İndifferent
İnduksiya
OBASTAN VİKİ
İndividual psixologiya
İndividual psixologiya (lat. individuum - bölünməz) — dərinlik psixologiyasının istiqaməti, XX əsrin 20-ci illərində Alfred Adler tərəfindən hazırlanmış psixoterapevtik sistem. Adler bu istiqaməti Z.Freydin psixoanalizi əsasında yaratmış, “valideyn” məktəbinin bəzi ideyalarını inkar etmişdir. == Təsviri == Klassik psixoanalizdən fərqli olaraq, individual psixologiya belə hesab edir ki, xarakterin əsasını tərbiyəyə ehtiyacı olan anadangəlmə “sosial hiss” təşkil edir. İnsan davranışının strukturunda və dinamikasında əsas rolu şüursuzluq deyil, insan şüuru, bioloji deyil, sosial motivlər oynayır. İnsanlar fərd olaraq aciz varlıqlar, qurbanlar və ya keçmiş təcrübələrinin passiv daşıyıcıları deyillər. Onlar aktivdirlər və öz indilərini yarada bilirlər, eləcə də öz gələcəklərini nisbətən qeyri-iradi seçirlər. Bu prosesdə intellekt və insanın öz dəyər və ideallarını dərk etməsi mühüm rol oynayır. Freydin libidosundan fərqli olaraq, individual psixologiyada insanın sosial fəaliyyətinin əsas hərəkətverici qüvvəsi onun hakimiyyətə can atması və insanın şüuraltında dərin kök salmış natamamlıq kompleksidir. Bu kompleksdən irəli gələn əsas insani nöqsanlar boşboğazlıq və şöhrətpərəstlik, fəzilətlər isə cəsarət və əməkdaşlığa meyildir.

Digər lüğətlərdə