İCMA

hər hansı bir problem haqqında hökm verildikdə birliyə gəlmək, eyni mövqedən çıxış etməkdir. Fiqhdə icma, fəqihlərin müxtəlif problemlərin həlli yolunda birliyə gəlməsidir. Alimlər icmanın tətbiq edilməsini Quran (4: 115, 3: 110) ayələri ilə əsaslandırırlar. İcma İslamda ictihadın qaynaqlarından biri hesab edilir. Fiqhi məzhəblərdə hökmlər daha çox dörd mənbə əsasında (Quran, hədislər, icma, qiyas) verilir. Eyni zamanda, icma Quran və hədislərə zidd olmamalıdır. İcmanın tarixi tabiun dövründən başlayır. Peyğəmbərin vəfatından sonra onlar ortaya çıxan müxtəlif problemləri icma metodu vasitəsi ilə həll etmişdirlər. İcma ilə hökm vermək tək bir səhabənin verdiyi hökmdən daha üstün hesab edilirdi. Elə o dövrdən də, bu termin yaranmışdır. Əqidə ilə bağlı məsələlərdə icma tətbiq edilməməlidir. Müxtəlif fəqihlərin hər hansı bir problem üzrə baxışları, çoxluğun mövqeyi ilə üst-üstə gəlməsə belə icma pozulmur. Alimlərin icması ilə yanaşı səhabələrin də icması vardır. Bir çox fəqihlər alimlərin deyil, yalnız səhabələrin icmasına üstünlük verirlər. Məsələn, zahiri məzhəbində fəqihlərin icması inkar olunur. Çünki, buna dair Quranda yetərli qədər dəlil yoxdur. Daha bir qrup alim bir adamın rəvayət etdiyi hədisindən çıxarılmış icmanı düzgün hesab etməmişdirlər. Cəfəri məzhəbində imamların da icması vardır.
İCAZ
İCTİHAD
OBASTAN VİKİ
Kommuna (icma)
Kommuna (fr. commune — icma) — ortaq ideya ətrafında birləşən və ümumi maraqlara, mülkiyyətə, ehtiyatlara, daha radikal kommunalarda isə ortaq gəlirə və iş yerinə sahib insanların birlikdə yaşamağa qərar verdikləri icma növüdür. Bir çox müasir kommunalarda ortaq qərarların qəbulu, qeyri-ierarxik struktur və ekoloji həyat tərzi də böyük əhəmiyyət kəsb edir. İlk kommunalar Qədim Roma dövründə yaranmışdır. Böyük Fransa inqilabı dövründə kommunalar özünüidarə funksiyasını yerinə yetirmiş, şəhər-kommunalar orta əsrlərdə Şimali İtaliya və Şimali Fransa şəhərlərinin idarəçiliyində mühüm yer tutmuşlar.
Moğollar (icma)
Moğollar (fars. مغول‎; hind. मुग़ल/مغل‎) — orta əsrlərdə Moğolustandan Hindistana gəlmiş türk-monqol mənşəli xalqların nümayəndələri. Onlar əsasən Pakistan və Şimali Hindistanda yaşayırlar. "Moğol" adı monqol deməkdir.
Virtual icma
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
İcma (İngiltərə)
İcma (ing. Civil parish) — İngiltərədə yerli idarəetmə üçün istifadə edilən bir növ inzibati bölmədir. Regionlar və dairələr və ya onların birləşdirilmiş forması olan unitar orqanların altındakı yerli idarəetmə orqanlarının ən aşağı səviyyəsi olan regional idarəetmədirlər. İcmaların ölçüləri azsaylı əhalisi olan seyrək məskunlaşmış olan kənd yerlərindən başlamış, on minlərlə sakini olan böyük qəsəbələrə qədər dəyişiklik göstərə bilir.
Mursiya (muxtar icma)
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
Navarra (muxtar icma)
Navarra — İspaniyada yerləşən muxtar ərazi.
Madrid (muxtar icma)
Madrid muxtar birliyi (isp. Comunidad de Madrid) — İspaniyanın 17 muxtar birliyindən biri. Pireney yarımadasının mərkəzində yerləşir.
ABŞ-nin ibtidai icma quruluşu
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
İcma
İcma (Ərəbcə: إجماع) — bir İslam hüququ termini. İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz. İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik.
Dini icma
Dini icma — eyni dinə etiqad edən insanlar birliyi. Bu ifadə dar və geniş mənada istifadə olunur. Özlərinin xüsusi bir dinə etiqad etdiyini müəyyən edən edən insanlar həmin dinin icmasının üzvləri hesab olunurlar. Daha geniş mənada bu termin qruplar şəklində yaşayan və ya həmin dinə yaxın və ya həmin dinə qarışmış başqa dinlərə mənsub olan şəxslərlə yaşayan eyni dinə mənsub olan şəxslərin birliyi kimi başa düşülür. Gündəlik həyatda həmin şəxslər bir yerdə, məsələn, kilsə və ya məscid kimi həmin dinə məxsus məbədlərdə və ya ayrılıqda ibadət edə bilərlər. Nümunə kimi Belfastın Katolik icmasını və ya Fransada Yəhudi icmasını göstərmək olar. Bəzən şəxsin hər hansı icmanın üzvü kimi tanınması üçün onun həmin icma tərəfindən rəsmi olaraq qəbul edilməsi tələb oluna bilər. İsraildə ancaq eyni dini icmaya mənsub olan cütlüklər evlənə bilərlər. Dar mənada dini icma dedikdə dini məqsədlər üçün xüsusi olaraq bir araya gələn eyni dinə mənsub insanlar birliyi başa düşülür, məsələn, monastırda dini andlar kimi formal öhdəliklərin icrasını bura aid etmək olar.
İbtidai-icma quruluşu
İbtidai-icma quruluşu— ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 5,5 milyon il bundan əvvəl yaşadıqlarını göstərir. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür: Daş dövrü. Tunc dövrü. Dəmir dövrü. Daş dövrünün özü də üç mərhələyə ayrılır: Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir) Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir) Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir) Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir. Eneolit daş dövrünün sonu — metal əsrinin başlanğıcı hesab edilən b.e.ə.
İbtidai icma quruluşu
İbtidai-icma quruluşu— ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 5,5 milyon il bundan əvvəl yaşadıqlarını göstərir. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür: Daş dövrü. Tunc dövrü. Dəmir dövrü. Daş dövrünün özü də üç mərhələyə ayrılır: Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir) Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir) Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir) Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir. Eneolit daş dövrünün sonu — metal əsrinin başlanğıcı hesab edilən b.e.ə.
ABŞ-ın ibtidai icma quruluşu
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
Ferizovik icması
Uroşevats (serb. Урошевац) — Kosovo icması, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. İcmanın əhalisi barədə dəqiq məlumat yoxdur. Əhatə etdiyi ərazi 344 km².
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km². İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Kosovo Pole icması
Kosovo Pole (serb. Косово Поље) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 89 km²-dır. İcmanın inzibati mərkəzi Kosovo Pole şəhəridir. Kosovo Pole icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 4,9 km²-dır.
Lazarevats icması
Lazarevats (serb. Лазаревац) — Serbiyada icma, Belqrad dairəsinə aid edilir. İcmanın əhalisi 59.043 nəfərdir (2007), əhalinin sıxlığı 154 nəfər/km²-dır. 384 km²-lik sahəni əhatə edir, onun 60,4%-i sənaye məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Lazarevats şəhəridir. Lazarevats icması 34 yaşayış məntəqəsindən ibarətdir, onların orta sahəsi 11.3 km²-ə bərabərdir.
Liplyan icması
Liplyan icması (serb. Липљан) — Kosovoda icma, Priştina rayonuna aiddir. Əhatə etdiyi sahə 401 km² bərabərdir. İcmanın inzibati mərkəzi Liplyan şəhəridir. Liplyan icması 70 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,7 km²-dır.
Maliyyə sabitliyinin İcmalı
Maliyyə sabitliyinin icmalı (ing. Financial Stability Report, Financial Stability Review, Financial System Report) — mərkəzi bankların maliyyə sabitliyi məsələlərinə həsr olunmuş ixtisaslaşdırılmış məlumat və analitik nəşri. == Mərkəzi bankların təcrübəsində maliyyə sabitliyinin nəzərdən keçirilməsi == İngiltərə Bankı ilk dəfə 1996-cı ildə Maliyyə Sabitliyi İcmalı nəşr etdi. Buraxılışlar maliyyə fəaliyyətinin nəzəriyyəsi və praktikasının müəyyən məsələlərinə həsr olunmuş nəşrlər topluları idi: maliyyə tənzimlənməsi mədəniyyəti, qiymətli metallar bazarı, elektron pul, suveren. reytinqlər və s. İngiltərə Bankı təhlillər vasitəsilə həll edilməli olan üç vəzifəni müəyyənləşdirdi: bazar iştirakçıları tərəfindən risklərin, cari tənzimləmənin və maliyyə bazarlarının vəziyyətinin başa düşülməsi; Britaniya maliyyə sisteminin risklərinə təsir edən məsələlərin müzakirəsi; bazar iştirakçıları, tənzimləyici və akademik tədqiqatçılar arasında debatları asanlaşdırmaq. İngiltərə Bankını digər mərkəzi banklar izlədi: İsveç və Norveç (1997), Avstraliya və Filippin (1999). Aşağıdakı Rəylər daha çox utilitar xarakter daşıyır və maliyyə bazarlarının və maliyyə vasitəçilərinin vəziyyətini nəzərdən keçirməyə həsr edilmişdir. Xüsusilə, icmallar bankların rəqabət qabiliyyəti, onların maliyyə sabitliyi və əsas maliyyə aktivləri bazarlarının xüsusiyyətləri mövzularını əhatə etmişdir. Mərkəzi bankın fəaliyyətinin diqqəti maliyyə sabitliyini qorumaq üçün siyasətlərə yönəldikcə, Rəylər geniş şəkildə yayıldı.
Musiqi icmalı
Musiqi icmalı və ya Musiqili revyu — XX əsrdə musiqili teatrın bir qolu olaraq, üzə çıxmış və inkişaf etmişdir. Musiqi icmalı müasir dövrdə həm Şərq, həm də Qərb Musiqişünaslığı və jurnalistikada geniş yayılmışdır. Gündən-günə yenilənən musiqi texnologiyaları sayəsində musiqi icmalı öz janr mahiyyətini genişləndirmişdir. Belə ki, hazırda musiqi icmalı dedikdə hər yeni gün istehsal edilən CD-disklərin və ya hər yeni gün səhnədə ifa olunan konsertin və ya opera və balet tamaşasının premyerasından dərhal sonra mətbuatda işıqlandırılması başa düşülür. Bu cür yayım musiqi icmalının vacib tərkib hissəsinə çevrilmiş və onu mahiyyətcə musiqi tənqidinə yaxınlaşdırmışdır.
Mənzil icması
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Obiliç icması
Obiliç (serb. Обилић) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 105 km²-dır. İcmanın inzibati mərkəzi Obiliç şəhəridir. Obiliç icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,8 km²-dır.
Poduyevo icması
Poduyevo (serb. Подујево) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 625 km²-dır. İcmanın inzibati mərkəzi Poduyevo şəhəridir. Poduyevo icması 78 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 8.0 km²-dır.
Priştina icması
Priştina (serb. Приштина) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 564 km²-dır. İcmanın inzibati mərkəzi Priştina şəhəridir. Priştina icması 46 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 12,3 km²-dır.
Qloqovats icması
Qloqovats (serb. Глоговац) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 290 km²-dır. İcmanın inzibati mərkəzi Qloqovats şəhəridir. Qloqovats icması 37 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,8 km²-dır.
Qrotska icması
Qrotska (serb. Гроцка) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 79 819 nəfərdən ibarətdir (2007-ci il), əhali sıxlığı isə 276 nəfər/km² təşkil edir. İcmanın inzibati mərkəzi Qrtoskada yerləşir. Vraçar icması 15 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqələrin orta sahəsi 19,3 km².
Kürdüstan İcmalar İttifaqı
Kürdüstan İcmalar İttifaqı (kürd. Koma Civakên Kurdistanê) — kürd milli-siyasi təşkilatı. Kürdüstan Fəhlə Partiyasının lideri Abdullah Öcalan tərəfindən qurulmuşdur. Təşkilat demokratik konfederalizm ideyalarına əsaslanmışdır. Abdullah Öcalan təşkilatın fəxri lideri olsa da, gəldiyi nəticəyə görə KCK ümumi kurulda qanunverici orqan olaraq vəzifə yerinə yetirən "Kongra-Gel" seçilmişdir. Məclis Murat Karayılanın sədrlik etdiyi 31 nəfərdən ibarət idarə heyətini seçirdi və Cəmil Bayık sədr müavini təyin edilmişdi.
Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması (QAİ) — hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlik. 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında birliyin "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir. Azərbaycan Milli Elmlər Akademiyası qarşılıqlı elmi əlaqələrin inkişafı ilə bağlı görüşlər keçirilib. Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası zamanı müzakirə olunub. Nərimanov rayonu, G. Qədirbəyova küçəsi 9 ünvanında yerləşən və vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və "Qarabağa dönüş" təşkilatının (əvvəlki adı: Dağlıq Qarabağın Azərbaycanlı İcması) yerləşdiyi binada 2022-ci ilin avqustundan "Qərbi Azərbaycan İcması" fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib.
Dağlıq Qarabağın Azərbaycan icması
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. == İcmanın tarixi == Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir.
Diskurs icması
Diskurs icması — əsas dəyərlər və fərziyyələr kimi başa düşülən bir sıra diskursları paylaşan insanlar qrupu və bu məqsədlərlə bağlı kommunikasiya yolları. Linqvist Con Sueyls diskurs icmalarını "hədəfləri və ya məqsədləri olan, bu məqsədlərə çatmaq üçün ünsiyyətdən istifadə edən qruplar" kimi təyin etmişdir. Diskurs icmasının bəzi nümunələri müəyyən bir akademik jurnalı oxuyan və/və ya ona töhfə verənlər, ya da Madonna pərəstişkarları üçün e-poçt siyahısının üzvləri ola bilər. Hər bir diskurs icmasının nəyin deyilə biləcəyi və necə deyilə biləcəyi ilə bağlı öz yazılmamış qaydaları var. Məsələn, jurnal "Diskurs ən gözəl anlayışdır" iddiası ilə məqaləni qəbul etməyə bilər. Digər tərəfdən, e-poçt siyahısının üzvləri Madonnanın son sinqlı freydist cəhətdən qiymətləndirə və ya qiymətləndirməyə bilər. Əksər insanlar hər gün müxtəlif diskurs icmalarının daxilində və arasında fəaliyyət göstərirlər. Diskurs icmasının özü qeyri-maddi olduğuna görə onların fəaliyyət göstərdiyi forumlar baxımından diskurs icmalarını təsəvvür etmək daha asandır. Hipotetik jurnal və e-poçt siyahısı hər biri forumun nümunəsi, ya da "diskurs icmasının fəaliyyətinin konkret, lokal təzahürü" kimi görünə bilər. == Diskurs icmasının dizaynı == Diskurs icmasının dizaynı üçün geniş istifadə olunan bir vasitə xəritədir.

Digər lüğətlərdə