Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müşayiət gəmisi
Müşayiət gəmisi və ya müşayiət aviadaşıyıcısı, Bu, II Dünya Müharibəsi zamanı Kral Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Yapon İmperator Donanması və Yaponiya İmperator Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən kiçik və yavaş tipli təyyarə gəmisi idi. Onlar adətən daha böyük donanma gəmilərinin uzunluğunun yarısı uzunluğunda olan və subasımının üçdə bir həcmində, daha yavaş sürətə, daha az təyyarə daşıma qabiliyyətinə və daha yüngül silah və zirehlərə malik idilər. Müşayiət gəmiləri daha ucuz idi, çünki onlar əsasən kommersiya gəmisinin gövdəsi üzərində inşa olunurdular və istənilən vaxt tez bir zamanda tikilə bilərdilər. Donanma gəmilərinin sayca az olması şəraitində onlara müvəqqəti olaraq çoxlu sayda vəzifələr verilirdi və bu da onların üstünlüyü idi. Bununla belə, mühafizənin olmaması müşayiət gəmilərini həssas vəziyyətə salırdı və bəziləri məhz buna görə batırılmışdır. Yüngül təyyarədaşıyıcılar bir çox cəhətlərinə görə müşayiət gəmilərinə oxşar bir konsepsiya idi, lakin donanma gəmiləri ilə birlikdə xidmət etmək üçün lazım olan daha yüksək sürətə sahib idilər. Müşayiət gəmiləri donanma gəmiləri, döyüş gəmiləri və kreyserlərdən ibarət olan əsas qüvvələr ilə ayaqlaşa bilməyəcək qədər yavaş idilər. Bunun əvəzinə, konvoyları müşayiət etmək və onları düşmən sualtı qayıqlarının və təyyarələrinin törədə biləcəyi təhdidlərdən mühafizə etmək üçün istifadə olunurdular. Materik Avropası və Sakit Okean adalarına edilən hücumlarda müşayiət gəmiləri amfibiya əməliyyatları zamanı quru qüvvələrinə yaxın hava dəstəyi verirdilər. Müşayiət gəmiləri, donanma gəmilərinə əlavə təyyarələrin daşınması və bütün hərbi xidmətlərin çatdırılma məntəqələrinə çatması üçün bərə təyyarələrinin daşınması kimi müxtəlif missiyalarda da istifadə edilmişdirlər.
Müraciət
Müraciət — kiməsə ünvanlanan şifahi və ya yazılı çağırış, nitq, xahiş.
Musayev
Musayev — Azərbaycan soyadı. Bu soyadı olan tanınmış şəxslər === A === Akif MusayevAkif Musayev (iqtisadçı) (1947–2022) — professor, AMEA-nın müxbir üzvü. Akif Musayev (film direktoru) (d. 1942) — film direktoru, icraçı prodüser, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000)[1] və əməkdar incəsənət xadimi.Alik Musayev (1987–2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsi şəhidi. Ayxan Musayev (2000–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. === B === Beydulla Musayev (1907–1979) — azərbaycanlı tərcüməçi. === Ə === Ələkbər Musayev (1999–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. === F === Fuad Musayev (1938–2020) — AFFA-nın ilk prezidenti. === H === Hüseyn Musayev (1889–1956) — dövlət xadimi, Azərbaycan Dövlət Aqrar Universitetin direktoru. === X === Xaləddin Musayev (d.
Akif Musayev
Akif Musayev (iqtisadçı) — Azərbaycan professoru, AMEA-nın müxbir üzvü (2001). Akif Musayev (film direktoru) — film direktoru, icraçı prodüser.
Alaudi Musayev
Alaudi Nəcmədinoviç Musayev (2 dekabr 1957, İli rayonu[d], Almatı vilayəti) — Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatı Rəyasət Heyətinin üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun üzvü, polis polkovniki, hüquq elmləri doktoru, professor, hüquqşünas. Çeçenistan Respublikasının əməkdar elm xadimi (1996). Çeçenistan Respublikasının əməkdar hüquqşünası (2002), Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin əməliyyat-istintaq fəaliyyəti kafedrasının professoru (2005), Cinayət-prosessual kafedrasının professoru (2004-cü ildən). Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi, Sovet İttifaqında Beynəlxalq Polis Assosiasiyasının ilk üzvü (1992-ci ildən). 70-dən çox elmi məqalə çap etdirmişdir. Yeddi hüquq elmləri namizədi hazırlayıb. == Həyatı == Alaudi Musayev 2 dekabr 1957-ci ildə Qazaxıstan SSR, Almatı vilayəti, İli rayonunun İliyski sovxozunda anadan olub. Milliyyətcə çeçendir. Musayevin valideynləri 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı Çeçenistandan sürgün olunmuşdular. Murad Musayevin oğlu tanınmış hüquqşünasdır.
Alik Musayev
Alik Rafiq oğlu Musayev (7 avqust 1987, İmişli rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Musayev 1987-ci il avqustun 7-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. == Hərbi xidməti == Alik Musayev 2011-2017-ci illərdə DİN Daxili Qoşunlarının, 2017-ci ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş çavuşu olan Alik Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alik Musayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Allahyar Musayev
Allahyar Musayev (1917, Əhmədli – 1997, Bakı) — Azərbaycan SSR maarif nazirinin müavini, Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin ikinci katibi, Azərbaycan Kommunist Partiyası Mardakert Rayon Komitəsinin əvvəlcə ikinci katibi, sonra isə birinci katibi, Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1917-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1937-ci ildə Quba Müəllimlər İnstitutununu bitirib. Sadınlar kəndində 7-illik orta məktəbində direktor işləyib. Bu zaman Azərbaycanda represiyyanının qızğın çağları idi. Bu gərginlikdən çıxmaq üçün Allahyar Musayev Qarabağa gəlir və bir müddət orada yaşayır. 1940-cı ildə Laçında Komsomol komitəsinin katibi olur. 19941-ci ildə müharibəyə gedir. 1943-cü ilin yanvarına qədər mayor rütbəsində İrana göndərilən Sovet ordusu birləşməsinin siyasi rəhbəri kimi xidmət edir. 1943-cü ildə ordudan geri çağrılır.
Alqış Musayev
Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərin] == Siyasi-ictimai fəaliyyəti == 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib. I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.
Aqil Musayev
Aqil Musayev (3 noyabr 1973, Qazax rayonu – 5 oktyabr 1994, Gəncə) — Qarabağ müharibəsinin iştirakçısıdır. 5 oktyabr 1994-cü ildə Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən, qəhrəmancasına həlak oldu. Aqil Musayev 5 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin cənab Heydər Əliyevin 215 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Aqil Musayev 3 noyabr 1973-cü ildə Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. == Qarabağ müharibəsi == 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır.
Araz Musayev
Araz Musayev - Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası, == Haqqında == Musayev Araz Furqan oğlu 1977- ci il noyabrın 6-da Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. Ailəlidir. == Təhsili == 1985-ci ildə Masallı rayonunun Lürən kəndi orta məktəb getmiş və 1995-ci ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Beynəlxalq Universitetin "Hüquq fakültəsinə" qəbul olmuş, 1999-cü ildə Universiteti bitirib hərbi xidmətə getmişdir. == Əmək fəaliyyəti == Hərbi xidmətdən tərxis edildikdən sonra əmək fəaliyyətinə başlamış, 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində çalışmış. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində çalışır və daxili xidmət polkovnik-leytenantıdır., == İdman fəaliyyəti == 1994-cü ildən peşəkar idmanla məşğul olaraq, dəfələrlə Kinqboksinq-Muay-Tay, Tayboksinq, Uşusanda üzrə Azərbaycan çempionu olmuşdur. 1998-ci ildə ölkə çempionatlarında uğur qazanmağa başlayaraq, ilk idman nailiyyəti ölkə ikinciliyi olmuşdur. Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionudur. Beynəlxalq dərəcəli və Əməkdar idman ustasıdır. 2003-cü ildən Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidentidir.
Ayapbergen Musayev
Ayapbergen Musayev (1880, Qaraqalpaqıstan Respublikası – 1936, Qaraqalpaqıstan Respublikası) — Xalq şairi. XX əsr qaraqalpaq ədəbiyyatının banilərindən biri. == Haqqında == Ayapbergen Musayev 1880-ci ildə anadan olub. Onun şeir yazmağa meyli lap gənc yaşlarından özünü büruzə vermişdir. Məsələn, Ayapbergen Musayevin "Gölə tərəf qaç" şeiri hələ əlyazma şəklində nəşr olunan "Qızıl müəllim" ("Qızıl muqallim") (1930, № 1) jurnalında nəşr olunmuşdur. A.Musayevin şeirləri hələ ilkin dövrlərdə dildən-dilə gəzirdi, həmyerliləri şairin əksər əsərlərini əzbər bilirdilər. Son dərəcə bacarıqlı deklamsiyaçı Jumamurat Zülabi onun əsərlərini tez-tez xalq arasında əzbərdən oxuyardı. Hələ yaradıcılığının ilkin dövründə o, satirik və yumoristik şeirləri ilə tanınırdı. Bu şeirlərdə əsas ən cəmiyyətdə olan eybəcərliklər tənqid atəşinə tutulurdu. Lakin şairin yaradıcı potensialı 20-ci illərdə daha güclü şəkildə açılmağa başladı.
Ayxan Musayev
Ayxan Musayev (22 sentyabr 2000, Gəncə – 28 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Musayev Mehman oğlu 22 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə almış, daha sonra Gəncə şəhər 1 saylı peşə məktəbində qaz-qaynaqçısı ixtisası üzrə təhsilini davam etdirmişdir. === Ailəsi === Ayxan Musayev Subaydır. Atası vəfat etmişdir. Anası və 1 bacısı var. == Hərbi xidməti == 2018-ci ildə Musayev Ayxan müddətli hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət zamanı "Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və "Azərbaycan uğrunda ən yaxşı bölük" adlı yarışda əldə etdiyi nailiyyətərə görə mükafatlandırılıb. Hərbi xidməti başa vurduqdan sonra, ehtiyatda olan əsgər kimi, 27 sentyabr 2020 - ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1 oktyabr 2020 - ci il tarixində onurğasından və qolundan yaralanmış və hospitalda müalicə olunmuşdur.
Bayram Musayev
Musayev Bayram Mehman oğlu (20 mart 2001, Sabirabad rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur. Novruzda doğulduğu üçün adını Bayram qoymuşdular. Orta məktəbi Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində oxuyub. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq, traktorçu ixtisasına yiyələnmişdir. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım rəhmətə gedir, Bayram anadan yetim qalır. == Döyüş yolu == Bayram Musayev 2019-cu ilin iyulunda Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonunun “N”saylı hərbi hissəsində keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda da hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır.
Bağır Musayev
Bağır Namaz oğlu Musayev (17 sentyabr 1958) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü. == Həyatı == Bağır Musayev 1958-ci il sentyabrın 17-də anadan olub. Kuban Dövlət Universitetinin hüquq bölməsində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 99 nömrəli Şəmkir şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Bağır Musayev 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Bağır Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Beydulla Musayev
Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub.Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s. əsərlərin tərcüməsi olub.
Binəli Musayev
Musayev Binəli İsa oğlu – fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Binəli Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır. 1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır. Binəli müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Dilsuz Musayev
Dilsuz Musa oğlu Musayev (10 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru == Həyatı == 1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986—89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib.
Elşən Musayev
Elşən Musayev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri. Elşən Musayev (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Emil Musayev
Emil Vurğun oğlu Musayev (2 oktyabr 1989, Bakı) — azərbaycanlı aktyor, ssenarist, blogger, aparıcı, Planet Parni iz Baku KVN teatrının aktyoru, Vətən müharibəsinin iştirakçısı. == Həyatı == Emil Musayev 2 oktyabr 1989-cu ildə Bakıda anadan olub. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra kompüter texnologiyaları ixtisası üzrə Azərbaycan Texniki Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra isə 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Emil Musayev İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. == Fəaliyyəti == 2008-ci ildən Azərbaycan Texniki Universitetinin Şən və Hazırcavablar Klubunda çıxış etməyə başlayıb. 2010-cu ildə Space televiziyasında yayımlanan Yumor Kuboku yarışmasında iştirak edib. 2011-ci ildə Planet Parni iz Baku KVN teatrına dəvət alıb. == Filmoqrafiya == === Aşağıdakı layihələrdə rol almışdır: === 2011-ci ildə teatrın "10line yubiley" 2013-cü ildə "Hər gün sirk" 2014-cü ildə "Analoqu olmayan" 2015-ci ildə "Hamı avroppalara" 2016-cı ildə "İdeal milli yumor" 2017-ci ildə "TV-yə giriş qadağandır" 2018-ci ildə "Nataşa tı prişol?" 2019-cu ildə isə "Nataşa mı prişla" adlı solo konsertlərində çıxış edib 2019-cu ildə "Məhəllə 3" 2020-ci ildə "Ağanatiq" filmlərində rol almışdır"Zarafat Zarafata" və "Zarafat+" layihələrinin ideya müəllifi və rəhbəridir.
Faiq Musayev
Faiq Nəsib oğlu Musayev — alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru. == Həyatı == Faiq Musayev 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. Həmin universiteti Lenin təqaüdü ilə bitirmişdir. == Elmi fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun "Quruluş kimyası" laboratoriyasında elmi fəaliyyətə başlamışdır. Kompleks birləşmələrin sintezi, quruluşu və xassələrinin öyrənilməsi sahəsi üzrə elmi tədqiqat işləri ilə məşğul olmuşdur. 1979-cu ildə elmlər namizədi, 1991-ci ildə doktorluq dərəcəsi almışdır. 1993-cü ildən 1998-ci ilədək Tayvanda "Quruluş kimyası" laboratoriyasında fəaliyyət göstərmişdir. 1998-ci ildə Yeni Zelandiya, Braziliya və ABŞ-dən dəvət almışdır. 1998-ci ildən ABŞ-nin Virciniya Universitetinin "Quruluş kimyası" laboratoriyasında çalışır.
Fuad Musayev
Fuad Ənvər oğlu Musayev (11 yanvar 1938, Bakı – 16 iyun 2017, Moskva) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan SSR Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tikinti işləri üzrə katibi, Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini. == Həyatı == 1938-ci il yanvarın 11-də Bakı şəhərində anadan olub. Atası — Musayev Ənvər Yusif oğlu əslən Şuşa şəhərindən, anası — Əliyeva Elmira Cahangir qızı Gəncə şəhərindəndir. 1957-ci ildə Bakı şəhəri 6 saylı ümumtəhsil orta məktəbini, 1963-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini inşaatçı-mühəndis ixtisası üzrə bitirib. Sonrakı illərdə Moskvada İctimai Elmlər Akademiyasını və SSRİ Xalq Təsərrüfatı Akademiyasını bitirib. Fuad Musayev 1973-cü ilə qədər Bakıda 1 saylı Ev Tikintisi Kombinatının (ETK) sıravi ustasından direktor müavininə qədər tikinti sahələrində çalışmış, Bakı şəhərində 8-ci Kilometr, Əhmədli, Bakıxanov, Günəşli, Xırdalan qəsəbələrində və 6, 7, 8 və 9-cu mikrorayonlarında yeni yaşayış massivlərinin salınmasında, eləcə də 1, 2 və 3 saylı ETK-nin yenidən qurulmasında iştirak etmişdir. == İdman kariyerası == Fuad Musayev 1952-ci ildə "Spartak" və "Medik" gənclərdən ibarət futbol və voleybol komandalarının üzvü, 1955-ci ildən Azərbaycan gənclərdən ibarət futbol və voleybol yığmalarının üzvü, Zaqafqaziya respublikalarının gənclərdən ibarət komandaları və Rusiya çempionu arasında ənənəvi voleybol turnirinin qalibi, "Spartak" Cəmiyyəti Mərkəzi Şurasının böyüklər komandaları arasında Ümumittifaq yarışlarının iştirakçısı olmuşdur. O, 1956-cı ildə gənclər komandaları arasında voleybol üzrə Azərbaycan çempionu; gənclər komandaları arasında voleybol üzrə SSRİ çempionu, gənclər komandaları arasında beynəlxalq turnirin qalibi olmuşdur. Fuad Musayev 1957–1962-ci illərdə Politexnik İnstitutunun və "Burevestnik" komandalarının tərkibində futbol və voleybol üzrə Azərbaycan çempionatlarının qalibi və mükafatçısı, universitetlər arasında futbol üzrə SSRİ çempionatının iştirakçısı, 1962–1965-ci illərdə futbol üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi, Dinamo Bakı komandasının tərkibində "B" dərəcəli ustalar arasında SSRİ çempionatının iştirakçısı, Dinamo Bakı komandasının rəisi olmuşdur. Fuad Musayev 1962-ci ildən "Neftçi" ustalardan ibarət ehtiyat komandasının oyunçusu olmuşdur.
Füzuli Musayev
Füzuli Musayev (Gəncə) — Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü. == Həyatı == Füzuli Musayev Gəncədə fəhlə ailəsində anadan olmuş, orada böyümüş və cavanlığı da elə orada keçmişdir. O, böyük idmana 20 yaşında gəlmişdir. İdmanla fərdi məşğul olmuşdur. Karate ilə məşğul olmuş və iki dəfə dünya çempionu adını qazanmışdır. Sonralar taekvondo ilə məşq etmiş və Şərq döyüş növlərindən taekvondo olimpiya idman növü olduğuna görə onu bir mütəxəssis kimi bura təyin ediblər. 2001-ci ildən Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse Prezidenti vəzifəsini həyata keçirir. Arxangelsk vilayətində hərbi qulluq etmişdir. Əsgərlikdən sonra vətənə qayıdanda Gəncədə karate ilə bağlı məktəb olmadığından Bakıya üz tutmuş, Lenin adına zavodda işə düzəlmiş, yataqxanada qalmışdır. İlk karate müəllimi Azad Kazımov olmuşdur.
Fəxrəddin Musayev
Fəxrəddin Musa oğlu Musayev (30 iyul 1957, Bayramalı – 11 aprel 1992, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayramalı şəhərində anadan olmuşdur. 1964–1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. == Döyüşlərdə iştirakı == Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur. == Ailəsi == Ailəli idi, bir oğlu yadigar qalıb.
Hüseyn Musayev
Hüseyn Məmməd oğlu Musayev (1889, Şamaxı – 1956) — dövlət xadimi, Azərbaycan Dövlət Aqrar Universitetinin direktoru (1932–1934). == Həyatı == Azərbaycan Dövlət Aqrar Universiteti 1932–1934-cü illərdə instituta 3-cü direktor kimi rəhbərlik etmişdir. 1889-cu ildə Şamaxıda anadan olmuş, pedaqoji məktəbi bitirmiş, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Naxçıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir. AKTİ-də direktor işlədiyi dövrdə onun təşəbbüsü ilə bir neçə yeni fakültə və kafedra yaradılmışdır. 1933-cü ildə Gəncədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarı olmuş, burada 6 fakültə: tarlaçılıq, meyvə-tərəvəzçılik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi və hidromeliorasiya fakültələri yaradılmışdır. 1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında repressiya olunmuş, 1943-cü ildə Bakıya qayıtmış, 1954-cü ilədək uşaq evlərinə rəhbərlik etmiş, 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət qazanmışdır. 1956-cı ildə vəfat etmişdir.
Kamal Musayev
Kamal Yusif oğlu Musayev – Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü (1971– 1989) == Həyatı == Respublikanın əməkdar hüquqşünası Musayev Kamal Yusif oğlu 10 may 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhəri 161 saylı orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına Tiflis Dəmiryol Mühəndisləri İnstitutuna daxil olmuşdur. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq, təhsilini yarımçıq qoyub öz xahişi ilə cəbhəyə yollanmışdır. O, uzun bir döyüş yolu keçmiş, Volxov, Leninqrad və II Pribaltika cəbhələrində vuruşmuşdur. Sovet ordusu sıralarından tərxis olunub 1945-ci ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dəmiryol İdarəsində şöbə rəisinin köməkçisi işləmişdir. 1946-cı ildə Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1951-ci ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ədliyyə Nazirliyinin sərəncamına göndərilmişdir. Kamal Musayev 1951 – 1953–cü illərdə 2 saylı Bakı notariat kontorunda məsləhətçi, Bakı vilayət maliyyə şöbəsində şikayətlər üzrə Baş müfəttiş işləmişdir. K.Musayev 1953-cü ildən 1960-cı ilədək ikinci dəfə Sovet Ordusu sıralarında xidmət edmişdir. Tərxis olunduqdan sonra Bakıya qayıtmış və həmin il Yardımlı rayonunun Xalq Məhkəməsinin hakimi seçilmişdir. Bacarıqlı hüquqşünas 1963-cü ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir, 1971-ci ildən isə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü kimi çalışmışdır.