İNŞAAT

I
сущ. строительство (возведение зданий, сооружений)
II
прил. строительный. İnşaat işləri строительные работы, inşaat texnikası строительная техника, inşaat materialları строительные материалы, inşaat idarəsi строительное управление, inşaat fakültəsi строительный факультет
İNŞA
İNŞAATÇI
OBASTAN VİKİ
İnşaat
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
İnşaat Kolleci (AzMİU)
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2005-ci il tarixli, 47 saylı əmri ilə fəaliyyət göstərir. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Geodeziya və xəritəçilik; Təsviri incəsənət müəllimliyi; Dizayn; Menecment; Kommersiya; Qaynaq Metallurgiyasi ve Texnologiyasi avadavliqlarinin istehsali Bina və qurğuların tikintisi və istismarı; Tikinti məmulatları və konstruksiyaları istehsalı; Qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı; Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci

Azərbaycan İnşaat Mühəndisləri Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti və ya qısaca AzMİU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. == Maddi-texniki bazası == Hazırda ali məktəbin ümumi sahəsi 49000 m² olan 5 tədris korpusu vardır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır. Burada "OCAQ" tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki" kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutu

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Xatəm əl-Ənbiya İnşaat Bazası
Xatəm əl-Ənbiya İnşaat Bazası, yarı hökumət təşkilatıdır və İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan və hazırda "İranın hökumət layihələri üçün ən böyük podratçısı" kimi fəaliyyət göstərən Xatəmül-Anbia Mərkəzi qərargahının silahlarından biridir. "hesab olunur. Xatəm əl-Ənbiya İnşaat Bazası, İran-İraq müharibəsi bitdikdən sonra Seyid Əli Xameneinin əmri və Mohsen Rezaei əmri ilə qurulmuşdur. Təşkilat ABŞ sanksiyaları altındadır. == Heyət == 1393-cü ildəki baza komandirinin verdiyi məlumata görə, Xatəm bazası 135.000 nəfərlik bir qüvvəyə sahibdir, bunlardan 100.560-ı bazanın rəsmi qüvvəsidir.
Kazan Dövlət Memarlıq və İnşaat Universiteti
Kazan Dövlət Memarlıq və İnşaat Universiteti (KDMİU) (əvvəlki Kazan İnşaat İnstitutu (Kİİ), Kazanda yerləşən və 1930-cu ildə qurulmuş rus ali təhsil müəssisəsidir. == Tarixi == 1889-cu ildə Rusiya İmperiyası Xalq Təhsili Nazirliyinin xüsusi bir komissiyası, Volqa-Ural tacirlərinin təşəbbüsü ilə Kazanda texniki işçilər yetişdirən bir təhsil müəssisəsi açmağa qərar verdi - iki səviyyəli peşə təhsili olan birləşmiş Sənaye Məktəbi : mexaniki, kimyəvi və inşaat ixtisasları ilə ikincil kimyəvi və aşağı texniki. Sənaye məktəbinin formalaşması ilə Kazanda və Volqa-Ural bölgəsində inşaat təhsili başlayır. Təhsil binasının ilk daşı 12 iyun 1896-cı ildə qoyuldu. Təhsil binalarının tikintisi üçün müqavilə V. və A. Şəxslər qardaşlarının Ticarət Evi ilə bağlanmışdır. Binaların tikintisinə nəzarət etmək üçün Kazan təhsil bölgəsinin memarı S.V.Beçko-Druzin təyin edildi. Binanın özü məşhur memar Konstantin Oleşkeviç tərəfindən dizayn edilmişdir. Rusiya Müvəqqəti Hökümətinin 30 may 1917-ci il tarixli 131 saylı fərmanına uyğun olaraq, bir bina da daxil olmaqla üç şöbədən ibarət olan (30 sentyabr 1917-ci il tarixdən) Kazan Politexnik Məktəbinə çevrildi. 21 Noyabr 1918-ci ildə Xalq Təhsil Komissarlığının universitetlər şöbəsinin 3420 nömrəli əmri ilə birincisini daxil edən Kazan Sənaye, İqtisadiyyat və Sənət Kolleci yaradıldı: Kazan Politexnik Məktəbi, Kazan Rəssamlıq Məktəbi, Kazan Ticarət Məktəbi və Vilna Kimya və Texniki Məktəbi. 2 yanvar 1919-cu ildə, RSFSR Xalq Təhsil Komissarlığının universitetlər şöbəsinin 22 saylı fərmanı ilə Kazan Sənaye, İqtisadiyyat və Sənət Kolleci, 9 yanvarda bir hissəsi olaraq işinə başlayan Kazan Politexnik İnstitutuna çevrildi.
Kiyev Milli Memarlıq və İnşaat Universiteti
Kiyev Milli İnşaat və Memarlıq Universiteti (ukr. Київський національний університет будівництва і архітектури) və ya qısaca: KNUBA (ukr. КНУБА) — Ukraynanın memarlıq və inşaat sahəsində mütəxəssislər hazırlayan ən böyük aparıcı ali təhsil müəssisələrindən biri. == Tarixi == 1930-cu ildə yaradılmışdır. == Fakültələri == Universitetdə 6 fakültə fəaliyyət göstərir. === Memarlıq fakültəsi === Fakültədə "Binaların və abidələrin memar edilməsi", "Şəhərsalma", "Ətraf mühitin memarlıq dizaynı" və "Təsviri və dekorativ incəsənət" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === İnşaat fakültəsi === Fakültədə "Sənaye və mülkiyyət inşaatı" və "Təşkilati menecment" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === Geoinformasiya sistemləri və ərazilərin idarə edilməsi fakültəsi === Fakültədə "Şəhər inşaat edilməsi və onun idarə edilməsi", "Torpaq idarə edilməsi və kadastrı", "Geodeziya" və "Geoinformasiya sistemləri və texnologiyaları" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === İnşaat və texnologiya fakültəsi === Fakültədə "Bina strukturları, məhsulların və materialların texnologiyası" və "Əmtəəşünaslıq və kommersiya fəaliyyəti" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === Avtomatlaşdırma və informasiya texnologiyaları fakültəsi === Fakültədə "Qaldırıcı nəqliyyat, tikinti, yol, meliorasiya maşınları və avadanlığı", "Texnologiya proseslərinin avtomatlaşmış idarə edilməsi", "Məlumat idarəetmə sistemləri və texnologiyaları", "İnformasiya texnologiyaları dizaynı", "Qaldırıcı nəqliyyatın istehsalı, saxlanması və təmiri, yol, drenaj maşın və avadanlıqlar profili üzrə peşəkar təhsil", "İdarəetmə və təlimdə kompüter texnologiyası profili üzrə peşəkar təhsil" və "Layihələrin idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.
Kiyev Milli İnşaat və Memarlıq Universiteti

İnşaat mühəndisliyi
İnşaat mühəndisliyi — İnşaat mühəndisi ixtisası mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması yönümlüdür. İnşaat mühəndisi binalar, yollar, kondisioner, tunellər,bəndlər, körpülər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələri və sistemləri hazırlayır, qurur və quraşdırır. == İxtisasın təsviri == Bu ixtisasa yiyələnən mütəxəssis tikinti işləri üçün layihə hazırlayır, onların cədvəlini, sifarişini, tələb olunan əmək miqdarını təyin edir, lazımi tikinti materiallarını seçir.Planlaşdırma zamanı hansı tikinti materiallarından istifadə olunacağına qərar verən bu mütəxəssisdir.Burada o, materialın xüsusiyyətləri və keyfiyyətləri, sələflərinin və rəqiblərinin uğurlu təcrübəsinə dair biliklərə etibar edir. Layihənin yaradılmasında iştirak etməklə yanaşı, inşaat mühəndisi işçi qrupu seçimində iştirak edir və tikinti prosesinə nəzarət edir.İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir.Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir,layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar.Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı,dil biliklərin təkmilləşdirməlidir. == İxtisasın tarixi == İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində,1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. == İş öhdəlikləri == Müəyyən edilmiş obyektdə tikinti- quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Layihə-smeta sənədlərinin daxil ekspertizasının aparılması; Kiçik həcmli lokal smetaların tərtib olunmasının həyata keçirilməsi; Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; Tələb olunan hesabatların hazırlanması(vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi; Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin,tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının,xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi; Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; İstehsalın (tikintinin), mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması,tikinti istehsalının təkmilləşdirilməs tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiq edilməsi; Təbii və tikinti ehtiyatlarının qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti- istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi. == Tədris olunduğu universitetlər == Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Bakı Mühəndislik Universiteti Xəzər Universiteti == İş yerləri == İnşaat mühəndisi ixtisasının bakalavr pilləsini bitirdikdən sonra ofis və sahə mühəndisi kimi işləmək mümkündür.
ANT İnşaat Təmir Tikinti MMC
Aslan İsmayılov (inşaatçı-mühəndis)
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Krasnoselsk rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis == Həyatı == İsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir. A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir. O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır. İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub. A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib. Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır. Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır. == Ailəsi == Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Azərbaycan SSR əməkdar inşaatçılarının siyahısı
== 1960-cı illər ==
Azərbaycan SSR əməkdar inşaatçısı
Azərbaycan SSR əməkdar inşaatçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар иншаатчысы) — Azərbaycan SSR-də tikinti və layihələşdirmə sahəsində fərqlənən şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla tikinti, layihələşdirmə sahəsində, mühəndis-texnik inşaatçı kadrları və arxitektorlar hazırlamaq sahəsində azı 10 il işləyərək yüksək əməli fəaliyyət göstərmiş və kütləvi mənzil tikintisi, mülki, idarə, sənaye, kənd təsərrüfatı binaları və başqa qurğular, binalar və ya xüsusilə mühüm xalq təsərrüfatı əhəmiyyəti olan obyektlər tikilməsində xüsusilə fərqlənən inşaatçılara, arxitektorlara, tikinti materialları sənayesinin və tikinti sənayesinin, layihə, elmi-tədqiqat təşkilatlarının və məktəblərinin işçiləri təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.
Mənzil İnşaatı Dövlət Agentliyi
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. == Tarixi == 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
Qasım Qasımov (inşaatçı-mühəndis)
Qasım Nurməhəmməd oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini, sabiq müavini, Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021). == Həyatı == Qasım Qasımov 22 mart 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. 1976-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik" ixtisasına yiyələnmişdir. dekabr 1981-ci il – aprel 1982-ci il həmin institutun "Daxili yanma mühərrikləri" kafedrasında baş laborantı olmuşdur. 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək "Günay" qəzetinin baş direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1980-ci ilin sentyabr ayında Mexanika fakültəsinin komsomol komitəsinin azad katibi, 1982-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək institutun komsomol komitəsinin katibi, 1982-ci ilin oktyabr ayından 1990-cı ilin oktyabr ayınadək Şamaxı rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək Şamaxı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. 1991-ci ilin dekabr ayından 1995-ci ilin avqustunadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur. 2007-ci ilin avqust ayından 2008-ci ilin avqust ayınadək Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasında Bələdiyyələrlə İş Departementinin direktoru, 2008-ci ilin avqust ayından 2010-cu ilin may ayınadək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Departament direktoru – icraçı katibin müavini, 2010-cu ilin may ayından 2011-ci ilin iyul aylnadək isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katib olaraq çalışmışdır. 2011-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişdir.
Saleh Məmmədov (inşaatçı-mühəndis)
Saleh Ərşad oğlu Məmmədov (1 mart 1958, Mirbəşir rayonu) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis, "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti (2016). == Həyatı == Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə vermiş və 1980-ci ildə müvəfəqiyyətlə institutun "Sənaye və mülki tikinti" fakültəsini bitirmişdir. Saleh Məmmədov əmək fəaliyyətinə 06.08.1980–15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır. 1980–1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir. O, 1982–1991-ci illərdə "Yoltəmirtikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991–1993-cü illərdə "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994–1995-ci illərdə "Azkommunkomplekttexnika" İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir. 1995–2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2003–2015-ci illərdə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar "Azəryolservis" ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirmişdir. S. Ə. Məmmədov 19.02.2015-ci il tarixdən "Azəryolservis" ASC sədrinin birinci müavini təyin edilmiş və "Azəryolservis" ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.
İnşaatçı
İnşaatçı — İnşaat sahəsində işləyən şəxs. İnşaatçı Bakı — Bakıda peşəkar futbol klubu. İnşaatçı Sabirabad — Sabirabadda futbol klubu. İnşaatçı stadionu — Sumqayıtda futbol stadionu.
İnşaatçı (dəqiqləşdirmə)
İnşaatçı — İnşaat sahəsində işləyən şəxs. İnşaatçı Bakı — Bakıda peşəkar futbol klubu. İnşaatçı Sabirabad — Sabirabadda futbol klubu. İnşaatçı stadionu — Sumqayıtda futbol stadionu.
İnşaatçı Bakı FK
İnşaatçı Bakı FK — Bakıda peşəkar futbol klubu. == Tarixi == İnşaatçı FK 1935-ci ildə Bakı şəhərində yaranmışdır. Müxtəlif vaxtlarda 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1992-ci ildə futbol üzrə ilk Azərbaycan Kubokunun qalibi olmuşdur.
İnşaatçı Sabirabad FK
İnşaatçı futbol klubu 1989-cu ildə Sabirabadda yaranmışdır. Müxtəlif vaxtlarda 2 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır.
İnşaatçı kadrlar (qəzet)
İnşaatçı kadrlar - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi qəzeti. == Haqqında == Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaatçı kadrlar" qəzeti 1983-cü il iyunun 16-dan nəşr olunur. Qəzetin ilk redaktoru bu günədək həmin vəzifədə çalışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi Akif Nemət oğlu Hacıyevdir. Nəşr olunduğu ilk gündən "İnşaatçı kadrlar" qəzeti universitetdə aparılan təlim-tərbiyə işində, gənclərin hərbi-vətənpərvərlik ruhunda böyümələrində rektorluğa, ictimai təşkilatlara və professor-müəllim heyətinə həmişə yaxından köməklik göstərib. Qəzetin səhifələrində universitetin, eləcə də respublikamızın tədris ocaqlarında çalışan təcrübəli müəllimlərin, elm, sənət adamlarının, ziyalıların maraqlı, aktual yazıları dərc olunur. "İnşaatçı kadrlar" qəzeti öz oxucularını yalnız universitetin həyatı ilə deyil, həm də Azərbaycanda və beynəlxalq aləmdə baş verən yeniliklərlə tanış edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti rektorluğunun, professor-müəllim heyəti və tələbə kollektivinin mübariz tribunası olan "İnşaatçı kadrlar" qəzetinin fəaliyyəti, demək olar ki, bu tədris ocağının qaynar həyatı ilə həmişə sıx bağlı olub. Universitetin 36 ildə keçdiyi şanlı və şərəfli yol, bu qəzetin nömrələrində dərc olunmuş yazılarda, məktublarda və fotoşəkillərdə yaşayır.
İnşaatçı stadionu
İnşaatçılar stadionu — Sumqayıt şəhərində yerləşən stadion. 1956-cı ildə tikilərək idmançıların istifadəsinə verilmiş İnşaatçı stadionu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük arenasıdır. Stadionun eyni vaxtda buraxılma qabiliyyəti 164 nəfərdir. Sovet vaxtlarında stadionda otüstü hokkey oyunları da keçirilib. == Mövcud vəziyyəti == Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var. Hazırda (2016-cı il üçün) dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır.
İnşaatçılar metrostansiyası
İnşaatçılar — Bakı metrosunun ikinci yolunda, "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları arasında yerləşən stansiyası. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" musiqisindən fraqment səslənir. == Tikintisi == Tunelin tikintisi zamanı, "Elmlər Akademiyası" — "İnşaatçılar" stansiyaları arasında gözlənilməz və inanılmaz gücdə su axını başlamışdır. Bu, Bakı metrosunda, tikinti zamanı baş vermiş ən böyük və yeganə hadisə idi. Tikinti işləri, qəza ərazisində su axınının maye azotla dondurulması üsulu ilə davam etdirilmişdir. Stansiyanın adı bu tikintidə iştirak etmiş metro işçilərinin şücaəti şərəfinə olaraq, "İnşaatçılar" adlandırılmışdır. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" mahnısından fraqment səslənir. === Təmiri === 2015-ci ildə stansiyanın hər iki keçidi əsaslı və yeni dizaynda təmir edilmişdir. 18 yanvar 2016-cı ildə stansiyanın 2-ci vestibülü ("20 yanvar" stansiyası tərəf) müvəqqəti bağlanmışdır. Bu vestibüldəki quraşdırılmış 3 ədəd eskalator istismar müddətini başa vurduğundan dəyişdirlir.
İnşaatçılar stadionu
İnşaatçılar stadionu — Sumqayıt şəhərində yerləşən stadion. 1956-cı ildə tikilərək idmançıların istifadəsinə verilmiş İnşaatçı stadionu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük arenasıdır. Stadionun eyni vaxtda buraxılma qabiliyyəti 164 nəfərdir. Sovet vaxtlarında stadionda otüstü hokkey oyunları da keçirilib. == Mövcud vəziyyəti == Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var. Hazırda (2016-cı il üçün) dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır.
İslami İran İnşaatçılar İttifaqı
İslami İran İnşaatçılar İttifaqı (fars. ائتلاف آبادگران ایران اسلامی‎‎‎, İtilafi Abadgərani İrani İslami) və ya qısaca Abadgəran (fars. آبادگران‎) İranda mühafizəkar partiya və təşkilatlar ittifaqıdır. 2004-cü ildə edilən məclis seçimlərində İslam məşvərət şurasının seçici sayının 54 fazini almışdır. İttifaqın ən önəmli şəxslərindən biri köhnə Tehran Bələdiyyə Başçısı və 2005-2013 illəri arasında İran prezidenti olan Mahmud Əhmədinejaddır.

Digər lüğətlərdə