İNTİZAM

(ərəb; latın analoqu disciplina) ictimai inkişaf prosesində təbii yollarla və ya dinin, adətin, mədəniyyətin təsiri altında, bəzi hallarda isə dövlət qanunvericiliyi təsiri altında formalaşan, cəmiyyətin maraqlarına cavab verən və onun əksər üzvləri tərəfindən riayət edilən davranış qaydaları məcmuəsi. İ. cəmiyyətin normal fəaliyyəti üçün zəruri qaydanın saxlanması və müdafiə olunması vasitəsidir, o, cəmiyyətin bütün üzvləri üçün məcburidir. İ. qaydaları cəmiyyətdə tədris, təbliğat, tərbiyələndirmə, maddi və mənəvi stimullaşdırma və, hətta onun pozulmasına görə müəyyən təzyiq vasitələrinin, o cümlədən; maddi, mənəvi, inzibati sanksiyalarının tədbiqi mümkünlüyü vasitələrilə, şüurlu şəkildə qəbul edilir və qorunur. Cəmiyyətdə iki növ İ. mövcuddur: ümumi – icbari və; xüsusi (təşkilatdaxili, partiya, əmək, istehsal, texnoloji, xidməti, hərbi, müqavilə, maliyyə, nəqliyyat, tədris, ekoloji). İ. dövlət və cəmiyyət tərəfindən qorunur.
İNTERPELLYASİYA
İNTİZAM MƏSULİYYƏTİ
OBASTAN VİKİ
İntizam Qaçayev
İntizam Rəhimov
İntizam (film, 1983)
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.

Digər lüğətlərdə