hidrogeokimya
hidrogeoloji
OBASTAN VİKİ
Hidrogeologiya
Hidrogeologiya — yeraltı sular haqqında elm: geologiyanın bir sahəsi. Yeraltı suların əmələ gəlməsini, yatım şəraitini, hərəkət qanunlarını, rejimini, ehtiyatını, fiziki və kimyəvi xassələrini, sübb minerallar, atmosfer və yerüstü sularla qarşılıqlı əlaqəsini, təsərrüfat əhəmiyyəti və digər aspektləri öyrənir.Hidrogeologiya 1) ümumi hidrogeologiya; 2) yeraltı suların dinamikası; 3) yeraltı suların axtarışı və kəşfiyyatı; 4) faydalı qazıntı yataqlarının hidrogeologiyası; 5) regional hidrogeologiya; 6) mineral sular haqqında təlim; 7) meliorativ hidrogeologiya və b. bölmələrə ayrılır. Hidrogeologiya Yer elmlərinin bir sahəsi olduğundan yeraltı sular Yer qabığının inkişaf tarixinin təhlili və süxurların sülb fazası ilə qarşılıqlı əlaqəsi baxımından öyrənilir. == Həmçinin bax == Hidrologiya Geologiya Yealtı sular Atmosfer Yer qabığı == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.

Digər lüğətlərdə