İŞTAHA

I
сущ. аппетит:
1. желание есть, чувство голода. Pis iştaha плохой аппетит, iştahası yoxdur kimin нет аппетита у кого, iştahadan salmaq kimi лишить аппетита кого, iştahasını korlamaq kimin испортить аппетит кому, iştahasını itirmək потерять аппетит, iştahası qaçıb kimin пропал аппетит у кого , iştahasını küsdürmək kimin перебить (отбить) аппетит у кого , iştahasını pozmaq kimin испортить аппетит чей , кому, iştaha(ya) gətirmək kimi возбуждать, возбудить аппетит у кого , iştahadan kəsmək kimi лишить аппетита кого , iştahadan kəsilmək лишиться аппетита, iştahadan düşüb kim, iştahası küsüb kimin пропал аппетит чей, у кого , iştahası çəkmir, iştahası gəlmir нет аппетита у кого , не тянет к еде кого , iştahası gəlib kimin появился аппетит у кого; iştaha ilə с аппетитом
2. перен. обычно мн. ч. желания, стремления, потребности. İştahası imkanları ilə uyğun gəlmir его аппетиты не совпадают с его возможностями; iştahanı şəş elə держи карман шире: iştahası yeddi yerdən açılıb kimin разыгрался аппетит у кого
◊ iştahası küsüb kimin пропала охота у кого ; iştahasını küsdürmək kimin отбить охоту у кого ; iştahası böyükdür kimin у кого большой аппетит; iştahası pis deyil у кого неплохой аппетит
İŞTAH
İŞTAHAGƏTİRƏN
OBASTAN VİKİ
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
İştahazılıq
İştahazılıq — Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxa bilən və qida qəbuluna olan istəyin azalmasını əks etdirən simptom, psixoloji xəstəlik. İştaha qidalanma istəyi və aclıq hissi deməkdir. Bu hiss kifayət qədər qidalı maddələrin və enerjinin bədənə daxil olmasını və maddələr mübadiləsinin fasiləsiz təminatını tənzimləyir. İştaha hissi mərkəzi sinir sistemi və həzm traktı arasında olan qarşılıqlı əlaqə nəticəsində yaranır. Bu hissin istər azalması, istərdə artması orqanızmdə normal maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Nevrotik anoreksiya. Nevrotik anoreksiya diaqnozu ən çox (90%) gənc xanımlarda (15–25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər.

Digər lüğətlərdə