İNZİBATİ
İPAÇAN
OBASTAN VİKİ
İP-telefon
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. == Tarixi == IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
İp Man
İp Man (çin. 葉問, ing. Yip Man; 1 oktyabr 1893 – 2 dekabr 1972, Britaniya Honkonqu[d]) Çin döyüş sənəti ustası, uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs. Aktyor, döyüş ustası Brüs Linin müəllimi.
İp səhrası
Yp səhrası - Nevada ştatının şimal-qərbində yerləşən səhra. Səhra kiçik ölçülərə malikdir. == Xarici keçidlər == Nevada Atlas and Gazetteer, 2001, pg.
Emi İp
Emi İp (çincə: Amy Yip, 10 iyul 1966) — Çin aktrisası. 1980–1990-cı illərdə Honq Konq filmlərinin seks simvolu sayılırdı. Bir sıra erotik filmlərdə çəkilmiş və sinəsi ilə tamaşaçıların diqqətini cəlb etmişdir. İlk illərdə seriallarda, daha sonra filmlərdə çəkilmişdir. 2006-cı ildə Emi İp "East Weekly" verilişinə müsahibəsində söyləmişdir ki, 15 ildir Lim Kiam Hvi (Lim Kiam Hwee) ilə görüşməsinə baxmayaraq heç vaxt evlənməyi düşünməmiş və övladının olmasını istəməmişdir. Emi İp müsahibəsində sinəsi sayəsində tamaşaçıların diqqətini cəlb etmək niyyətdə olmadığını söyləmişdir."Həbsxana erotikası", Seks və Zen və sıra Erotik filmlərə çəkilmişdir.
İP telefoniya
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. == Tarixi == IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
İp Man 2
"İp Man 2" (çin. 葉問2, ing. Ip Man 2 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi. == Məzmun == Yaralı İp Man dostunun köməyilə Foşandan müvəffəqiyyətlə qaçır. İp Man burada çətin günlərini yaşayır. O ailəsini dolandıra bilmir. Hətta evinin kirayə pulunu verə bilmir. Buna görə də o Vin-Çun döyüş stilini tədris etməklə pul qazanıb ailəsini dolandırmaq istəyir. İp Manın dostu ona geniş bir zal tapır. Bundan sonra İp Man şagird yığmaq üçün elanlar yazıb divara yapışdırır.
İp Man 3
"İp Man 3 " (çin. 葉問3, ing. Ip Man 3 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
İp Man (film, 2008)
"İp Man" (çin. 葉問, ing. Ip Man) – Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
İp Man 2 (film, 2010)
"İp Man 2" (çin. 葉問2, ing. Ip Man 2 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi. == Məzmun == Yaralı İp Man dostunun köməyilə Foşandan müvəffəqiyyətlə qaçır. İp Man burada çətin günlərini yaşayır. O ailəsini dolandıra bilmir. Hətta evinin kirayə pulunu verə bilmir. Buna görə də o Vin-Çun döyüş stilini tədris etməklə pul qazanıb ailəsini dolandırmaq istəyir. İp Manın dostu ona geniş bir zal tapır. Bundan sonra İp Man şagird yığmaq üçün elanlar yazıb divara yapışdırır.
İp Man 3 (film, 2015)
"İp Man 3 " (çin. 葉問3, ing. Ip Man 3 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
Hindistan ipomeyası
Hindistan ipomeyası (lat. Ipomoea indica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Convolvulus indicus Burm. Pharbitis indica (Burm.) Hagiw.
I İput
I İput və ya İpvt (e. ə. XXIV əsr – e.ə. 2337) — (Misirin altıncı sülaləsi, Qədim Krallıq) Antik Misirin şahzadəsi və kraliçasıdır. Firon Tetinin yoldaşıdır. == Həyatı == İput firon Unasın qızı və şahzadə Unas-ankın bacısıdır. Nebet ya da Kenut İputun anasıdır. Şahzadə İput Teti ilə evləndi və Misir şahzadəsi oldu. Onların uşaqları: I Pepi (firon) Nebkauhor (şahzadə) Seşeşet Waatetkethor (şahzadə) Seşeşet Idut (şahzadə) Seşeşet Nubketnebti (şahzadə) Seşeşet Sator (şahzadə) == İputun digər adları == Kralın qızı Tanrının kızı Kralın yoldaşı Kralın anası == Bibliyoqrafiya == Dodson, Aidan ve Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt.
Jan İppolit
Jan İppolit (fr. Jean Hyppolite; 8 yanvar 1907[…] – 26 oktyabr 1968[…], Paris) — fransız idealist filosofu. == Bioqrafiyası == Sorbonna Fəlsəfəsi professoru (1947–1955), Ali normal məktəbin direktoru (1955–1963), Fransa Kollecinin professoru (1963-cü ildən). Kollej de Fransda Fəlsəfi Düşüncə Tarixi şöbəsinə rəhbərlik etmişdir (1969-cu ildə Düşüncə Sistemləri Tarixi Bölməsi tərəfindən dəyişdirildi; Jyul Vuillainin təklifi ilə; 1970-ci ildən kafedra müəllimi İppolitin keçmiş tələbəsi Mişel Fuko.) Alman neohegelianizm ideyalarının tərəfdarı idi. İppolit, Hegelin "Ruhun fenomenologiyası" kitabının fransız dilinə ilk tərcüməsini etmişdir (1939 və 1941-ci illərdə nəşr olunmuşdur). 1947-ci ildə "Ruhun Fenomenologiyasının Yaradanlığı və Quruluşu" tezisini müdafiə etmişdir. " Hegel fəlsəfəsinə dair bir sıra əsərlər yazmış, ekzistensializmə yaxın nöqteyi-nəzərdən onun tərəfindən şərh edilmişdir. Karl Marksın ilk əsərləri haqqında məqalələrin müəllifidir. Marksist iqtisadi doktrinanın faktların təhlilinə deyil, Hegelə aid olan fəlsəfi təsəvvürlərə və etik tələblərə söykəndiyini söylədi. Jak Lakanın seminarlarında iştirak etmişdir.
Melike İpek Yalova
Melike İpek Yalova (29 aprel 1984, İstanbul) — Türkiyə aktrisası.
Melike İpək Yalova
Melike İpek Yalova (29 aprel 1984, İstanbul) — Türkiyə aktrisası.
Noeledius iphiformis
Ordubad ipək kombinatı
Yusif Məmmədəliyev adına Ordubad ipək kombinatı — Ordubadda yerləşən yüngül sənaye müəssisəsi. Fabrik baramadan xam ipək və cod ipək parça istehsal edir. Ordubadda Avropa tipli baramaaçan fabriklərinin tikintisinə 1870-ci ildə başlanılmışdı. İndiki fabrik 1883-cü ildə istifadəyə verilmişdir. 1893-cü ildə 12 kiçik fabrik fəaliyyət göstərirdi. 1910-cu ildə onlar 7 fabrikdə birləşdirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin fabriklər 1929-cu ildə həmin fabrikdə cəmləşdirilmişdir. Fabrikdə 1935 və 1969-cu illərdə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlar tətbiq edilmiş, çeşmələrin sayı 1935-ci ildə 320, 1969-cu ildə 1860 ədədə çatdırılmışdır. 1970-ci ildə toxucu sexi istifadəyə verilmişdir. İstehsal olunan xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissəsi Şəki, Şamaxı, İsmayıllı, Moskva, Kiyev, Leninqrad (indiki Sankt-Peterburq), Düşənbə və s.
Psychotria ipecacuanha
Carapichea ipecacuanha (lat. Carapichea ipecacuanha) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin carapichea cinsinə aid bitki növü.
Qarabağ İpək Kombinatı
26 Bakı komissarı adına Qarabağ İpək Kombinatı (azərb-kiril. 26 Бакы комиссары адына Гарабағ Ипәк Комбинаты) — Azərbaycan SSR-də yüngül sənayesi müəssisəsi. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı olan Xankəndi şəhərində yerləşirdi. Kombinat baramaaçma, eşmə və toxuma sahələrini birləşdirmiş, xam ipək, eşmə ipək, cod ipək parça buraxırdı. 1926–1928 illərdə işə salınmışdır. 1934-cü ildə ipəktoxuma istehsalına başlanılmışdır. 1954-cü ildə yeni toxuculuq fabriki işə salınmındır. 1955-ci ildə bunların əsasında Qarabağ ipək kombinatı təşkil edilmişdir. Kombinatın baramaaçma istehsalatı 196 baramaaçma teşti və 48 avtomat baramaaçma dəzgahı ilə təchiz edilmişdir. 1977-ci ilin məlumatına görə, bir baramaaçma teştinin illik istehsalı 571 kq-dır.
Romalı İppolit
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. == Bioqrafiyası == Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
Rostov ippodromu
Rostov ippodromu ― Rostov-na-Donu şəhərində yerləşən ippodrom. == Tarixi == Rostovdakı ippodrom öz başlanğıcını XIX əsrin sonlarından götürür. İnqilaba qədər Don Qoşunlarının təminatı məqsədi ilə Atçılıq inkiş edirdi. İstər don kazakları istərsə ayrıı-ayrı varlı şəxslər bu sahəyə xüsusi diqqət yetirirdi. İkincilər hətta dövlət tərəfindən subsidiya alırdı. 1880-ci ilin ortalarına görə Don çayından öndə yerləşən ərazilərdə 86-89 at zavodu olmuşdur. 1900-cü ildə zavodların sayı 145 olur. Atların sayı isə 83 minə çatdırılırdı. Elə bu illərdə Novoçerkask və Naxçıvan-na-Donu şəhərlərində atçılıq cəmiyyəti meydana gəlmişdir. Həvəskar at yarışları yerli əhalinin əsas əyləncələrindən birinə çevrilir.
Salsk ippodromu
Salsk ippodromu ― Salsk şəhərində yerləşən ippodrom. İppodrom 1935-ci ildə inşa edilmişdir. Yerləşdiyi ərazi: Rostov vilayəti, Salsk şəhəri, Çernişevski küçəsi, 32/k. Müəssisənin rəhbəri Qladkiy Roman Serqeeviçdir. == Tarixi == 1935-ci ildə Salsk dövlət atçılıq təsərrüfatında don və ingilis-don atları yetişdirilirdi. Elə həmin ildəcə burada ilk ippodrom təşkil edilmişdir. Burada ən böyük göstəricilər 1970–1991-ci illərə təsadüf edir. İppodromun imkanlarından 19 ferma və iki atçılıq zavodu istifadə edirdi. Bu illərdə sınaqdan çıxarılan atların sayı 200–350 olmuşdur. Sovet hakimiyyətinin dağılmasından sonra bu göstəricilər azalmışdır.
Sent-İppolit (Averon)
Sent-İppolit (fr. Saint-Hippolyte, oks. Sent Ipòli) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12226. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 45 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 257 nəfər (15–64 yaş) arasında 170 nəfər iqtisadi fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,1%, 1999-cu ildə 58,7%).
Tut ipəkqurdu
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Tək ipəksarıyan
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. == Həyat tərzi == Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
Ömər İpçi
Ömər İpçi (1897, Bağçasaray, Tavriya quberniyası[d] – 11 yanvar 1955, Tomsk) — krım tatar şair, yazıçı, dramaturq, teatr rejissoru və aktyor. == Haqqında == Ömər Bəkir oğlu İpçi 1897-ci ildə Bağçasarayda kiçik tacir ailəsində anadan olub. İbtidai təhsilini İsmayıl bəy Qaspiralının üsuli-cədid məktəbində təhsil alıb. 1914-cü ildən öz təhsilini Ufada yerləşən "Qaliyə" mədrəsəsində davam etdirir. Burada ona Alimcan İbrahimov dərs deyir. 1917-ci ildə Krıma qayıdır və bir neçə il burada müəllimlik edir. 1920-ci illərin ikinci yarısında Krım Dövlət Tatar Teatrında aktyor, rejissor daha sonra isə direktor kimi fəaliyyət göstərir. Eyni dövrdə "Yannı dünya" (Yeni dünya) qəzetinin əməkdaşı olub. 1934-cü ildə baş tutmuş sovet yazıçılarının birinci konqresində iştirak edib. 1937-ci ildə "millətçilik"-də ittiham edilərək həbs edilir.
Üçüncü İpr döyüşü
Paşendeyl döyüşü (Üçüncü İpr döyüşü) (alm. Dritte Flandernschlacht‎; fr. Troisième Bataille des Flandres; nid. Derde Slag om Ieper) (31 iyul — 10 noyabr 1917) — Antanta (ingilis komandanlığı altında) və Alman qüvvələri arasında baş vermiş Birinci dünya müharibəsinin ən böyük döyüşlərindən biri. Döyüş 1917-ci ilin iyulundan 1917-ci ilin noyabrına qədər davam edən bir sıra müxtəlif döyüş əməliyyatlarından ibarət idi. Döyüş Belçika ərazisində, Qərbi Flandriyanın İpr şəhəri yaxınlığındakı Paşandeyl kəndi yaxınlığında aparılmışdı. Paşanadeyl əməliyyatının bir sıra strateji hədəfləri var idi. Əsas vəzifə Alman dənizaltılarının Şimal dənizi sahillərindəki bazalarını məhv etmək və bununla da almanların sərhədsiz sualtı müharibə planına ciddi zərbə vurmaq idi. Hücum zamanı ingilis qüvvələri Paşendeyl bölgəsindəki Alman cəbhəsini yarıb keçmək üçün çoxsaylı cəhdlər etdilər. Bununla yanaşı, təyin olunmuş yerlərdə belə Alman cəbhəsini yarıb keçməyə müvəffəq ola bilmədilər.
İPad (üçüncü nəsil)
Üçüncü nəsil İPad planşeti Apple şirkəti tərəfindən istehsal edilir. == Xüsusiyyətlər == Ekranlar "QXGA — 2048×1536" piksel kəskinliyinə malikdirlər. Yeni paneldə düym üzrə nöqtələrin say göstəricisi 280 ppi-yə bərabərdir.
İPad 3
Üçüncü nəsil İPad planşeti Apple şirkəti tərəfindən istehsal edilir. == Xüsusiyyətlər == Ekranlar "QXGA — 2048×1536" piksel kəskinliyinə malikdirlər. Yeni paneldə düym üzrə nöqtələrin say göstəricisi 280 ppi-yə bərabərdir.
İPhone 3G
iPhone 3G — Apple tərəfindən hazırlanan və istehsal olunan multimedia və internet xüsusiyyətlərini dəstəkləyən 2-ci nəsil iPhone'dur. Model 9 İyun 2008-ci ildə tanıdılmışdır. iPhone'nun xələfi, iPhone 3GS'nin sələfidir. Qabaqcılı iPhone 2G-dən fərqli olaraq təchizatı yenilənir, kassa materialı yenilənmişdir. Qara və ağ rənglərində istehsal olunmuştur.
İPhone 3GS
iPhone 3GS, Applenin iPhone 3G'dən sonra bazara çıxardığı ağıllı telefondur. 8 iyun 2009'cu ildə San-Fransiskodakı Mosconi Centerdə təşkil edilən WWDC də rəsmi şəkildə elan edilmiş və 19 iyunda altı ölkədə satışına start verilmişdir. iPhone 3G'nin xələfi iPhone 4'ün isə sələfidir. == Xüsusiyyətləri == 3G-dən fərqli olaraq daha güclü prosessor daha yüksək keyfiyyətli kamera (3.2 megapixel) və 7.2 Mbit/s download sürətinə malikdir. iPhone 3GS 3.5 düymlük 480x320 piksellik ekrana malikdir. iPhone 3G-nin iki qatı olan 256 MB-lıq eDRAM'e malikdir. 8, 16, 32 GB'lıq modellər halında çıxmışdır. Daha sonra iPhone 4 çıxınca Apple 16 və 32 GB-lıq modelləri satışdan qaldırmışdır. iOS 6.1.6'ya qədər bütün versiyaları dəstəkləyir. Və son olaraq iOS 7'nin iPhone 3GS'ə gəlməyəcəyi Apple tərəfindən açıqlanmışdır.
İPhone 4
iPhone 4 — Apple şirkəti tərəfindən istehsal olunmuş mobil telefon. == Xarakteristikası == iPhone4 800 meqahers (MHz) tezlikli A4 prosessorundan istifadə edir və 5 meqapiksellik kamera ilə təchiz olunub.
İPhone 5
iPhone 5 — Apple şirkətinin mobil cihaz üzrə tətbiq etdiyi iPhone-un mobil telefonunun 5-ci nəslidir. iPhone-un bu nəsli 2012-ci il sentyabrında elan edilmişdir. == Xarakteristikası == İPhone 2 nüvəli A5 prosessoru əsasındadır. Qurğu 8 meqapiksellik kamera ilə təchiz edilib və iOS 5 əməliyyat sistemi ilə işləyir.
İPhone 5C
iPhone 5S — Apple şirkətinin istehsal etdiyi 7-ci nəsil smartfon. iPhone 5C smartfonu yaşıl, sarı, göy, çəhrayı və ağ rəngli korpuslarda hazırlanır. Apple şirkətinin əvvəlki smartfonları yalnız qara və ya ağ rəngdə olub. Aparatın korpusu plastikdən işlənib hazırlanıb. iPhone 5C smartfonu Apple A6 prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera ilə təchiz edilib və LTE şəbəkələrini dəstəkləyir. iPhone 5C smartfonundakı bütün detalların ümumi dəyəri 183 dollar, yığım xərci isə 7 dollardır. Smartfonda ən bahalı detal displeydir. iPhone 5C-nin displeyi Apple korporasiyasına 41 dollara başa gəlir.

Digər lüğətlərdə