hamballıq
hamı
OBASTAN VİKİ
Hamburger
Hamburger — kəsilmiş və doğranmış kotletdən və bulkudan ibarət olan sendviç növü. ABŞ mətbəxinin ayrılmaz tərkib hissəsi olan hamburger ilk dəfə Amerikada kəşf olunmayıb — buna bənzər yeməklər artıq Asiya və Avropa kulinar ənənələrində mövcud idi. Monqol tayfalarını isə bu fəstfud simvolunun təsisçiləri kimi hesab etmək olar — məhz onlar həmişə uzun yollar qət etməklə qiymə hazırlamağı öyrənmiş və onu çiy dadmışlar. Bu nemət Qızıl Ordaya mənsub olan torpaqlarda sürətlə yayılmaqda idi. Orta əsirlərdə Avropa mətbəxində qiymə çox nadir tapıntı idi, ümumiyyətlə ətin özü yalnız zadəganlara mənsub idi. O vaxtın kulinar kitablarında ətin əzilməsi haqqında çox az məlumat var idi — bunu əsasən kolbasa istehsalında edirdilər. Bəzi məlumatlara görə, vəhşi "tatar" resepti məhz XVII əsirdə rus gəmiləri vasitəsi ilə Avropanın liman şəhəri olan Hamburqda peyda olmuşdur. Bu yeməyi hətta indiyə qədər bir çox avropa restoranlarında "Tatar bifşteksi" (Steak tartare) adı ilə tapmaq mümkündü. XIX əsrin ilk yarısına qədər Hamburq Avropanın ən böyük transatlantik limanlarından biri hesab edilirdi. Amerikaya yol tutan bir çox emiqrantlar məhz Hamburq limanından oraya yola düşürdülər.
Hamburger Universiteti
Hamburger Universiteti — biznes fəaliyyətinin müxtəlif aspektləri öyrədilən mərkəz Hamburger Universitetində hamburgerlərin hazırlanma yolları yox, biznes fəaliyyətinin müxtəlif aspektləri öyrədilir. İlk Hamburger Universiteti 1961-ci ildə ABŞ-nin İllinoys ştatında yaradılıb. O vaxt ali təhsil müəssisəsini 14 min tələbə başa vurub. İndi universitetə hər il 5 min tələbə qəbul olunub və bu təhsil müəssisəsi dünyanın ən qocaman korporativ universiteti sayılır. 30 mart 2010-cu ildə Çinin Şanxay şəhərində "McDonalds" korporasiyası Hamburger Universiteti yaradıb. 250 milyon dollara başa gələn universitet binasının qarşısında fastfudlar şəbəkəsinin başlıca simvolu - "McDonalds"ın banisi Ronald Makdonaldın heykəli qoyulub. Çində Hamburger Universiteti açılıb Arxivləşdirilib 2010-04-03 at the Wayback Machine Hamburger Universiteti, McDonald’s.
Hamburger düyməsi
Hamburger düyməsi — adətən, qrafik istifadəçi interfeysinin yuxarı küncündə yerləşdirilən, hamburgerlə oxşarlığına görə belə adlandırılan düymə. Onun funksiyası menyunu (bəzən hamburger menyusu kimi də adlandırılır) və ya naviqasiya çubuğunu düymənin arxasına yığmaq və ya ekranda göstərmək arasında dəyişdirməkdir. Üç üfüqi çubuqdan ibarət olan bu vidcetlə əlaqəli olan ikon da "yığılmış menyu ikonu" kimi tanınır. Simvol əvvəlcə Norm Koks tərəfindən 1981-ci ildə təqdim edilmiş Xerox Star fərdi kompüteri üçün istifadəçi interfeysinin bir hissəsi kimi hazırlanmışdır. Cox ikonun yaradılmasını belə təsvir edir: "Onun qrafik dizaynı yol nişanları kimi sadə, funksional olaraq yaddaqalan olmalı və nəticədə göstərilən menyu siyahısının görünüşünü təqlid etməli idi. İşləmək üçün bu qədər az piksel olduğu üçün o, çox fərqli, lakin sadə olmalı idi. Düşünürəm ki, təsviri göstərmək üçün yalnız 16×16 pikselimiz var idi. (və ya bəlkə də 13×13… dəqiq xatırlaya bilmirəm)." 1985-ci ildə Windows 1.0-ın buraxılışı hər pəncərənin idarəetmə menyusunda hamburger ikonunu ehtiva edirdi. Bununla belə, bu qısamüddətli oldu, çünki Windows 2.0-da hamburger simvolu yoxa çıxdı və idarəetmə menyusunu ifadə edən vahid üfüqi xətt əlavə olundu. Windows 95-də xətt proqramın simvolu ilə əvəz edildi və hamburger Windows 10-un bir il yeniləməsi ilə Start menyusuna yerləşdirilənə qədər Windows-da görülmədi.

Digər lüğətlərdə