Hacıbaba Zeynalov

Hacıbaba Məmməd oğlu Zeynalovgeneral-mayor, 402-ci atıcı diviziyanın komandiri (1945), 1957–1960-cı illərdə Bakı ali ümumqoşun komandanlıq məktəbinin rəisi.

Hacıbaba Zeynalov
Hacıbaba Məmməd oğlu Zeynalov
Doğum tarixi
Doğum yeri Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Fəaliyyəti hərbi lider[d]
Partiyası
Hacıbaba Zeynalovun Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

1906-cı ildə Gəncədə yoxsul ailədə dünyaya gəlmiş[1] və orta təhsilini də burada almışdır. O, hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gələrək gənc komandirlər məktəbinə qəbul olunur. Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov 77-ci Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına bölük komandiri təyin edilir. Az bir vaxtda o komandirlik məharətinə görə alayın rabitə rəisi vəzifəsinə təyin edilir. 1937-ci ildə mayor rütbəsi alır. 1939-cu ildə M.Frunze adına hərbi Akademiyanı bitirir və elə həmin il Qış müharibəsində iştirak edir. Müharibədə göstərdiyi şücaətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilir.

22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsinin başladığı vaxt podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində atıcı diviziyanın şöbə rəisi vəzifəsində çalışırdı. Qərbi Dvina ətrafındakı döyüşlərdə böyük igidlik göstərən Zeynalov döyüş zamanı yaralanır, lakin müharibənin sonunadək müxtəlif qərargah vəzifələrində, o cümlədən, Zaqafqaziya cəbhəsində 47-ci ordunun qərargahında əməliyyat şöbəsinin rəisi, 396-cı atıcı diviziyanın qərargah rəisi, 402-ci atıcı diviziyanın komandiri vəzifəsində çalışır. Mozdok və İşşersk kəndi uğrundakı döyüşlərdə göstərdiyi qəhrəmanlıq və hərbi bacarığına görə polkovnik Hacıbaba Zeynalov Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.

Hacıbaba Zeynalov 1948-ci ildə K.Voroşilov adına Ali hərbi akademiyanı əla qiymətlərlə bitirmiş, 1956-cı ildə general-mayor rütbəsinə yüksəldilmişdir. 1957-ci ildə o Bakı ali ümumqoşun komandanlıq məktəbinin rəisi vəzifəsinə təyin edilir və 1960-cı ilədək burada çalışır. Məktəbin o vaxtadək olan 20 illik tarixində Hacıbaba Zeynalov ilk azərbaycanlı rəis idi.

Hacıbaba Zeynalov 1969-cu ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

  1. "Зейналов Гаджибаба Мамед оглу, генерал-майор". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.