HİCRƏT

başqa yerə getmə, köçmə (Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi 16 iyul 622-ci il; bu vaxtdan başlanan islam tarixi).
HİCCƏTAĞA
HİDAYƏT
OBASTAN VİKİ
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Həbəşistan Hicrətləri
Həbəşistan Hicrətləri — İslam tarixində ilk müsəlman səfərləridir. == Birinci hicrətin səbəbləri == Müsəlmanların sayının və nüfuzunun artdığını görən Qureyş, artıq yalnız tənqidlə kifayətlənmir, təzyiq və zülmə də əl atırdı. Qəbiləsinin aman hüququndan məhrum etdiyi müsəlmanları müdafiə etməyə gücü çatmayan Məhəmməd peyğəmbər onların sığınması üçün ərəb qəbilələri arasında yer tapmadığı üçün Həbəşistana (Efiopiya) getmələrinə icazə verdi. Sual yaranır ki, bəs nə üçün Həbəşistan?! Qeyd edək ki, Həbəşistanı "Nəccaşi" tutullu xristianlığı qəbul etmiş Kral Əshəmə adlı şəxs idarə edirdi. Bundan əlavə İslama qədərki dövürdə Kral Əshəmənin məkkəli tacirlərlə ticarət münasibətlərində ədaləti ilə tanınması, bölgəyə Məkkə yaxınlığındakı Şüybə limanından asanlıqla gedilə bilməsi kimi səbəbləri də qeyd edə bilərik. == Birinci hicrət == Müşriklərin tənqidinə tab gətirə bilməyən müsəlmanlar hicrət etmək üçün Məhəmməd peyğəmbərə müraciət etdikdə Allah rəsulu vəhy gəlmədiyi üçün hicrətə icazə vermirdi. Lakin aşağıdakı ayə nazil olduqdan sonra icazə verdi. Ayədə belə buyurur: "Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir.

Digər lüğətlərdə