Juli

der; -(s), -s İyul ayı
jugoslawisch
jung
OBASTAN VİKİ
Juli
Juli — Gissen (Hessen bundeslandı) şəhərindən olan Eva Briegel, Jonas Pfetzing, Simon Triebel, Andreas "Dedi" Herde və Marcel Römer özündə birləşdirən, məşhur alman bandı (qrupu).
Albizia julibrissin
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir. == Botaniki təsviri == Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18–20 m-ə, diametri 30–40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18–25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.
Amblyseius juliae
Amblyseius juliae (lat. Amblyseius juliae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius juliae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Berberis julianae
Yuliana zirinci (lat. Berberis julianae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Mərkəzi Çindir. == Botaniki təsviri == Hündürlüyü 2-3 metrə çatan, həmişəyaşıl koldur,sarımtıl budaqları uzunluğu 4 sm olan güclü üçbölümlü iynələrlə əhatə olunmuşdur. Şaxəıənmiş möhkəm çətirli koldur, çətrinin diametri hündürlüyündən artıqdır. Bitki yaşlandıqda budaqları qövşəkilli forma alaraq aşağıya doğru sallanır. Zoğları çıxıntılı, sarımtıl rənglidir, yaşlandıqda boz rəngdə olur. Yarpaqları növbəli, cod, dərili, yumurtaşəkillidir, kənarı 3-4 dişli, tünd-yaşıl, aşağı tərəfi isə açıq yaşıldır. Uzunluğu 10 sm, eni isə 2,5 sm-dir. Çiçəkləməsi maydan iyuna qədər davam edir.
Hordeum juliae
Julian Respublikası
Julian Respublikası (port. República Juliana) — öz müstəqilliyini bir tərəfli elan edən, Braziliyanın Santa-Katarina vilayətində 1839-cu ilin 24 iyuldan 15 noyabrına qədər mövcud olmuş dövlət. Julian Respublikası Farrapus müharibəsi zamanı 1839-cu ilin 24 iyulda qurulur. Belə ki, Cüzeppe Qaribaldinin dəstəyi üsyançılar Laqunu ələ keçirirlər və adını Julian olaraq dəyişirlər. Bununla belə vilayətin paytaxtı olan Deşterru şəhərini tutmaq mümkün olmur. Üsyançıların donanması imperiya qüvvələri tərəfindən Massiambu çayında darmadağın edilir. Yeni respublika cəmi dörd ay yaşaya bilir. Artıq noyabrda imperiya qüvvələri Laqun şəhərini ələ keçirir. Bundan sonra üsyançılar Santa-Katarina vilayətini tərk etməli olurlar. == Əlavə məlumat == Farrapus müharibəsi Riu-Qrandi Respublikası == Mənbə == Farrapus müharibəsi "Latın Amerikasının" ensiklopedik lüğətində.
Juliana Pasha
Yuliana Paşa (20 may 1980, Tirana) — Alban müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Nuk mundem pa ty" (Mən sənsiz yaşaya bilmirəm) mahnısı ilə təmsil edib. Bu vaxta qədər bir çox beynəlxalq müsabiqələrdə ölkəsini təmsil edib və müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.
Juliano Belleti
Juliano de Paula
Culiano de Paula ( 31 may 1990, Koritiba, Braziliya) - Brazilyalı hücumameylli yarımmüdafiəçi. Hal-hazırda Braziliya millisində və Fənərbaxça komandasına çıxış edir.
Julie van Qelder
Julie van Qelder (d. 17 sentyabr 1993) — Belçikanı təmsil edən akrobatika gimnastı. Julie van Qelder 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həm də 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Julie van Qelder 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Kaat Dumarey və İneke van Şoor ilə birgə üç qızıl medal qazandı.
Julien Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Juliet (Modern Talking)
Juliet (azərb. Culyet‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Julio Romao
Julio Rodrigez Romao (br-port. Júlio Rodrigues Romão; 29 mart 1998) — Braziliyalı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın yarımmüdafiəçisi. == Karyerası == Julio Romao 18 avqust 2020-ci ildə "Santa Klara" ilə müqavilə imzalamışdır. O, klubda peşəkar debütünü 25 sentyabr 2020-ci ildə Braqa ilə qarşılaşmada etmiş, oyun 1:0 hesablı qələbə ilə nəticələnmişdir. Romao 17 iyul 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK ilə müqavilə imzalamışdır.
Julius Lotar Meyer
Julius Rebek
No Romeo No Juliet
No Romeo No Juliet — Amerikalı reper 50 Cent tərəfindən ifa edilmiş mahnıdır.
Persea julianae
Persea julianae (lat. Persea julianae) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü.
Senecio julianus
Senecio julianus (lat. Senecio julianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tulipa julia
Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür. Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15–35 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır.
Julian Byng
Ser Culian Binq (ingiliscə: Sir Julian Byng; 11 sentyabr 1862[…], Midlseks[d] – 6 iyun 1935[…], Esseks[d]) - uzun nəsil ağacına əsaslanan köklü hərbi tarixə malik aristokratik ailədəndir. Onun babası 1815-ci ildə baş vermiş olan Vaterloo müharibəsində ali rütbəli zabitlərdən biri idi və Kanada Korpusunu təhvil almazdan əvvəl Misir, Fransa və Geliboluda yüksək hərbi vəzifələrdə xidmət etmişdir. Gelibolu cəbhəsində müvəffəqiyyətsizliyə düçar olan Stapfordun yerinə komandanlığa gətirilmişdir; O, Müqəddəs Eloi döyüşündən sonra komandanlıqdan uzaqlaşdırılmış olan general-leytenant EAH Aldersonu əvəz etmişdir. 1916-cı ilin may ayından 1917-ci ilin iyun ayına qədər Kanada Korpusunun komandiri olaraq Culian Binq kanadalıları yaxşı təlim görmüş və effektiv hücum qüvvəsinə malik olan qüvvəyə çevirmiş və bu təlimlər Vimi müharibəsində qələbə qazanmağa gətirib çıxarmışdır. O, Lloyd Corcun tövsiyəsi ilə Kanadanın Baş Qubernatoru təyin edilmişdir. O, feldmarşal rütbəsinə qədər yüksəlmiş və üç ildən sonra 6 iyun 1935-ci ildə Torp Holldakı mənzilində vəfat etmişdir.
Populus × juliana-pendula
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Julia Pou
Mariya Xulia Pou Brito del Pino (1947, Montevideo) — Uruqvaylı siyasətçi, Uruqvay Milli Partiyasının üzvü, Uruqvayın birinci xanımı (1990–1995-ci illərdə), Uruqvayın Senatoru (2000–2005-ci illərdə), Uruqvayın hazırkı Prezidenti Luis Alberto Lakalye Pounun anası. == Həyatı == Julia Pou 10 iyul 1947-ci ildə Uruqvayın paytaxtı olan Montevideoda həkim Alejandro Pou de Santiaqo və Maria Eloisa Julia Brito del Pino Bordoninin ailəsində anadan olub. Onun Qonzalo və Aleksandro adlı iki qardaşı var. Paris Universitetində oxumuş, amma məzun ola bilməmişdir. Pou 1970-ci ildə Luis Alberto Lakalye ilə evlənmişdir. Cütlüyün üç övladı var — Pilar, Luis Alberto, Xuan Xose Manuel. Birinci xanım olduğu müddətdə Pou 1997-ci ilə qədər sədrlik etdiyi Accion Solidaria adlı xeyriyyə qeyri-hökumət təşkilatını təsisçisidir. Beatriz Argimon ilə birlikdə Pou Accion Comunitaria qrupunu yaratmış və 1999-cu il ümumi seçkilərində Uruqvay Senatına seçildi. 2000-ci ildən 2005-ci ilə qədər senator vəzifəsində fəaliyyət göstərmişdir. == Ədəbiyyat == Ellas 5.
Stachys albens var. juliensis
Stachys albens (lat. Stachys albens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Stachys albens var. juliensis Jeps. Stachys lanuginosa Greene Stachys malacophylla Greene Stachys pycnostachya Torr.