İPƏK


1. is. Tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq tellər və bu tellərdən toxunan qiymətli parçalar.
[Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta – hər şeyim var. Ü.Hacıbəyov.
Bir yığın tüllərə və ipəklərə bürünmüş qızlar gələr, oynarlar. H.Cavid.
Buranın [Çalusun] bollu düyüsü və məşhur ipəyi vardır. M.İbrahimov.

2. Sif. mənasında. İpəkdən hazırlanmış, ipəkdən tikilmiş (toxunmuş). İpək paltar. İpək köynək. İpək pərdə.
– Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb … böyük salona girdilər. M.S.Ordubadi.
Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı… S.Rəhman.

◊ İpək kimi1) çox incə, parlaq, yumşaq. İpək kimi saçları var.
– Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun olsun iraq! M.Ə.Sabir.
Of, nə yamandır o süzgün baxışlar; Ey ipək telləri zərəfşan gəlin! H.Cavid;

2) məc. mülayim, xoşrəftarlı, yumşaq. İpək kimi xasiyyət.
– Deyir Məşədi bəy, alnında vüqar; Onun ipək kimi təbiəti var! S.Vurğun.

Этимология

  • İPƏK Alınma sözdür, Çin dilinə məxsusdur, bizdə torqu işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İPÇİN
İPƏKAÇAN

Значение слова в других словарях