HİDDƏTLİ

HİDDƏTLİ Hiddətli halda içəri girən usta fəhlələrə dedi.. (M.Hüseyn); HİKKƏLİ ..sanki bu adamların hamısı, hətta onunla acıqlı və hikkəli danışanlar da xoşuna gəlir, hamısına kömək etmək istəyir (M.İbrahimov); HİRSLİ Bunu deyib Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı və hirsli yemək otağından çıxdı (S.S.Axundov); QEYZLİ Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə (C.Məmmədquluzadə); ACIQLI Acıqlı adam tez qocalar (Ata. sözü); QƏZƏBLİ [Kamil] ezamiyyətdən vaxtından qabaq və çox qəzəbli qayıtmışdı (X.Hasilova); QƏZƏBNAK Könlünü ayna tək eylədi pak; Bir söz desəm, olmayaydı qəzəbnak (M.P.Vaqif); ÖFKƏLİ (dan.) Mühasib: ..Kosanın bu cürə öfkəli hökm etməyindən bu teleqramı öyrənməyə daha da artıq maraqlandı (S.Rəhimov); YELLİ (məc., dan.).

HİDDƏTLƏNMƏK
HİKKƏ

Значение слова в других словарях