Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antares
Əqrəb bürcünün α ulduzu. Yerdən uzaqlığı dəyişkəndir. Tipik "Qoşa Ulduzdur". Bu ulduz səmada 15-ci ən parlaq ulduzlardan biridir, qırmızı rəngi ilə seçilir. Bu ulduz çox nəhəng olub təxmini diametri 400 milyon km-dir. Yay günlərində Azərbaycandan görünür. Spektral sinfi M1, işıqlıq sinfi isə Iab qırmızı ifratnəhəng olan Antares bilinən ən böyük ulduzlardan biridir. Bu, ən yaxın OB dərnəyinin (Scorpius-CENTAURUS Association) ən işıqlı, ən böyük və ən inkişaf etmiş ulduz üzvüdür. Antares, Scorpius-CENTAURUS Association'ın üst Scorpius alt qrupunun bir üzvüdür və təxminən 145 ps (470 i.i.) məsafədəki 11 milyon illik ortalama minlərlə ulduz ehtiva etməkdədir. Kütləsi 15-18 Günəş kütləsi qədər, radiusu isə 883 Günəş radiusuna bərabər olması düşünülməkdədir.
Pinterest
Pinterest — hər növ şəkillərin paylaşıldığı və panoram sistemi vasitəsilə çalışan internet vebsaytıdır. Bu şəbəkə 2009-cu ilin dekabr ayında Ben Silbermann, Evan Sharp və Paul Sciarra tərəfindən yaradılmışdır.Bir il müddətində aparıcı sosial şəbəkələr siyahısında öz yerini alan vebsayt, qısa zaman ərzində daha böyük platformalarda təmsil olunmuşdur. Təqribən 70 milyona yaxın istifadəçiyə malikdir.Onların əksəriyyətini qadın istifadəçilər təşkil edir. Pinterest istifadəçilərinin 80%-i qadındır. Pinterest öz istifadəçilərinə müxtəlif kateqoriyalara aid fotolar və videolar paylaşmaq imkanı verir. Bunlara birlikdə pin adı verilir. Digər istifadəçilər paylaşılan pinləri bəyənə, bir başqa yoldaşı ilə paylaşa və təkrarən "iynələyə" (öz profilində reshare edə) bilər. Pinterest həm də qeydiyyatdan keçdikdə biznes hesabı da verir ki, onun vasitəsilə Pinterestlərin nə qədər adam tərəfindən izləndiyini və nə qədər populyar olduğunu izləyib görülən işləri analiz etmək olar.
İnterAz
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.
İnterfeys
İnterfeys (ing. interface) — iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi. Hesablama texnikasında çeşidli interfeyslər ən müxtəlif səviyyələrdə gerçəkləşdirilib: proqramlarla səmərəli işləməyə imkan verən ən aşkar qrafik istifadəçi interfeyslərindən (GUI) tutmuş, qurğularla kompüterin komponentlərinin qarşılıqlı ələqəsini təmin edən, çox zaman görünməz olan, ancaq çox gərəkli aparat vasitələri interfeyslərinədək. İstifadəçi interfeysləri istifadəçinin kompüterlə səmərəli "ünsiyyətini" təmin edən qrafik təsvir sistemlərindən, komandalardan, sorğulardan və s. ibarət olur. İstifadəçi interfeysinin üç əsas növü vardır (onların bir-birini inkar etməsi vacib deyil): Komanda sətri interfeysi (COMMAND-LINE INTERFACE), məsələn, MS-DOS əməliyyat sistemində A:> və ya C:>) istifadəçini komandanı daxil etməyə "dəvət edir". Çağdaş tətbiqi proqramların əksəriyyətində istifadə olunan menyu sisteminə əsaslanan interfeys istifadəçiyə lazım olan komandanı siyahıdan ya müəyyən klavişləri basmaqla, ya da siçan vasitəsilə seçməyi təklif edir. Qrafik istifadəçi interfeysi (GRAPHICAL USER INTERFACE), "pəncərə" sistemləri adlandırılan (proqramları, sənədləri və digər elementləri pəncərə şəklində göstərən) sistemlərin vacib özəlliyidir; sistemin elementlərini simgələr (ICON) kimi göstərməklə bəzi ənənəvi üsullardan və məcazlardan (məsələn, iş masası və onun aksessuarlarından) istifadə edir. Proqram təminatının daha "dərin" səviyyələrində digər interfeys növləri də, məsələn, tətbiqi proqramın konkret əməliyyat sistemi ilə işləməsini təmin edən interfeys vardır; daha dərinlikdə isə əməliyyat sisteminin işini kompüterin aparaturası ilə korrelyasıya etməyə imkan verən interfeys mövcuddur. Kompüterin aparat vasitələrində interfeys dedikdə, lövhələr (kartlar), bağlayıcılar (CONNECTORS) və xarici qurğuları kompüterlə birləşdirən başqa qurğular nəzərdə tutulur.
İnterreks
İnterreks(lat. interrex — çararası) — Qədim Romada fövqəladə magistratura. Adından göründüyü kimi çar dövründən formalaşmış bir vəzifə olub, varis olmadıqda ən yaşlı on senattor arasından püşkatma yolu ilə 5 gün müddətinə seçilir. O, müddət bitənə qədər (5 gün) komisiya çağıraraq yeni çarın seçilməsini təmin etməli idi. Əgər o, buna 5 gün ərzində nail ola bilmirdisə dərhal səlahiyyətlərini təhvil verməli idi. Belə olan halda yeni interreks seçilirdi. Namizəd on yaşlı senatorlarla razılaşdırıldıqdan sonra senatda elan edilir və onun seçilməsi üçün komisiya çağrılırdı.
İnterseks
İnterseks, interseksuallıq (lat. inter — arasında и lat. sexus — cins) — növlərin fərdlərində kişi və qadın cinsi və fiziki xüsusiyyətlərə malik olan orqanizmin qarışımını ifadə edən termin. "İnterseks" termini XX əsrin əvvəllərində bioloq Rixard Qoldşmidt tərəfindən təqdim edilmişdir. Bu termin altında geniş mənada interseksuallıq anormal hermafroditizmlə sinonimdir, yəni normal iki ayrıcinsli orqanizmlərdə həm kişi, həm də qadın xüsusiyyətlərinin olması deməkdir. Üstəlik, bu əlamətlər bədənin eyni hissələrində görünür. Beləliklə, Qoldşmidt interseksuallıq və mozaik kinandromorfizm arasında fərq qoydu (baxmayaraq ki, başqa elm adamları bunu interseksuallıq kimi təsnif edə bilər). Bu mənada interseksuallıq anormal hermafroditizmin xüsusi halıdır. Hal-hazırda "interseks" termini interseks-əlamətləri olan bir qrup insanı təsvir etmək üçün geniş istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının broşurasına əsasən, interseksual şəxs “kişi və qadının stereotipik ikili sisteminə uyğun gəlməyən cinsi xüsusiyyətlərlə (genitaliya, cinsiyyət orqanları və xromosom nümunələri daxil olmaqla) doğulmuş şəxsdir." Broşürada həmçinin deyilir ki, “interseks təbiətdə rast gəlinən geniş spektrli anatomik variasiyaları özündə birləşdirən çətir termindir”.
İnternet protokolu
İnternet protokolu və ya IP protokolu (ing. Internet Protocol) – İnternet qovşaqları (NODE) arasında məlumatların ötürülməsinə və yönləndirilməsinə (marşrutlanmasına) cavabdeh olan şəbəkə səviyyəli protokol (TCP/IP protokollarının bir hissəsi). RFC 791 sənədlərində təsvir olunub. Verilənlərin uc sistemlər və yönləndiricilər (ROUTER) arasında ötürülən paketlərə bölünmə qaydalarını müəyyən edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnternet 2
İnternet2 (ing. Internet2) — araşdırma və təhsil icmaları, sənaye və hökumət tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli ABŞ kompüter şəbəkəsi konsorsiumudur. İnternet2 konsorsiumunun baş ofisi Miçiqanın Ann-Arbor şəhərində yerləşir. Vaşinqton və Kaliforniyanın Emerivill şəhərlərində isə ofisləri mövcuddur. 2013-cü ilin noyabr ayından etibarən "İnternet2"-nin 500-dən çox üzvü var. Bunlara 251 ali təhsil müəssisəsi, müxtəlif sektorlardan 9 tərəfdaş ilə 76 sənaye, 100-dən çox tədqiqat və təhsil şəbəkəsi və ya əlaqələndirici təşkilat, həmçinin 67 əlavə üzv daxildir. "İnternet2" layihəsi "Internet2 Network" şəbəkəsini idarə edir. Bu tədqiqat və təhsil üçün şəbəkə xidmətləri təqdim edən fiber-optikdən istifadə edən internet protokolu şəbəkəsidir. Bu layihə həmçinin təhlükəsiz şəbəkə testi və tədqiqat mühiti təmin edir. 2007-ci ilin sonunda "İnternet2" özünün ən yeni dinamik sxem şəbəkəsi olan "Internet2 DCN"-i işə salmışdır.
İnternet asılılığı
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
İnternet portalı
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
İnternet tarixi
İnternet tarixi — informasiya nəzəriyyəsindən, alim və mühəndislərin kompüter şəbəkələrini qurmaq və bir-birinə bağlamaq səylərindən qaynaqlanır. İnternetdə şəbəkələr və qurğular arasında əlaqə yaratmaq üçün istifadə edilən qaydalar toplusu olan TCP/IP ABŞ-də aparılan tədqiqat və təkmilləşdirmə nəticəsində yaranmışdır. Bunun əsasında beynəlxalq əməkdaşlıq yaranmış, xüsusən də Birləşmiş Krallıq və Fransadakı tədqiqatçılar cəlb edilmişdir. İnformatika 1950-ci illərin sonlarında kompüter istifadəçiləri arasında vaxt mübadiləsini və daha sonra geniş ərazi şəbəkələrində buna nail olmaq imkanlarını nəzərdən keçirən fəndir. Cozef Karl Robnett Liklayder universal şəbəkə ideyasını ABŞ Müdafiə Nazirliyinin (DoD) Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (ARPA) İnformasiya Emalı Texnikaları Ofisində (IPTO) işləyib hazırlamışdı. "RAND Corporation"dan Pol Beran 1960-cı illərin əvvəllərində mesaj bloklarındakı məlumatlara əsaslanan paylanmış şəbəkə layihəsini təklif etmiş, Donald Devis 1965-ci ildə Milli Fiziki Laboratoriyada (NPL) Birləşmiş Krallıqda milli kommersiya məlumat şəbəkəsini irəli sürərək paket kommutasiyasını yaratmışdır. ARPA 1969-cu ildə Robert Teylor tərəfindən idarə olunan və Lourens Roberts tərəfindən idarə olunan ARPANET layihəsinin inkişafı üçün müqavilələr bağlamışdır. ARPANET 1970-ci illərin əvvəllərində Los-Anceles Kaliforniya Universitetində Leonard Kleynrok tərəfindən riyazi iş ilə dəstəklənən Devis və Beran tərəfindən təklif olunan paket kommutasiya texnologiyasını qəbul etmişdir. Şəbəkə Bob Kan da daxil olduğu "Bolt, Beranek və Newman" komandaları tərəfindən qurulmuşdur. 1970-ci illərdə verilənlər şəbəkəsini tədqiq edən və təmin edən bir neçə erkən paket kommutasiya şəbəkəsi meydana çıxmışdır.
Vərəqə (interfeys)
Vərəqə — interfeys dizaynında sənədlər arasında keçid üçün naviqasiya vidceti kimi vərəqələrdən istifadə edərək, birdən çox sənəd və ya panelin bir pəncərədə yerləşməsinə imkan verən qrafik istifadəçi interfeysi obyekti. Bu, əsasən veb-brauzerlər, veb-proqramlar, mətn redaktorları, parametr panelləri və pəncərə menecerləri ilə əlaqəli interfeys üslubudur. Vərəqələr kağız fayllarına və ya kart indekslərinə daxil edilmiş ənənəvi kart vərəqələrindən ilhamlanaraq modelləşdirilib. (iş masası metaforasına uyğun olaraq) Vərəqələr üfüqi çubuq və ya şaquli siyahı kimi görünə bilər. Üfüqi vərəqələr bir neçə sıra ola bilər. Vərəqələrin sürüşdürüb buraxma yolu ilə sırasını dəyişdirmək və ya mövcud vərəqədən ayrıca pəncərə yaratmaq mümkündür. Tətbiqlər birdən çox vərəqəni köçürmək, bağlamaq və ayırmaq üçün diapazon seçimini dəstəkləyə bilər. 1982-ci ildə IBM PC-nin WordVision DOS mətn prosessorunun vərəqəli interfeysə sahib olan ilk kommersiya məhsulu olduğu güman edilir. PC Magazine daha sonra məhsulun "proqram sənayesi üçün pulsuz Ar-Ge departamenti kimi xidmət etdiyini və on il ərzində guya yeni ideyalar axtaran proqramçılara görə sümüklərinin sızıldadığını" bildirdi. Don Hopkins NeWS pəncərə sistemi üçün pəncərə menecerinin bütün NeWS proqramlarında tətbiq edildiyi və istifadəçilərə vərəqələri pəncərənin istənilən kənarına sürüşdürməyə imkan verən vərəqəli pəncərə çərçivələrinin bir neçə versiyasını hazırlayıb yayımladı.
Həbsxanalarda internet
Həbsxanalarda internet — həbsxana şəraitində məhkumların internetdən istifadə etməsi. Həbsxanalarda internetdən istifadə məhbuslara xarici dünya ilə kommunikasiya qurmağa imkan verir. Həbsxanalarda telefondan istifadə hallarında olduğu kimi nəzarət altında internetdən müxtəlif məqsədlər üçün istifadə etmək hüququ ABŞ-nin 49 islah sistemində və Kanadanın beş vilayətində təsdiqlənmişdir. Havay, Ayova, Nebraska və Nevada istisna olmaqla, hesabat verən ABŞ sistemlərinin hər biri və Kanadanın hesabat verən beş vilayətinin hamısı məhbusların təhsil proqramlarını işə salmaq üçün kompüterlərdən istifadə edir. Teletibb vasitəsilə məhbusların sağlamlıq problemlərini həll etmək üçün 36 hesabat verən ABŞ sistemi var. Həbsxanada cib telefonlarından istifadə etmək hallarında olduğu kimi nəzarətsiz formada smartfon, şəxsi notbuk və planşet vasitəsilə internetə çıxış bütün məhbuslar üçün qadağandır. == Ölkələr üzrə == === Avstraliya === Məhkumların kompüter qurğularına və internet resurslarına çıxışı Avstraliyada yurisdiksiyalara görə dəyişir. Bəzi ştatlarda fərdi kompüter qabiliyyətinə malik cihazların həbsxana kameralarında istifadəsinə icazə verilir, bəzilərində idarə olunan formada internetə çıxış təmin edilir, digər ştatlarda isə bütün mövcud cihazlar geri alınır. Kompüterlərdən istifadə ümumiyyətlə təhsil, qanuni məqsədlər və idarə olunan reinteqrasiya üçündür. Bu siyasətin əsası təhsil və ya hüquqi məqsədlər üçün kompüterdən istifadəyə ehtiyacı olan bütün məhbusların əlverişsiz vəziyyətdə qalmamasını təmin etməkdir.
İnternet aktivizm
İnternet aktivizmi, vətəndaşların internet vasitəsilə cəmiyyət, siyasi proseslər və insan haqları ilə bağlı məsələlərə diqqət çəkmək, fikirlərini ifadə etmək və fəaliyyətlər təşkil etmək üçün istifadə etdiyi bir hərəkətdir. Bu fəaliyyət bir çox şəkildə ifadə oluna bilər, ona görə də ənənəvi aktivizmdən fərqli olsa da, fəaliyyət göstərən insanlar və qruplar eyni məqsədlər üçün bir araya gəlir və sosial şəbəkələr, bloqlar, onlayn forumlar, e-petisiyalar, veb-saytlar və s. kimi internet vasitələri ilə məsajlarını və məqsədlərini paylaşırlar. İnternet aktivizminin əsas məqsədlərindən biri insan haqlarının müdafiəsi və pozulmuş haqların ifşa edilməsidir. İnternet vasitəsilə aktivistlər və təşkilatlar, təhlükəli və qarşısının alınmasının mümkün olduğu məsələləri günü işıqlandıraraq diqqəti çəkməyə çalışırlar. Buna nümunə olaraq, vətəndaşlar internet vasitəsilə insan haqları pozuntularını ifşa edə bilirlər və bu sayədə dünya ictimaiyyəti bu məsələlərlə tanış ola bilər. İnternet aktivizmi bəzən təhlükələr ilə qarşılaşır, çünki hakim dövlətlər və başqa təhlükəli füqurlar aktivistləri izləyə, təhdid edə və hətta cəzalandıra bilərlər. İnternet aktivizmi, cəmiyyətin fərqli sahələrində və məsələlərində fikirlərini ifadə etmək və dəyişikliklər etmək istəyən insanlar üçün güclü bir alətdir.İnternet aktivizmi həm siyasi həm də mədəni inkişaf məsələlərinə diqqət çəkmək üçün istifadə edilir. Bu, onun qlobal məsələlərlə bağlı, habelə yerli cəmiyyətlərin maraqlarını qorumağa və onların inkişafına yardım etməyə nail olur. İnternet aktivistləri öz fikirlərini paylaşmaq, təşkilatlarını və həmçinin insanları bir araya gətirmək üçün onlayn vasitələrdən faydalanırlar.
İnternet aktivizmi
İnternet aktivizmi, vətəndaşların internet vasitəsilə cəmiyyət, siyasi proseslər və insan haqları ilə bağlı məsələlərə diqqət çəkmək, fikirlərini ifadə etmək və fəaliyyətlər təşkil etmək üçün istifadə etdiyi bir hərəkətdir. Bu fəaliyyət bir çox şəkildə ifadə oluna bilər, ona görə də ənənəvi aktivizmdən fərqli olsa da, fəaliyyət göstərən insanlar və qruplar eyni məqsədlər üçün bir araya gəlir və sosial şəbəkələr, bloqlar, onlayn forumlar, e-petisiyalar, veb-saytlar və s. kimi internet vasitələri ilə məsajlarını və məqsədlərini paylaşırlar. İnternet aktivizminin əsas məqsədlərindən biri insan haqlarının müdafiəsi və pozulmuş haqların ifşa edilməsidir. İnternet vasitəsilə aktivistlər və təşkilatlar, təhlükəli və qarşısının alınmasının mümkün olduğu məsələləri günü işıqlandıraraq diqqəti çəkməyə çalışırlar. Buna nümunə olaraq, vətəndaşlar internet vasitəsilə insan haqları pozuntularını ifşa edə bilirlər və bu sayədə dünya ictimaiyyəti bu məsələlərlə tanış ola bilər. İnternet aktivizmi bəzən təhlükələr ilə qarşılaşır, çünki hakim dövlətlər və başqa təhlükəli füqurlar aktivistləri izləyə, təhdid edə və hətta cəzalandıra bilərlər. İnternet aktivizmi, cəmiyyətin fərqli sahələrində və məsələlərində fikirlərini ifadə etmək və dəyişikliklər etmək istəyən insanlar üçün güclü bir alətdir.İnternet aktivizmi həm siyasi həm də mədəni inkişaf məsələlərinə diqqət çəkmək üçün istifadə edilir. Bu, onun qlobal məsələlərlə bağlı, habelə yerli cəmiyyətlərin maraqlarını qorumağa və onların inkişafına yardım etməyə nail olur. İnternet aktivistləri öz fikirlərini paylaşmaq, təşkilatlarını və həmçinin insanları bir araya gətirmək üçün onlayn vasitələrdən faydalanırlar.
İnternet bankçılığı
Onlayn bankçılıq, və ya internet bankçılığı, virtual bankçılıq, veb-bankçılıq — bankın və ya digər maliyyə institutunun müştərilərinə maliyyə institutunun veb-saytı və ya mobil proqramı vasitəsilə bir sıra maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən sistem. Bu, 2000-ci illərin əvvəlindən müştərilərin bank hesablarına daxil olmalarının ən geniş yayılmış yolu olmuşdur. Onlayn bankçılıq sistemi adətən bank xidmətlərinə çıxışı təmin etmək üçün bank tərəfindən idarə olunan əsas bank sisteminə qoşulur və ya onun bir hissəsi olur. Onlayn bankçılıq filial şəbəkəsindən asılılığı azaldaraq bankların əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və bəzi müştərilərə filiala getmə ehtiyacını azaldaraq, hətta filiallar bağlı olduqda belə bank əməliyyatlarını həyata keçirmək imkanı verir. İnternet bankçılığı elektron ödənişlərin edilməsi, hesab qalıqlarına baxmaq, çıxarışların alınması, son əməliyyatların yoxlanılması və hesablar arasında pul köçürməsi kimi funksiyaları təklif edən fərdi və korporativ bankçılıq xidmətləri təqdim edir. Bəzi banklar tamamilə internet və ya internet və telefon vasitəsilə fəaliyyət göstərirlər, heç bir fiziki filialı olmadan öz onlayn bankçılıq imkanlarına tam etibar edirlər. Bu banklara "birbaşa bank" və ya "neobank" deyilir. Müasir onlayn bankçılıq xidmətlərinin prekursoru 1980-ci illərin əvvəllərindən elektron formada və telefon vasitəsilə fəaliyyət göstərən distant bankçılıq olmuşdur. "Onlayn" termini 1980-ci illərin sonlarında populyarlaşdı və telefon xətti ilə bank sisteminə daxil olmaq üçün terminal, klaviatura və televizor və ya monitordan istifadəni nəzərdə tuturdu. "Ev bankçılığı" həmçinin, banka təlimatlarla telefon xəttinə səs tonları göndərmək üçün rəqəmsal klaviaturadan istifadəyə də aid ola bilər.
İnternet botu
İnternet botu və ya qısaca bot — İnternet üzərindən avtomatlaşdırılmış tapşırıqları (skriptləri) icra edən proqram təminatı. İnternet botu müştəri-server modelində müştəri rolunu oynayır, halbuki server rolunu adətən veb-serverlər oynayır. İnternet botları sadə və təkrarlanan tapşırıqları bir insanın edə biləcəyindən daha sürətli yerinə yetirməyə qadirdir. Botların ən geniş istifadəsi veb axtarış, yəni avtomatlaşdırılmış skriptin veb-serverlərdən məlumatı götürməsi, təhlil etməsi üçündür. Ümumi veb trafikin yarısından çoxu botlar tərəfindən yaradılır. Veb serverlərinin botları məhdudlaşdırmaq cəhdləri fərqlidir. Bəzi serverlərdə həmin serverdə bot davranışını tənzimləyən qaydaları ehtiva edən robots.txt faylı var. Qaydalara əməl etməyən istənilən botun veb-sayta girişi qadağan edilə bilər. Göndərilən mətn faylında əlaqəli proqram/tətbiq yoxdursa, qaydalara riayət etmək tamamilə könüllüdür. Çünki qaydaları tətbiq etmək və ya botun yaradıcısı və ya icraçısının robots.txt faylını oxumasını və ya onu tanımasını təmin etmək üçün heç bir yol olmayacaq.
Kuki (internet)
HTTP kuki (ing. HTTP cookie) (həmçinin veb kuki, internet kuki, brauzer kuki olaraqda adlanır) — vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır. Kukilər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar veb-serverlərə statuslu məlumatı (məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar) istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə (o cümlədən, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələrin ziyarət edildiyini qeyd etmək). Onlar həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kartı nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə edilə bilər. == Növləri == === İdentifikasiya kukiləri === İdentifikasiya kukiləri adətən istifadəçinin daxil olduğunu və hansı hesabla daxil olduğunu təsdiqləmək üçün veb serverlər tərəfindən istifadə olunur. Kuki olmadan istifadəçilər daxil olmaq istədikləri həssas məlumatları ehtiva edən hər bir səhifəyə daxil olaraq özlərini autentifikasiya etməlidirlər. İdentifikasiya kukisinin təhlükəsizliyi ümumiyyətlə emitent saytının və istifadəçinin veb brauzerinin təhlükəsizliyindən və kuki məlumatlarının şifrələnib-şifrələnməməsindən asılıdır. Təhlükəsizlik zəiflikləri kuki məlumatlarının təcavüzkar tərəfindən oxunmasına, istifadəçi məlumatlarına daxil olmaq üçün istifadə edilməsinə və ya kukinin aid olduğu vebsayta (istifadəçinin etimadnaməsi ilə) daxil olmaq üçün istifadə edilməsinə imkan verə bilər. === İzləmə kukiləri === İzləmə kukiləri və xüsusən də üçüncü tərəfin izləmə kukiləri, adətən, şəxslərin axtarış tarixçələrinin uzunmüddətli qeydlərini tərtib etmək üçün istifadə olunur – bu, Avropa və ABŞ qanunvericilərini 2011-ci ildə tədbir görməyə vadar edən potensial məxfilik problemidir.
İnternet estetikası
İnternet estetikası və ya mikroestetika — bəzən moda üslubu, submədəniyyət və ya musiqi janrı ilə müşayiət olunan, adətən internetdən yaranan və ya onun üzərində populyarlaşan vizual sənət üslubu. 2010-cu və 2020-ci illər ərzində onlayn estetika xüsusilə "Tumblr", "Pinterest", "Instagram" və "TikTok" kimi sosial media platformalarında artan populyarlıq qazanmış, tez-tez insanlar tərəfindən fərdiliyini və yaradıcılığını ifadə etmək üçün istifadə olunmuşdur. Onlar eyni maraqları bölüşən insanlar arasında icma və aidiyyət hissi yaratmaq üçün də istifadə edilə bilər. Estetika termini "akademik mənşəyindən tamamilə ayrılmış" kimi təsvir edilmişdir və ümumiyyətlə sifət kimi istifadə olunur. İnternet estetikası vizual üslubu ilə xarakterizə olunur və müəyyən edilir. "Vogue" əməkdaşı Sara Spellinqs qeyd etmişdir: "The Atlantic" əməkdaşı Ketlin Tiffeni bildirmişdir: Estetika üçün bir çox adlar, "The Washington Post"a görə, "hardkor" sözündən yaranan "-kor" kimi şəkilçilərdən istifadə edilir. "Dark academia", "Cottagecore", "Art Hoe", "Coquette/Nymphet" və "Weirdcore" kimi internet estetikası hesab olunan cərəyanlar "Tumblr"da yaranmışdır. "Fandom"da yerləşdirilən "Estetika Viki" onlayn estetika ilə bağlı geniş məlumat bazasına sahib olduğuna görə tez-tez istinad edilir. "The Atlantic"ə görə, viki 2020-ci ildə trafikdə 9,974% artım əldə etmişdir. 2022-ci ildə "Vox" jurnalisti Rebekka Cenninqs "TikTok"dan bir çox trendin bir trend altına düşdüyü fikrini müdafiə etmişdi.
İnternet filtri
İnternet filtri — İnternet istifadəçisinin daxil ola biləcəyi məzmunu məhdudlaşdıran və ya nəzarət edən, xüsusən də WWW, E-poçt və ya digər vasitələrlə internet üzərindən çatdırılan materialı məhdudlaşdırmaq üçün istifadə edilən proqram təminatı. Məzmuna nəzarət proqramı hansı məzmuna icazə veriləcəyini və ya bloklanacağını müəyyən edir. Bu cür məhdudiyyətlər müxtəlif səviyyələrdə tətbiq oluna bilər: hökumət onları ölkə miqyasında tətbiq etməyə cəhd edə bilər (bax: İnternet senzurası) və ya İnternet xidmət provayderi öz müştərilərinə, işəgötürən öz işçilərinə, məktəb rəhbərliyi şagirdlərə, kitabxana ziyarətçilərə, valideyn uşağının kompüterinə və ya fərdi istifadəçilər öz kompüterlərinə. Məqsəd çox vaxt kompüterin sahibinin və ya digərlərinin etiraz edə biləcəyi məzmuna çıxışın qarşısını almaqdır. Məzmunun bloklanması istifadəçinin razılığı olmadan tətbiq edildikdə internet senzurasının bir forması kimi xarakterizə edilə bilər. Bəzi proqram təminatları valideynlərə uşağın İnternetə daxil olmasına, oyun oynamağa və ya digər kompüter fəaliyyətlərinə sərf edə biləcəyi vaxtın miqdarını təyin etmək icazəsi verən vaxta nəzarət funksiyalarını ehtiva edir. Bəzi ölkələrdə bu cür proqram təminatı hər yerdə mövcuddur. Kubada hökumətin nəzarətində olan internet-kafedə kompüter istifadəçisi müəyyən sözləri yazarsa, mətn prosessoru və ya veb-brauzer avtomatik olaraq bağlanır və "dövlət təhlükəsizliyi" xəbərdarlığı verilir. "Məzmuna nəzarət" termini bəzən CNN, Playboy jurnalı, San Francisco Chronicle və The New York Times tərəfindən istifadə olunur. Bununla belə, "məzmun filtri proqramı", "proksi serverlərin filtrlənməsi", "təhlükəsiz veb şlüzləri", "senzura proqramı", "məzmun təhlükəsizliyi və nəzarəti", "veb filtrləmə proqramı", "məzmun senzura proqramı" və "məzmun bloklama proqramı" kimi ifadələr də tez-tez istifadə olunur.
İnternet linqvistikası
İnternet linqvistikası — İngiltərə linqvisti Devid Kristalın tərəfdarı olduğu dilçilik sahəsi. Bu, internetin və qısa mesaj xidməti (SMS) mətn mesajlaşması kimi digər yeni medianın təsiri altında yaranan yeni dil üslublarını və formalarını öyrənir. Kompüter vasitəçiliyi (CMC) və internet vasitəçiliyi ilə ünsiyyətə (IMC) gətirib çıxaran insan–kompüter qarşılıqlı əlaqəsi (HCI) başlayandan bəri Qretçen MakKalok kimi ekspertlər linqvistikanın veb-interfeys və istifadənin şərtləri baxımından bunda mühüm rol oynadığını etiraf etmişdilər. İnternetdə yaranan dili öyrənmək konseptual təşkili, tərcüməni və vebdən istifadəni yaxşılaşdırmağa kömək edə bilər. Bu cür araşdırma həm linqvistlərə, həm də veb-istifadəçilərə birlikdə fayda gətirməyi hədəfləyir. İnternet linqvistikasının öyrənilməsi dörd əsas perspektiv vasitəsilə həyata keçirilə bilər: sosial linqvistika, təhsil, stilistika və tətbiqi linqvistika. Sonrakı texnoloji irəliləyişlər nəticəsində, o cümlədən internetin korpus kimi inkişafı və internetin yayılmasının gətirdiyi stilistik variasiyaların kütləvi informasiya vasitələri və ədəbi əsərlər vasitəsilə yayılması və təsiri nəticəsində inkişaf etmişdir. İnternetə qoşulan istifadəçilərin sayının artması nəzərə alınmaqla, internetin linqvistik gələcəyini müəyyən etmək hədəf olaraq qalır. Çünki yeni kompüter vasitəçiliyi texnologiyaları yaranmağa davam edir və insanlar dillərini bu yeni mediaya uyğunlaşdırmağa davam edirlər. İnternet həm insanları həvəsləndirməkdə, həm də diqqəti dillərin istifadəsindən yayındırmaqda mühüm rol oynamaqda davam edir.
İnternet metaforları
İnternet metaforları internet istifadəçilərinə və tədqiqatçılarına onun müxtəlif funksiyalarını, istifadələrini və təcrübələrini başa düşmək və çatdırmaq üçün struktur təmin edir. Metaforlardan istifadənin üstünlüyü ondan ibarətdir ki, onlar fərdlərə məhdud təcrübəyə malik olduqları mücərrəd konsepsiya və ya hadisəni fəzada fiziki hərəkət kimi konkret, yaxşı başa düşülən konsepsiya ilə müqayisə edərək təsəvvür etməyə imkan verir. İnterneti təsvir etmək üçün metaforlar yarandığı gündən istifadə edilmişdir və internetin məqsədləri və parametrləri hələ də aydın olmayan bir zamanda internetin hamı tərəfindən başa düşülməsi ehtiyacından irəli gəlir. Metaforlar internet infrastrukturunun görünməzliyi və qeyri-maddi problemlərinin öhdəsindən gəlməyə və hərfi ifadələrin olmadığı linqvistik boşluqları doldurmağa kömək edir. Magistral yollar, şəbəkələr, buludlar, matrislər, sərhədlər, dəmir yolları, dalğalar, kitabxanalar, ticarət mərkəzləri və kənd meydanları internet müzakirələrində istifadə olunan metafor nümunələridir. Zaman keçdikcə bu metaforlar mədəni kommunikasiyalara daxil olub, internetin gələcək inkişafına rəhbərlik edən istifadəçilərin idrak çərçivələrini və qavrayışlarını şüuraltı şəkildə formalaşdırıb. Populyar metaforlar həm də internet dizaynerlərinin niyyətlərini və ya hökumət rəsmilərinin fikirlərini əks etdirə bilər. İnternet tədqiqatçıları, məşhur metaforların internetin reallıqlarını düzgün əks etdirmədiyini müəyyən etmək üçün tez-tez yenidən nəzərdən keçirilməli olduğu ilə razılaşırlar, lakin bir çoxları hansı metaforların saxlanmalı və hansının geridə qalmalı olduğuna dair razılaşmırlar. İnternet metaforları gələcək fəaliyyət və internetin bir fərdi və cəmiyyət səviyyəsində imkanlarının qavrayışını istiqamətləndirir. İnternet metaforları mübahisəlidir və bəzən siyasi, təhsil və idraki məsələləri təqdim edə bilərlər.
İnternet milliyətçiliyi
İnternet milliyətçiliyi (kiber-milliyətçilik, onlayn milliyətçilik) — öz fəaliyyətini internet üzərində quran milliyətçilik. İnternet milliyətçiliyinin müxtəlif aspektləri var ki, bu da təbliğatın bir hissəsi kimi hökumətə kömək edə bilər. Sosial bir fenomen olaraq, kiber-milliyətçilik internetdə toplaşan milliyətçi qruplardır. Onlar tez-tez digər ölkələrə qarşı təhqiredici hərəkətlər edir, məsələn, xakerlik və seçkilərə təsir göstərməyə çalışırlar. Bu fenomenə Yaponiya, Rusiya və Çin kimi bir çox ölkədə rast gəlmək olar. İnternet fiziki sərhədlər olmadan ünsiyyət qurmağı asanlaşdırır. Rəqəmsallaşdırma vasitəsilə müxtəlif ölkələrdə yaşayan insanlar əvvəlkindən daha yaxşı ünsiyyət qura bilirlər. Bir zamanlar homofillərin bir araya gəlməsinə mane olan fiziki sərhədlərin internetdə olmadığı, eyni düşüncəli insanların görüşməsinə və siyasi və ya sosial cəhətdən səfərbər olmasına imkan verdiyi nəzəriyyəsi irəli sürülür, halbuki internetdən əvvəl onlar bunu edə bilmirdilər. Digərləri isə bu fikrin idealist olduğunu iddia edirdilər. İnternetdəki istifadəçilər gözləniləndən fərqli olaraq bir-birlərinə qarşı güclü nifrət hissi keçirirlər.
İnternet münasibəti
İnternet münasibəti — internetdə tanış olan və bir çox hallarda bir-birini yalnız internet vasitəsilə tanıyan insanlar arasındakı münasibət. Onlayn münasibətlər bir çox cəhətdən məktub dostu münasibətlərinə bənzəyir. Bu əlaqə romantik, platonik və hətta işgüzar münasibətlərə əsaslana bilər. İnternet münasibəti (və ya onlayn münasibət), şəxsi münasibətlər kimi, münasibət adlandırılmazdan əvvəl əsasən, müəyyən bir müddət davam edir. Buradakı əsas fərq odur ki, internet münasibəti kompüter və ya onlayn xidmət vasitəsilə davam etdirilir və münasibətdə olan şəxslər bir-birləri ilə şəxsən görüşə və ya heç vaxt görüşməyə bilərlər. Əks halda, bu termin kifayət qədər genişdir və mətn, video, audio və hətta virtual xarakterə əsaslanan münasibətləri də əhatə edə bilər. Bu münasibət müxtəlif bölgələrdə, müxtəlif ölkələrdə, dünyanın müxtəlif tərəflərində, hətta eyni ərazidə yaşayan, lakin şəxsi ünsiyyət qurmayan insanlar arasında ola bilər. "Cins, təxəllüslər və KVK: Maskalanmış şəxsiyyətlər və çılpaq ruhlar" kitabının müəllifi Maykl Ceffə görə, "internet əvvəlcə hökumət alimləri ilə müdafiə ekspertləri arasında ünsiyyəti sürətləndirmək üçün yaradılmışdı və heç də məşhur "şəxslərarası əlaqə" olmaq üçün nəzərdə tutulmamışdı". Bununla belə, hələ də kütləvi ictimaiyyətin onlayn ünsiyyət qurmasına imkan verən yeni və inqilabi cihazlar daim inkişaf etdirilir və buraxılır. Fərqli istifadə və qarşılıqlı əlaqə üsulları üçün çoxlu cihazların olması əvəzinə, mobil telefonlar, planşetlər, noutbuklar və smartfonlar kimi bir cihazda quraşdırılmış internet funksiyasına malik olmaqla onlayn ünsiyyət daha əlçatan və daha ucuzdur.
İnternet polisi
İnternet polisi — bir sıra ölkələrdə internetə nəzarəti həyata keçirən polis və dövlət qurumları, idarələr və digər təşkilatlar üçün ümumi termin. İnternet polisinin əsas məqsədləri dövlətdən asılı olaraq kibercinayətkarlıqla, həmçinin senzura və təbliğatla mübarizədir. 2006-cı ildə yaradılmış Estoniyanın Kompüter Təcili Yardım Qrupu (CERT Estonia), .ee domeninə sahib kompüter şəbəkələrində təhlükəsizlik insidentlərinin idarə edilməsinə cavabdeh olan təşkilatdır. Onun vəzifəsi Estoniyada internet istifadəçilərinə təhlükəsizlik insidentlərindən mümkün zərəri azaltmaq və təhlükəsizlik təhdidlərinə cavab verməkdə onlara kömək etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsində kömək etməkdir. "CERT Estonia" Estoniya şəbəkələrində baş verən, orada başlanan və ya Estoniyada və ya xaricdə vətəndaşlar və ya qurumlar tərəfindən xəbərdar edilmiş təhlükəsizlik insidentləri ilə məşğul olur. 2022-ci ilin martında Yaponiya ciddi kibercinayətkarlıq halları ilə mübarizə aparmaq üçün Milli Polis Agentliyində internet polis bürosunun və xüsusi istintaq qrupunun yaradılması haqqında qanun qəbul etmişdir. Niderland polisinin kibercinayətkarlıqla mübarizə aparmaq üçün İnternet Briqadası qurduğu iddia edilmişdir. Kəşfiyyat məlumatlarının toplanması üçün internet xəbər qruplarına və müzakirə forumlarına sızmağa, psevdoalış etməyə və xidmətlər göstərməyə icazə veriləcək. İnternet provayderi Cybercrime.gov US Department of Justice CCIPS Cybercellmumbai.com Indian Cyber Crime Investigation Cell US CERT United States Computer Emergency Readiness Team (US-CERT) US Secret Service Computer Fraud On Guard OnGuardOnline.gov provides practical tips from the federal government and the technology industry to help you be on guard against Internet fraud, secure your computer, and protect your personal information.
Inertes
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Internet
İnternet (internus — daxili və inter — arasında; Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı.
Internews
Internews bütün dünyada açıq kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təşkilatdır. Bu təşkilat demokratiyanın yenicə meydana gəldiyi ölkələrdə müstəqil kütləvi informasiya vasitələrinə dəstək məqsədilə yenilikçi radio və televiziya proqramları hazırlayır, mətbuata yardım göstərir, habelə ölkə daxilində və ölkələrarası münaqişələrin azaldılması üçün açıq internet sistemini xüsusi vasitiə kimi inkişaf etdirir. Təşkilat baş qərargahı Amerika Birləşmiş Ştatları Kaliforniya ştatının Arkata şəhərində yerləşməklə dünyanın 30 ölkəsində fəaliyyət göstərməkdədir.
Internet Archive
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Internet Exploler
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb-brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet Explorer
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Internet TLD
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Samsung Internet
Samsung Internet — Android əməliyyat sistemi üçün mobil veb brauzer. İlkin versiyaları Samsung mobil telefonları və tabletləri üçün nəzərdə tutulsa da hazırda bir çox Android qurğularını dəstəkləyir. Render aparatı açıq-kodlu Chromium əsasında hazırlanıb və Samsung şirkətinin Web Service Group-u tərəfindən bir çox təkmilləşdirmələr edilib. 2016-cı ildə 400 milyondan çox aktiv istifadəçisi olmuşdur. 2018-ci il May ayındakı hesablamalara görə dünya brauzer payında 4.98%-lik yer tutur. Məzmun bloklama genişlənməsi Gear VR və DeX inteqrasiyası. KNOX İmkanı Open Tabs və Bookmark Sinxronizasiyası Oxucu rejimi Səhifələrin yadda saxlanması “Məxfi rejim” və biometrik autentikasiya.