İTDAMI
İTƏBAXAN
OBASTAN VİKİ
İtdirsəyi
İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi stafilokokk bakteriyalarıdır. == Əlamətləri == Göz qapağının məhdud bir nahiyəsi şişkinləşir, ağrılı olur. 2-3 gündən sonra irincik əmələ gəlir, deşildikdə irin ifraz olunur. Maddələr mübadiləsinin pozulması, avitaminoz, qanazlığı, ümumi zəiflik, diabet və s. xəstəliklər itdirsəyinin törəməsinə səbəb olur. == Müalicəsi == İtdirsəyini törədən səbəbləri arada qaldırmaq, xəstəliyin başlanğıcında çay sodası, yaxud kalendula məhlulundan həmin nahiyəyə islatma qoymaq, brilyant yaşılı sürtmək və s. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər. == Həmçinin bax == Xalyazion == Ədəbiyyat == "Göz xəstəlikləri" - Musabəyli U.S. Bakı 1972 Azərbaycan Sovet Ensiklopediyası V cild, səh.

Digər lüğətlərdə

карбо́ловый многокра́сочный прожо́рливо шало́ник эмигра́нт балоба́н губошлёп до глубины́ души заба́вно закла́д накрахма́лить обдёрнуть обезжи́ренный черпу́шка помпон conky fishslice gambol impluvium moisture recorder mole-rat scripture-reader skirt steroid дрёма