HƏR

тӀв-эв. гьар, гьар са; hər oxuyan Molla Pənah olmaz. Ata. sözü гьар кlелайдакай алим жедач; // hər bir гьар са; hər biri гьар сад, гьар са кас ва я гьар са затӀ; hər adam кил. hər kəs; hər an кил. hər vaxt; hər cəhətdən гьар (са) жигьетдай, тамам; hər cür гьар жуьре, жуьреба-жуьре; hər dəqiqə кил. hər vaxt; hər gün гьар юкъуз, гьамиша; hər kəs (kim) гьар кас (сад, вуж) а) гьар са кас, вири, вири инсанар; б) гьар гьим хьайтӀани, малум тушир, течир кас; hər ləhzə кил. hər an; hər nə гьар вуч, гьар са затӀ, вуч аватӀани; hər nəfər кил. hər kəs; hər saat кил. hər vaxt; hər şey гьар са затӀ, вуч аватӀани вири, вири; hər tərəf гьар са пад, вири элкъвер, къваларив гвай чкаяр, невегьар; hər vaxt гьар вахтунда, гьар са чӀавуз, гьар гьеленда, гьар декъикъада, гьар сятда, мус хьайитӀани, гьамиша; hər yan гьар са пад, кьуд пад, элкъвер, элкъвез-элкъвез вири невегьар; hər zaman кил. hər vaxt; ** hər addımda гьар камуна, камун кьилиз, фад-фад; hər ağızdan bir avaz (səs) gəlir (çıxır) гьарда са суьрне (макьам) язва, гьар сиве са аваз ава (са кардал виридан фикирар сад тахьун); hər bir ehtimala qarşı гьар са игьтималдиз къарши, игьтияж хьайила, лазим къведамаз, хьун мумкин тир са кардин патахъай; hər bir kəlamı (sözü) qızıldır гьар са калам (гаф) къизил я (гзаф акьуллу, къиметлу каламар, гафар рахадай касдин гьакъинда); hər biri bir oğula dəyər гьар сад са хцик ква (гзаф къиметлу я, гуьзел я, тай-барабар авач манада); hər gördüyündən göz kirəsi istəmək гьар акурдавай вилин кири кӀан хьун, гьар акур, дуьшуьш хьайи касдивай са затӀ къачудалди гъил чӀугун тавун; hər halda гьар гьал(да) а) гьикӀ хьайитӀани, якъин (игьтимал къалурдай гаф); б) гьар гьикӀ хьайитӀани, вуч кӀантӀани хьуй, мутӀлакь; hər hansı bir гьар гьи хьайитӀани са (мес. кар, кас); hər işə (şeyə) qulp qoyur (гьар са кардал, затӀунал) къулп эцигун, кӀвалахиз манийвал авун манада; hər kol dibindən çıxan кил. hər yerindən duran; hər necə çalsa(lar), elə (eləcə) də oynamaq масадан (масада ягъай, чарадан) макьамдал кьуьлун (кьилди вичин фикир авачиз, масадан гафуналди кар акун); hər nə isə гьар вуч ятӀани, вуч ятӀани (ихтилат, лагьай фикир тамамарун патал лугьудай ибара); hər nə qədər (olsa) гьар гьикьван хьайитӀани, гьикӀ хьайитӀани, гьар гьал(да); hər nə olur(sa) olsun гьар гьикӀ хьайитӀани хьуй, гьар гьал(да), мутӀлакь; hər şeydən əvvəl виридалай (гьар са затӀунилай) вилик, сад лагьай нубатда; hər şeyi söz eləmək гьар са затӀуникай гаф авун, гьар буш затӀуниз дикъет авун, адакай мана хкудун; hər vəchlə гьар гьикӀ хьайитӀани хьуй, гьар гьал(да); hər tükü bir qızıl зар. гьар са чӀар са къизил (гзаф тарифун макъамда лугьудай ибара); hər yerindən duran; hər yetən (çatan); hər yoldan (küçədən) ötən (keçən) гьар чкадилай къарагъайди, гьар са валакай хкатайди, гьар са рехъ алатайди, гьар гьим хьайитӀани (масад кваз такьун, гьисаба такьун, саймиш тавун манада ибара); hər yolla гьар са рекьелди, гьар гьикӀ хьайитӀани, вири рекьералди.
HƏPİR
HƏRAMİ
OBASTAN VİKİ
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Hər şeyi riktırlamaq
Hər şeyi riktırlamaq (ing. Total Rickall) – ABŞ elmi fantastika və qara komediya sitkomu "Rik və Morti"nin ikinci mövsümünün 4-cü, ümumilikdə isə 15-ci seriyası. Xuan Meza-Leonun rejissorluğu və Mayk Makmehenin ssenaristliyi ilə çəkilən seriya ilk öncə 16 avqust 2015-ci ildə Adult Swim vasitəsilə yayımlanmışdır. Seriya Rikin ailənin içində yaddaşla oynaya bilən kosmik parazitin məskunlaşdığını öyrənməsi ilə başlayır. Bu kosmik parazitlər insanların yaddaşına saxta xatirələr daxil edərək onlarla birgə yaşayır və çoxalırlar. Rik evi karantinaya alıb kimin parazit, kimin əsl olduğunu müəyyənləşdirməyə çalışır. Smit ailəsi Cerrinin qardaşı Stiv ilə səhər yeməyi edir və Cerri elektron poçt vasitəsilə səyahət biletləri əldə etdiklərini deyir. Stiv bildirir ki, bu biletləri onlara ona burada bir il qalmasına icazə verdikləri üçün alıb. Bu zaman Rik otağa daxil olur və lazer tapançası ilə Stivin başından vurur. Bütün ailə dəhşətə düşür, lakin Stivin əsl olmadığı məlum olur.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.
Hər şeyə qadirlik
Hər şeyə qadirlik (ing. Omnipotence) — qeyri-məhdud, tükənməz və ağlasığmaz bir qüvvə, başqa sözlə, sərhədsiz imkanlara malik olan bir qüvvədir. Monoteist dinlər, ümumiyyətlə, hər şeyə qadirliyi yalnız Tanrıya aid edirlər. Əksər Qərb monoteist dinlərinin fəlsəfəsində hər şeyə qadirlik hər şeyi bilmə, hər yerdə mövcud olma və mərhəmət kimi ilahi atributlardan biridir. Fərqli inanclı, hətta eyni inanclı insanlar arasında hər şeyə qadirlik termini bu xassənin təbiəti haqqında müxtəlif fikirləri ifadə etmək üçün istifadə olunur. Ən ümumi olanlar bunlardır: Tanrı hər şeyi edə bilər, yəni "Tanrı X-ı edə bilərmi?" sualının cavabı X nə olursa olsun həmişə "bəli"dir. Lakin bu, bəzi ziddiyyətlərə, məsələn, daş paradoksuna gətirib çıxarır, ona görə də bu mövqe müasir ilahiyyatçılar tərəfindən dəstəklənmir. Tanrı daxilən məntiqi ziddiyyətlər ehtiva etməyən hər şeyi etməyə qadirdir. Tanrı öz istədiyi hər şeyi edə bilər . Tanrı öz daxili mahiyyətinə zidd olmayan hər şeyi edə bilər (məsələn, Tanrının həmişə həqiqəti danışdığı güman edilirsə, deməli o, yalan danışa bilməz).
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Hər bir insan hökmdardır
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Hər şeyin satıldığı mağaza
"Hər şeyin satıldığı mağaza" - Fərdi inkişaf-Motivasiya, Araşdırma, Elmi-Kütləvi “Ceff Bezos dövrümüzün ən uzaqgörən, məqsədyönlü, yorulmaz yenilikçilərindən biridir. Stiv Cobs kimi o da İndustriyaları dəyişir və yeni sahələr yaradır. Bred Stoun bu dolğun hekayədə onun ehtirasını və İstedadını əks etdirə bilib”. “Stiv Cobs” əsərinin müəllifi Uolter Ayzekson ““Hər şeyin satıldığı mağaza” yeni rəqəmsal İqtisadiyyatın dinamikasını anlamağa çalışan hər kəsə – həm satanlara, həm də alanlara ünvanlanıb. Əgər siz nə vaxtsa bir düymə ilə alış-veriş etmisinizsə, bu kitabı mütləq oxumalısınız”. “Hackers and in the plex” kitabının müəllifi Stiven Levi "Alinino". "teaspress".
Mənə hər şey yaraşır
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Yeva haqqında hər şey
Yeva haqqında hər şey (ing. All About Eve) — 1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmi. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir. "Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub. Kinematoqrafiya tarixində film klassika sayılır və 1990-cı ildə Birləşmiş Ştatların Milli Film reyestrində saxlanılmaq üçün seçilmişdir.
Hər şey yaxşılığa doğru
Hər şey yaxşılığa doğru — 1997-ci il Azərbaycan istehsalı Vaqif Mustafayevin filmi. Film yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapmışdır. 1) 1998-ci ildə 44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq Münsiflər heyətinin "sülh məramına və yumoruna görə" "Ulenşpigel" mükafatı verilmişdir. Filmə Humanizmə görə Katolik Kilsələr Assosiasiyasının mükafatı verilmişdir. Filmə Katolik Filmlər Assosiasiyasının mükafatı verilmişdir. Filmə Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı verilmişdir. 2) 1998 Klermont Ferra Film Festivalı. Fransa 3) 1998-ci ildə VIII Sankt-Peterburq Beynəlxalq Kinofestivalı Vətəndaşlıq müdrikliyinə və yaradıcılıq qələbəsinə görə rejissor Vaqif Mustafayevə mükafat verilmişdir. 4) 1999 Ümumdünya Televiziya Filmləri Festivalı.
Sən hər nə istəsən
«Sən nə istəsən» (isp. Todo lo que tú quieras) — İspaniyanın 2010-cu ildə çəkilmiş, dram janrında, rejissor Açero Manyasın filmi Sadə Madrid ailəsi — Leo, Alisia və onların balaca qızı Dafni. Ata işləyir, ana uşağın tərbiyəsi və ev işləri ilə məşğuldur. Hər şey adi, həmişəki kimi rahat atmosferdə davam edir. Lakin birdən Alisiya epilepsiyadan ölür — Leo və Dafni artıq onsuz yaşamağa məcbur olurlar. Leoya çox çətin olur: uşaq heç cürə anasını unuda bilmir və onun həyatdan köçməyini qəbul etmir. Gecələr o anasının adını çağırır. Bəzən, kimisə xoşbəxt etmək üçün, sevən insanlar bütün şərtləri və mühakimələri aşaraq, bütün qadağaları keçirlər. Leo qərar verir və axşamlar o həyat yoldaşının paltarlarını geyinir, başına parik taxır, dodaqlarını parlaq qırmızı pomada ilə boyayır və beləcə o qızı üçün "ana" olur. Belə bir performans bir az uzanır və bu yavaş-yavaş bir qorxulu oyuna çevrilir.
Hər şey hər yerdə və bir anda (film, 2022)
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Hər bir insan hökmdardır (kitab)
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər şeyin satıldığı mağaza (kitab)
"Hər şeyin satıldığı mağaza" - Fərdi inkişaf-Motivasiya, Araşdırma, Elmi-Kütləvi “Ceff Bezos dövrümüzün ən uzaqgörən, məqsədyönlü, yorulmaz yenilikçilərindən biridir. Stiv Cobs kimi o da İndustriyaları dəyişir və yeni sahələr yaradır. Bred Stoun bu dolğun hekayədə onun ehtirasını və İstedadını əks etdirə bilib”. “Stiv Cobs” əsərinin müəllifi Uolter Ayzekson ““Hər şeyin satıldığı mağaza” yeni rəqəmsal İqtisadiyyatın dinamikasını anlamağa çalışan hər kəsə – həm satanlara, həm də alanlara ünvanlanıb. Əgər siz nə vaxtsa bir düymə ilə alış-veriş etmisinizsə, bu kitabı mütləq oxumalısınız”. “Hackers and in the plex” kitabının müəllifi Stiven Levi "Alinino". "teaspress".
Hər bir insan hökmdardır (Rövşən Abdullaoğlu)
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər bir sevən ürək (film, 2000)
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Hər zaman Şrek (cizgi filmi, 2010)
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir.
Hər şey yaxşılığa doğru (film, 1997)
Həyatda hər şey olur (film, 1998)
Nəsə baş verir (hind. कुछ कुछ होता ह) — rejissor Karan Coharın filmi. Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır.
Mənə hər şey yaraşır (teleserial, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Mənə hər şey yaraşır (veriliş, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Nar haqqında hər şey (film, 1983)
Filmdə Azərbaycanda yetişdirilən bu gözəl meyvənin tərkibindəki qidalı maddələrdən, vitaminlərdən, müalicə xassələrindən, bu məhsuldan hazırlanan dadlı şirələrdən, milli kulinariyada ondan istifadə edilməsindən söhbət açılır.
Uşaqlı ailə üçün hər şey (kitab)
Uşaqlı ailə üçün hər şey — Hüseyn Dehnəvinin sosioloji-əxlaqi əsəri. Kitabda hər bir uşaqlı ailənin qarşılaşa biləcəyi bir-birindən önəmli mövzulardan söhbət açılaraq valideynlərin çətinliklərini həll edəcək dəyərli tövsiyələr yer almışdır. Kitab ailə-uşaq məsələləri üzrə mütəxəssis və tanınmış psixoloq Dr. Hüseyn Dehnəvinin bir neçə il ərzində valideynlərlə ünsiyyətinin, onların ünvanladığı suallara verilən cavablar nəticəsində ərsəyə gəlmişdir. Bunun üçün də kitab nəzəriyyə xarakterli olmayıb, tamamilə praktiki göstərişlərdən ibarətdir.
Azad zabitlər hərəkatı (Misir)
Azad zabitlər hərəkatı (ərəb. الضباط الأحرار‎‎, ad-Dübbat əl-Əxrar) — Misirdə monarxiyanı devirən iyul inqilabını həyata keçirən ordu daxilində gizli təşkilat. Üzvləri əsasən kiçik rütbəli zabitlərdən ibarət olmuşdur. Polkovnik-leytenant Camal Əbdül Nasir tərəfindən 1949-cu ilin yayında Misirin 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyətindən bir müddət sonra qurulmuşdu. Əvvəlcə Camal Əbdül Nasir, Hüseyn Hamouda, Xalid Mohəddin, Kamal əl-Din Hüseyn, Salah Nasr, Əbdül Hakim Amer və Saad Tefikin daxil olduğu kiçik bir üsyançı qrup idi. Məhəmməd Naqib müharibədən sonra 1949-cu ildə Azad Zabitlər hərəkatına qoşuldu. O, müharibə zamanı qazandığı qəhrəmanlıq statusu və orduda nüfuzu səbəbi ilə respublika qurulana qədər təşkilatın rəsmi lideri oldu. Birinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi.
Azov hərbi donanması
Azov hərbi donanması (rus. Азовская военная флотилия/Азовская военно-морская флотилия) — Çar Rusiyası, Rusiyada vətəndaş müharibəsi, sonradan isə SSRİ-nin Azov dənizində əməliyyatlar üçün nəzərdə tutulmuş donanmasına verilən ad. Rusiya-Osmanlı müharibəsi zamanı çar I Pyotr tərəfindən Azov donanması yaradılmışdır. Bu donanma rus nizami hərbi donanmasının əsasını qoymuşdur. Azov hərbi donanması 1920-ci ilin martında Rusiyada vətəndaş müharibəsi zamanı yenidən yaradılmışdır. Ağqvardiyaçı və müdaxiləçilərə qarşı vuruşmuşdur. Pyotr Vrangelin qoşunlarının məğlub edilməsində mühüm rolu olmuşdur. 1921-ci ildə ləğv edilmmişdir. Azov hərbi donanması 1941-ci ildə yenidən təşkil olunmuşdur. İkinci Dünya müharibəsi zamanı 1941-1942-ci illərdə baş tutmuş Kerç-Feodosiya desant əməliyyatında, 1943-cü ilin avqust-sentyabr aylarında baş tutmuş Cənub cəbhəsinin hücum əməliyyatında, 1943-cü ilin oktyabrında baş tutmuş Kerç-Eltigen desant əməliyyatında və s.
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar. Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir. Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi — Ümummilli lider, böyük öndər Heydər Əliyevin uzaqgörənliyi, müstəqilliyimizin qorunub saxlanmasi üçün bütün sahələrdə olduğu kimi ordu quruculuğuna verdiyi töhfələrdən Azərbaycan Tibb Universitetinin fakültələrindən biri. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 25 may 2000-ci il tarixli 425 nömrəli Sərəncamına əsasən yaradılmış və Hərbi tibbi təhsilinin bütün formalarının Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində mərkəziləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr 2000-ci il 0128 nömrəli əmri ilə Tibb Heyətinin təkmilləşdirilmə kursları və Hərbi Tibb məktəbi (2017-ci ilin aprel ayından Feldşer Hazırlığı kursu adlandırılmışdır) də Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin tərkibinə daxil edilmişdir. Respublikamızda tibbi təhsilin iki pilləliyə keçidi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 №-li qərarına müvafiq olaraq Müdafiə nazirinin 22 oktyabr 2011-ci il tarixli 297 nömrəli əmri ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində rezidentura şöbəsi də yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Hərbi Tibb Fakültəsinin tapşırığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim mütəxəssislər və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir. Hərbi Tibb Fakültəsinin tabeliyində 4 kafedra fəaliyyət göstərir: Hərbi cərrahiyyə kafedrası, Hərbi terapiya kafedrası, Tibbi-profilaktika kafedrası və Tibb xidmətinin təşkili və taktikası kafedrası. Bu günə kimi Hərbi Tibb Fakültəsində Rezidentura kursunda 57 nəfər həkim-mütəxəssis, Hərbi həkim hazırlığı kursunda 559 nəfər Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün, 71 nəfər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üçün, ümumilikdə 630 hərbi həkim hazırlanmış və Silahlı Qüvvələrin sərəncamına verilmişdir. Feldşer Hazırlığı kursunda isə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün 550 hərbi feldşer hazırlanmışdır. Hərbi Tibb Fakültəsində 535 nəfər (378 zabit, 157 mülki qulluqçu) müxtəlif tibb ixtisasları üzrə Təkmilləşdirmə kursunda təhsil almışdır. Hal Hazırda Hərbi Tibb Fakültəsində Rezidentura kursunda 60 rezident, Hərbi Həkim hazırlığı kursunda 388, Feldşer hazırlığı kursunda 39 nəfər tələbə və kursant təhsil alır.
Azərbaycan Xalq Cümhuriyyəti Hərbi məhkəməsi
Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı. İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu. Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi.
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilikdə
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilik- Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918–1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin hərbi-strateji inkişafına əsaslı təsir göstərmişdir. 1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm olmuşdur. Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin – Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddə üç, dünya neftinin 15 faizini verirdi. Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla Neftayırma zavodu və digər böyük sənaye müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların – dəmir yolunun, şose və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər Hərbi Donanmasının Bakıda yerləşdirilməsi üçün mühüm hərbi-strateji amil hesab edilirdi.
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər. Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı qüvvələr növü. Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi. Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına başlayaraq, nazirliyin hərbi-dəniz şöbəsini təşkil etdi. Hərb gəmiləri heyətlərinin formalaşdırılması barədə də qərar verildi. Azərbaycan Hökumətinin Ukraynadakı diplomatik nümayəndəsi rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, tatar əsilli İslamov milli donanmanın yaradılması işinə yardım göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun hissələrində tibb xidmətinin təş- kilinə rəhbərlik edən orqan. Əsası 1918 il noyabrın 15-də qoyulmuş və əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində fəaliyyətə başlamışdı. Azərbaycanda tibbin kifayət qədər inkişaf etmədiyi bir vaxtda hərbi-tibb idarəsinin fəaliyyəti hərbi nazirin ciddi nəzarətində olmuşdur. Nazir Səməd bəy Mehmandarovun müvafiq əmri ilə həkim A.Sulakov 1918 il noyabrın 27-də hərbi-tibb şöbəsinin rəisi təyin edildi. Həmin tarixdə daha 15 nəfər tibb işçisi orduya qəbul edilərək, müxtəlif qoşun hissələrinə təyinat aldılar. Qoşunlarda tibb xidmətinə olan ehtiyacın aradan qaldırılması üçün S.Mehmandarovun əmri ilə 1918 il dekabrın 14-də Gəncə Praporşiklər məktəbində 10 nəfərlik qəbul otağı, dekabrın 15-də Hacıqabulda yerləşən 2-ci Bakı alayında 60 nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci Cavanşir piyada alayında 60 nəfərlik əsgər xəstəxanası, 2-ci Qarabağ süvari alayında 20 nəfərlik müayinə otağı, 1919 il fevralın 4-də isə Əlahiddə Zaqatala taborunun 20 nəfərlik əsgər xəstəxanası fəaliyyətə başladı. Bakı, Gəncə və Xankəndidə hərbi xəstəxanalar təşkil edildi. Gəncə hərbi xəstəxanası nəzdində bölük feldşer köməkçiləri hazırlayan 4 aylıq kurslar yaradıldı. Hərbi nazirin əmri ilə 1919 il iyulun 19-da həkim Bahadur bəy Qayıbov strukturun rəhbəri təyin olundu. Onun rəhbərliyi ilə 1919 il noyabrın 5-də Şuşada 5 nəfər zabit və 100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər xəstəxanası, 1920 il yanvarın 1-də Bakı şəhərində 5-ci Bakı piyada alayının əsgər xəstəxanası, 1920 il yanvarın 13-də Xankəndidə 2-ci Qarabağ süvari alayın ın 30 nəfərlik müayinə otağı, 1920 il fevralın 1-də Xankəndidə 1-ci Cavanşir piyada alayının 30 nəfərlik müayinə otağı açılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müalicəsi və bundan ötrü müəyyən edilmiş xidmətlərin icrasını təşkil edən orqan. Müstəqil struktur kimi 1919-cu ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində baytar xidməti göstərirdi. Bu xidmətdən əsasən, süvari və topçu hissələrində, həmçinin piyada və təchizat bölmələrində istifadə olunurdu. 1919-cu ilin martından başlayaraq hərbi baytar idarəsinin rəhbərliyi ilə nalbəndlər hazırlayan 4 təlim dəmirçixanası açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 2-ci dağ topçu divizionunda fəaliyyətə başlamışdılar. Bunlardan başqa, hərbi-baytar idarəsinin tabeliyində baytar xəstəxanası da fəaliyyət göstərirdi. Hərbi-baytar idarəsinə baytar həkimləri Yermonski və Kvitaşvili rəhbərlik etmişlər. 1920-ci il martın 15-də hərbi nazirliyin digər təminat və təchizat strukturları kimi hərbi-baytar idarəsi də Azərbaycan ordusunun təchizat rəisinin tabeçiliyinə verildi. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı qüvvələr növü. Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi. Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına başlayaraq, nazirliyin hərbi-dəniz şöbəsini təşkil etdi. Hərb gəmiləri heyətlərinin formalaşdırılması barədə də qərar verildi. Azərbaycan Hökumətinin Ukraynadakı diplomatik nümayəndəsi rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, tatar əsilli İslamov milli donanmanın yaradılması işinə yardım göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu. Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış qoşun növü. Mudros barışığının (1918) şərtlərinə əsasən, 1918 ilin noyabrında Bakını zəbt etmiş ingilis qüvvələri Xəzər dənizindəki hərbi gəmiləri hidrotəyyarələrlə birlikdə öz nəzarətləri altına aldılar. Sonra isə Xəzərdəki Hərbi Dəniz Qüvvələri Denikinə təhvil verildi və bununla Azərbaycan mövcud olan az-çox aviasiya texnikasından da məhrum edildi. Hərbi hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919 il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu. Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi. Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi. Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919 il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirliyinin nəzdində kollegial orqan. Hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələləri müzakirə edir və müvafiq qərarlar çıxarırdı. Əsası 1919 il yanvarın 10-da qoyulmuşdu. Hərbi şuranın əsasnaməsi və daimi tərkibi təsdiq edilənədək Müvəqqəti Hərbi Şura (MHŞ) yaradılmışdı. Hərbi nazir və onun müavini, piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, ləvazimat və istehkamçı idarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı MHŞ-nın üzvləri idilər. MHŞ-nın iclaslarına hərbi nazir və ya onun müavini sədrlik edirdi. Hərbi şuranın əsasnaməsi işlənib hazırlandıqdan sonra 1920 ilin əvvəlində şuranın daimi tərkibi təsdiq edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə iki hərbi şura yaradıldı: Böyük hərbi şura (BHŞ) və Kiçik hərbi şura (KHŞ). Təcili həllini tələb edən məsələlərə KHŞ-da baxılırdı. Tərkibinə hərbi nazirin müavini, Ümumi qərargahın, Baş ərkani-hərbin və Bakı İstehkamçılar hissəsinin rəisləri daxil idi.
Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi — Azərbaycan Xalq Cümhuriyyətinin ordusu, hərbi tarixi, donanmaları. Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şərait, əldə edilmiş müstəqilliyin qorunması üçün bütün sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində də fəal siyasətin həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət, bir tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin qarşısının alınmasında, uyğun beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun formalaşmasına əlavə imkanlar aça bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, məhz Azərbaycanla Osmanlı Türkiyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanması və həmin müqaviləyə əsasən, Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlıq qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütünlükdə Azərbaycan xalqının mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi. Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun Hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarına əlavələr
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.
Azərbaycan hərbi musiqisi
Azərbaycan hərbi musiqisi — Azərbaycanda yaranan hərbi musiqinin növü. Azərbaycan hərbi musiqisi əsasən hərbi mahnılar və marşlardan ibarətdir. Azərbaycanda hərbi-orkestr xidmətinin yaranmasında başlanğıc nöqtə 1992-ci il 1 iyul sayılır. Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin ayrıca əmri ilə hərbi orkestr xidməti rəisi — baş hərbi dirijor təyin olunmuş və bu qurumda xidmət edənlərin sayı və vəzifələri haqqında nizamnamə təsdiq edilmişdi. Bunun nəticəsində çox qısa zaman kəsiyində Bakı birləşmiş ali zabitlər məktəbinin və "N" hərbi hissəsinin orkestrləri heyətləri doldurularaq tamamlandı və bütün başlıca çatışmazlıqlar, o cümələdən, repertuar çatışmazlıqları aradan qaldırıldı. 1992-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin Azadlıq meydanında keçirilən ilk təntənəli rəsmi-keçidində ifa repertuarı — "Qarşılama marş"-ından tutmuş toplu orkestrin keçidində səslənən marşadək — bütövlüklə sırf Azərbaycanlı bəstəkarların əsərlərindən hazırlanmışdı. 1993-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin vəzifəsi Azərbaycan prezidentinin, eləcə də müdafiə nazirinin əmrləri ilə keçirilən dövlət səviyyəli tədbirlərdə iştirak və çıxış etməkdən ibarətdir. Orkestrin ilk rəisi polkovnik-leytenant S. Reşetov təyin olunmuşdu. 1996-cı ilin iyulundan orkestrin rəisi baş leytenant A. Kərimovdur. Qarabağ müharibəsi zamanı vətənpərvərlik və hərbi bard janrda olan mahnılar Mübariz Tağıyev, Xədicə Abbasova və Şəmistan Əlizamanlının ifaları nəticəsində Azərbaycanda məşhur olmuşdur.
Babilər hərəkatı
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Babək Qurbanov (hərbiçi)
Babək Qurbanov (hərbçi)
Babək Vahid oğlu Qurbanov (19 iyul 1982, Şahbuz rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının Rəhbəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. 1982-ci ildə Şahbuz rayonunda doğulub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Baş hərf
Kapitalizasiya – sözlərin böyük hərflərlə yazılması. Böyük hərf digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərfdir. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.

Значение слова в других словарях