4 iyun Gəncə qiyamı
4 iyun Gəncə qiyamı — 1993-cü ilin iyununda Surət Hüseynov rəhbərliyi ilə Xalq Cəbhəsi hökumətinə qarşı qiyam. Hərbi uğursuzluqlar və ordudan kənarlaşdırılmasına görə qəzəblənən Hüseynov doğulduğu Gəncə şəhərində bir qrup milisi silanlandırmış, onları tərkisilah etmək üçün göndərilən Milli Ordu qüvvələrini məğlub etdikdən sonra Bakıya doğru irəliləmişdir. Azərbaycan hökuməti yaranmış siyasi böhran səbəbilə çaxnaşmaya düşmüş, Elçibəy isə Naxçıvana getmiştir. Bu zaman Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev ilə ittifaq qurmuşdur. Nəticədə, Əliyev Azərbaycan Prezidenti, Hüseynov isə Azərbaycan Baş naziri olur.
== Zəmin ==
Azərbaycan 1991-ci ilin sonlarından etibarən beynəlxalq arena tərəfindən tanınan, SSRİ-dən müstəqillik qazanmış gənc bir respublika idi. Azərbaycan üçün müstəqillikdən sonrakı dövr xaotik olmuşdur. Yeni dövlət Azərbaycana məxsus olan, lakin ermənilərin yaşadığı Dağlıq Qarabağ anklavına nəzarət uğrunda Ermənistanla hərbi münaqişədə idi. 1992-ci ilin mayın Xalq Cəbhəsi hərbi uğursuzluq səbəbilə kommunist Ayaz Mütəllibov hökumətini devirir, həmin ilin iyununda isə milliyətçi Əbülfəz Elçibəy demokratik şəkildə prezident seçilir.
== Qiyam ==
Azərbaycan 1993-cü ildə Ermənistanla Qarabağ müharibəsindəki hərbi uğursuzluqlar səbəbiylə vətəndaş müharibəsinin astanasında idi.