Təxminən 570-ci ildə Məkkənin tanınmış və hörmətli ailələrindən birində oğlan uşağı anadan olur. Uşağın adını Məhəmməd qoyurlar. Məhəmməd təxminən qırx yaşında olanda monoteist, yəni bir allaha inanan dini təbliğ etməyə başlayır.
İlk vaxtlar ona qulaq asanları heç nə ilə maraqlandıra bilməmişdi. Amma tədricən onun moizələri insanların düşüncələrinə təsir etməyə başladı. Bu Məkkənin varlı tacirlərinin narahat olmasına səbəb oldu. Buna görə də Məhəmməd tez bir zamanda onlar tərəfdən sıxışdırılmağa başlandı.
622-ci il iyulun 16-da Məhəmməd Məkkədən qaçaraq oradan 200 mil şimalda yerləşən Mədinə şəhərində sığınacaq tapdı. Mədinəyə gələn gündən tale Məhəmmədin üzünə gülməyə başlayır. O, döyüşə gedən dəstələrə başçılıq edərək çoxlu qələbələr qazanır. 629-cu ildə Məhəmməd Məkkəyə qalib kimi qayıdır və 632-ci ildə o, dünyasını dəyişəndə bütün Ərəbistan onun nəzarətində idi.
Onun davamçıları öz orduları ilə Ərəbistan hüdudlarından kənara çıxıb əhalisi bütünlüklə Məhəmmədin dininə (islama) etiqad edən nəhəng imperiya qurdular.
639-cu ildə yeni dövrün başlandığı tam aydın idi. Bu dövrün başlanğıc nöqtəsi məhz Məhəmmədin Mədinəyə hicrəti (mühacirət, qaçış) adı verilmiş qaçışı sayılmağa başlandı.
İsa anadan olan gün xristian təqviminin başlanğıcı sayıldığı kimi, hicrət də indiyədək müsəlman tarixinin başlanğıcı hesab edilir. (Ayzek Azimov. Sözlərin tarixi)