Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır.
2 rəkətdir və sübh namazı kimi qılınır.
Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.
Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".