məharətinə görə alayın rabitə rəisi vəzifəsinə təyin edilir. 1937-ci ildə mayor rütbəsi alır. 1939-cu ildə M.Frunze adına hərbi Akademiyanı bitirir və elə həmin il Qış müharibəsində iştirak edir. Müharibədə göstərdiyi şücaətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilir. 22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsinin başladığı vaxt podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində atıcı diviziyanın şöbə rəisi vəzifəsində çalışırdı. Qərbi Dvina ətrafındakı döyüşlərdə böyük igidlik göstərən Zeynalov döyüş zamanı yaralanır, lakin müharibənin sonunadək müxtəlif qərargah vəzifələrində, o cümlədən, Zaqafqaziya cəbhəsində 47-ci ordunun qərargahında əməliyyat şöbəsinin rəisi, 396-cı atıcı diviziyanın qərargah rəisi, 402-ci atıcı diviziyanın komandiri vəzifəsində çalışır.
Hacıbaba Əfəndiyev
Hacıbaba Şərif oğlu Əfəndiyev (1914, Əliabad, Zaqatala dairəsi – 9 fevral 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin (1970–1985) və Sovet (Dövlət) Nəzarəti Komissiyasının sədri (1958–1962). == Həyatı == Hacıbaba Şərif oğlu Əfəndiyev 1914-cü ildə hazırkı Zaqatala rayonunun Əliabad kəndində anadan olmuşdur. Zaqatalada ibtidai məktəbi məktəbi bitirdikdən sonra o, Bakıya gələrək burada əvvəlcə yeddiillik məktəbi, sonra isə 1933-cü ildə kommunal-inşaat texnikumunu bitirmişdir. O, inşaatçı-texnik diplomunu alaraq bir müddət Bakı tikinti trestində böyük onbaşı vəzifəsində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda oxumuşdur. 1939-cu ildə institutun memarlıq-inşaat fakültəsini bitirmişdir. Hacıbaba Əfəndiyev institutu bitirdikdən sonra Bakı tikinti trestinə iş icraçısı vəzifəsinə göndərilmiş, burada bir il işlədikdən sonra Sovet Ordusu sıralarında xidmətə başlamışdır. O, Böyük Vətən müharibəsi illərində Stalinqrad ətrafında döyüşən ordu hissələrində vuruşmuş, birləşmənin mühəndis xidməti rəisinin müavini olmuşdur. Ağır yaralandıqdan sonra o, 1943-cü ildə ordudan tərxis edilərək Bakıya qayıtmışdır. Müharibə illərində, 1941-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir. Bakıya gəldikdən sonra Hacıbaba Əfəndiyev şəhər rayon partiya komitəsinə təlimatçı göndərilmiş, bir az sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatının təşkilat-təlimat şöbəsində təlimatçı vəzifəsinə keçirilmişdir.
Hacıbaba Əskərov
Hacıbaba Əskərov — Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk azərbaycanlı hakim (1965). == Həyatı == Hacıbaba Məşədi Həsən oğlu Əskərov 22 sentyabr 1917-ci ildə Gəncə şəhərində anadan olub. 1925–1932-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936–1937-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxət və bədən tərbiyəsi müəllimi işləyib. 1937-ci ildə ADBTİ-yə daxil olan Hacıbaba Əskərovun ağır atletika istedadı ortaya çıxıb. O, dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub, böyük bacarıq və qabiliyyəti ilə fərqlənib. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edib. İkinci Dünya müharibəsinə könüllü yollanan və Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirib. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən "Abrek" ləqəbi verilib.
Hacıbaba Əzimov
Hacıbaba Sadıq oğlu Əzimov (1 avqust 1938, Lənkəran) — Azərbaycan tarixşünası, ictimai-siyasi xadimi, tarix elmləri doktoru (1981), professor (1982), Azərbaycan Respublikasının xalq deputatı (1990); Azərbaycan Respublikası Ali Sovetinin üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının ilk və son sədri (1992–2023). Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi. == Həyatı == 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsini, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunun aspiranturasını bitirmişdir. == Əmək və ictimai-siyasi fəaliyyəti == 1960–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxivlər İdarəsinin baş elmi işçisi — baş inspektoru vəzifəsində işləmişdir. 1961–1963-cü illərdə Azərbaycan EA Tarix İnstitunun elmi işçisi və 1963–1966-cı illərdə aspirantı olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi elmi adını almışdır. 1966–1970-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1970–1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (APİ) baş müəllimi, baş elmi işçisi-doktorantı (1974–1976), dosenti (1976–1981) olmuşdur.
Hacıbaba Mehdizadə
Hacıbaba Axund məscidi
Hacıbaba Axund məscidi — Quba rayonu ərazisində məscid. Hacıbaba Axund məscidi XIX əsrin əvvəllərində Rəcəb ayının 25-də Hacı Cəfər tərəfindən tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdur. Məscid dörd otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir.Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür.
Qaragöz-i Hacıbaba
Qaragöz-i Hacıbaba (fars. ‎قراگوز حاجی‌بابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (43 ailə).
Atababa Hacıbabayev
Atababa İsmayıl oğlu Hacıbabayev (25 sentyabr 1947-ci ildə doğulub ) — Azərbaycan teatrşünası, yazıçısl, publisisti, yumoristi. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ədəbiyyat qəzetinin məsul katibi.(1987-2022) == Həyatı == Atababa Hacıbabayev 1947-ci ildə Bakının yaxınlığındakı Xırdalan kəndində anadan olub.Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakultəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor(eyni zamanda "Bakı teatrlarında" məcmüəsinin redaktoru) vəzifələrində çalışıb. (1971-1977-ci illər). 1971-ci ilin oktyabrından 1972-ci ilin sonuna kimi sovet ordusu sıralarında xıdmət edib. 1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan "Sövet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ildən ömrünün sonuna kimi "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət") redaksiya heyətinin üzvü və məsul katibi olub. 2009-2015-ci illərdə eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb.
Aşağı Hacıbabay (Tikantəpə)
Aşağı Hacıbabay (fars. حاجي باباي سفلي‎ا‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (45 ailə).
Elşən Hacıbabayev
Elşən Hacıbabayev (tam adı: Elşən Atababa oğlu Hacıbabayev; 29 mart 1980, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Elşən Atabala oğlu Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olmuşdur. 1998-ci ildə Bakı Mədəni Maarif texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Dram və kino aktyorudur. Film, reklam və kliplərdə çəkilmişdir. Evlidir.
Hacıbabaxan (Biləsuvar)
Hacıbabaxan (fars. حاجي باباخان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (10 ailə).
Hacıbabay
Yuxarı Hacıbabay (Tikantəpə)
Hüseynağa Hacıbababəyov
Hüseynağa Sultan oğlu Hacıbababəyov (7 (19) may 1898, Şamaxı – 10 noyabr 1972, Bakı) — opera müğənnisi (lirik tenor). Azərbaycanın xalq artisti (1938). == Həyatı == Hüseynağa Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçmüşdür. Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır. 1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir. Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın ("Şah İsmayıl", Müslüm Maqomayev) partiyalarını ifa etmişdir. 1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan", "Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Lenski ("Yevgeni Onegin", Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini). Milli opera sənətinin nümayəndəsi, müğənni Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mehdi bəy Hacıbababəyov
Mehdi bəy Hacıbababəyov (1871, Şamaxı – 1925, Bakı) — ictimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri. Mehdi bəy Şamaxının məşhur Hacıbababəyovlar ailəsinə mənsubdur. O, XIX əsrin məşhur azərbaycanlı memarı Qasım bəy Hacıbababəyovun, Sovet Azərbaycanının məşhur opera müğənnisi və Xalq Artisti (1938) Hüseynağa Hacıbababəyov ilə eyni nəsilə mənsubdur. == Haqqında == Mehdi bəy Hacıbababəyov 1871-ci ildə Şamaxıda anadan olmuşdur. Bakı realnı məktəbini bitirmişdir. 1901-ci ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir. Rusiya imperiyasında inqilablar dövrü başladıqdan sonra yaxından siyasətlə məşğul olmağa başlamışdır. O, Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi.
Orta Hacıbabay (Tikantəpə)
Orta Hacıbabay (fars. حاجي باباي وسطي‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (53 ailə).
Qasım bəy Hacıbababəyov
Hacıbababəyov Qasım bəy Hacıbaba bəy oğlu (1811, Şamaxı – 1874, Şamaxı) — Bakının mərkəzinin formalaşmasında böyük rol oynamış XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı memar. Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Atası və böyük qardaşı Səməd bəy kimi memar idi. 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı kimi fəaliyyət göstərib. 1858-1859-cu illərdə Şamaxının yenidən qurulmasının baş planını hazırlayıb. 1858-ci ildə Şamaxıda tikdiyi teatr binası Azərbaycanın ilk teatr binasıdır. Müqəddəs Anna Ordeni ilə təltif edilib. 1868-ci ilədək Bakı şəhərinin memarı.
Rəhilə Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1882, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Rəhilə xanım Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1882, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Yuxarı Hacıbabay (Tikantəpə)
Yuxarı Hacıbabay (fars. حاجي باباي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (30 ailə).