Həbəşlər
Həbəşlər (geez ሐበሠተ, amh. ሐበሻ, አበሻ, tiqr. ሓበሻ) — Efiopiya və Eritreyada, Əsməra və Əddis-Əbəbə şəhərləri arasındakı dağlıq ərazilərində yaşayan samidilli və əsasən ortodoks xristian xalqlarının tarixi etnik və ya panetnik identifikatoru. Bu ifadədən istifadə indiki dövrdə də adi hal almışdır.
Keçmişdə ərəblər Efiopiyanı "əl-Habaş" adlandırmışdır, həbəşlər termini isə buradan yaranmışdır.
== İstifadə ==
Tarixən "həbəşlər" terminindən Efiopiyanın şimal dağlıq ərazilərində yaşayan pravoslav xristianları ifadə etmək üçün istifadə edilirdi. Bu arada, oromo və digər etnik qruplar, həmçinin samidilli müsəlmanlar periferiya hesab olunurdu.