ilana ağı (zəhər) verən kərtənkələ

the man behind the scenes (the instigator) / Cf. a snake-in-the-grass / a viper подстрекатель / Ср. змея подколодная
ilan vuran yatdı, ... yatmadı
ilanboğan vaxtıdır*
OBASTAN VİKİ
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda dünyasını dəyişmiş adamın cəsədinin yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazır: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Kərtənkələ
Kərtənkələ (teleserial, 2014)
Zəhər tuluğu
Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi. Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
İlana sitayiş (totemizm)
İlana sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. Dünyanın müxtəlif xalqları arasında qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür formalarından biri olan ilana sitayiş geniş yayılmışdır. Bu inam şifahi xalq yaradıcılığında - nağıllarda, əfsanələrdə, əsatirlərdə, toponimlərdə, arxeoloji və tarixi abidələr üzərindəki təsvirlərdə özünü göstərir. Qayaüstü rəsmlər arasında da ilan təsvirləri xüsusi yer tutur. E.ə.II minillikdə I minilliyin başlanğıcında bütün dünyada günəşin ilanlarla mübarizəsi haqqında əsatir yayılmışdır. İlanlarla əhatə olunmuş günəş səhnələrinə Tagil çayında yerləşən ilan dağında qayaüstü təsvirlərdə və Qafqazın Qızıl Qobu mədəniyyətinə aid olan saxsı qırıqlarında rast gəlmək olar. İlan bir çox xalqlarda qorxu hissi yaradırdı. Onların təsəvvürlərinə görə, ilan şamanların köməkçisidir. İlan müqəddəs və toxunulmaz idi. Lakin müqəddəs ilanlara sitayiş təkcə bu zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə deyil, həm də onların əzəməti qarşısında ehtiramla bağlıdır.
Adi kərtənkələ
Adi kərtənkələ (lat. Lacerta agilis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Areal == Demək olar ki, bütün Avropa ərazisində, Rusiyanın avropa hissəsindən Monqolustanın şimal-qərb hissəsinə qədər yayılıb. Avropanın Pireney yarımadası, Türkiyənin avropa hissəsi, Böyük Britaniya ərazisi isə istisna olaraq yayılmamışdır. Onun şərq yayılmasının şərq sərhəddi Baykal önü, və Mərkəzi Asiyaya qədər gedib çıxır. Şimalda isə 60° yuxarıda demək olar ki, yayılmamışdır. == Xüsusiyyətləri == Çütləşmə zamanı adi kərtənkələlər yaşıl rəngdə olur. Onların uzunluğu 25 sm, bəzi hallarda isə 35 sm uzunluğa malik olanlarınada rast gəlinir. Çütləşmə ərəfəsində erkəklər uca səsli fit verirlər. Təklükə zamanı quyruğunu atırlar.
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ağqarın kərtənkələ
Ağqarın kərtənkələ (lat. Darevskia unisexualis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Müqayisədə uzundur. Uzunluğu 70 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Boğazının orta hissəsində 24-31 pulcuq vardır. Belinin yuxarı hissəsi zeytunu-qəhvəyi, qəhvəyinin müxtəlif calarlarında olur. Qarın nahiyəsi ağ olur. == Yayılması == Onların arealı Ermənistanın orta və yüksək dağlıq ərazilərində, Türkiyənin şərq sərhədlərində və Gürcüstanın cənub hissəsində yayılmışlar.
Kərtənkələ (bürc)
Kərtənkələ (lat, Lacerta) — Göyün şimal yarımkürəsində bürc. Parlaq ulduzu yoxdur.
Kərtənkələ (komiks)
Kərtənkələ (ing. Lizard) və ya əsl adı ilə Kurt Konnors (ing. Curt Connors) – Marvel Comics tərəfindən yaradılmış personaj. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "Amazing Spider-Man" komiksinin 6-cı sayında (noyabr 1963) görünmüşdür. Hörümçək-adamın düşmənlərindən biridir. Kərtənkələ çox vaxt Konnorsun bədxah alternativ şəxsiyyəti kimi təsvir edilir: Konnors hər dəfə ona çevriləndə onun zehnini ələ keçirir. Buna baxmayaraq, Kərtənkələ antiqəhrəman və Hörümçək-adamın müttəfiqi kimi də təsvir olunmuşdur. Marta Konnorsun əri və Billi Konnorsun atasıdır. Komikslərdə Kurt Konnors sürünənlərin regenerasiya qabiliyyətini araşdırıb insanların itirdikləri üzvlərini qaytarmağa çalışan genetikaçıdır. Araşdırmaları zamanı kərtənkələ DNT-si əsasında vaksin hazırlamışdır.
Qırmızıqarın kərtənkələ
Qırmızıqarın kərtənkələ (lat. Darevskia parvula) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Kiçik heyvan olub, uzunluğu 60 mm təşkil edir.[mənbə göstərin] Quyruğu isə iki dəfə uzundur. Boğaz nahiyəsində 22–35 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində 50–69 pulcuq olur. Rəngi müxtəlif olur. Bədəninin orta hissəsi işıqlı-yaşıl, zeytuni-yaşıl və ya çirkin-yaşıl olur. Dişilər işiqlı-qəhvəyi, qəhvəyi-boz və ya zeytuni-boz rəngdə olurlar. Qarın nahiyəsi qəhvəyi-qırmızı rəngdə olur.[mənbə göstərin] Növ Acarıstan, Gürcüstanın qərbi, Qara dəniz sahillərindən Borjomi dərəsinə qədər olan ərazilərə qədər yayılmışdır. Türkiyənin şimal-şərq sərhədləri boyunca rast gəlinir.
Yaşıl kərtənkələ
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Yaşılqarın kərtənkələ
Yaşılqarın kərtənkələ (lat. Darevskia chlorogaster) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan kərtənkələ növü. Onun bədəninin uzunluğu 67 mm-dir. Quyruqları isə iki dəfə böyükdür. Bogğazında 18-27 pulcuq vardır. Bədənini ümumilikdə 42-53 pulcuqla örtülü olur. Bədəninin yuxarı açıq-coşqun, parlaq-yaşıl olsa da bütün bədən boyunca xırda tünd qəhvəyinöqtələrlə örtülü olur. Bu növə əsasən Azərbaycanın cənub-şərqində Talış dağlarının meşəlik ərazilərində və Lənkəran ovalığı boyunca yayılıb. Üstəlik İranın şimal-qərb ərazilərində yayılmışdır.
Zolaqlı kərtənkələ
Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır. Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır.
Üçzolaqlı kərtənkələ
Üçzolaqlı kərtənkələ (lat. Lacerta trilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Ümumi uzunluğu 40—50 sm, bədəni 16 sm təşkil edir. Balalar qəhvəyi rəngə malik olur və bel nahiyyəsindən ağ-sayı xətlər keçir. Yaşıl hissədə qara nöqtələr vardır. Çütləşmə zamanı erkəklərdə boyun nahiyəsi tünd göy və ya mavi rəng alır. Onlar əsasən quyu yerlərdə, Fıstıq və Palıd meşələrini, qayalıqları və dağ çöllərini xoşlayır. Ağaclara rahat çıxa bilir. 2-3 metr tullana bilir. Əsasən Cücülər, kiçik onurğasızlar və kiçik kərtənkələlərlə qidalanır.
Zəhər tuluğu (film, 2021)
Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi. Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
Qərbi yaşıl kərtənkələ
Qərbi yaşıl kərtənkələ (lat. Lacerta bilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Bədənin uzunluğu 13 sm, ümumi uzunluğu isə 40 sm təşkil edir. Ümumi çəkisi 35 qramdır. Rəngi yaşıl və ya qəhvəyi ola bilər. Erkələrdə boğaz nahiyəsi göy rəngdə olur. Qidasının əsasını onurğasızlar təşkil edir. Bunula belə meyvələr və çöl quşlarının yumurtaları ilə qidalanırlar. Yumurta qoymaqla çoxalır. Çütləşmə dövrü mayın sonuna təsadüf edilir.
Yaşıl kərtənkələ (növ)
Yaşıl kərtənkələ (lat. Lacerta viridis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. 15,5 sm uzunluğa malikdir. Bədəni boyunca 40–58 pulcuq yardır. Yetkin fərdlərdə yuxarı hissəsi yaşıl olur. Bu nahiyyəlırdə qara və ya sarı nöqtələr vardır. Erkəklərin boğaz nahiyyəsində parlaq-mavi, yay və payız aylarında tünd göy rəngdə olur. Dişilərdə isə ağ və ya göyə çalır. Qarın nahiyyəsi erkəklərdə parlaq-sarı, dişilərdə isə ağımtıl və ya göyümtül olur. Ən çox otluqlarda, qayalıqlı dərələrdə rast gəlinir.
Kərtənkələ (teleserial, 2014)
Kərtənkələ serialı 25 oktyabr 2014-cü il atv kanalında yayımlanmağa başlanıb == Haqqında == Kərtənkəle serialı son sezonu ilə 25 oktyabr 2014-cü il tarixində atv kanalında yayımlanmağa başlanmış, Yalçın Şen, ssenariləri Hakan Kandal və Kemal Çelik aksiya filmi, komediya, detektiv triller sevgi və dram istehsalı Türklər Serialdı . Timur Acar və Sera Tokdemir serialın ilk iki mövsümündə baş rolları canlandırdılar.3-cü sezonda ssenariyə görə baş rollar Timur Acar və Sera Tokdemir ayrıldıqdan sonra serialın mövzusu və hekayəsi dəyişdirilmiş və Kərtənkələ: Yenidən Doğuş adlandırılmışdır.3-cü mövsümdə baş rolları Ahmet Kayakesen, Asena Tuğal və Fatih Doğan oynayıb. Sonuncu dəfə Gülbin Aydın və Canan Çelik direktor kürsüsündə oturdular. 3 sezondan ibarət olan serial 24 dekabr 2016-cı ildə yayımlanan 85-ci bölümü ilə ekranlarla vidalaşıb. == Uyğunlaşma == Serial İrandan Kemal Təbrizi tərəfindən çəkilmiş 2004-cü ildə çəkilmiş filmdir,Kərtənkələ (film) Marmoulak Kərtənkələ sinema adlı filmin Türkiyə uyğunlaşdırılmasıdır. Filmdə olduğu kimi, filmin də əsas mövzusu filmin əsas mövzusuna sadiq qalmış və lazım gəldikdə ruhanilər, din, cəmiyyətin vəziyyəti və ümumi həyat satiraya sadiq qalmışdır. == Adı"Kərtənkələ" == Serialda Timur Acarın canlandırdığı nazçı, cinayətkar və oğru obrazına "Kərtənkələ" ləqəbinin verilməsinin səbəbi personajın hətta düz divara belə dırmaşmaq üçün inanılmaz qabiliyyətinə malik olmasından irəli gəlir. Həmçinin personajın brazu hissəsində kərtənkələ döyməsi var. == Süjet və xülasə == === Mövsüm 1 (2014-2015) === Bir tərəfdən Kərtənkələ tanınmış yaramaz, digər tərəfdən isə komissar Ünsal və digər polislərin ələ keçirə bilmədiyi peşəkar cinayətkar və oğrudur. Peşəkar həyatını vəsvəsəylə Kərtənkələ tutmağa həsr edən Ünsal Komissarın bütün səylərinə baxmayaraq, Kərtənkələ həmişə onun izini itirməyin yolunu tapıb.
Xeyir-dua verən Məsih (Rafael)
Xeyir-dua verən Məsih (it. Cristo benedicente) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Xeyir-dua verən Məsih" əsəri hal-hazırda İtaliyanın Lombardiya əyalətində, Breşia şəhərindəki Pinakoteka Tozio Martinenqoda saxlanılır. Məsihin xüsusiyyətləri Rafaelin avtoportretinə bir qədər bənzəyir.
Azərbaycanda baş verən zəlzələlərin siyahısı
Bu siyahı Azərbaycanda baş verən zəlzələləri ehtiva edir.
Bir röya üçün ağı (film, 2000)
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. == Mövzusu == Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.