HOQQA

I 1. HOQQA [Bəhram:] Belədir işlər, Dilarə. İndi gərək sən də bundan göz-qulaq olasan ki, yenə bir hoqqa çıxartmasın (Anar); BAZİ Qaplan: Məlik, səni yaxşı tanıyıram. De görüm bu nə bazidir (A.Şaiq); FOKUS Tələbə qəti əmin idi ki, bütün bu fokusları kimsə qəsdən düzəldib.. (Anar); NÖMRƏ (məc.) Şahin: Mənim orijinal bir nömrəm var, o da kasa rəqsidir (S.Rəhimov); OYUN Səkinə: Yazıq balam, gərək bütün bu oyunlar bizim başımıza gələydi (A.Şaiq).

2. hoqqa bax hiylə

II hoqqa bax qəlyan

HİZB
HOQQABAZ
OBASTAN VİKİ
Hoqqa
Hoqqa — ən qədim çəki ölçü vahid. == Ümumi məlumat == Xalqımızın məişətində işlədilmiş, adına folklorumuzda və yazılı ədəbiyyatlarda rast gəlinən çəki ölçü vahidlərindən biri də hoqqadır. Koroğlu Qıratı öydüyü bir şeirdə deyir: Yenə həmin dastanda Giziroğlu Mustafa bəy öz yoldaşlarına deyir: Göründüyü kimi, birinci şeirdə hoqqanın nalın çəkisini, ağırlığını, ikinci şeirdə isə içkinin həcmini göstərdiyinin izahına ehtiyac yoxdur. Lakin nalı və içkini eyni ölçü vahidi ilə ölçmək mümkün olmadığından hoqqa sözünün açıqlanmasına ehtiyac duyulur. Hoqqə - ərəb dilində kiçik mücrü deməkdir. Bu söz oyun, kələk, hiylə mənasında daha çox işlənir. Hoqqa sözünün ərəb dilindəki mənalarının heç biri ölçü bildirmir. Bu da onu göstərir ki, hoqqa ərəblərdə heç vaxt ölçü vahidi kimi işlənməmişdir. Azərbaycan və Kərkük türklərində isə hoqqa ən qədim ölçü vahidlərindən biri olmuşdur. Buradan belə qənaətə gəlmək olar ki, bir çox türk xalqlarında ən qədim ölçü vahidi kimi işlənmiş hoqqa ərəb dilindən alınmamışdır.
Hoqqa (film)
Hoqqa — 2017-ci ildə çəkilmiş Azərbaycan komediya filmi. == Məzmunu == Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur. Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır...
Hoqqa (film, 2017)
Hoqqa — 2017-ci ildə çəkilmiş Azərbaycan komediya filmi. == Məzmunu == Filmdə dostu Kəramət (Vüsal Murtuzəliyev) ilə birlikdə Qızxanımı (Dilarə Əliyeva) qaçırtmış Eşqinin (Elməddin Cəfərov) başına gələn hadisələrdən bəhs olunur. Eşqin və Qızxanım Facebook sosial şəbəkəsində tanış olurlar. Qızxanım rayonda yaşayır, atası onu başqasına ərə vermək istədiyinə görə Eşqindən onu qaçırmasını istəyir. Eşqin onu dostunun meyit daşıyan maşını ilə qaçırdır və hadisələr elə bundan sonra başlayır...
Hoqqabaz (film, 2006)
Hoqqabaz - Cem Yılmazın ssenarisini yazdığı və Əli Tanər Baltacı ilə rejissorluğunu bölüşdüyü türk sinema filmi. Filmdə bir hoqqabaz (İskəndər) və yardımçısının (Maradona) sərgüzəştlərindən bəhs olunur. == Mövzusu == Uşaqlığından bəri sehrli şeylərə qarşı çox güclü marağı olan İskəndər təkidlə sehrbaz olacağını iddia eləsə də, yaxın dostu Maradona istisna heç kəs bunu qəbul etmir və alçaldaraq onun hoqqabaz olduğunu deyirlər. İskəndəri Kipr qazisi pensioner zabit olan atası Sait də oğlunu heç zaman təqdir etməmişdir. Çünki o da oğlunun elədiyi işdən qurur duymur. Məcburi səbəblərə görə İstanbuldan qaçarcasına turneyə çıxmaq məcburiyyətində qalan ikili yanlarına Saiti də almalı olurlar. Ata və oğul bu turne əsnasında bir az olsun yaxınlaşalar da, yaşanacaq bir-birindən maraqlı hadisələr hər şeyin fərqli bir şəkildə getməsinə səbəb olur.
Hoqqabazlıq
Hoqqabazlıq — göz yanılması və ya əlin cəld hərəkəti əsasında sehrbazlar tərəfindən müxtəlif nömrələrin göstərilməsi sənəti. Hoqqabazlıq ilə cadugərliyi bir birindən fərqləndirmək üçün sehrbazlar tərəfindən xüsusi dekorlar hazırlanır. Hoqqabazlıq sənəti tarixən mövcud olmuş, lakin əsasən Orta əsrlərdən etibarən inkişaf etməyə başlamışdır. Hoqqabazlıq bir sənət ki, Avropada inkişaf etmişdir. Orta əsrlərdə Avropada yerləşən şəhərlərin şəhər meydanlarında hoqqabazlar tərəfindən insanlara müxtəlif sehr nömrələrinin göstərildiyi məlumdur. Venesiya da hər il təşkil edilən karnavallarda Avropanın müxtəlif bölgələrindən gələn sehrbazlar iştirak edirdi. Hoqqabazlar əsasən əlin cəldiyindən istifadə edərək izləyiciləri aldatmağa çalışırlar. Onlar tərəfindən istifadə edilən əsas alətlər çubuq və papaqdır.

Значение слова в других словарях