herb

adj. 1. (Wein) ağızqamaşdırıcı, büzüşdürücü; 2. fig. acı; ~es Schicksal acı tale
herausziehen
herbei
OBASTAN VİKİ
Cyperus herbicavus
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Devid Herbert Lourens
David Herbert Riçards Lourens (11 sentyabr 1885 - 2 mart 1930) — D.H. Lourens kimi də tanınan ingilis romançı(roman yazıçısı), şair, dramaturq, oçerkist, ədəbiyyatşünas və rəssam.Onun toplanmış əsərlərində müasirlik və sənayeləşmənin fərd üzərindəki insanlıkdan çıxartıcı təsiri geniş surətdə təmsil edilmişdir.
Edvin Herbert Lend
Edvin Herbert Lənd (Edwin Herbert Land) — (7 may 1909 – 1 mart 1991) Amerikalı alim və ixtiraçı Edvin Herbert Lənd 7 may 1909-cu ildə anadan olmuşdur. Amerikalı alim-optik, ani fotoçəkiliş üçün istifadə olunan "Polaroid" kamerasının ixtiraçısı, Fototexnika və məişət avadanlıqlarının istehsalı ilə məşğul olan "Polaroid Corporation" amerikalı şirkətinin banisi olan Lənd 1963-cü ildə milli elmin inkişafına verdiyi töhfələrə görə ABŞ-nin Prezident Azadlıq Medalı ilə təltif edilmişdir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Emilia herbacea
Emilia herbacea (lat. Emilia herbacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Epipactis helleborine var. herbacea
Epipactis herbacea
George Herbert de Carnarvon
George Herbert de Carnarvon, (26 iyun 1866[…] – 5 aprel 1923, Qahirə), İngilis Misirşünas və kolleksioner. Lord Carnarvon (əsl adı V Carnarvon Qrafı George Edward), 1906-1922-ci illər arasında Howard Carter ilə Thebesdə tədqiqat aparmış, XII və XVIII sülalələrdən olan kralların qəbirlərinin, xüsusən Tutanxamon türbəsinin üzə çıxarılmasına töhfə vermişdir (Noyabr 1922). Fironun məzarı açıldıqdan sonra Carter ilə mübahisə etmiş və İngiltərəyə qayıtmış, səhhəti pisləşdikdən sonra Qahirəyə dönmüş və qaldığı oteldə ölmüşdür. Bundan sonra firon Tutanxamonu məzarında narahat edənlərin lənətlənəcəyi mifi güclənmişdir.
Herba Flora
Herba Flora (jurnal)
"Herba Flora" jurnalı — 2007-ci ilin dekabrından çap olunan Herba Flora şirkətinin aylıq elmi-kütləvi tibbi jurnalı "Herba Flora" adlı elmi-kütləvi jurnalın ilk buraxılışı 2007-ci ilin dekabrında işıq üzü görmüşdür. Jurnalda təkcə müalicəvi bitkilər, onların cürbəcür xəstəliklərin terapiyasında rolu, müasir təbabətin aktual problemləri, tibbi yeniliklər haqda deyil, həmçinin dünya ölkələri, dünya xalqları, onların həyatı, mədəniyyəti, mətbəxi, xalq təbabətinin tövsiyə etdiyi müxtəlif kosmetik prosedurlar və başqa maraqlı mövzular ətrafında məlumatlar dərc olunur. Jurnalın baş redaktoru Rəşad Ağayev, elmi məsləhətçiləri isə Füzuli Hüseynov və Yalçın Məmmədovdur.
Herbert
Herbert — ad. Herbert Huver — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929-1933). Herbert Hart — Herbert Xamison — Herbert Çepmen — Herbert Saymon — amerikan iqtisadçısı. Herbert Pitman — Titanik gəmisinin üçüncü ofiseri. Herbert Braun — amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). Herbert Kreyk — şotland futbolçu Herbert fon Karayan — avstriyalı dirijor. Herbert Çerberi — ingilis filosof, Deizm-in yaradıcısı.
Herbert Aaron Hauptman
Herbert Aaron Hauptman (14 fevral 1917[…], Nyu-York, Nyu-York ştatı – 23 oktyabr 2011[…], Buffalo, Nyu-York ştatı[…]) — Amerika riyaziyyatçısı, 1985-ci ildə "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" Kimya üzrə Nobel Mükafatı laureatı. mükafatı həmkarı Cerom Karle ilə paylaşdı. 1917-ci ilin fevralın 14-də Nyu-Yorkda anadan olmuşdur. 1937-ci ildə Hauptman kolleci bitirərək bakalavr dərəcəsi 1939-cu ildə Kolumbiya universitetini bitirərək riyaziyyat üzrə magistr dərəcəsi almışdır. 1955-ci ildə Merilend universitetində fəlsəfə doktoru dərəcəsi alır. 1969-cu ilə qədər Vaşinqtonda ABŞ-nin hərbi dəniz donanmasının tədqiqat laboratoriyasında işləmişdir. 1970-ci ildən Buffoloda Nyu-York universitetinin professoru, 1972-ci ildən Buffoloda Tibb mərkəzində iş rəhbəri və vitse prezident işləmişdir. 1955-ci ildə onun fəlsəfə doktoru dərəcəsi alması rentgenstruktur analizi üzrə idi və riyaziyyat üzrə verilmişdir. Hauptman hormonlar, antibiotiklər və vitaminlər kristallarının molekulların fəza strukturunu müəyyən etmək üçün riyazi üsul yaratdı. Fotolent üzərində alınan ləkələrin intensivliyini analiz edərək o, rentgen şüaları dəstəsinin əyilmə bucağını hesablaya bilirdi və bu hesablamalardan tədqiq olunan maddənin molekulyar strukturunun dəqiq şəklini yığa bilirdi.
Herbert Braun
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[…], London[…] – 19 dekabr 2004[…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur. Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir.
Herbert Corc Uells
Herbert Corc Uells (21 sentyabr 1866[…] – 13 avqust 1946[…], London) — Dünyaların müharibəsi, Görünməz adam, Doktor Moronun adası və Zaman maşını adlı fantastik romanları ilə tanınan, amma demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış ingilis yazıçı. Sosialist olduğunu açıqca söyləyən H. G. Wellsin çox əsərində əhəmiyyətli ölçüdə siyasi və ictimai şərh edənlər vardır. Jül Vern kimi gələcəkdəki texnoloji inkişafları izah etdiyi kitablarıyla fantastik şaxənin qabaqcıllarından hətta, yaradıcılarından sayılır. Uellsin fantastik romanlarında texnologiyanın müşahidə edilməsinin gətirəcəyi imkanlar bir kənara qoyulur. Uellsdə fərziyyə bir ədəbiyyat formasına çevrilir və texnologiyanın deyil, onun ictimai təməllərinin araşdırılmasına yönəlmiş bir ölçü qazanılır. Uells yalnız fantastik içindəki utopiya əleyhdarı düşüncələrin müdafiəçisi olaraq bu növə damğasını vurmaqla qalmayıb, cəmiyyətin şiddət və çətin yoluyla, qədərindən sürətli bir müddət içində sosialist bir cəmiyyətə malik olmaq istəyirdi. 1946-cı ildə 13 avqustda Londonda vəfat etmişdir.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Herbert Hart
Herbert Lionel Adolf Hart(18 İyul 1907 – 19 Dekabr 1992) Britaniyalı hüquqşünas-filosof, siyasi və hüquqi fəlsəfənin görkəmli xadimi.O, Oksford Universitetinin hüquq professoru olmuşdur.Onun ən məşhur işi "Hüquq anlayışı" 1961-ci ildə yazılmışdır(1961:3-cü nəşr,2012) .Hart əsərində hüququ fəlsəfi cəhətdən yeniləyərək "hüququn təbiəti" və ya "hüququn anlayışı" kimi ifadə etdi.O, Hans Kelzenlə yanaşı XX əsrin ən qabaqcıl filosolarından biri hesab olunur. H.Hart 1907-ci ildə Yorkşirdə yerləşən Herroqeyt şəhərində Rouz Semson Hart və Saymon Hartın ailəsində dünyaya gəlmişdir.Atası Alman və Polyak əsilli yəhudi bir dərzi idi.Polyak əsilli olan anasının valideynləri isə varlı parça tacirləri idi.Hartın Albert adlı böyük qardaşı, Sibil adlı kiçik bacısı var idi.O, Çelenthem Kollecində,Bredford Qrammatika Məktəbində və Oksford Nyu Kollecdə təhsil almışdır. Hart 1932-ci ildən 1940-cı ilə qədər vəkil kimi Lordlar məhkəməsində uğurlu praktika keçmişdir.
Herbert Henri Askvit
Herbert Henri Askvit (12 sentyabr 1852[…] – 15 fevral 1928[…]) — 1908–1916 illərdə Baş Nazir olmuş dövlət xadimi. Birinci Dünya Müharibəsinin ilk iki ilində ölkəni idarə etdi və 1911-ci ildə Lordlar Palatasının səlahiyyətlərini məhdudlaşdıran Parlament Qanununun qəbul edilməsinə səbəb oldu. Herbert Henry Asquith 12 sentyabr 1852-ci ildə Böyük Britaniyada anadan olub. Təhsilini Oksforddaki universitetlərdən birində alıb. Universiteti bitirdikdən sonra vəkil olub. Asquith daha sonra ailə həyatı qurub, onun bir oğlu və üç qızı olub, lakin qızlardan sadəcə biri uşaq vaxtı sağ qalıb. Asquith 1908-ci ildə Henry Campbell-Bannermanın vəzifədən istehfa etməsindən sonra Baş Nazir oldu. Asquith, Almaniyanın qələbəsinin İngiltərə üçün bir fəlakət olacağını bildiyi halda Birinci Dünya Müharibəsinə qatılmaqda tərəddüd edirdi. Almaniyanın Belçikayı işğal etməsindən sonra qərarını dəyişdirdi. 1916-cı ilin yanvarında Çanaqqala hərəkatının uğursuzluqla nəticələnməsi, Qərb cəbhəsində hər hansı bir irəlləyişin olmaması və aprel ayında İrlandiyada başlayan etirazlar siyasi vəziyyəti pisləşdirdi.
Herbert Henry Asquith
Herbert Henri Askvit (12 sentyabr 1852[…] – 15 fevral 1928[…]) — 1908–1916 illərdə Baş Nazir olmuş dövlət xadimi. Birinci Dünya Müharibəsinin ilk iki ilində ölkəni idarə etdi və 1911-ci ildə Lordlar Palatasının səlahiyyətlərini məhdudlaşdıran Parlament Qanununun qəbul edilməsinə səbəb oldu. Herbert Henry Asquith 12 sentyabr 1852-ci ildə Böyük Britaniyada anadan olub. Təhsilini Oksforddaki universitetlərdən birində alıb. Universiteti bitirdikdən sonra vəkil olub. Asquith daha sonra ailə həyatı qurub, onun bir oğlu və üç qızı olub, lakin qızlardan sadəcə biri uşaq vaxtı sağ qalıb. Asquith 1908-ci ildə Henry Campbell-Bannermanın vəzifədən istehfa etməsindən sonra Baş Nazir oldu. Asquith, Almaniyanın qələbəsinin İngiltərə üçün bir fəlakət olacağını bildiyi halda Birinci Dünya Müharibəsinə qatılmaqda tərəddüd edirdi. Almaniyanın Belçikayı işğal etməsindən sonra qərarını dəyişdirdi. 1916-cı ilin yanvarında Çanaqqala hərəkatının uğursuzluqla nəticələnməsi, Qərb cəbhəsində hər hansı bir irəlləyişin olmaması və aprel ayında İrlandiyada başlayan etirazlar siyasi vəziyyəti pisləşdirdi.
Herbert Huver
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ — 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933). Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır. 1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir. Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur. 1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi.
Herbert Kitçener
Horatio Herbert Kitçener(d. 24 iyun 1850 - ö. 5 iyun 1916) Böyük Britaniyalı hərbi və siyasi xadim. Sudanda Məhəmməd Əhməd əl-Mehdinin başlatdığı üsyanı yatırtmış, Cənubi Afrika Müharibəsində baş komandir, Birinci Dünya Müharibəsinin əvvəllərində isə hərbi naziri vəzifəsində çalışmışdır. Kitçener, Listovel yaxınlığında, Ballilonqfordda doğulmuşdur. Vulviçdə Kral Hərbi Akademiyasını bitirmişdir. 1874-cü ildən Mərkəzi Asiyada istehkam zabiti vəzifəsində çalışmışdır. 1886-cı ildə Sudanda İngilis - Qırmızı dəniz ərazisinə gətirilmişdir. Daha sonra Misirə göndərililərək Qahirə komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1892-ci idə Misir ordularının baş komandiri olmuşdur.
Herbert Knaup
Herbert Knaup (23 mart 1956[…]) — alman aktyor.
Herbert Kreyk
Herbert Kreyk (ing. Herbert Craik; d. 1880, Qrinok, Şotlandiya – ö. məlum deyil) — şotland futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Liverpul" komandasında çıxış edib. Herbert Kreyk 1880-ci ildə Şotlandiyanın Qrinok şəhərində anadan olmuşdur. 1903-cü ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
Herbert Kvellen
Herbert Kvellen (alm. Herbert Quelle‎; d.
Herbert Lom
Herbert Lom (çex. Herbert Lom) - beyənxalq səviyyədə tanınmış çex əsilli kino və teatr aktyoru. 1917-ci ilin 11 sentyabr tarixində o zaman ki, Avstriya-Macarıstan imperiyasının sərhədləri daxilində yerləşən və hal-hazırda Çexiyanın paytaxtı olan Praqa şəhərində anadan olmuşdur. Teatr səhnəsinə ilk dəfə yaşadığı Praqa şəhərində çıxımışdır. 1937-ci ildə Zena Pod Krizmen adlı film ilə kinematoqrafiya sahəsinə qədəm qoymuşdur. 1938-ci ildə İngiltərəyə köçmüşdür. 2004-cü ilə qədər aktiv formada davam etdirdiyi kino və teatr fəaliyyəti ərzində 112 müxtəlif filmdə rol almışdır. Herbert Lom rol aldığı filmlərdə əsasən epizotik rollarda çıxış etmiş və adətən mənfi obrazları canlandırmışdır.
Herbert Luis
Herbert Luis (alm. Herbert Louis‎; 12 mart 1900, Berlin – 11 iyul 1985, Münxen) — Almaniyadan dəvət edilmiş və Türkiyədə müasir coğrafiya elminin qurucularından biri olmuşdur. Herbert Lius 12 mart 1900-cü ildə Almaniyanın paytaxtı Berlində anadan olub. Berlin Universitetinin Fən Ədəbiyyat Fakültəsində coğrafiya, geologiya və fizika fakültəsində təhsil almışdır. Məzun olduqdan sonra, 1935-ci il 12 avqustda Berlin Universitetində coğrafiya professoru vəzifəsinə təyin olunmuşdur.1925-ci ildə doktorluq müdafiə etmişdir. 1930-cu ildə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən Ankaraya dəvət edilmiş və yeni qurulan Dil və Tarix Coğrafiya Fakültəsində coğrafiya professoru təyin edilmişdir. Herbert Louis Türkiyədə 8 il pedaqoji və araşdırma fəaliyyəti aparmışdır. 1943-cü ildə Almaniyanın Köln Universitetində Coğrafiya kafedrasında Ədliyyə professoru təyin edilmiş və 1965–1966-cı illərdə qonaq professor kimi Türkiyədə həmin fakültəyə dəvət edilmişdir. Türkiyədəki fəaliyyəti dövründə onun dərs dediyi tələbələr təkcə orta təhsil müəssisələrində müəllim kimi işləməmiş, həm də, universitetlərdə elm sahəsində, müxtəlif hökumət işlərində çalışmışlar. 1968-ci ildə Almaniyanın Münhen Universitetinin coğrafiya şöbəsi Ord.
Herbert Markuze
Herbert Markuze (alm. Herbert Marcuse‎; 19 iyul 1898[…], Berlin – 29 iyul 1979[…]) — Frankfurt məktəbinin görkəmli nümayəndələrindən, Vilhelm Rayx və Erix Frommdan sonra Freydo-Marksizm nəzəriyyəsinin banilərindən biridir. 1968-ci il Paris baharının ilhamvericilərindəndir. "Birölçülü insan", "Eros və bəşəriyyət", "Əksinqilab və qiyam", "Şüur və inqilab", "Sovet marksizmi: tənqidi təhlil", "Psixotəhlil və siyasət", "Qurtuluş haqqında esse" və bir çox başqa kitabların müəllifidir.

Digər lüğətlərdə