hamar səth

ру гладкая поверхность en glossy surface de glänzende Oberfläche fr surface brillante es superficie brillante it superficie brillante
haloid karbohidrogen
hava
OBASTAN VİKİ
Səth
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Səth axımı
Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir. Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir. Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır. Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir.
Səth morenləri
Səth parlaqlığı
Səth parlaqlığı və ya Obyektin görünən səthi parlaqlığı — obyektdən onun vahid səthinə düşən hissəsindən fəza bucağı vahidində gələn işıq selidir. Səth parlaqlığı obyektə qədər məsafədən asılı deyil.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Üfqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfüqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Hamar-Daban
Hamar-Daban (bur. Хамар дабаан) — Şərqi Sibirin cənubunda, Pribaykalın da cənubunda yerləşən dağlıq ölkə. Ərazisinin böyük qismi Rusiya Federasiyası Buryatiya Respublikası ərazisində yerləşir. Hamar-Daban — erkıən protrezoy dövrünə aid silsilələr kompleksidir. Onun uzunluğu q.rbdən şərqə 350 km, eni isə 50–60 km təşkil edir. Baykal gölünün cənubunda yerləşir. Silsilə qərbdə Zun-Suren çayının aşağı qolları ətrafından başlayaraq cənub-şərqdə Xanqarul və Snejnaya çaylarının yuxarı axarlarına qədər uzanır. Ondan şərqdə Xanqaril silsiləsi yerləşir. Buradan Snejnoy çayı sahili boyunca şimal-şərq istiqamətində uzanır. Hamar-Daban İrkutsk vilayətinin Slyudan rayonu və Buryatiyanın altı rayonunu özündə birləşdirir.
Hamar antoserot
Hamar antoserot (lat. Phaeoceros laevis) — mamırkimilər şöbəsinin phaeoceros cinsinə aid bitki növü.
Hamar dağdağan
Rusiya (Krım), Kiçik Asiya, İran və Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəklikdə yayılıb. Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərdə, Kür-Araz ovalığında, Naxçıvan MR-də, Lənkəranda (Diabar) və s. rayon ərazilərində təsadüf edilir. Azərbaycanın nadir bitkisidir. NT. Dağətəklərində quru daşlı yamaclarda təbii halda bitir. Azərbaycanda arealı geniş deyildir. Hündürlüyü 15 m olan alçaqboylu ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zoğları qəhvəyi və ya qonur, yaşlı gövdəsinin qabığı isə bozumtul-qonur rəngdədir. Cavan budaqlar açıqqonur və ya açıqqəhvəyi rəngdədir.
Hamar deysiya
Hamar deysiya (lat. Deutzia glabrata) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Hamar mərəvcə
Hamar mərəvcə (lat. Smilax glabra) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Hamar qarağac
Hamar qarağac (lat. Ulmus laevis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Atlantikada, Skandinaviyada və Оrta Avrоpada yayılıb. Hündürlüyü 25-30 m-ə, gövdəsinin diamеtri 150 sm-ə çatan, еnli silindrik çətirli ağacdır. Gövdəsinin qabığı açıq-bоz rənglidir, dayaz çatlıdır və хırda löhvəciklər şəklində qоpur. Zоğları nazik, əyilən, simpоdial budaqlanır, parlaq və ya açıq-qоnur rəngdədir. Cavan zоğları tüklü və ya çılpaqdır, müхtəlif rənglidir. Yarpaqları 4-12 sm uzunluqda, 3-6 sm еnində оlub, kənarları ikişər dişlidir, aydın nəzərə çarpan 17-19 ədəd yan damarları var. Yarpaq ayası tərsyumurtavarı və ya еllips fоrmalı, yanları qеyri-bərabər, ucu sivridir, tünd-yaşıl rəngdədir. Çiçəkləri ikicinslidir, dəstə halında uzun və nazik çiçək saplaqlarında tоplanmışdır, qəhvəyi rəngdədir.
Hamar stefaniya
Hamar stefaniya (lat. Stephania glabra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü. Çoxillik ikievli tropik lian olub, uzunluğu 5-8 m-ə bərabərdir. Kök sistemi demək olar ki, dairəvi, aşağı hissəsi isə saçaqlıdır. Bir bitkinin çəkisi 20 kq-a bərabərdir. Gövdəsi çılpaq, dairəvi, dırmaşan, vegetativ inkişaf dövründə əsası oduncaqlı olur. Qafqazda yayılan növün uzunluğu 6-9m-ə qədər olub, qışda quruyur. Yarpaqları iri, növbəli, itiuclu, bütövkənarlı, hamar, uzunluğu 15-20 sm, saplaqları ilə birlikdə 40 sm-ə qədər olur. Çiçəkləri yaşıl-sarı, başcıqla birlikdə toplanan, çətir çiçək qrupuna aiddir. Erkək çiçək qrupları 6 sərbəst kasayarpağından və 3 tərsyumurtavari yumşaq ləçəkdən, dişi çiçəkləri 3 kasayarpağından və 3 ləçəkdən ibarətdir.
Hamar toyçiçəyi
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Hamar tülküquyruq
Hamar tülküquyruq (lat. Alopecurus aequalis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü.
Hamar zirinc
Hamar zirinc (lat. Berberis levis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni Şimali Afrikadır. Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır. Torpağa tələbkar, quraqlığa davamlıdır.
Hamar itburnu
Hamar itburnu (lat. Rosa laevigata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Hamar əzələlər
Hamar əzələlər — qeyri-ixtiyari zolaqsız əzələlər. Sarkomerləri olmadığı və buna görə də zolaqları olmadığı üçün belə adlandırılmışdır. İki alt qrupa bölünür: təkkomponentli və çoxkomponentli hamar əzələlər. Təkkomponentli əzələdə hamar əzələ hüceyrələrinin bütün dəstəsi və ya təbəqəsi sinsitium kimi daralır. Hamar əzələ mədə, bağırsaq, sidik kisəsi və uşaqlıq da daxil olmaqla içi boş orqanların divarlarında olur; qan və limfa damarları kimi keçidlərin divarlarında, həmçinin tənəffüs, sidik və reproduktiv sistemlərin yollarında. Hamar əzələlər iki növə bölünür: təkkomponentli hamar əzələlər (visseral) və çoxkomponentli hamar əzələlər. Hamar əzələlərin əksəriyyəti çoxkomponentli növə aiddir və əksər daxili orqanların divarlarında yerləşir; qan damarlarını (böyük elastik arteriyalar istisna olmaqla), sidik yollarını və həzm sistemini əhatə edirlər. Ürəkdə hamar əzələlər yoxdur. Fəaliyyət potensialı hüceyrələr arasında çoxlu boşluq qovşaqlarının olması səbəbindən qonşu əzələ hüceyrələri vasitəsilə yayıla bilər. Bu xüsusiyyətə görə, ayrı-ayrı bağlamalar koordinasiyalı şəkildə büzülərək bütün əzələnin daralmasına və ya genişlənməsinə səbəb olan bir sinsitium meydana gətirir (məs.
Hamar-tikanlı qızılgül
Şimal hamar balina
Şimal hamar balina (lat. Eubalaena glacialis) — Əsl balinalar (Balaenidae) fəsiləsinə daxil olan Atlantik okeanın şimal sularında yayılmış balina növü. Şimal hamar balina adətən 13–16 metr uzunluğa malik olur. Hətta 21 uzunluğa malik olan fərdlər belə müşahidə edilmişdir. Bu cablılarən çəkisi 100 ton təşkil edə bilir. Bütün hamar balinalarda olduğu kimi bun növdə bel üzgəci yoxdur. Bədənin rəngi qaradır. Bədəninə çoxlu sayda parazitlər yapışır. Bəzən bu parazitlər o qədər çox olur ki, böyük ağ ləkəni xatırladır. Bədənin hər hissəsində 300 bığ vardır.