İRƏLİ

Qədim forması iləridir. İl hissəsi alın sözündəki al komponentinin dəyişmiş formasıdır, “qabaq”, “ön” deməkdir. -əri şəkilçisi isə yer sözünün dəyişmiş forma­sı­dır: iləri-“qabaq yer (qabaq tərəf)” deməkdir. Bura, bəri, ora sözlərindəki -ra, -ri şəkilçiləri də yer sözündən törəmədir. Əbu Həyyanda söz ilgəri kimi verilib, “il yer (ön yer)” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İRAQ
İRİ

Digər lüğətlərdə