İnflyasiya

Inflation Müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yük səlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsi. Başqa sözlə, inflyasiya pul tədavülü kanallarının əlavə (artıq) pul kütləsi ilə dolması, yaxud pul tədavülü kanallarının tələbatından artıq həcmdə pul kütləsinin dövriyyəyə buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir. İnflyasiya iqtisadi tarazlığı pozduğundan və iqtisadi böhrana səbəb olduğundan dövlət bu və ya digər iqtisadi-maliyyə alətləri (tədbirləri) vasitəsilə bu prosesin qarşısını almağa çalışır ki, bu da anti-inflyasiya siyasəti adlanır. İqtisadiyyatda inflyasiyanın səviyyəsini qiymət indeksi müəyyən edir. Yaranma səbəbinə görə inflyasiya iki qrupa bölünür: tələb inflyasiyası və təklif inflyasiyası. İqtisadiyyatda tələbin artması cəmiyyətin istehsal imkanlarını xeyli geridə qoyaraq qiymətlərin yüksəlməsinə, yəni inflyasiyaya gətirib çıxarır. Təklif inflyasiyası (xərc inflyasiyası) zamanı isə qiymətləri tələb deyil istehsal xərcləri artırır. Belə ki, məhsul vahidinin istehsal xərclərini artıran amillər həm də inflyasiyanı törədən amillər kimi çıxış edir. Eyni zamanda, ölkə iqtisadiyyatında əmək haqqı səviyyəsinin yüksəldilməsi ilə bağlı olan inflyasiya istehsal məsrəflərinin artması ilə yaranan inflyasiyanın tərkib hissəsidir. Tempinə görə inflyasiya, əsasən, 4 cür fərqləndirilir: normal (illik 4%-ə qə dər), sürünən (4-20%), yüksək (20-200%) və hiperinflyasiya (200%-dən yüksək). Yaranma səbəblərindən irəli gələrək inflyasiya gözlənilən və gözlənilməz olur. Birincisi, adətən, hökumətin həyata keçirdiyi iqtisadi tədbirlərin nəticəsi kimi, ikincisi isə makro-iqtisadi səviyyədə baş verən gözlənilməz dəyişmələrin nəticəsi kimi meydana çıxır.
İndossat
İnformasiya manipulyasiyası
OBASTAN VİKİ
İnflyasiya
İnflyasiya(ing. Inflation, lat. inflatio — şişmə deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi proseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. İnflyasiya yeni dövr tarixinin məhsulu deyil. Tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra ortaya çıxıb. Kağız pulların çapından sonra pul əmtəə kütləsinə nəzərən, dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Baza inflyasiya
Çaparaq inflyasiya
Yüksək sürətlə inkişaf edən inflyasiya.Qiymətlərin il ərzində 200%-dək artması. Qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5–7% dən 15–17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
İnflyasiya vergisi
İnflyasiya vergisi — pul və digər dəyər ekvivalentlərinin sahiblərinin məruz qaldığı iqtisadi zərər. Belə zərər inflyasiya nəticəsində valyutanın dəyərinin azalması, inflyasiyaya səbəb olan müavinətlərin emitent mərkəzi tərəfindən eyni vaxtda mənimsənilməsi nəticəsində yaranır. Əgər emitent mərkəzinin gəlirinin bir hissəsi büdcəyə gedirsə, məsələn, Rusiya Federasiyasının Mərkəzi Bankı öz mənfəətinin 75%-ni büdcəyə ödəyirsə (2016-cı il yanvarın 1-dək 50%), bu hissə şərti olaraq pul sahiblərindən alınan gizli vergi hesab edilə bilər. Bir çox iqtisadçı qeyd edir ki, varlılar inflyasiya vergisinə daha az, kasıblar və orta təbəqə isə daha çox tabedir, çünki onlar gəlirlərinin böyük hissəsini nağd şəkildə saxlamağa meyllidirlər. Bundan əlavə, yoxsullar və orta təbəqə gəlirlərinin böyük hissəsini sabit formada alır: maaşlar, pensiyalar və müavinətlər, bu da vaxtında indeksləşdirmənin mümkünsüzlüyünə səbəb olur. Bəzi iqtisadçılar inflyasiyanın reqressiv istehlak vergisi olduğunu açıq şəkildə qeyd edirlər. Mərkəzi banklar əskinasları çap etdikdə və dövlət krediti buraxdıqda, adətən pisləşən iqtisadi şəraitə cavab olaraq iqtisadiyyatda dövriyyədə olan pulun miqdarını artırırlar. Real pul balansındakı bu dəyişiklik inflyasiyaya səbəb olur. Bu yolla əldə edilən xərclərin maliyyələşdirilməsi senyoraj (emitentin senyorajı) adlanır. İnflyasiyanın ən bariz dəyəri pul kütləsinin artması və pul sahiblərinin inflyasiya vergisi ödəməyə məcbur edilməsidir.
İstehlakçı Qiymət İndeksi (İnflyasiya)
İstehlakçı Qiymət İndeksi (ing. consumer price index) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. Hesablandıqdan sonra yeni index əvvəlki dövrün indeksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır. İnflyasiya dərəcəsi = (İQİ2014 –İQİ2013)/ İQİ2013*100.
İnflyasiyanın hədəflənməsi
İnflyasiyanın hədəflənməsi (inflyasiyalı hədəfləmə, ing. inflation targeting) — son məqsədi qiymət sabitliyi olan pul siyasəti rejimi. Mərkəzi Bank faiz siyasəti vasitəsilə bunu təmin etmək üçün tədbirlər görür və həyata keçirdiyi siyasətin nəticələrinə görə ictimai məsuliyyət daşıyır. İnflyasiyanın hədəflənməsi ideyasının müəllifi kapital, qiymətlər və əmək haqqı nəzəriyyəsi ilə məşğul olan məşhur isveçli iqtisadçı Knut Vikseldir. 1896-cı ildə İsveç İqtisadi Assosiasiyasında keçirilən iclasda Viksel ilk dəfə belə bir fikri səsləndirdi ki, qiymət səviyyəsinin sabitləşdirilməsi mərkəzi bank siyasətinin əsas məqsədi olmalıdır. XIX əsrdə isə əksinə, heç kim şübhə etmirdi ki, mərkəzi bank məzənnəni istehlak qiymətlərinə deyil, qızılın qiymətinə nisbətən sabitləşdirməlidir. 1898-ci ildə Viksel yazırdı: “Əgər qiymətlər qalxarsa, faiz dərəcəsi artırılmalıdır; qiymətlər aşağı düşərsə, faiz dərəcəsi aşağı salınmalıdır; və faiz dərəcəsi bundan sonra qiymətlərin dəyişməsi bu və ya digər istiqamətdə əlavə dəyişiklikləri tələb edənə qədər yeni səviyyədə saxlanmalıdır”. Monetar orqanlar pul siyasətinin əsas (son) məqsədi kimi qəbul edilən kəmiyyət inflyasiya hədəfini müəyyən edir və ictimaiyyətə açıqlayır. Mərkəzi bank inflyasiyanın hədəflənməsini digər pul siyasəti rejimlərindən fərqləndirən faiz dərəcəsi siyasətinə (qısamüddətli faiz dərəcəsinin idarə edilməsi) əsaslanır. Pul siyasəti ilə bağlı qərarlar iqtisadi inkişaf və inflyasiya proqnozları da daxil olmaqla geniş məlumat kütləsinə əsaslanır.
İdxal inflyasiyası
İdxal inflyasiyası — idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiya. İdxal olunan inflyasiya ölkənin milli valyutasının xarici valyutalara nisbətdə məzənnəsinə təsir edir. Qiymət artım sürətinə təsir göstərir. Hazırda neft məhsullarının dünya qiymətlərinin artması ilə əlaqədar Rusiyada idxal inflyasiyası artıb. İstehsal xərclərinin artması dünya qiymətlərinin qiymət formalaşmasına təsir göstərmişdir. İdxal olunan mallar istehlak bazarının yarısını təşkil edir, onların qiymətləri olması lazım olduğundan daha yüksəkdir ki, bu da inflyasiyanın sürətini artırır. Xarici investisiyaların artması pul kütləsinin artmasına səbəb olur. ABŞ dollarının ucuzlaşması və qlobal valyuta bazarında avronun möhkəmlənməsi rublun məzənnəsinin dinamikasına təsir edib. Bu, ölkə daxilində qiymətlərin formalaşmasına təsir etdi Rusiyaya inflyasiya idxalı əsasən ABŞ-dan gəlir. Bu proses II Dünya Müharibəsi başa çatdıqdan sonra, Bretton-Vuds pul sisteminin prinsiplərinə uyğun olaraq dollar ehtiyat valyuta kimi rəsmi status aldıqdan sonra fəal inkişaf etməyə başladı.

Digər lüğətlərdə