homokeçidli günəş elementi

ру солнечный элемент с гомопереходом en homojunction solar cell de Homojunction-Solarzelle fr cellule solaire à jonction homogène es célula solar de homounión it cella solare a omogiunzione
hidroterapiya mərkəzi
horizontal
OBASTAN VİKİ
AND elementi
AND elementi məntiqi əlaqələrdə tətbiq edilən əsas rəqəmli məntiq elementidir –bu sağdakı riyazi cədvələ uyğun şəkildə özünü göstərir. Əgər AND elementində hər iki giriş maximum 1 olarsa , yalnız o zaman maxsimum çıxış 1 alınar. Əgər AND elementində yalnız bir giriş maxsimumdursa, nəticə minimum alınar. == Simvollar == AND elementləri üçün 3 simvol var: Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu. AND elementi A və B girişləri və çıxış C ilə məntiqi ifadəni yerinə yetirir: C=A•B. == Tətbiqləri == AND elementi adətən N-kanallı və ya P-kanallı metal oksid yarımkeçirici sahə effekti tranzistorularından (MOYSET) istifadə edilərək işlənib hazırlanır.Əsas rəqəmli girişlər a və b, çıxış F AND funksiyası kimi eyni nəticəyə malik olmalıdır. == Alternativlər == Əgər heç bir səciyyəvi AND elementləri mövcud olmazsa, bir NAND və ya NOR elementlərindən hazırlana bilər, çünki NAND və NOR elementləri universal elementlər qəbul edilib.Buna görə də onlar başqalarının (başqa elementlərin) yerinə istifadə edilə bilər. Həmçinin XOR elementləri AND elementi ilə orşar istifadə edilə bilər,lakin nadir hallarda bunun üçün istifadə olunur.
Məntiq elementi
Məntiqi element — Bul funksiyasını yerinə yetirən fiziki qurğudur. O, bir və ya bir neçə məntiqi girişlərdə məntiqi əməliyyatı yerinə yetirir və sadə məntiqi çıxışları göstərir. Məntiq elementləri ilk növbədə elektron açarlar kimi fəaliyyət göstərən tranzistorlar və diodlar istifadə edərək yerinə yetirilir, həmçinin molekullar,optika, elektromaqnit relelər və hətta mexaniki elementlər istifadə edərək qurula bilər. yapışdırıcı məntiq — (ing. glue logic, ru. связующая логика) – kompüterin bir əsas hissəsini başqa bir hissə ilə birləşdirmək üçün zəruri olan nisbətən sadə məntiqi sxemlər. Məsələn, mikroprosessorların bir çoxu mərkəzi prosessor (CPU) ilə yaddaş (MEMORY) arasında yapışdırıcı məntiqin olmasını tələb edir. == Simvollar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
NAND elementi
NAND elementi (İNKAR AND və ya NOT AND) — Rəqəmli elektronikada,yalnız bütün girişlər 1 (true) olanada, çıxışdakı məlumat 0 (false) alınan məntiqi element. Əgər hər iki giriş elementləri yalnız maxsimum 1 olarsa,nəticədə çıxış minimum-0 alınar. Əgər bir və ya hər iki giriş minimum 0 olarsa, nəticədə çıxış maxsimum-1 alınar. Bu tranzistorlarda istifadə edilir. NAND elementləri əhəmiyyətlidir, çünki istənilən Bul funksiyası NAND elementlərinin kombinasiyasından istifadə edilərək yerinə yetirilə bilər.Bu xüsusiyyət funksional tamlıq adlanır. NOT(a1 AND a2 AND … AND an)funksiyası NAND(a1, a2, …, an) funksiyasının ekvivalentidir. == Simvollar == NAND elementləri üçün 3 simvol var. MIL/ANSI simvolu, the IEC simvolu və DIN simvolu. == Təhcizat təsviri və pinout == NAND elementləri əsas məntiqi elementlərdir və onlar TTL və CMOS İnteqral sxemlərdə tanınırlar. == Tətbiqləri == NAND elementlərinin funksional tamlıqlarının xüsusiyyətləri var.Yəni ki,istənilən başqa məntiqi funksiyalar (AND,OR, və s.) yalnız NAND elementlərindən istifadə edərək yerinə yetirilə bilər.Tam prosessor tək NAND elementlərindən istifadə edilərək yaradıla bilər.
NOR elementi
NOR elementi — ortaq inkarı yerinə yetirən rəqəmli məntiq elementidir-bu sağdakı cədvələ uyğun şəkildə özünü göstərir. Əgər hər iki giriş elementləri minimum 0 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 alınar. Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa, nəticədə çıxış minimum, yəni 0 alınar. == Simvollar == NOR elementləri üçün üç simvol var:Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu.
NOT elementi
Rəqəmli məntiqdə, çevirici və ya NOT elementi məntiqi inkarı yerinə yetirən məntiq elementidir (Cədvəl 1).
OR elementi
OR elementi məntiqi ayrılmanı yerinə yetirən rəqəmli məntiq elementidir.Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa,nəticədə çıxış maxsimum 1 alınar.Əgər heç bir giriş maxsimum qiymət almazsa,nəticədə çıxış minimum-0 alınar. == Simvollar == OR elementi üçün 3 simvol var: Alman(GNSI və "hərbi") simvolu, IEC simvolu və DIN simvolu. == Tətbiqləri == == Alternativlər == Əgər heç bir müəyyən OR elementləri mümkün deyilsə,aşağıdakı şəkildə göstərilən konfiqurasiyada NAND və ya NOR elementlərindən istifadə edilə bilər.İstənilən məntiqi element NAND və ya NOR elementlərinin birləşməsindən hazırlana bilər.
XNOR elementi
XNOR elementi xüsusi OR elementinin tərsi olan funksiyanın rəqəmli məntiq elementidir.Sağdakı cədvələ uyğun şəkildə iki giriş versiyanın məntiqi ekvivalentliyini həyata keçirir.Əgər hər iki giriş elementi eyni olarsa, çıxış maxsimum-1 alınar.Əgər hər iki girişdən yalnız biri maxsimum(1) olarsa,nəticədə çıxış minimum (0) alınar. == Simvollar == XNOR elementi üçün iki simvol var: xarakterik simvol və düzbucaqlı simvol. == Alternativlər == Əgər heç bir müəyyən XNOR elementləri mümkün deyilsə,aşağıda göstərilmiş birləşmələrdə beş NAND elementindən və ya dörd NOR elementindən istifadə edilə bilər.Faktiki olaraq, istənilən məntiqi element yalnız NAND elementləri və ya yalnız NOR elementlərinin birləşməsindən hazırlana bilər.
XOR elementi
XOR elementi (bəzən EOR elementi və ya EXOR elementi adlanır) — xüsusi ayrılmanı (yəni, hər iki giriş fərqli olanda çıxışda 1 (true) alınan məntiqi əməliyyatdır) yerinə yetirən rəqəmli məntiq elementidir. Əgər girişlərdən yalnız hər hansı biri 1 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 (true) alınar. Əgər hər iki giriş minimum 0 (false) və ya hər ikisi 1 (true) olarsa, nəticə minimum 0 (false) alınar. A ⋅ B ¯ + A ¯ ⋅ B {\displaystyle A\cdot {\overline {B}}+{\overline {A}}\cdot B} və ( A + B ) ⋅ A ⋅ B ¯ {\displaystyle (A+B)\cdot {\overline {A\cdot B}}} hər iki cəbri ifadə A və B girişləri olan XOR elementini təsvir edir. == Simvollar == XOR elementi üçün iki simvol var: Ənənəvi simvol və IEEE simvolu.
Günəş
Günəş (simvoluəöö2ııeııe: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Eyvan (memarlıq elementi)
Eyvan (Farsca: ایوان eyvān, ərəbcə: إيوان Iwan) üzəri daha çox tağlarla örtülmüş; Üç tərəfi bağlı, bir tərəfi tam açıq olan bir memarlıq elementidir. Eyvana İran memarlığında, Səlcuq və Osmanlı memarlığında tez-tez rast gəlinir.
ARB Günəş
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. == Tarixçə == Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib. "ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir. == Bağlanması == 13 iyun 2024-cü ildə saat 18:25–19:29 arası müddətdə Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Bembi 2" cizgi filminin yayınlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 9 iyul 2024-cü il tarixli 22/24-10 nömrəli qərarı ilə ARB Günəşin-nin yayımı 11 iyul 2024-cü ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. == Həyatı == Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir. Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Günəş (Beyləqan)
Günəş — Azərbaycan Respublikasının Beyləqan rayonunun Örənqala qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Mil düzündədir. Yaşayış məntəqəsini 1954-cü ildə Cəbrayıl r-nunun Sirik və Nüsüs kəndlərindən köçüb gəlmiş ailələr Komsomolun 50 illiyi adına üzümçülük sovxozunun Örənqala şöbəsinin malikanəsi yanında salmışdılar. 1965-ci ildə qəsəbəyə rəmzi olaraq Günəş adı verilmiĢdir.
Günəş (dəqiqləşdirmə)
Günəş — ulduz Günəş (jurnal) — Bakıda nəşr olunmuş jurnal Günəş (qəzet) — Bakıda nəşr olunmuş qəzet Günəş (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Günəş (heraldika) — heraldikada istifadə edilən fiqurlardan biri.
Günəş (heraldika)
Günəş — heraldikada istifadə edilən fiqurlardan biri. Heraldikada istifadə edilən "təbii fiqurlar"dan biri hesab edilir. Doğan və ya batan günəş təsvirlərindən istifadə edilir. Bəzən günəş insan simasında verilir. Bir qayda olaraq günəş qızılı rəngdə verilir, çüalarının sayı müxtəlif sayda olsa da 16-dan çox olmur. Günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. == Günəş təsviri olan bayraqlar == == Mənbə == James Parker, A glossary of terms used in heraldry. Accessed 13 December 2009 Jump up to: a b Dictionary of Vexillology. Accessed 13 December 2009 Jump up ^ Encyclopaedia Britannica: Edward IV and the Alchemists. Accessed 13 December 2009 Jump up ^ Banbury Faith Trail.
Günəş (qəzet)
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet. == Tarixi == İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər. == Mövzusu == "Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı.
Günəş Abbasova
Günəş Əlisaf qızı Abbasova (2 sentyabr 1979[…], Baranoviçi, Brest vilayəti) — Azərbaycan əsilli Belarus müğənnisi. == Həyatı == Günəş Abbasova Belarusun Baranoviçi şəhərində anadan olub. Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb: “Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya) çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi, 2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin payız mərhələsində qələbə qazanıb.
Şənol Günəş
Şənol Günəş (1 iyun 1952, Trabzon) — Türkiyəli köhnə futbolçu və məşqçi. Türkiyə yığmasının keçmiş baş məşqçisi == Klub Karyerası == === Futbolçuluq karyerası === Şenol Güneş futbol karyerasına "Erdoğdu Gençlik" komandasında başlayıb. Bundan sonra Trabzonspor komandasının həvəskar komandasına keçərək, buradan da "Sebat Gençlik" komandasına transfer olundu və peşəkar futbolçuluq həyatına başlayıb. 1972-ci ildə "Trabzonspor" komandasına transfer edildi. 15 ilə yaxın "Trabzonspor"da qapıçılıq edib. "Trabzonspor"un heyətində 1975–2011 arasında yeddi dəfə çempion olub, eyni zamanda milli yığma komandasında 31 dəfə (beş dəfə kapitan qismində) iştirak edib. Türk idmanının tarixində birinci liqada ən çox qol buraxmama rekordu ona məxsusdur. === Məşqçilik karyerası === ==== Futbol klublarındakı karyerası ==== Sonradan "Trabzonspor" komandasının məşqçisi vəzifəsinə təyin olunub, Corc Likens kibi məşqçilərin köməkçisi vəzifəsini tutmağa müvəffəq olub. 1987–1988 "Trabzonspor", 1988–1991 "Boluspor", 1991–1992 "İstanbulspor", 1992–1996 yenidən "Trabzonspor", 1996–1997 "Antalyaspor", 1997–1998 sezonunda isə "Sakaryaspor" komandalarını hazırlaşdırıb. "Trabzonspor" 2005-ci ilin yanvar ayında Şenol Güneş ilə üç il yarımlıq bir müqavilə imzalayaraq onu yenidən komandanın məşqçisi vəzifəsinə qaytardı.
Qırmızı günəş
"Qırmızı günəş" (ing. Red Sun) — rejissor Terens Yanqın filmi. == Məzmun == Yapon samurayı Kuroda Zübey diplomatik heyətin tərkibində ABŞ-nin qərb sahillərinə gəlir. Səfir imperatorunun qiymətli hədiyyəsi olan təntənəli qılıncı Amerika prezidentinə aparır. Qılınc təmiz qızılla işlənmişdir. Səfər vaxtı onların getdiyi qatara Qoşun rəhbərliyi altında quldur dəstəsi soxulur. Qoş pullarla yanaşı, qılıncı da götürür. Diplomatik heyətin başçısı Kurodaya yeddi gün ərzində əmanəti qaytarmaq əmri verir. Qatarın qarətindən sonra Kuroda keçmiş quldur Link Stüartla birlikdə Qoşu axtarmağa gedirlər. Əgər samuray onu lazım olan vaxta qədər tapmasa, harakiri edəcək.
Zəhra Günəş
Zəhra Günəş (7 iyul 1999, Qartal[d], İstanbul ili) mərkəz blokçu mövqeyində oynayan türk voleybolçusudur. O, VakıfBank SK və Türkiyə qadın voleybol milli komandasının üzvüdür. == Həyatı == Zəhra Günəş1999-cu ildə İstanbulda anadan olub. Ailədə 6 uşaqdan ikincisidir. Anası bosniyalıdır. Bacıları İrem Nur Günəş (2004) və Mina Günəş (2006) də voleybolçudurlar. == Karyerası == === Çıxış etdiyi klublar === VakıfBank II (2011-14); İstanbul Büyükşəhər Bələdiyyəspor (2014-15); VakıfBank II (2015-16); Beşiktaş (2016-17); VakıfBank (2017-hal-hazırda). === Klub karyerası === Zəhra Günəş, voleybolçu karyerasına 12 yaşında VakıfBankda başlayıb. İki il dalbadal həm yıldız, hem də gənclər kateqoriyalarına Türkiyə çempionu olub. 15 yaşında ikinci liqa komandalarından İstanbul Büyükşehir Belediyesporda bir mövsüm icarədə olaraq forma geyib.
Adəm Günəş
Adəm Günəş(türk. Adem Güneş;1969, Ankara) — Türkiyənin tanınmış yazıçısı, pedaqoqu. 1969-cu ildə Ankarada anadan olub. Rotterdam Universitetinin Pedaqogika fakültəsini bitirib. Onun 22 türk, 2 ingilis dilində çap olunmuş əsəri var. Adəm Günəş, Türkiyədə ən çox kitabları satılan 16-cı yazardır.
Batan günəş
Batan günəş (斜陽, Şuyo) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1947-ci ildə nəşr olunmuş roman. İkinci Dünya müharibəsindən sonra tənəzzüldə olan və böhran yaşayan aristokratik ailədən bəhs edir. Dazainin başlıca əsərlərindən biridir. == Məzmun == 29 yaşlı Kazuko, qardaşı Naoci və onların dul qalmış anası İkinci Dünya müharibəsindən sonra Tokioda yaşayan yoxsul aristrokratik ailənin üzvləridir. Kazuko evli olmuş olsa da, bir rəssamla münasibətdə olduğu iddiasına görə boşanmış, ailəsinin evinə qayıtmış və uşağı ölü doğulmuşdur. Sakit okean müharibəsinə göndərilmiş Naoci itkindir. Kazuko evin bağındakı ilan yumurtalarını gürzə yumurtaları zənn edərək yandırdığını xatırlayır. Məlum olur ki, Kazukonun atası ölərkən evin ətrafında bir çox ilan var idi. Kazuko və anası Vada dayının köməyi ilə İzu yarımadasındakı bir evə köçürlər. Kazuko anasına dəstək olmaq üçün fermada işləməyə başlayır.
Günəş şəhəri
Günəş şəhəri (it. La città del sole; lat. Civitas solis) — italyan dominikan filosofu Tommazo Kampanellanın fəlsəfi əsər. Bu, mühüm utopik əsərdir. Əsər 1602-ci ildə, Kampanellanın bidət və fitnəyə görə həbsindən az sonra italyan dilində yazılmışdır. Latın versiyası 1613-14-cü illərdə yazılmış, 1623-cü ildə Frankfurtda nəşr edilmişdir. == Sinopsis == Kitab "Cəngavər Hospitalyer Qrossmeysteri ilə Genuya Dəniz Kapitanı" arasında dialoq kimi təqdim olunur. Platonun Dövlət və Timey əsərlərindəki Atlantidanın təsvirindən ilhamlanaraq, əmlakın, qadınların və uşaqların bərabər olduğu teokratik cəmiyyəti təsvir edir. O, həmçinin astroloji sehrli ərəb qrimuarı olan Pikatriksdəki Adosentin şəhərinə bənzəyir. Əsərin son hissəsində Kampanella astrologiyanın üstüörtülü dili ilə xəbər verir ki, ispan kralları Papa ilə ittifaqda İlahi Planın alətləri olacaqlar: Həqiqi İnamın yekun qələbəsi və onun bütün dünyada yayılması.
Turan Günəş
Turan Günəş (25 iyun 1921 - 9 aprel 1982) — türk siyasətçisi və alimi. O, Kipr əməliyyatı zamanı Türkiyə xarici işlər naziri vəzifəsində çalışırdı. == Erkən həyatı və təhsili == Turan Günəş 25 iyun 1921-ci ildə Kocaelinin Kandıra şəhərində anadan olub. 1941-ci ildə Qalatasaray Liseyini bitirmişdir. İstanbul Universitetində hüquq üzrə bakalavr dərəcəsi və Paris Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1947-ci ildə Demokratlar Partiyasına qoşuldu. Evli idir, iki övladı var idi. == Karyerası == Məktəbi bitirdikdən sonra Günəş İstanbul Universitetinin hüquq fakültəsində işləməyə başladı və 1954-cü ildə dosent oldu. Elə həmin il Kocaelidən deputatlığa namizədliyini irəli sürdü və seçkiləri qazanaraq DP-dən millət vəkili oldu. Lakin 1955-ci ildə başqaları ilə birlikdə partiyadan xaric edildi.