Hr.

= Abk. für Herr ağa, bəy
HP
Hrn.
OBASTAN VİKİ
HR 858
HR 858, Fornaxın cənub bürcündə Günəşdən 104 işıq ili məsafəsində yerləşən planet sisteminə malik ulduzdur. Onun sarı-ağ çalarları var və çılpaq gözlə görünür, lakin 6.4 görünən vizual böyüklüklə onu görmək çətin olur. Ulduz 10 km/s radial sürətlə daha da uzaqlaşır. Onun mütləq böyüklüyü +3,82-dir. Bu obyekt F6V ulduz təsnifatına malik, bir qədər inkişaf etmiş F tipli əsas ardıcıllıq ulduzudur ki, bu da onun nüvə hidrogen sintezi vasitəsilə enerji yaratdığını göstərir. Onun təxminən iki milyard yaşı var və proqnozlaşdırılan fırlanma sürəti 8,3 km/s ilə fırlanır. Ulduz Günəşin kütləsindən 1,1 dəfə, Günəşin radiusundan 1,3 dəfə böyükdür. O, 6,201 K effektiv temperaturda fotosferindən Günəşin parlaqlığından 2,3 dəfə çox şüalanır. 8,4 düymlük açısal ayrılıqda B komponenti olaraq təyin olunmuş zəif birgə hərəkət edən ulduz yoldaşı var. Bu, proqnozlaşdırılan 270 AB ayrılmasına uyğundur.
Honda HR-V
Honda HR-V (ing. Hi-rider Revolutionary Vehicle) — Honda şirkəti tərəfindən istehsal olunmuş kompakt krossover. 1998-ci ildə üçqapılı ban versiyalı avtomobil buraxıldı. Avtomobil gücü 105 a.g. olan, 1,6 litr həcmə malik mühərriklə təchiz edildi. 1999-cu ildə beşqapılı variant buraxıldı. Bu variant avtomobilə gücü 124 a.g. olan VTEC sistemi ilə işləyən mühərriklə təchiz olunma imkanı verirdi. 2003-cü ildə üçqapılı variantların, 2006-cı ildə modelin istehsalı tamamilə dayandırıldı.
.hr
.hr — Xorvatiyanın internet kodu.
HRT 3
HRT 3, bütöv adı Hrvatska radio televizija 3 (xorv. Хорватское радио телевидение 3), həmçinin Treti program (xorv. Третья программа) adı ilə məşhurdur — 13 sentyabr 2012-ci il tarixindən etibarən yayımlanan Xorvatiya Radio və Televiziyasının üçüncü teleproqramı. Proqramdaa əsasən bədii filmlər, teleseriallar, mədəni və təhsil verilişləri var.
Hrair Tovmasyan
Hrayr Tovmasyan (erm. Հրայր Թովմասյան; 8 iyul 1970, Hacı Elləz[d], Zəngibasar rayonu) — Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri, keçmiş Ədliyyə naziri və Milli Məclisin üzvü. == Həyat və fəaliyyəti == Hrayr Tovmasyan 8 iyul 1970-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-nin Zəngibasar rayonu tərkibindəki Hacı Elləz kəndində anadan olmuşdur. O, analitiklər tərəfindən Robert Köçəryanın müttəfiqi adlandırılmışdır. Tovmasyan keçmiş prezident Serj Sarkisyanın Baş nazir kimi hakimiyyətdə qalmasını təmin edən 2015-ci il refenduma çıxarılmış konstitusiya dəyişikliyinin müəllifidir. 2018-ci ildə o, Ermənistan Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir. Məxməri inqilabdan sonra hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan Tovmasyana qarşı kampaniya başlatmışdır. O, əvvəlcə Tovmasyanı könüllü istefa verməyə çağırmış, sonradan isə ona qarşı iki cinayət işi açılmışdır. 2019-cu ilin ilin iyununda Ermənistan Milli Məclisinin qəbul etdiyi yeni qanunla Konstitusiya Məhkəməsinin 12 ildən artıq işləmiş 3 hakimi məhkəmədən uzaqlaşdırılmış, Tovmasyan sədrlikdən çıxarılmış, lakin məhkəmədə hakim kimi işində qalmışdır. == Cinayət mühakiməsi == 2019-cu ilin dekabrında ER baş prokuroru Artur Davtyanın qərarı ilə 2010-cu ildə Hrayr Tovmasyan ER Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Hrayr Tovmasyan
Hrayr Tovmasyan (erm. Հրայր Թովմասյան; 8 iyul 1970, Hacı Elləz[d], Zəngibasar rayonu) — Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri, keçmiş Ədliyyə naziri və Milli Məclisin üzvü. == Həyat və fəaliyyəti == Hrayr Tovmasyan 8 iyul 1970-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-nin Zəngibasar rayonu tərkibindəki Hacı Elləz kəndində anadan olmuşdur. O, analitiklər tərəfindən Robert Köçəryanın müttəfiqi adlandırılmışdır. Tovmasyan keçmiş prezident Serj Sarkisyanın Baş nazir kimi hakimiyyətdə qalmasını təmin edən 2015-ci il refenduma çıxarılmış konstitusiya dəyişikliyinin müəllifidir. 2018-ci ildə o, Ermənistan Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir. Məxməri inqilabdan sonra hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan Tovmasyana qarşı kampaniya başlatmışdır. O, əvvəlcə Tovmasyanı könüllü istefa verməyə çağırmış, sonradan isə ona qarşı iki cinayət işi açılmışdır. 2019-cu ilin ilin iyununda Ermənistan Milli Məclisinin qəbul etdiyi yeni qanunla Konstitusiya Məhkəməsinin 12 ildən artıq işləmiş 3 hakimi məhkəmədən uzaqlaşdırılmış, Tovmasyan sədrlikdən çıxarılmış, lakin məhkəmədə hakim kimi işində qalmışdır. == Cinayət mühakiməsi == 2019-cu ilin dekabrında ER baş prokuroru Artur Davtyanın qərarı ilə 2010-cu ildə Hrayr Tovmasyan ER Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hrazdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Hraçiyan itburnu
Hresili döyüşü
Hresili döyüşü (gürcücə: ხრესილის ბრძოლა) — Osmanlı imperiyası ilə Gürcüstanın çarlıqlarından biri olan İmereti çarlığı arasında hal-hazırkı Gürcüstanın Hresili şəhəri yaxınlığında baş tutmuş döyüş nəzərdə tutulur. Döyüş nəticəsində İmereti kralı olan I Solomonun komandanlığı altındakı gürcü ordusu 17 dekabr 1757-ci ildə Osmanlı imperiyası ordusunu və gürcü könüllülərdən ibarət ordunu məğlub etməyi bacardı. == Arxa plan == XVII əsrdə Gürcüstanın bir çox ərazisində mövcud olan çarlıqlar və ya kyazlıqlar Osmanlı imperiyasına bağlı dövlətlər idilər. Belə dövlətlərə vassal dövlət idilər. Bu vassal dövlətlərin qərərgahları Tsutskvati, Poti və Şorapani qaları idi. Sadəcə Meqreliyadan ildə 12 min insan qul kimi Osmanlı imperiyasına satılırdı. Solomon quldarlığı qadağan etdi və zadəganlara qarşı çıxaraq Osmanlı imperiyasında öz ölkəsinin müstəqilliyini əldə etməyə çalışdı. buna cavab olaraq, Osmanlı imperiyası Solomonun üzərinə ordu gödərdi. Bu yürüşdə məqsəd nəzarətin azaldığı Gürcüstan torpaqlarında öz hakimiyyətlərini yenidən bərpa etmək idi. Osmanlı imperiyası ordusuna Təpədələnli Əli Paşa komandanlıq edirdi.
Hrim-2 (raket sistemi)
Ukraynada "Qrom-2" operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib. Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu raket üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib. "Qrom-2" raketlərinin sifarişçisi, investoru və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır. Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ilk "Qrom-2"ləri 2019-cu ildə əldə etməyi planlaşdırır". "Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var.
Hristo Stoiçkov
Hristo Stoiçkov (bolq. Христо Стоичков Стоичков, ing. Hristo Stoichkov, 8.02.1966, Plovdiv) — Bolqar baş məşqçi, Keçmiş futbolçu. Hal-hazırda Bolqarıstan Milli Futbol Çempionatında oynayan ÇSKA Sofiya klubunun baş məşqçisidir. Peşəkar karyerasına 1982-ci ildə Hebros klubunda başlamışdır. İlk dəfə milli yığmaya 1986-cı ildə çağırılmış və millidə 83 oyunda 38 qol vurmuşdur. 1994-cü ildə ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında 6 qolla bombardir olmuş, Bolqarıstan millisi isə İsveçdən sonra 4-cü sırada bitirmişdir. Həmçinin, 1994-cü ildə Avropada ilin futbolçusu seçilmişdir.
Hritrik Roşan
Hrithik Roşan (10 yanvar 1974, Bombey) — məşhur hind aktyorudur.
Jiar nad Hronom
Jiar nad Hronom (slovak. Žiar nad Hronom, 1955-ci ilə kimi Svätý Kríž [nad Hronom], alm. Heiligenkreuz [an der Gran]‎, mac. Garamszentkereszt) — Slovakiyada şəhər. Qron çayının sahilində, Vtaçnik və Ştyavnitske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 20 min nəfərə yaxındır. == Əhali == 2001-ci ilə əsasən, şəhərdə 19.945 nəfər yaşayırdı. Etnik mənsubiyyətinə görə: 94,27 % Slovaklar 1,97 % Qaraçılar 0,95 % Çexlər 0,69 % Macarlar Dini mənsubiyyətinə görə: 62,07 % roma-katolikləri 25,54 % ateistlər 3,19 % yevangelistlər === Jiar nad Hronomun bələdiyyə başçıları === Marián Futák - iqtisadçı Jaroslav Cíger - baytar həkim Márius Hrmo - vəkil Ivan Černaj - fərdi sahibkar Peter Antal == Təhsil == Jiarda 4 ibtidai və bir neçə əsas məktəb fəaliyyət göstərir. === İbtidai məktəblərin siyahısı === I ibtidai məktəb II ibtidai məktəb IV ibtidai məktəb Štefan Moyses kilsə məktəbi === Orta məktəblərin siytahısı === Milan Rúfus adına gimnaziya, Ul.
Kralove Hradets diyarı
Kraloveqradetsk diyarı (çex. Královéhradecký kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Qradets Kralove şəhəridir. == Coğrafiya == Nəhəng Dağlar Çexiyadakı ən yüksək dağ zirvəsi olan Snezka (dəniz səviyyəsindən 1602 metr yüksəklikdə), Elbe çayının (Laby) münbit vadisi olan bölgədə yerləşir. Bölgədə Nəhəng Dağlar Milli Parkı, həmçinin Broumovdakı Adršpašsko-Teplické skály Dövlət Qoruğu yerləşir. == Əhali == Əhali baxımından (547 916 nəfər) bölgə Çexiyada 10-cu yeri tutur (2011). Bölgədə 43 şəhər də daxil olmaqla 448 yaşayış məntəqəsi var. 500 nəfərdən az əhalisi olan kiçik yaşayış məntəqələri bütün yaşayış məntəqələrinin 65% -ni təşkil edir. Əhalinin sıxlığı 1 km²-ə 115.13 sakin təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən bir qədər aşağıdır. == İqtisadiyyat == Bölgədə kənd təsərrüfatı ilə yanaşı toxuculuq sənayesi də inkişaf etmişdir.
Miroslav Hrox
Miroslav Hrox (çex. Miroslav Hroch; 14 iyun 1932[…], Praqa) — Çexiya tarixçisi və siyasi nəzəriyyəçisi. O, Praqada Karlov Universitetinin professorudur. Hrox 1962-ci ildə Karlov Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. O, 30 may 1997-ci ildə İsveçin Uppsala Universitetinin Humanitar Elmlər Fakültəsinin Fəxri Doktoru dərəcəsi almışdır. Miroslav Hrox öz işində kiçik millət modelini ortaya qoymuş, milliyətçilik dövrü olan XIX əsrdə Avropada dövlətli və aralıq millətlərin olduğunu yazmış, eləcə də həm millət ola bilməyən, həm də dövlətləri olmayan qeyri-dominant etnik qruplara toxunmuşdur. O, müqayisə üçün dövlətli millətləri inkişaf etmiş dilə, hakim sinfə və dövlətə sahib bir millətin uzunmüddətli transformasiyası olaraq təsvir edir. Hrox aralıq millətləri alman və italyan nümunələri kontekstində millət olan bir xalqın dövlətlərinin inteqrasiyası kimi xarakterizə edir. O, hakim sinfə, inkişaf etmiş dilə və dövlətə sahib olmayan qeyri-dominant etnik qrupları kiçik millət və ya məhkum millətlər olaraq adlandırmışdır. Belə olduğu halda, Hroxa görə, kiçik millətlər üçün fərqli anlayış və model təklif etmişdir.
Petko Hristov
Petko Hristov (Bolqarca: Петко Христов; 1 mart 1999-cu ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Onun əkiz qardaşı Andrea Slaviya Sofiya klubunda çıxış edir. Hristov karyerasına Levski Sofiya klubunda başlasa da, 2013-cü ildə Slaviya Sofiya klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 30 iyun 2016-cı ildə Avropa Liqası görüşündə Polşa təmsilçisi Zaqlembe Lyubin klubuna qarşı oyunda etmişdir. O, Georgi Yomovu əvəz etmişdir. O, Bolqarıstan Birinci Liqasında debütünü bir ay sonra mövsümün açılış oyununda ÇSKA Sofiya klubuna qarşı oyunda etmişdir. O, ilk qolunu 10 sentyabr 2016-cı ildə Lokomotiv Plovdiv klubuna qarşı oyunda vurmuş və komandası 5-2 hesabı ilə qalib gəlmişdir. 1 oktyabr 2016-cı ildə Petko əkiz qardaşı ilə Andrea birlikdə Vereya klubuna qarşı oyunda ilk dəfə müdafiənin mərkəzində start heyətdə yer almışdır. 3 aprel 2017-ci ildə Hristov klub ilə 31 iyul 2020-ci ilə qədər ilk peşəkar müqaviləsini imzalamışdır. 17 iyul 2017-ci ildə Hristov İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubu ilə beş illik müqavilə imzalamışdır.
Hranuş Xaratyan
Hranuş Xaratyan (erm. Հրանուշ Խառատյան; 18 fevral 1952, Dağ Cəyir, Şamxor rayonu) — Ermənistan etnoqrafı. O, həmçinin Qafqazşünaslıq, azlıq qrupları və ermənişünaslıq üzrə ixtisaslaşmışdır. == Həyatı == Hranuş Xaratyan Azərbaycanın Şəmkir rayonunda, Dağ Cəyir kəndində anadan olmuşdur. O, 1975-ci ildə İrəvan Dövlət Universitetinin (İDU) tarix fakultəsini bitirmişdir. Xaratyan 1979-cu ildə Moskvada Antropologiya və Etnoqrafiya İnstitutunda elmlər namizədi alimlik dərəcəsi almışdır. Xaratyan 1979–1989-cu illərdə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçi kimi çalışmışdır. O, 1989–1992-ci illərdə İDU-nun Etnoqrafiya kafedrasında elmi işçi olmuşdur. Xaratyan 1994–2000-ci illərdə həmin şöbəyə rəhbərlik etmişdir O, 1992–1993-cü illərdə Ermənistanın paytaxtı İrəvan merinin müavini kimi fəaliyyət göstərmişdir. Xaratyan 2004-cü ildə Ermənistan hökumətində Milli Azlıqlar və Dini Məsələlər Şöbəsinin müdiri təyin edilmiş, 2008-ci ildə bu vəzifədən istefa vermişdi.
Hraçiyan itburnusu
Hraçiyan itburnusu (lat. Rosa hracziana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda Ermənistanın Axtı rayonu ərazilərində quru bozqır yamaclarda təbii arealı vardır. == Azərbaycanda yayılması == Talış bölgəsi ərazisində daşlı qayalı yamaclarda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. == Bitdiyi yеr == Aşağı və orta dağ qurşaqlarında, quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealı vardır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 80-100 m-ə qədər olan bozumtul qonur budаqlаrа və qəhvəyi, yaşıl zoğlara malik xırda kollardır. Qopar tikanları xırda olub qaidə hissəsi enliləşəndir.Yarpaqları 7-11 ədəd xırda 1-2 sm uzunluğunda yarpaqcıqlardan təşkil olunmuşdur.
Rosa hracziana
Hraçiyan itburnusu (lat. Rosa hracziana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda Ermənistanın Axtı rayonu ərazilərində quru bozqır yamaclarda təbii arealı vardır. Talış bölgəsi ərazisində daşlı qayalı yamaclarda rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. Aşağı və orta dağ qurşaqlarında, quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Hündürlüyü 80-100 m-ə qədər olan bozumtul qonur budаqlаrа və qəhvəyi, yaşıl zoğlara malik xırda kollardır. Qopar tikanları xırda olub qaidə hissəsi enliləşəndir.Yarpaqları 7-11 ədəd xırda 1-2 sm uzunluğunda yarpaqcıqlardan təşkil olunmuşdur.
Hrayr Tjohk
Hrayr Tjohk (Ermənicə: Հրայր Դժոխք; 1864, Bitlis vilayəti – 1904, Sason, Batman ili), doğum adı (Armenak Ghazaryan, ermənicə: Արմենակ Ղազարյան) Hrair, Hrayr, Dzhoghk, Djohkh, Dzhokhk olaraq da tanınan Erməni Milli Hərəkatının bir hissəsi olmuş olan erməni fədaisidir. Erməni İnqilabi Federasiyasının üzvü olmuşdur. == Həyatı == Armenak Ghazaryan adı ilə Bitlis vilayətinin Aharonk kəndində anadan olmuşdur. Onun atası keşiş Mampre Ghazaryan olmuşdur. Armenak 1880-ci illərin sonlarında Muşdakı Surp Qarabet monastır məktəbini bitirmişdir. Daha sonra Muş Birləşmiş Erməni Kollecində təhsil almışdır. Ona müəllimi Mkrtiç Saryanın inqilabi ideyaları dərindən təsir etmişdir. Armenak təhsilini başa vurandan sonra Sason və Taronda yerləşən erməni məktəblərində dərs deməyə başlamışdır. O, həmişə Muş ətrafı ərazilərin camaatının başlarına qoyduqları ənənəvi erməni papağından istifadə etmişdir. Hrayr və Dzhoghk Erməni İnqilabi Federasiyasının rəsmi orqanı hesab olunan Droşak üçün yazılar yazarkən onun istifadə etdiyi iki təxəllüsü olmuşdur.
Məryəm Ananın Fərziyyəsi Kilsəsi (Hrubeşov)
Hrubeşovda Məryəm Ananın Fərziyyəsi Kilsəsi (pol. Cerkiew Zaśnięcia Najświętszej Maryi Panny w Hrubieszowie) – Polşanın Hrubeşov şəhərində yerləşən pravoslav kilsəsi. Polşa kilsələri içərisində ən monumental kilsə hesab olunur. Hrubeşovda pravoslav kilsəsinə aid ən qədim yazılı mənbə 1510-cu ilə aiddir. İndiki kilsənin yerində yerləşən kilsə 1520-ci illərdə tikilmişdir. Kilsənin qurucusu və sponsoru Sofroniy Kozula adlı yerli sakin olmuşdur. Bu kilsə 1785-ci ildə sökülmüşdür. İndiki kilsə binası 1873–1875-ci illərdə tikilmişdir. Binanın təməli 11 may 1883-cü ildə atılmışdır. Kilsə 13 may 1876-cı ildə Xelm-Varşava arxiyepiskopu Leontis tərəfindən təqdis olunmuşdur.
Hrazdan (dəqiqləşdirmə)
Hrazdan — Ermənistanda şəhər. Aşağı Axta da adlanır. Hrazdan çayı — Zəngiçayın erməni dilindəki adı. Hrazdan rayonu — Ermənistanda rayon. Əvvəlki adları Axta və Dərəçiçək olmuşdur. Hrazdan İES — Razdan şəhərində yerləşən istilik elektrik stansiyası. Hrazdan stadionu — İrəvan şəhərində stadion.
Hrazdan rayonu
Hrazdan və ya Razdan rayonu (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir. Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub.
Hrazdan stadionu
"Razdan" (erm. Հրազդան մարզադաշտ) — Ermənistanın paytaxtı İrəvandakı universal stadion. Ermənistandakı ən böyük və yeganə iki mərtəbəli stadion. == Tarixi == "Razdan" 1970-1971-ci illərdə adını aldığı Razdan çayı yaxınlığındakı ərazidə. Qalust Qülbekyan Vəqfinin dəstəyi ilə 11 aya inşa edilmişdir. Stadionun açılışı 19 may 1971-ci ildə baş verir. Sovet dövründə SSRİ-nin ən geniş və iki mərtəbəli stadionlardan biri idi. Məhz bu stadionda Ararat klubunun futbol azarkeşləri klubun 1973-cü ildə SSRİ çempionatının qızıl medal alması və 1973, 1975-ci ildə SSRİ kubokundakı qələbələrini gördülər. SSRİ millisi 1978-ci ilə stadionda cəmi iki oyun keçirdi: aprel ayında Finlandiya yığmasına qarşı yoldaşlıq oyununda (10:2, SSRİ-nin lehinə) və altı aydan sonra Avropa çempionatının seçmə oyununda Yunanıstan yığmasına qarşı (Sovet millisinin 2:0 qalibiyyəti) oyunda. Finlandiya ilə oyuna 12.000 tamaşaçı qatıldı, Yunanıstanla matça isə 40.000 azarkeş gəlir.
Hrazdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. == İdarəetmə == === Güc aqreqatları 1-4 === Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.