Azər-ilmə
Azər-ilmə — Azərbaycan şirkəti.
== Azərbaycanda xalçaçılıq ==
Azərbaycan xalçası əsrlər boyu dünyada incəsənətimizin təmsilçisi, ulu keçmişimizin, təkrarsız mədəniyyətimizin, milliliyimizin səfiri, elçisi olub. Bu xalçalar öz gözəlliyi, zərifliyi ilə hamını heyrətə gətirmiş, muzeylərdə, şəxsi kolleksiyalarda və ən nəhayət mənzillərdə belə digər eksponatları, əşyaları kölgədə qoymuşdur.
Bu baxımdan Azərbaycanda xalça işi özünəməxsus ənənələrə malikdir. Tarix xalçaçılıqla məşğul olan, bu sahənin inkişafına və sağlam təməllər üzərində miqyasca genişlənməsinə əmək sərf etmiş neçə-neçə həmvətənimizin adını öz səhifələrində yaşadır. Azərbaycanın müxtəlif bölgələrində — Şuşada, Ağdamda, Qazaxda, Göyçayda, Qubada və s. təşkil olunan xalça bazarları dünyanın bir çox tacirlərini, səyyahlarını, alimlərini, tədqiqatçılarını özünə cəlb etmişdir. Mənbələrdə bu bazarlarda satışa çıxarılan, sərgilənən xalçaların gözəlliyi, rəngarəngliyi, yüksək hərrac qiymətləri, xaricilərin onlara qarşı marağı haqqında qiymətli məlumatlar vardır.
Xalçaçı, toxucu – sənətkardır, yaradıcıdır. O, öz əl işlərini – yuxusuz gecələrinin, alın tərinin bəhrəsi olan məhsulları qədərincə qiymətləndirməkdə çətinlik çəkir.