İCMA

is. [ ər. ]
1. Qədimdə: hər hansı bir ərazi daxilində yaşayan əhalinin özünüidarə hüququna malik birliyi, təşkilatı. Şəhər icması. Qədim Rusiyada kəndli icması.
2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq. Dini icma.
– Sənət isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmasından. F.Köçərli.
1915-ci ildən başlayaraq müharibə əleyhinə bir çox icmalarımız oldu. T.Ş.Simurq.

□ İcma etmək köhn. – bir yerə toplaşmaq, bir məsələni müzakirə etmək üçün yığılmaq, iclas etmək.
// köhn. Camaat.
[Komediya] …icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında “afərin” sədası göyə çıxıb, üç-dörd dəfə pərdənin qalxmağını … əl çalıb tələb edirdilər. F.Köçərli.

◊ İbtidai icma quruluşu – insan cəmiyyətinin ilk ictimai-iqtisadi quruluş forması.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İCMA cəmiyyət — təşkilat — məclis
İCLASÇILIQ
İCMAL

Digər lüğətlərdə